Imadeddin Mahmud Gavan - Wikipedia
Xacə İmadəddin Mahmud Qavan (1411, Gilan ostanı – 1481) — Ədib, siyasətçi, sərkərdə.
İmadəddin Mahmud Gavan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1411 |
Doğum yeri | |
Vəfat tarixi | 1481 |
Fəaliyyəti | şair, siyasətçi |
Həyatı
redaktəSəfəvilərin İranda meydana gəlişindən əvvəl İranın görkəmli vəziri Xacə İmadəddin Mahmud Qavan Hindistanın Dekan ərazisində şiəliyi yayırdı. O, Azərbaycanın Gilan əyaləti ilə həmsərhəd olan Gavilan kəndindən idi. Mahmud Qavan Şeyx Səfiəddin Ərdəbili Bəhmənlər dövlətinə baş nazir kimi qəbul etmişdi. O, 40 ildən çox orada çalışmışdır. Mahmud Qavan əsas vəzifələri azərbaycanlılara vermişdi.
Yusif Adil xan da bu qəbildən — Bicapurda Azərbaycandan olan nümayəndə idi. Onun sayəsində şiəlik həmin ərazidə təşəkkül tapmışdı. Xacə Mahmud Qavan gözəl idarəçi, hərbi general, analitik düşüncəli şəxsiyyət idi. O, Hindistanın şimal bölgəsində, Ərəb dənizindən ta Benqal çayının sahilinə qədər vuruşmuşdu.
Əslən şiə məzhəbindən olan Babur Hindistanda hakim idi. O, Hindistanda şiə məzhəbi ideyalarını təbliğ edirdi.
Hakim Humayun Baburun tərəfdarları 1540-cı ildə qüdrətli əfqan valisi Şerşah Svir xan — Beyrəm xan tərəfindən məğlub edilmişdi. Beyrəm xan da məşhur azərbaycanlı hərbi general, siyasətçi idi. Bu hadisə Şah İsmayılla Şah Təhmasibin dövründə baş vermişdir.
Şah Təhmasib Hakim Humayuna çoxlu köməkliklər etmişdi. Humayun da atası kimi Əhli-beyt (ə) aşiqlərindən idi.
O, 1554-cü ilin Qədir-Xum günündə Şah Təhmasibin iştirak etdiyi bir məclisdə Əlinin (ə) bir beyt şeirini oxudu. Bu beyt Şah Təhmasibin xoşuna gəldi və dedi: "Bu günün şərəfinə hər nə istəsən verəcəyəm". Əvəzində Şah Təhmasibdən onu hakimiyyətə qaytarmağı xahiş etdi. Bayram xan Baharlı azərbaycanlıları hərbi və dövlət vəzifələrinə təyin etmişdi. O cümlədən Mirzə Müzəffər Hüseyn Səfəvi, Mirzə Rüstəm Səfəvi, Xani-Cahan Hüseynqulu xan, Xani-Cahan Mirzə Əbül Rəhim, Əliqulu xan Zanıan, Əsədullah Qazı xan Təbrizi, Məhəmmədqulu xan Türkmən Avşar — bütün bu məşhur azərbaycanlılar Moğol hakimiyyəti dövründə dövlət işlərində vacib, mühüm rol oynamış və Hindistanın müxtəlif bölgələrində şiəliyi təbliğ etmişlər.
Səfəvilər hərəkatında öz həyatını şiə məzhəbinin yayılmasına həsr etmiş şəxslərdən biri Yusif Adil xan idi. O, Mahmud Qavan tərəfindən Bicapur əyalətinə vali təyin edilmişdi. Mahmud Qavandan sonra özünü Yusif Adil şah kimi elan etmişdi.
