Icevan Rayonu - Wikipedia
İcevan rayonu — Ermənistan SSR və Ermənistan Respublikasında mövcud olmuş rayon. İnzibati mərkəzi İcevan şəhəri olmuşdur.[2]
Rayon | |
İcevan rayonu | |
---|---|
40°50′ şm. e. 45°00′ ş. u.HGYO |
|
İnzibati mərkəz | Karvansaray |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 9 sentyabr 1930 |
Ləğv edilib | 11 aprel 1995 |
Hündürlük | təq. 2.279 m |
Əhalisi | |
Əhalisi | 26 937[1] (1989) nəfər |
Tarixi
redaktə1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1336 kv. km-dir. Rayon mərkəzi respublika tabeli Karvansara (dəyişdirilmiş adı İcevan) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 142 km-dir.
İcevan rayonunun ərazisinə Qaraqoyunlu dərəsinin də bir hissəsi daxildir. Rayonun ərazisi Pəmbək, Murğuz, Hələb və Karvansara dağ silsilələri ilə əhatə olunub. Ağstafa çayı (Kür hövzəsi) rayon boyu axır.
Çar Rusiyası dövründə rayon ərazisi Yelizavetpol quberniyasının Qazax qəzasına daxil idi. XX əsrin əvvəllərində bu ərazilər də erməni quldur dəstələrinin, daşnak hərbi hissələrinin hücumuna məruz qalıb.
Qədimlərdən bəri daim karvan yollarının kəsişdiyi Dilican dərəsi də İcevan rayonu ərazisindədir.(Son illərdə Dilican dərəsində mərkəzi Dilican şəhəri olan ayrıca Dilican rayonu təşkil edilib.) Yüz illər boyu Qazax, Ağstafa, Şəmkir, Tovuz rayonlarının əhalisi yayda Dilican dərəsində dincəlirdi. Tanınmış Azərbaycan yazıçı və dramaturqu Nəcəf bəy Vəzirov da vaxtilə bu ərazidə meşəbəyilik etmişdi.
1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Salah, Murtel, Haqqıxlı, Alaçıxqaya, Ağkilsə, Polad.
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Qaranlıqdərə | Xavaradzor | … |
Xavaradzor | Lusadzor | 03.01.1935 |
Saratu | Hacdarak | … |
Alaçıxqaya | Alaçıx | … |
Haçasu | Acaçur | … |
Güney | Getaşen | 03.01.1935 |
Getaşen | Kirants | 25.05.1967 |
Qaradaş | Sevkar | … |
Aşhigah | Lalakənd | … |
Lələkənd | Lalikyuğ | … |
Lalikyuğ | Vazaşen | 25.01.1978 |
Bibiş | Berkaber | 25.01.1978 |
Ayrım Polad | Ayrim | … |
Karvansara | İcevan | … |
Kürdəvan | Yenokavan | 03.01.1935 |
Carheç | Kuybışev | 02.03.1940 |
Məlikkənd | Melikkyuğ | … |
Melikkyuğ | Tsaxkavan | 02.03.1940 |
Sarıgah | Sarıkyuğ | 10.05.1951 |
Yuxarı Ağdan | Aqdan | 25.05.1967 |
Ağdan | Qandzakar | 25.01.1978 |
Aşağı Ağdan | Morut | 25.05.1967 |
Morut | Haxnaxpyur | 11.11.1970 |
Uzuntala (Qaraqoyunlu) | Onut | 25.05.1967 |
Onut | Aygehovit | 12.02.1969 |
Rəvazlı | Ditavan | 25.05.1967 |
Murteyl | (Çiçəkbulaq) | 25.01.1978 |
Tala | Getahovit | 25.01.1978 |
Haqqıxlı | Səməd Vurğun | 25.01.1978 |
Haqqıxlı (Səməd Vurğun) | Hovk | 1991 |
İstinadlar
redaktə- ↑ "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи 1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..
- ↑ Ермәнистан ССР хәритәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 96–97.
Xarici keçidlər
redaktə- Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine
- Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine
- Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. [ölü keçid]
- İndiki Ermənistan qədim türk yurdu idi [ölü keçid]
- Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı [ölü keçid]