Il Etmis Yabqu - Wikipedia
Il Etmis Yabqu - Wikipedia - Haqqında Məlumat
İl Etmiş Yabqu və ya Turs bəy — İltəriş xaqan və Qapağan xaqanın kiçik qardaşı, şərq torpaqlarının şadı.
İl Etmiş Yabqu | |
---|---|
阿史那咄悉匐 | |
687 – 716 | |
Monarx | Qapağan xaqan |
Əvvəlki | Vəzifə yaradıldı |
Sonrakı | Bilgə İşbara Tamqan Tarxan |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Atası | İtmiş bəy |
Dini | Tenqriçilik |
Həyatı
redaktəAdı ilk dəfə 682-ci ildə Ongi yazılarında çəkilir. Həmin il İltəriş xaqanla birlikdə Doqquz Oğuzlara qarşı aparılmış İnəklər gölü döyüşündə iştirak etmişdi.
Hakimiyyəti
redaktə687-ci ildə qardaşı Qapağan xaqan tərəfindən şərq şadı təyin olundu.[1] 716-cı ildə Kültigin tərəfindən İnal xaqanı dəstəklədiyi üçün öldürülmüşdür. Oğlu Bilgə İşbara Tamqan Tarxan tərəfindən ona həsr olunmuş Ongi yazıları ucaldılmışdır.
Ailəsi
redaktə- Bilgə İşbara Tamqan Tarxan
- İşbara Tamqan Çor
- Pan Kültigin
- Uti bəy
İstinadlar
redaktə- ↑ "Takashi Osawa - Revisiting the Ongi inscription of Mongolia from the Second Turkic Qaghanate on the basis of rubbings by G. J. Ramstedt" (PDF). 2017-12-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-09.