Imperiya Islahati - Wikipedia
İmperiya islahatı (lat. Reformatio imperii, alm. Reichsreform) 15–16-cı əsrlərdə Müqəddəs Roma İmperiyasının strukturunu və quruluşunu (alm. Verfassungsordnung) erkən müasir dövlətin tələblərinə uyğunlaşdırmaq üçün təkrarlanan cəhdlərə verilən addır.
İlk cəhdlər
redaktə1434-cü ildən 1438-ci ilə qədər Eger (müasir Çeb, Çexiya) və Nürnberqdəki imperiya məclislərində, qismən imperator Sigizmundun təşəbbüsü ilə, qismən də kürfürstlər tərəfindən islahata dair ilk cəhdlər edildi. Münaqişələr qadağan edildi, sikkə zərbi hüquqları və səyahət hüquqlarının yenidən nəzərdən keçirilməsi və imperiyanın inzibati dairələrə bölünməsi ilə bağlı müzakirələr aparıldı. Bununla belə, bütün təkliflər imperator və knyazların ziddiyyətli maraqlarına əsaslanırdı.
Hər iki tərəf imperiyanın daha işlək hökumətini yaratmağa çalışırdılar, lakin əks istiqamətdə işləyirdilər. İmperator öz mərkəzi nəzarətini gücləndirməkdə maraqlı idi; knyazlar iştirak edə biləcəkləri kollegial, korporativ liderlik istəyirdilər. O dövrün yazıları, o cümlədən Reformatio Sigismundi kimi nəşrlər göstərir ki, kiçik ərazi hakimiyyətlərini — qrafları və baronları, eləcə də imperiya cəngavərlərini, eyni zamanda imperiya şəhərlərini və daha kiçik kilsə ərazilərini təmsil edən təhsilli təbəqələr imperatorun güclü bir mövqeyə sahib olmağını dəstəkləyirdi, çünki bu, öz senyorlarının təsirini azaltmağa xidmət edəcəkdi. Sigizmundun varisi II Albert dövründən demək olar ki, həmişə Habsburqlardan gələn imperatorun özü imperiya siyasətindən yalnız o halda istifadə edirdi ki, bu siyasət öz torpaqlarında öz şəxsi güc bazasını dəstəkləməyə xidmət etsin.
1495-ci il cəhdləri
redaktə1495-ci ildə Vorms şəhərindəki İmperiya məclisində parçalanmaqda olan Müqəddəs Roma İmperiyasına İmperiya islahatı adlandırılan yeni bir struktural dəyişiklik cəhdi oldu. İslahatın əsas ideyası əsasən Nikolay Kuzalı tərəfindən hazırlanmış imperator və knyazlar arasında siyasi uzlaşma nəzəriyyəsinə əsaslanırdı. 13-cü əsrin ortalarında Hohenştaufen sülaləsinin süqutundan sonra imperatorların gücü yerli feodalların, xüsusən də 1356-cı ilin Qızıl Fərmanı tərəfindən təyin edilmiş kürfürstlərin xeyrinə tədricən azaldı. Buna baxmayaraq, muxtariyyətə sahib dövlətlər Husçular kimi təhdidlər və silahlı münaqişələr zamanı mərkəzləşdirilmiş hakimiyyətin olmamasının mənfi cəhətlərini tezliklə dərk etdilər.
1486-cı ildən Habsburqlardan I Maksimilian Romalıların kralı seçildi. 1495-ci il məclisində Maksimilian feodalların təkcə töhfələr deyil, həm də vergisinin artırılmasını və şərqdə Osmanlılara, İtaliyada isə Fransaya qarşı müharibələri üçün qoşunların ayrılmasını tələb etdi.[1] Mayns arxiyepiskopu, kansler Bertold fon Henneberqin başçılıq etdiyi nümayəndələr, prinsipcə, birbaşa İmperiyaya ödənilən ümumi vergi ilə razılaşdılar, lakin bunun müqabilində müəyyən şərtlər irəli sürdülər:
- Hakimiyyəti knyazların əlinə verən, imperatorun fəxri sədr olduğu İmperiya Hökumətinin yaradılması. Maksimilian səlahiyyətlərinin bu cürə məhdudlaşdırılmasından əvvəlcə imtina etdi və dövlətlər öz qoşunlarını ona təslim etməsinədək 1500-cü ildə Auqsburq iclasına qədər razı olmadı, razı olandan sonra da təkcə iki ildən sonra Hökuməti ləğv etdi.[2][3]
- Əbədi Sülh (alm. Ewiger Landfriede) imperiyanı vassallar arasında əlaqələrdə ədavətləri istisna edən vahid hüquq orqanı təyin edirdi.
