Ikiqanadlilar - Wikipedia
İkiqanadlılar (lat. Diptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi.
İkiqanadlılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: İkiqanadlılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Ümumi məlumat
redaktəYalnız bir cüt qabaq qanadı (adı da buradandır) inkişaf etmişdir. Dal qanadlar reduksiyaya uğramış və "vızıltı" orqanına çevrilmişdir. Dəyirmi başının yanlarında iri faset gözləri var. Ağız orqanı sorucudur. Bədəni uzunsovdur (1—50 sm-dək). İkiqanadlıların 80 min-dən artıq növü məlumdur. Bunlardan 2 minə yaxın növü Azərbaycanda təsadüf edilmişdir. Sürfələri yırtıcı həyat sürür. İnkişaf sikli dənizdə keçən növlər də var. Adətən sürfələr torpaqda, çürüyən bitki toxumalarında, şirinsu hövzələrində, yaşıl bitkilərdə, heyvan cəmdəklərində və ya heyvan parazitləri kimi inkişaf edir. Yetkin ikiqanadlılar çiçək nektarı və çürüyən maddələrlə qidalanırlar. Heyvanların qanını sorur. Bəziləri qidalanmır. Bir çox ikiqanadlıların (uzunayaqlılar, Hesse milçəyi, İsveç milçəyi və zeytun milçəyi) sürfəsi bitkilərin təhlükəli zərərvericiləridir. Qnuslar adlanan qansoran ikiqanadlılara bəzi yerlərdə külli miqdarda rast gəlinir. İkiqanadlıların çoxu insanda və ev heyvanlarında xəstəlik törədiciləridir (göyünlər, ağcaqanadlar, ev milçəyi, qansoranlar və s). Sürfələri zərərli cücülərin bədənində inkişaf edən bəzi ikiqanadlılar kənd təsərrüfatı zərərvericilərinin sayını azaldır və bunlardan bioloji mübarizədə istifadə olunur[2]
Təsnifatı
redaktəİstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Azərbaycanın heyvanlar aləmi. II cild. Buğumayaqlılar tipi. Bakı: Elm, 2004, (388 s.) səh.333-340.