Imtahan - Wikipedia
İmtahan — insanın biliyinin qiymətləndirilməsi prosesi. Əsas cəhəti müəyyən dövrdən bir keçirilməsidir. Müxtəlif növ imtahan növləri mövcuddur: orta məktəb, ali məktəb, kurs , test, açıq sual, işə qəbul və s. Onların hamısı müəyyən dövrdə əldə edilmiş biliyin qiymətləndirilməsi üçün keçirilir.
- hər hansı bir (müəyyən) fənn üzrə keçirilən yoxlama sınağı. Məsələn, imtahan komissiyası;
- şagird və tələbələrin bilik, bacarıq və vərdişlərini yoxlamaq üsulu. İlk dəfə eramizdan əvvəl II yüzillikdə Çində, sonralar isə dünyanın bir sıra başqa ölkələrində tətbiq edilmişdir.
İmtahan-yoxlama sessiyası
redaktə- ali və ya orta ixtisas məktəblərinin tədris planında müəyyən fənn üzrə nəzərdə tutulan imtahan dövrü. Bir qayda olaraq, dərs ilində iki – qış (yanvarda) və yaz (iyunda) imtahan-yoxlama sessiyası olur. Sessiyalarda imtahanların sayı tədris planına uyğun olaraq, ali məktəblərdə. 5-dən, orta ixtisas məktəblərində isə 4-dən çox olmamaq şərti ilə müəyyən edilir.
İmtahan forması
redaktəImathanların aparılması xüsusi qaydalarla tənzim olunur. Qaydalara riayət olunması ciddi tələb olunur və buna ciddi nzarət vardır. İmatahanların mövzusu və ardıcıllığı ali məktəblərin nizamnaməsi əsasında həyata keçirilir. Nəzəri imtahanlar şifahi və yazılı formada keçirilir. Həmçinin imtahanlar — qəbul, növbəti kursa keçirilmə və buraxılış imtahanlarına bölünür. Bunun vasitəsilə yeni qəbul edilənin, növbəti mərhələyə keçənin və tədris proqramını bitirənlərin bilikləri qiymətləndirilir.
İmtahan nəticəsi
redaktəİmtahanın nəticəsinə görə müxtəlif şkalada qiymət və ya ixtisas dərəcəsi verilir.
Ədəbiyyat
redaktəƏliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.