Ictimai Hereketlilik - Wikipedia
İctimai hərəkətlilik — ictimai təbəqəni dəyişə bilmək imkanıdır. İctimai hərəkətlilik anlayışı ictimai (sosial) lift anlayışına yaxındır.
Elmi tərifi
redaktəİctimai hərəkətlilik — fərd və ya ictimai qrup tərəfindən ictimai quruluşda tutduğu mövqeyi (ictimai mövqe) dəyişməsi, bir ictimai təbəqədən (sinifdən, qrupdan) başqasına (şaquli hərkətlilik) və ya eyni bir ictimai təbəqənin daxilində yerdəyişmə (üfüqi hərəkətlilik). Kasta və silki cəmiyyətində kəskin məhdudlaşdırılmış ictimai hərəkətlilik sənaye cəmiyyəti şəraitdə xeyli böyüyür.
Üfüqi hərəkətlilik
redaktəÜfüqi hərəkətlilik — fərdin eyni səviyyədə olan bir ictimai qrupdan başqasına keçməsi (məsələn: pravoslav dini qrupdan katolikə keçid, bir ölkənin vətəndaşlığından başqasına keçid). Fərdi hərəkətlilik - başqalarından ayrıca olaraq bir insanın hərəkəti və qrup hərkətliliyi - hərəkət kollektiv şəkildə baş verir, fərqləndirilir. Bundan başqa coğrafi hərəkətlilik - əvvəlki status saxlanılmaqla bir yerdə başqasına hərəkət də (məsələn: beynəlxalq və regional turizm, kənddən şəhərə və əks istiqamətdə köçmə) fərqləndirilir. Coğrafi hərəkətliliyin növü kimi əhalinin miqrasiyasını - status dəyişməklə insanın bir yerdən başqasına hərəkəti (məsələn: insanın daimi yaşamaq üçün kənddən şəhərə köçməsi və məşğuliyyətini dəyişməsi) da fərqləndirirlər.
Şaquli hərəkətlilik
redaktəŞaquli hərəkətlilik — insanın xidməti nərdivan ilə yuxarı və ya aşağı hərəkət etməsidir.
- Yüksələn hərəkətlilik — sosial yüksəliş, yuxarıya doğru hərəkət (Məsələn: vəzifənin yüksəlməsi).
- Enən hərəkətlilik — sosial eniş, aşağıya doğru hərəkət (Məsələn: istefa).
İctimai (sosial) lift
redaktəİctimai (sosial) lift — şaquli hərəkətliliyə oxşayan, lakin elitalar nəzəriyyəsinin müasir müzakirəsi kontekstində daha çox hakim elitanın rotasiyasının əsas vasitəsi kimi istifadə olunan anlayışdır.[1]
Nəsillərarası hərəkətlilik
redaktəNəsillərarası hərəkətlilik — müxtəlif nəsillərin nümayəndələri arasında ictimai statusun nisbi dəyişikliyi (məsələn: fəhlənin oğlu prezident olur).
Nəsillərdaxili hərəkətlilik
redaktəNəsillərdaxili hərkətlilik (ictimai karyera) — bir nəsil daxilində statusun dəyişməsi (məsələn: xarrat mühəndis, daha sonra sex rəisi, daha sonra zavod müdiri və s. olur).
Şaquli və üfüqi hərkətliliyə cins, yaş, doğum səviyyəsi, ölüm səviyyəsi, əhalinin sıxlığı kimi amillər təsir edir. Ümumilikdə kişi və gənclər, qadınlara və yaşlılarla müqayisədə daha hərkətlidirlər. Əhalisinin sayı həddi aşmış ölkələr immiqrasiyadan daha çox emmiqrasiyanın (iqtisadi, siyasi, şəxsi səbəblərdən bir ölkədən digərinə köçmə) təsirinə məruz qalırlar. Doğum səviyyəsi yüksək olduğu yerlərdə əhali daha gəncdir, bu səbəbdən də daha hərkətlidir və əksinə.
Hərəkətli və hərəkəsiz cəmiyyət tipləri.
redaktəHərəkətli cəmiyyət tipində şaquli hərəkətliliyin səviyyəsi çox yüksəkdir, hərəkətsiz cəmiyyət tipində isə çox aşağıdır. İkinci növün nümunəsi kimi Hindistandakı kasta quruluşunu göstərmək olar, amma hətta Qədim Hindistanda da şaquli hərəkətliliyin dərəcəsi heç yerdə və heç zaman 0-a bərabər olmayıb. Şaquli hərəkətliliyin dərəcəsi məhdudlaşdırılmalıdır. Hər "mərtəbədə", yuxarı vəzifələrə buna layiq olmayan şəxslərin qalxmasının qarşısını almaq və cəmiyyətin müharibə və ya islahatların olmadığı şəraitdə məhv olmasının qarşısını almaq üçün mütləq "ələklər" olmalıdır. Şaquli hərəkətliliyin dərəcəsini məsələn, rəhbər vəzifəli şəxslər, məmurlar arasında buna layiq olmadığı mövqeyi tutan (mənsəbpərəst) adamların faiz payı ilə ölçmək olar. Bu şəxslər öz karyeralarını kasıblar arasından başlayaraq ən yüksək mövqelərdə bitiriblər. Pitirim Sorokin şaquli hərəkətlilik dərəcəsinə görə ölkələr arasında fərqləri göstərmişdir:
- Qərbi Roma imperiyası − 45,6 %
- Şərqi Roma imperiyası − 27,7 %
- Oktyabr çevrilişinə qədər Rusiya − 5,5 %
- Fransa − 3,9 %
- İngiltərə − 5 %
- ABŞ − 48,3 %
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət" (PDF). 2013-07-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-05-27.