Imamzade Elaeddin Turbesi Avec - Wikipedia
Imamzade Elaeddin Turbesi Avec - Wikipedia - Haqqında Məlumat
İmamzadə Əlaəddin türbəsi — İran Azərbaycanının Qəzvin ostanının Avəc şəhristanının İmamzadə Əlaəddin kəndində yerləşən türbə və məscid. Türbə Avəc şəhərindən 20 km qərbdə Quzey dağının ətəyində yerləşir. Binada 2019-cu ildən etibarən təmir işləri aparılmışdır.[1]
İmamzadə Əlaəddin türbəsi | |
---|---|
Ölkə | İran |
Şəhər | Avəc |
Yerləşir | İmamzadə Əlaəddin kəndi |
Aidiyyatı | Səfəvi dövləti |
Günbəzləri | 1 |
Vəziyyəti | fəaliyyət göstərir |
Kateqoriya | Türbə və məscid |
|
Memarlığı
redaktəTəxminən 15,5 x 14,5 metr ölçüləri olan bu türbə memarlıq cəhətindən düzbucaqlı formaya malikdir və onun əsas gövdəsi platforma və bir metrlik altlıq üzərində yerləşdirilib. Binanın daxili və xarici bəzəkləri demək olar ki yoxdur və sadə formadadır.[2]
İstinadlar
redaktə- ↑ "İmamzadə Əlaəddin türbəsinin bərpası layihəsi". 2024-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-26.
- ↑ "İmamzadə Əlaəddin türbəsi". 2024-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-26.