1503-cü ildə Yusif Adil xan Cümə namazında Came məscidində azanda xütbə oxuyub elan etdi ki, həqiqətən Əli (ə) Allah tərəfindən seçilən vəlidir və onun 11 məsum övladı da vəlidir. Bu, şiəlik tarixində Hindistanda Əlinin (ə) Allahın vəlisi olduğunu elan edən ilk xütbə idi.
Beləliklə, I Şah Təhmasib Səfəvi 12000 azərbaycanlıdan ibarət qoşunla Hakim Humayunu Bayram xanın nəzarəti altında Hindistana göndərdi. Qoşun mübarək Ramazan ayının 4-ü 962-ci ildə (miladi 1555-in yanvarında) Hindistanı məğlub etdi. Əsgərlər sevinc hissi ilə Dehliyə yürüş edirdilər. Bütün bunlar Bayram xanın uzaqgörən məsləhəti altında baş verirdi.
Bayram xan 963–1556-cı ildə Hakim Humayun hökumətinin etirazından sonra onun 14 yaşlı böyük oğlunu — Əkbəri Hindistana hakim təyin etdi. Özü isə Hindistanın Naibüs-Səltənəsi oldu. O, 5 illik hakimiyyəti dövründə Moğol valiliyini Hindistan hakimiyyətinə tabe etdi. Və bu illərdə şiə məzhəbi ideyasının təbliği ilə məşğul oldu. Beyrəm xan 1561-ci ildə qətlə yetirildi, cəsədi müqəddəs Məşhədə gətirildi və İmam Rzanın (ə) qəbri yanında dəfn edildi. Hakim Əkbər onu Baba xan və ya Xanlar xanı deyə çağırırdı.
Əllamə şah Tahir Hüseyni Səfəvilər hərəkatında fəal iştirak edən şəxslərdəndir. O, Hindistanda 1526-cı ildə gəldi və 1544-cü ildə isə Nizam şahın hökumətinə baş vəzir təyin edildi. Hindistanın qərb hissəsində şiə məzhəbinin qızğın təbliğatçısı idi. Şah Təhmasibin dövründə saraya çoxlu alim-üləma dəvət etdi ki, onlar şiəliyin və İmam Əlinin (ə) təbliğində köməklik göstərsinlər.
Qaraqoyunlu dövlətindən olan Sultanqulu Şah İsmayılın nəslindən idi. 1518-ci ildə o, müvəffəqiyyətlə Qolkunda — Heydərabadda şiəliyin əsasını qoydu. Rəsmi olaraq, açıq-aydın şəkildə azanda "Əli (ə) Allahın vəlisidir" — deyə xütbələr oxuyur, şiə məzhəbinin ideoloji vəziyyətini açıqlayırdı. Həmçinin, İmam Hüseyn (ə) əzadarlığı, məhərrəm, səfər aylarında matəm saxlanılırdı. Hindistanın şimalında 3 şiə, o cümlədən Adil şah, Nizam şah Bicapurda, Qütb şah Əhməd Nağarda idilər. Onlar Səfəvi dövləti üçün Hindistanın cənubunda yerləşən Hindu Vijey vilayətindən ötrü köməkçi rolunu oynayırdılar. Çünki 1565-ci ildə Hindistanın cənubundakı şiə dövlətini dağıtmaq istəyən qüvvələr vardı.
Şah Təhmasibin əmri əsasında azərbaycanlılardan ibarət qoşun ora gedib tarixdə Talirota döyüşü adlanan yüksək bir hərb nümayiş etdirdi.
Hər 3 dövlətin şiə fəqihlərinin verdiyi nizamnaməyə uyğun dövlət quruluşu var idi. XVII əsrin axırlarında burada İslam arxitekturası, incəsənət və ədəbiyyat inkişaf edirdi. Hindistanın bu dövrü Səfəvilər üçün çox əhəmiyyətli sayılırdı. Həmçinin, Heydərabadda Məkkə və Çarmar məscidi, Came Gülqopban məscidi, Bicapurda Mahmud mədrəsəsi inşa edilmişdi.