Idris Axundzade - Wikipedia
İdris Məmmədhüseyn oğlu Axundzadə (1914, Traubenfeld, Qazax qəzası – 1999, Bakı) — biologiya elmlər doktoru, professor, əməkdar elm xadimi, Genetika–seleksiya Elmi-tədqiqat İsntitutunun direktoru (1960–1980), AMEA-nın müxbir üzvü.
İdris Axundzadə | |
---|---|
İdris Məmmədhüseyn oğlu Axundzadə | |
Doğum tarixi | 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 1999 |
Vəfat yeri | |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yerləri |
|
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
redaktəAxundzadə İdris Məmməd Hüseyn oğlu 1914-cü ildə Tovuzda ziyalı ailəsində anadan olmuşdur. 1930-cu ildə Zaqatala kənd təsərrüfatı texnikumunu və daha sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (AKTİ) bitirmişdir. İ. M. Axundzadə 1934-cü ildə akademik N. İ. Vavilovun dəstəyi ilə Rütubətli Subtropik Elmi-Tədqiqat Mərkəzinin (sonradan Çay və Subtropik Bitkilər Ümumittifaq Elmi-Tədqiqat İnstitutu) aspiranturasına qəbul edilmişdir. Alim 1939–1942-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda baş müəllim, dosent və subtropik bitkilər kafedrasının müdiri vəzifəsində çalışmış, 1942-ci ildə Kənd Təsərrüfatı Komissarlığının Ali Məktəblər, Texnikumlar və Elmi-Tədqiqat Müəssisələri İdarəsinin rəisi, 1944-cü ildə Çoxillik Bitkilərin Azərbaycan Elmi-Tədqiqat İnstitutunun (indiki Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu) direktoru təyin edilmişdir. 1956–1961-ci illərdə İ. M. Axundzadə Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda (indiki Genetik Ehtiyatlar İnstitutu) direktor, 1956–1987-ci illərdə şöbə müdiri vəzifələrində çalışmışdır.[1]
1987-ci ildən ömrünün sonuna kimi aparıcı elmi işçi vəzifəsində çalışmışdır.
1965-ci ildə İ. Axundzadə biologiya elmləri doktoru elmi dərəcəsi, 13 iyun 1966-cı ildə professor adı almışdır. Ümumiyyətlə, İ. Axundzadə elmi fəaliyyət müddətində 1 cırtdan alma, 1 innab, 2 feyxoa, 4 nar sortu yaratmışdır.
İ. Axundzadə tərəfindən 30-a qədər elmlər namizədi hazırlanmışdır.
Professor 200 elmi məqalə, 6 monoqrafiya, 1 dərslik və aqronomlar üçün 3 məsləhət kitabçasının müəllifidir.
Təltifləri
redaktəİ. M. Axundzadənin elmi, təcrübi, pedaqoji, ictimai fəaliyyəti sahəsindəki böyük xidmətləri dəfələrlə yüksək dövlət mükafatlarına – Qırmızı Əmək Bayrağı ordeninə, 5 medala, Özbəkistan SSR-in və Əfqanıstanın fəxri fərmanlarına, Əfqanıstanın ali "Ulduz ordeni"nə layiq görülmüşdür.
İstinadlar
redaktə- ↑ "AMEA-nın müxbir üzvü İdris Axundzadənin 100 illik yubileyi qeyd edilib" (az.). science.gov.az. 2015-02-20. 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-01.