Iman Mutleq - Wikipedia
İman Mütləq (Səudiyyə Ərəbistanı) — İordaniyalı sahibkar, maliyyəçi, sosial fəal; "Sigma Investments Group" şirkətinin banisi.
İman Mütləq | |
---|---|
ing. Iman Mutlaq | |
Doğum yeri | İordaniya |
Vətəndaşlığı | İordaniya |
Təhsili |
|
Fəaliyyəti | biznes ledi |
imanmutlaq.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMütləq Səudiyyə Ərəbistanında anadan olub. Atası vəfat edəndə onun 6 yaşı var idi, anası onun təlim tərbiyəsi ilə məşğul olmuşdur. Ailəsinin Səudiyyə kral ailəsi ilə sıx münasibətlərinin olmasına baxmayaraq, Mütləq var gücü ilə ərəblərin tipik kişi ictimai həyatına qoşulmağa cəhd etmişdir. 14 yaşı olanda təhsilinə dəstək olmaq məqsədi ilə toxuduğu əşyaları məktəbdə satırdı.[1]
İman Mütləq iki övladını 24 yaşında həyat yoldaşından boşandıqdan sonra tənha ana olaraq böyütmüşdür.[1]
Mütləq Nyu York Texnologiya İnstitutunda Biznes Administasiyası magistraturasında maliyyə təhsili almışdır.[1]
Mütləq artıq 18 yaşında şəxsi ixrac-idxal biznesini yaratmış və daha sonra 27 yaşında Yaxın Şərq və Şimali Afrikanın regionalarını əhatə edən maliyyə sənayesinə daxil olmuşdur. O hazırda İordaniyanın Sigma İnvestments şirkətini idarə edir.[1]
O 2015-ci ildən MENA (Orta Şərq və Şimali Afrika) bölgəsində maliyyə xidmətləri ilə məşğul olan Bəhreyn "İngot Consutation" şirkətini idarə edir; bu şirkət dünya valyutaları və dəyərli metallarla ticarət etməyə, müştərilərə valyuta bazarına çıxmağa imkan verir.[2]
Təltif və muzeyləri
redaktə- Forbes jurnalının Orta Şərq nəşri 2016, 2017 və 2018-ci illərdə İman Mütləqi "100 ən güclü Ərəb qadın iş adamı" siyahısında 32, 41 və 38-ci sırada qərarlaşdırmışdır.
- 2017-ci ildə Şri-Lankada Hilton Mehmanxanasında keçirilən "Asia-Pacific Executives" (Asiya-Sakit okean vəzifəli şəxsləri) forumunda əsas məruzəçi.
- 2016-cı ildə Korporativ sektorda MENA üzrə Amerikan Ticarət Palatasında Qadınlar Şurasında ən yaxşı qadın.
- 2015-ci ildə İordaniyanın öncül iş qadını.[3]
- 2014-cü ildə İordaniyanın "İnsan hüquqları və sülh üzrə xoşməramlı səfiri" təyin edilmişdir.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "İordaniya Biznesi 10 ən güclü İordaniya qadınını təqdim edir". İordaniya Biznesi . Avqust, 2014. 18 Oktyabr, 2015-ci il tarixində arxivləşdirilib.
- ↑ ""Ingot Brokers introduces services in Sri Lanka". Daily FT". 2019-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-13.
- ↑ ""Jordan's Top Businesswomen: Iman Mutlaq"". 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-13.
- ↑ "Jordan's Top Businesswomen: Iman Mutlaq". Venture Magazine. March 9, 2015". March 11, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 13, 2019.