Insan Tebatebai - Wikipedia
"İnsan" traktatı (ərəb. الإنسان) — Əllamə Təbatəbainin kitabı.
"İnsan" risaləsi | |
---|---|
ərəb. الإنسان | |
| |
Müəllif | Əllamə Təbatəbai |
Mövzu | İslam, Kreatsionizm, Qiyamət, Məad |
Orijinalın dili | Ərəbcə |
Ölkə | Azərbaycan |
Tərcüməçi | Rövşən Abdullaoğlu[1] |
Seriya | İnsan və taleyi kitablar silsiləsindən |
Nəşriyyat | Qədim Qala |
Səhifə |
İDƏ: 136 İDS: 168 İDSS: 224 |
İnsan dünyadan əvvəl
redaktəİnsan Dünyadan Əvvəl | |
---|---|
ərəb. الإنسان قبل الدنيا | |
Mövzu | İslam, Kreatsionizm |
Səhifə | 136 |
ISBN | ISBN 978-9952-814-83-5 |
İnsan dünyadan əvvəl (ərəb. الانسان قبل الدنیا) — Əllamə Təbatəbainin insanın dünyadan əvvəlki həyatı, dünya aləminə gələnə qədər hansı yaradılış mərhələlərindən keçməsi barədə olan kitabı.[2]
Məzmun
redaktəQarşınızda olan bu kitab 4 hissəli “İnsan” kitabının birinci cildidir. Bu kitab Əllamə Təbatəbainin (r.ə) “İnsan” risaləsi əsasında qələmə alınmışdır. Kitabda insanın dünyadan əvvəlki həyatı, dünya aləminə gələnə qədər hansı yaradılış mərhələlərindən keçməsi bəyan olunmuşdur. İslam düşüncəsinə görə bu əzəmətli varlığın mövcudiyyəti dünyadan əvvəl başlamış və dünyadan sonra da davam edəcəkdir. Dünya bu əzəmətli varlığın həyatının bilinən tərəfidir. Dünyadan əvvəlki həyatı isə insan üçün qaranlıqdır. Kitabda insan həyatının qaranlıq və müəmmalı olan bu tərəfi barədə geniş məlumat verilmişdir. Dünyada yaşayan adəm övladı üçün keçmişini bilməsi bu günü və gələcəyi üçün mühümdür. Bu kitab sizi yadınızdan çıxmış uzaq keçmişinizə aparacaqdır. Keçmişinizi mərhələ-mərhələ gözlərinizin önündə canlandıracaq, unutduğunuz həqiqətləri yenidən yada salacaqdır.[3]
Nəşr
redaktəKitab 2011-ci ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə[4], şərh və əlavələr edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "İnsan və taleyi kitablar" silsiləsindən əvvəlcə 136 səhifədə 60x90 ölçüsündə çap edilib.[5][6]
Kitab 2011-2012-ci illərdə 2 dəfə təkrar nəşr edilib.
İnsan dünyadan sonra
redaktəİnsan Dünyadan Sonra | |
---|---|
ərəb. الإنسان بعد الدنيا | |
Mövzu | İslam, Qiyamət, Məad |
Səhifə | 168 |
ISBN | ISBN 9789952814866 |
İnsan dünyadan sonra (ərəb. الإنسان بعد الدنيا) — Əllamə Təbatəbainin insanın dünyadan sonrakı taleyi barəsində olan kitabı.
Məzmun
redaktə“İnsan dünyadan sonra” adlı bu kitab Əllamə Təbatəbainin “İnsan risaləsi” əsasında işlənilmişdir. Bu kitab insanın dünyadan sonrakı taleyi barəsindədir. Ölüm və onunla başlayan sonrakı həyat ayə və hədislər əsasında bəyan edilmişdir. Bu kitabda ölüm və ondan sonra baş verəcək hadisələr barədə bir çox maraqlı faktlara toxunulmuş, insanın dünya həyatından sonra keçəcəyi müxtəlif mərhələlər və onlarda insanı gözləyəcək hadisələr barədə geniş məlumat verilmişdir.[7]
Nəşr
redaktəKitab 2011-ci ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə[4], şərh və əlavələr edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "İnsan və taleyi kitablar" silsiləsindən əvvəlcə 150, 2012-ci ildə 160, 2013 və 2015-ci ildə 172 səhifədə 60x90 ölçüsündə çap edilib.[8]
Kitab 2011, 2012, 2013 və 2015-ci illərdə 4 dəfə təkrar nəşr edilib.
