Ilham Emirov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
İlham Qoca oğlu Əmirov (13 iyul 1958, Şuşa) ― Azərbaycan Respublikasının Əməkdar pilotu[1], Azərbaycan Hava Yolları QSC Vitse-Prezidenti[2] (2008-ci ildən)
İlham Əmirov | |
---|---|
Vəzifədədir | |
16 may 2008-ci ildən | |
Əvvəlki | Cahangir Əsgərov |
Sonrakı | Samir Rzayev |
"Azərbaycan Hava Yolları" Dövlət Konsernində Uçuşların Təhlükəsizliyi və nəzarət üzrə Baş İnspeksiyanın rəisi, "AZAL" Dövlət Konserninin Baş Direktorunun müavini | |
15 noyabr 1993 – 1 avqust 2007 | |
"AZAL" Milli Aviasiya Şirkəti direktorunun uçuş işinin təşkili üzrə müavini,
"AZAL" Dövlət Konserinin Baş Direktorunun uçuş işinin təşkili üzrə müavinin əmək funksiyasının icraçısı | |
1 avqust 2007 – 16 may 2008 | |
1994 – 2004 | |
2004 – 2024 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Azərbaycan SSR, SSRİ |
Təhsili |
Minsk Aviasiya-texniki məktəbi Kirovoqrad Ali Təyyarəçilik məktəbi |
Fəaliyyəti |
Əməkdar pilot Vitse-prezident |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİlham Əmirov 1958-ci il iyulun 13-də Şuşa şəhərində anadan olmuşdur.
İlham Əmirov 1965–1973-cü illərdə Yevlax şəhəri 5 nömrəli orta məktəbi, 1973–1975-ci illərdə isə Yevlax şəhəri 2 nömrəli tam orta məktəbi bitirmişdir.
1976–1979-cu illərdə Minsk (Belorusiya) aviasiya-texniki məktəbini Fərqlənmə diplomu ilə bitirmişdir və təyinatla 1979–1980-ci illərdə Tallin (Estoniya) şəhərinin aeroportunda avia-texnik vəzifəsində işləmişdir.
1980–1984-cü illərdə Leninqrad (Sankt-Peterburq) Mülki Aviasiya Akademiyasında qəbul imtahanlarını yüksək qiymətlə keçərək Kirovoqrad (Ukrayna) Ali Təyyarəçilik Məktəbinə göndərilib və oranı Fərqlənmə diplomu ilə bitirmişdir.
Fəaliyyəti
redaktə- 04.12.1984 ― 15.11.1993-cü illər Bakı Birləşmiş Aviasiya Dəstəsinə An-26, Tu-134 təyyarələrinin 2-ci pilotu, Bakı "AZALTRANS" aviaşirkətində Tu-134 təyyarəsinin komandiri vəzifələrində işləmişdir.
- 15.11.1993 ― 01.08.2007-ci illər "Azərbaycan Hava Yolları" Dövlət Konsernində Uçuşların Təhlükəsizliyi və nəzarət üzrə Baş İnspeksiyanın rəisi, "AZAL" Dövlət Konserinin Baş Direktorunun müavini vəzifələrində işləmişdir.
- 01.08.2008–16.05.2008-ci illər "AZAL" Milli Aviasiya Şirkəti direktorunun uçuş işinin təşkili üzrə müavini, "AZAL" Dövlət Konserinin Baş Direktorunun uçuş işinin təşkili üzrə müavininin əmək funksiyasını icra etmişdir.
- 16.05.2008-ci ildən "AZAL" Qapalı Səhimdar Cəmiyyətinin Vitse-Prezidentidir.
Təltifləri
redaktə- (27 may 2008) ― "Şərəf nişanı" ordeni
- (1 iyun 2010) ― "Azərbaycan Respublikasının Əməkdar pilotu"
- (26 may 2014) ― "Mülki Aviasiyasının 75 illiyi" yubiley medalı
- (10 may 2018) ― "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı
Ailəsi
redaktəİlham Əmirov Mahirə adlı xanımla ailəlidir. Rəşad və Elşad adında 2 oğlu, İlham, Əmirxan, Rəşid adında isə 3 oğul nəvəsi var.
Oğlu Əmirov Rəşad 15.08.1991-ci ildə anadan olub. 2014-cü ildə Milli Aviasiya Akademiyasını bitirib, hal-hazırda Aerobus-319/320 təyyarəsinin 2-ci pilotudur və atasının davamçısıdır.
Kiçik oğlu Əmirov Elşad 26.10.1992-ci ildə anadan olub. 2014-cü ildə Milli Aviasiya Akademiyasını bitirib, Bakı aeroportunda "Biznes Aviasiya" şirkətində menecer vəzifəsində işləyir.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikası mülki aviasiya işçilərinə "Əməkdar pilot" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı https://president.az/az/articles/view/169 Arxivləşdirilib 2023-12-18 at the Wayback Machine
- ↑ İ. Q. Əmirovun "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI https://e-qanun.az/framework/15212 Arxivləşdirilib 2024-08-28 at the Wayback Machine