Ikinci Simfoniya Motsart - Wikipedia
Simfoniya No. 5 B Majorda — KV 17 sıralaması ilə bilinən və zun müddət Volfqanq Amadey Motsart tərəfindən yazıldığı güman edilən simfoniya. Hazırda əsərin Volfqanqın atası Leopold Motsart tərəfindən yazıldığı düşünülür.[1] Lüdviq fon Köxel tərəfindən hazırlanmış Motsart əsərləri kataloqunun altıncı nəşrində simfoniya "Anhang C 11.02" nömrəsi ilə qeyd edilmişdir.[2] Sonradan Kliff Eysen tərəfindən nəşr edilmiş kataloqda əsər "Eisen B ♭ 6" kimi qeyd olunub.
Simfoniya No. 2 | |
---|---|
Bəstəkar | Volfqanq Amadey Motsart |
Tonallıq | B major |
Forma | simfoniya |
Opus | K Anh. C 11.02, K A 223a, K 17 |
Hissələr |
Allegro Andante Menuetto I & II Presto |
Ənənəvi dörd hissəli quruluşa malik olan əsər sürəti-yavaş-minuet-sürətli pattern hissələrə malikdir:
- Allegro
- Andante[3]
- Menuetto I & II
- Presto
Motsart musiqilərinin ilk toplu nəşri olan Alte Mozart-Ausgabe antologiyasında verilmiş bir neçə qısa qeyd əsərin yarımçıq olduğunu göstərir. Məsələn "Menuetto I" hissəsində yalnız birinci skripka və violonçel/kontrabas partiyaları tamamlanmışdır; ikinci skripka və alt partiyaları isə tamamilə redaktorun əlavələridir.[4]
Hazırda əsərin Motsarta aidliyi tamamilə inkar edilir və o, Neue Mozart-Ausgabe antologiyasına daxil edilməmişdir.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- İkinci simfoniya notları International Music Score Library Project saytında.