- Roma hüququnun qəbulu: Roma hüququ bütün imperiya üçün rəsmi qanun kimi qəbul edildi
- İmperatorluğun bütün ərazisi üçün ali məhkəmə olan İmperator Saray Məhkəməsinin (alm. Reichskammergericht) təsis edilməsi. Bu Məhkəmə ilkin olaraq Frankfurt-Mayn şəhərində yerləşmişdir; 1523-cü ildə Şpayerə və nəhayət 1693-cü ildə Vetslara köçdü
Maksimilian ümumiyyətlə onun hakimiyyətini zəiflədən tələblərə qarşı çıxırdı, lakin o, Əbədi Sülhü, Roma hüququnun qəbulunu, daha sağlam inzibati prosedurları, daha yaxşı uçotun aparılmasını, vəzifələr üçün tələblərin dəqiqləşdirilməsini və s. dəstəklədi. İmperator Şurasının (alm. Reichsregiment) yaradılması təklifinə cavab olaraq buna razı olduğunu və alqışladığını dedi, lakin şuradakı üzvləri təyin edən tək o olmalı və şura yalnız onun döyüşləri zamanı fəaliyyət göstərməli idi. O, modernləşdirici islahatları dəstəklədi (özü də Avstriya torpaqlarında bu işə öncülük edirdi), həm də bunu öz şəxsi nəzarətinə, hər şeydən əvvəl, knyazların davamlı olaraq qarşı çıxdığı daimi vergi ilə birləşdirmək istədi. 1504-cü ildə o, belə bir şura haqqında öz ideyalarını irəli sürmək üçün kifayət qədər güclü olanda, qorxmuş knyazlar müqavimət göstərməyə çalışdı. Ən güclü hakimiyyət dövründə belə, o, hələ də sonradan İtaliyada fəlakətlərə səbəb olacaq ümumi vergi məsələsi üçün bir həll tapa bilmədi. Bu arada o, Avstriyanın İmperiyanın əsas gücü üçün baza kimi potensialını tədqiq etdi və hökumətini əsasən cənubi Almaniyada aşağı aristokratiya və şəhərlərdən gələn məmurlarla qurdu.[4]
1495-ci il iclasında Roma hüququnun qəbulu sürətləndirildi və rəsmiləşdirildi. Roma qanunu yerli qanunlara zidd olduğu hallar istisna olmaqla, alman məhkəmələrində məcburi idi.[5] Praktikada o, bütün Almaniyada əsas qanuna çevrildi və alman qanunu hələ də aşağı məhkəmələrdə fəaliyyət göstərsə də, Roma qanunu german yerli qanunlarını böyük ölçüdə əvəz etdi.[6][7][8][9] Hüquqi birliyə nail olmaq istəyi və digər amillərdən başqa, bu qanunun qəbulu həm də Qədim Roma imperiyası ilə Müqəddəs Roma İmperiyası arasında davamlılığı da vurğulayırdı.[10] Hüquq sistemini islahat etmək və birləşdirmək qərarını həyata keçirmək üçün imperator tez-tez yerli nizamnamələri və adət-ənənələri əsas götürərək yerli hüquqi məsələlərə şəxsən müdaxilə edirdi. Bu təcrübə tez-tez yerli qanunları qorumaq istəyən yerli şuralar tərəfindən istehza və nifrət ilə qarşılanırdı.[11]
İsveçrə Konfederasiyası İmperator məclisinin qərarlarını qəbul etmədi və xüsusilə ümumi vergini ödəməkdən açıq şəkildə imtina etdi. Bu da 1499-cu il Şvabiya müharibəsi və Konfederasiyanın imperiyadan çıxmasına səbəb olaraq müasir İsveçrə dövlətinin əsasını qoymuş oldu. Bir neçə dövlətin inadkar müqaviməti nəticəsində verginin yığılması nəhayət 1505-ci ildə dayandırıldı.
İstinadlar
redaktə- ↑ Stollberq-Rilinqer, 2021. səh. 46
- ↑ Whaley, 2011. səh. 61
- ↑ Brady, 2009. səh. 429
- ↑ Şablon:Cite contribution
- ↑ Burdick, William Livesey. The Principles of Roman Law and Their Relation to Modern Law (ingilis). The Lawbook Exchange, Ltd. 2004. 19, 20. ISBN 978-1-58477-253-8. İstifadə tarixi: 19 November 2021.
- ↑ Lee, Daniel. Popular Sovereignty in Early Modern Constitutional Thought (ingilis). Oxford University Press. 19 February 2016. səh. 243. ISBN 978-0-19-106244-5. İstifadə tarixi: 20 November 2021.
- ↑ Thornhill, Chris. German Political Philosophy: The Metaphysics of Law (ingilis). Routledge. 24 January 2007. səh. 12. ISBN 978-1-134-38280-4. İstifadə tarixi: 20 November 2021.
- ↑ Haivry, Ofir. John Selden and the Western Political Tradition (ingilis). Cambridge University Press. 29 June 2017. səh. 118. ISBN 978-1-107-01134-2. İstifadə tarixi: 20 November 2021.
- ↑ Mousourakis, George. The Historical and Institutional Context of Roman Law (ingilis). Routledge. 2 March 2017. səh. 435. ISBN 978-1-351-88840-0. İstifadə tarixi: 20 November 2021.
- ↑ Zoller, Élisabeth. Introduction to Public Law: A Comparative Study (ingilis). BRILL. 2008. səh. 64. ISBN 978-90-04-16147-4. İstifadə tarixi: 20 November 2021.
- ↑ Hodnet, 2018. səh. 79–81
Mənbələr
redaktə- Stollberg-Rilinger, Barbara. The Holy Roman Empire: A Short History (ingilis). Princeton University Press. 11 May 2021. 46–53. ISBN 978-0-691-21731-4. İstifadə tarixi: 26 February 2022.