İnsan dünyadan sonradan sonra
redaktəİnsan Dünyadan Sonradan Sonra | |
---|---|
الانسان بعد الدنیا | |
Mövzu | İslam, Qiyamət, Məad |
Səhifə | 224 |
ISBN | ISBN 9789952819038 |
İnsan dünyadan sonradan sonra (ərəb. الإنسان بعد الدنيا) — Əllamə Təbatəbainin insanın dünyadan sonrakı taleyi barəsində olan kitabı.
Məzmun
redaktəMüxtəlif aləmlərin mövcudiyyəti yalnız İslamın deyil, bir çox fəlsəfi, dini və elmi məktəblərin qəbul etdikləri bir həqiqətdir. Ən qədim fəlsəfi məktəblərdən olan kökləri eramızdan min illərlə əvvələ gedən yoqa təlimlərində də bu barədə bəzi fikirlər irəli sürülmüşdür. Hind fəlsəfəsində də oxşar elementləri görmək olar. Neoplatonizm və qnostisizm fəlsəfi düşüncələrində də ruh və ruhani aləmlərin çoxluğu fikirləri yer almaqdadır. Okultist təlimlərdə də müxtəlif aləmlərin mövcud olması bildirilməkdədir.
Bu kitabda insanın ölümündən sonra daxil olacağı aləmlər və orada baş verəcək hadisələr barədə çox maraqlı mövzular yer almaqdadır.
Nəşr
redaktəKitab 2013-cü ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə, şərh və əlavələr edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "İnsan və taleyi kitablar" silsiləsindən 224 səhifədə 60x90 ölçüsündə çap edilib.[9]
Kitab 2011, 2012, 2013 və 2015-ci illərdə 4 dəfə təkrar nəşr edilib.
İstinadlar
redaktə- ↑ Əli Əhmədli. "Vüsalə Vətənxan Mehri ilə maraqlı müsahibə..." ( (az.)). azpress.az. 2018-08-29. 2020-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-14.
- ↑ "Kitabsevərlərə müjdə!." ( (az.)). deyerler.org. 2011-12-27. 2020-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-23.
- ↑ ""İnsan Dünyadan Əvvəl" kitabı artıq satışda" ( (az.)). samantarjomeh.ir. 2011-12-31. 2020-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-01-14.
- ↑ 1 2 ""XXI əsrin adamı"- Rövşən Abdullaoğlu: "Səmadan eyni cür enən insanlar eyni cür qalxa bilmirlər" – MÜSAHİBƏ". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-11.
- ↑ "İnsan Dünyadan Əvvəl (II nəşr)" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
- ↑ "Əllamə Təbatəbainin "İnsan dünyadan əvvəl" adlı kitabı nəşr olunub" ( (az.)). deyerler.org. 2011-11-19. 2019-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-23.
- ↑ ""İnsan dünyadan sonra" adlı kitab işıq üzü görüb" ( (az.)). deyerler.org. 2012-03-03. 2019-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-23.
- ↑ "İnsan Dünyadan Sonra (IV nəşr)" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
- ↑ "İnsan Dünyadan Sonradan Sonra (II nəşr)" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "İnsan Dünyadan Əvvəl (II nəşr)" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
- "İnsan Dünyadan Sonra (IV nəşr)" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
- "İnsan Dünyadan Sonradan Sonra (II nəşr)" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
- Goodreads-də İnsan Dünyadan Əvvəl
- Goodreads-də İnsan Dünyadan Sonra
- Goodreads-də İnsan Dünyadan Sonradan Sonra
- İnsan Dünyadan Əvvəl
- İnsan Dünyadan Sonradan Sonra
- Sirat körpüsü Əllamə Məhəmməd Hüseyn Təbatəbai
- Mizan tərəzisi - Əllamə Məhəmməd Hüseyn Təbatəbai