Idris Ehmedov - Wikipedia
İdris Əhmədov (tam adı: İdris Məcid oğlu Əhmədov; d. 1 oktyabr 1938; Dərələyəz - ö.20 yanvar 2019; Bakı) — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru, professor. [1]
İdris Əhmədov | |
---|---|
İdris Məcid oğlu Əhmədov | |
Doğum tarixi | |
Doğum yeri | Qozulca, Əzizbəyov rayonu, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Məcid Əhmədov |
Elm sahəsi | kimya |
Elmi adı | professor |
Mükafatları | Qabaqcıl təhsil işçisi |
Həyatı
redaktəİdris Məcid oğlu Əhmədov 1938-ci il oktyabrın 1-də qədim Azərbaycan torpağı olan Dərələyəz qəzasında anadan olmuşdur. 1956-cı ildə Şərur rayonu Oğlan-Qala kənd məktəbini qızıl medalla bitirmiş, həmin ildə Bakı Dövlət Universitetinin (BDU) kimya fakültəsinə qəbul olunmuşdurş. 1961-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, 1961-64-cü illərdə Azərbaycan Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda akademik Y.Məmmədəliyevin rəhbərlik etdiyi laboratoriyanın aspirantı olmuşdur.
Pedoqoji fəaliyyəri
redaktə1991-1993 Azərbaycan Dövlət Neft Akademiyasında, 1993-2007 Ankaranın Orta Doğu Texniki Universitetində, 2007-ci ildən 2019-cu ilə qədər isə Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasında müəllim işləmişdir.
Elmi fəaliyyəti
redaktəAspiranturanı bitirdikdən sonra, 1964-74-cü illərdə həmin institutda kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1974-93-cü illərdə indiki Azərbaycan EA Polimer Materialları İnstitutunda “Optiki aktiv birləşmələr” laboratoriyasına rəhbərlik etmişdir. 1966-cı ildə “Tərkibində halogen saxlayan yeni silisium-üzvi birləşmələr” mövzusunda namizədlik, 1986-cı ildə isə (4+2) “Tsiklobirləşmə reaksiyalarında yeni maddələrin sintezi və tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1987-ci ildə “Üzvi kimya” ixtisası üzrə professor adını almışdır.
Professor İ.M.Əhmədov molekulunda halogen saxlayan silisium, bioloji fəal selen-üzvi, optiki aktiv üzvi birləşmələrin və optiki aktiv katalizatorların sintezi və onların Dils-Alder reaksiyasında tətbiqi sahəsində elmi-tədqiqatlar aparmışdır. Onun tərəfindən ilk dəfə olaraq 1973-cü ildə optiki aktiv Lyuis turşusu sintez edilmiş və Dils-Alder reaksiyaları tətbiq edilərək qeyri-aktiv maddələrdən optiki aktiv adduktların alınmasının əsası qoyulmuşdur. O, müəyyən etmişdir ki, BF3 katalizatorunun iştirakı ilə aparılan assimetrik Dils-Alder reaksiyasının selektivliyi (96%) və optiki çıxımı (80%) xeyli artır. O, həmin katalizatorun iştirakı ilə terpinol və 1,8-sineol kimi çox mühüm təbii birləşmələrin alınmasının yeni üsulunu işləyib hazırlamışdır. Onun tərəfindən ilk dəfə hexsaxlortsikopentadien əsasında bioloji aktiv inseksid sintez edilmiş və onun mütləq konfiqurasiyası öyrənilmişdir.
