Ida Froynd - Wikipedia
İda Froynd (d. 15 aprel 1863, Vyana, Avstriya İmperiyası – ö. 15 May, 1915, Kembric, Böyük Britaniya) – Avstriyalı kimyaçı.
İda Froynd | |
---|---|
alm. Ida Freund | |
Doğum tarixi | |
Doğum yeri | Vyana, Avstriya imperiyası |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | Kembric, Böyük Britaniya |
Vətəndaşlığı |
Avstriya imperiyası→ Böyük Britaniya |
Milliyyəti | Avstriyalı |
Təhsili | Kembric Universiteti |
Fəaliyyəti | Yazıçı |
Fəaliyyət illəri | 1904–1915 |
Böyük Britaniyada universitetdə kimya dərsi keçən ilk qadındır[1]. İki əhəmiyyətli kimya dərs kitabı yazan İda Froynd aktiv bir sufrajet idi.
Bioqrafiya
redaktəİda Froynd 1863-cü ilin aprel ayının 5-də Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Kiçik yaşlarında olan anası vəfat etmişdir. Buna görə nənəsi tərəfindən böyüdülmüşdür[2]. Dövlət məktəbində təhsil aldıqdan sonra müəllimlik sertifikatı aldı. Nənə və babası vəfat edəndən sonra 1881-də Böyük Britaniyada skripkaçı olan əmisinin yanına getdi.[2]
1882-ci ildə Kembricdə yerləşən Girton Kollecinə qəbul edildi. 1886-cı ildə Kembric Müəllimlik Məktəbi-də dərs keçməyə başladı. 1887-ci ildə Nyuham Kollecində kimya təcrübəçisi (köməkçi müəllim) olaraq işlədi və 1890-cı ildə təhsil işçisi oldu[3]. Ancaq 1890-cı ildə onu əlil edən bir əməliyyat keçirdi və Kembricdən ayrılaraq əmisinin yanına getdi. 1893-cü ilə qədər Londonda qaldı. 1899-cu ildə əmisinin ölümündən sonra Nyuhamdakı işinə geri qayıtdı. Orada 1913-cü ilə qədər işlədi.
1903-də "The history prior to 1800 of theories concerning the ultimate constitution of matter" (azərb. Maddənin son meydana gəlməsi ilə əlaqədar 1800 əvvəli nəzəriyyələrin tarixi) başlıqlı məqaləsi ilə Gamble Mükafatı aldı[2]. 1904-cü ildə ilk kitabı "The study of chemical composition" (azərb. Kimyəvi tərkibinin öyrənilməsi) nəşr olundu.
Froynd sağlamlığı səbəbiylə 1912-ci ildə təqaüdə ayrıldı və 1914-cü ildə vəfat etdi[4]. "The experimental Basis of Chemistry" (azərb. Kimyanın Təcrübi Təməli) adlı kitabı üzərində ömrünün son günlərinə qədər işlədi. Tamamladığı on hissə 1920-ci ildə nəşr edilmişdir. Nyuham Kollecində İda Freund adına mükafat mövcuddur.[5]
Xatirəsi
redaktə1998-ci ilin Aprel ayında Nyuhamdakı laboratoriya İda Froynd üçün bir xatirə olaraq bərpa edildi[6]. İda Froynd Memorial Fondu, daha çox iş fürsəti verərək qadın müəllimlərin fizika elmlərindəki standartlarını yüksəltmək üçün qurulmuşdur. İda Freund Memorial Mükafatı, Nyuham Kolleci tərəfindən mükafatlandırılır[7]. Həmçinin, Girton Kolleci İda Freund Mükafatını birinci sinif akademik uğurlar üçün fizika elmləri tələbələrinə mükafatlandırır.
İstinadlar
redaktə- ↑ "İda Froynd, hər hansı bir Britaniya universitetində ilk qadın kimya müəllimi, aktiv bir feminist və qadınların səs vermək hüququnun dəstəkçisi idi". Royal Society of Chemistry saytı. 25 iyul 2016 tarixində mənbəyindən arxivləndi. 2017-ci ilin Mart ayının 24-də alındı.
- ↑ 1 2 3 Palmer, Bill. "İda Froynd: Müəllim, Təhsil verən, Feminist, və Kimya Dərs Kitabı Yazıçısı". IPSI BgD Transactions (Two Research Oriented Journals) iyul 2007, Kilt 3 Nömrə 2. 25 mart 2017 tarixində mənbəyindən arxivləndi. 2017-ci ilin Mart ayının 24-də alındı.
- ↑ Freund, İda (1920). The Fundamental Principles of Chemistry. Kembric Universiteti Mətbuatı. ilk səhifə.
- ↑ Marqaret Hill; Alan Dronsfiyld. "İda Froynd, ilk qadın kimya müəllimi" Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine (PDF). RSC Historical Society Newsletter. RSC Historical Group, QMUL. səhifə 14–20.
- ↑ "İda Freund (1863–1914)". Nyuham Kollecinin rəsmi saytı. 25 mart 2017 tarixində mənbəyindən arxivləndi. 2017-ci ilin Mart ayının 24-də alındı.
- ↑ Oqilviye, Mariliyn Beyli. "Freund, İda" Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine. Oxford Milli Biyografi Lügəti
- ↑ "Nyuham Kollecindən Mükafatlar" Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine. Kembric Universiteti.