Ikicicek Daglalesi - Wikipedia
İkiçiçək dağlaləsi (lat. Tulipa biflora) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu. "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Nadir növdür.
İkiçiçək dağlaləsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: İkiçiçək dağlaləsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Qısa morfoloji təsviri
redaktəÇoxillik ot bitkisidir. Gövdəsi 7-17 sm hündürlüyündə bitkidir. Soğanaq böyük deyi l,1-1,5 sm diametrində, xaricdən parlaq qonur, dərivari, daxildən yüngül hörümçək toruna bənzər qınla örtülmüşdür. Gövdə nazik, çilpaq, yarpaqlar 2 ədəd, dar-neştərşəkilli və ya xətvari, böyük hissəsi oraqvari əyilmiş göyümtüldür. Çiçəkləri 1 ədəd, bəzən 2, çiçəkyanlığı yarpaqcıqları 1,5-2,5 sm uzunluğundadır. Erkəkcik çiçəkyanlığından kiçikdir. Sapı sarı, 2-2,5 dəfə tozcuqdan uzundur. Qutucuq 1-1,5 sm uzunluğundadır.
Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətlər
redaktəBozqırlarda və orta dağ qurşaqlarında, qış otlaqlarında, quru-otlu yamaclarda, gilli, çınqıllı, daşlı yerlərdə yayılır. Çiçəkləməsi aprel, meyvələməsi may ayına təsadüf edir. Kseromezofitdir.
Yayılması
redaktəQobustan, Abşeron, Kür-Araz ovalığı, Naxçıvan düzü (Duzdağ, Darıdağ, Aracıq dağ ətəklərində) .
Sayı və tendensiyası
redaktəPopulyasiyalarına az rast gəlinir. Antropogen amillər azalma təhlükəsini yaradır
Məhdudlaşdırıcı amillər
redaktəƏhali tərəfindən intensiv toplanması və zoogen amillər.
Mühafizə tədbirləri
redaktəTəbii ehtiyatları azdır. Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmayıb. Yasaqlıqların yaradılması vacibdir.