Müəyyən edilmişdir ki, termiki və katalitik şəraitində sintez olunmuş maddələr öz mütləq konfiqurasiyalarına görə bir-birindən fərqlənir. (R) konfiqurasiyalı addukt bioloji aktiv olduğu halda, (S) konfiqurasiyalı isə qeyri-aktivdir. alınmış nəticələr əsasında assimetrik Dils-Alder reaksiyasında əvvəlcədən mütləq konfiqurasiyası müəyyən edilə bilən optiki aktiv maddələrin məqsədyönlü sintezinin startegiyası hazırlanmış və əldə edilmiş nailiyyətlər bir çox monoqrafiyalara daxil edilmişdir. Onun yuxarıda qeyd edilən istiqamətdə apardığı tədqiqatların nəticələri 215 elmi əsərdə, o cümlədən 45 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 5 elmlər doktoru, 8 elmlər namizədi, 15 fəlsəfə doktoru hazırlanmışdır. AAK kimya ekspert şurasının üzvü olan İdris Əhmədovun çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 300-dür. Onlardan 90-ı xaricdə çıxmış elmi əsərlərinin sayı, 80-ı isə beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrdir. Professor İ.M.Əhmədov Türkiyənin üzvi kimya sahəsində tanınmış professorlarından Ayhan Dəmir, Cahangir Tanyeli və Metin Balçı ilə birlikdə elmi-tədqiqat işləri aparmışdır. O, onlarla doktorluq və magistr dərəcəsi alan elmi işçilərə rəhbərlik etmişdir.[2]
Əsas elmi nailiyyətləri
redaktəDünyada ilk dəfə xiral Lyuis turşusu katalizatorunu: L-mentiletil efirinin BF3 kompleksini sintez etmiş (M.ş.№379281. 1973) və üzvi kimyada tətbiq edilmişdir. Bunun nəticəsində asimmetrik sintezin yeni strategiyasının əsası qoyulmuşdur. Bu metodla tərkibində bir neçə asimmetrik mərkəz olan təbii birləşmələrin optiki fəal halında sintezi mümkün olmuşdur. Alınan nəticələr məşhur dünya alimlərinin diqqətini cəlb etmiş və bu tədqiqat kəşf kimi qiymətləndirilmişdir. Kimya üzrə Nobel Mükafatı laureatları professor E.J.Corey (1990) iki icmal məqaləsində və professor R.Nayori (2001) “Modern Synthetic Metods” kitabında xiral katalizatorlara yüksək qiymət vermişlər. Onun elmi əsərlərinə xarici alimlər məqalələrində, 60-dan çox kitab və 77 patentlərində 835-ə yaxın istinad etmişlər.
Elmi əsərlərinin adları
redaktə- I.M.Akhmedov, et.all. –“Synthesis and characterization of hyperbranched and air drying fatty acid based resins”. Progress in organic Coatings 55 (2006) 330-336
- I.M.Akhmedov, et.all. – “The synthesis and lewis acid catalysed intramolecular cyclization of N(4,4-diethoxybuthyl)-2-substituted pyrroles”.III.International congress “Fine organic synthesis and catalysis”. 14-16 december, 2005 Baku.Abstract of papers. pp:53-54.
- I.M.Akhmedov, et.all. –“Base Mediated Aromatization of Carbonyl Condensation Products Derived from 2-(2-Bromopropenyl)cyclohexanone Derivatives via ̀́Intramolecular Unsaturation Transfeŕ”. Helvetica Chimica Acta – V91 (2008).
- А.М.Магеррамов, И.А.Алиев, У.Ф.Аскерова, И.М.Ахмедов. Новый подход к известному методу получения метаноизоиндолов. Журнал органической химии.2012,Т.48, С.607-608.
- А.Г.Гасанов, А.Г.Азизов, И.М.Ахмедов, Т.Д.Гасанова, И.Г.Аюбов, Н.С.Гусейнов, С.Р.Халилова, А.М.Мамедова. Декарбоксилирование нефтяных кислот в присутствии наноразмерного оксида магния. Процессы нефтехимии и нефтепереработки. 2012,Т.13,№2(50), с.144-151. və b.
Vəfatı
redaktə2019-cu ildə qədər Bakı Dövlət Universitetində “Üzvi-kimya kafedrası”nda professor vəzifəsində çalışan alim İdris Əhmədov 20 yanvar 2019-cu il tarixində Bakıda vəfat etmişdir. [3]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Kimya problemləri üzrə elmi şuranın tərkibi". Archived from the original on 2019-02-15. İstifadə tarixi: 2019-02-28.
- ↑ "Əhmədov İdris Məcid oğlu". Archived from the original on 2019-11-01. İstifadə tarixi: 2019-02-28.
- ↑ "20 Yanvar günü tankın altında qalaraq ağır yaralanan alim həmin gün vəfat etdi – Acı təsadüf". 21 yanvar 2019. Archived from the original on 2019-03-11. İstifadə tarixi: 2019-02-28.