Intihar Durkheymin Kitabi - Wikipedia
"İntihar" (fr. Le Suicide) — Emil Durkhaymın 1897-ci ildə nəşr olunan əsas əsəri. Kitab sosioloji tədqiqat modeli olmuşdur. Durkhaym intiharın psixoloji yox, yalnız sosial səbəbləri olduğunu sübut etməyə çalışaraq mövcud rəsmi statistikanın ikinci dərəcəli təhlili metodundan istifadə etmişdir. Bir sıra tədqiqatçılar bu əsəri "metodoloji klassik", digərləri isə böyük uğursuzluq hesab edirlər.[1]
İntihar | |
---|---|
fr. Le suicide | |
Müəllif | Emil Durkhaym |
Janr | esse |
Orijinalın dili | fransız dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1897 |
İntihar növləri
redaktəDurkhaym intiharın dörd növünü ayırd etmişdir:
- eqoist,
- altruist,
- anomik,
- fatalist.
Eqoizm — başqalarını deyil, yalnız özünü sevmək istəyi.
Altruizm — başqa bir insanın və ya insanların mənafeyinə yönəlmiş fədakar hərəkətləri təyin edən əxlaqi prinsip. Tipik olaraq, bu anlayış öz mənfəətini ümumi mənafeyə qurban vermək qabiliyyətini ifadə etmək üçün istifadə olunur.
Anomiya — müasir böyük şəhərlərdə mövcud olan, inqilab və ya üsyan dövründə ölkədə baş verən qanunsuzluq, normaların olmaması vəziyyəti.
Fatalizm — varlığın əvvəlcədən müəyyən edilməsinə inam.
Həmçinin bax
redaktəİstinadlar
redaktəƏlavə ədəbiyyat
redaktə- Дюркгеймъ Э. Самоубійство / Пер. А. Н. Ильинскій. — СПБ: Н. П. Карбасниковъ, 1912.
- Дюркгейм Э. Самоубийство. Социологический этюд (PDF). М.: Мысль. Пер. с фр. сокр. А. Н. Ильинского; под ред. В. А. Базарова. 1994.