Intiqam Atakisiyev - Wikipedia
İntiqam Vahid oğlu Atakişiyev (7 aprel 1974, Tüntül, Qutqaşen rayonu) — Azərbaycanın Milli Qəhrəmanı.
İntiqam Atakişiyev | |
---|---|
İntiqam Vahid oğlu Atakişiyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tüntül, Qəbələ rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Sərhəd Qoşunları |
Xidmət illəri | 1992 – |
Rütbəsi |
Polkovnik |
Döyüşlər |
Qarabağ müharibəsi • Murovdağ əməliyyatı • Ağdam uğrunda döyüş • Qubadlının azad edilməsi • Tərtər əməliyyatı |
Təltifləri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə7 aprel 1974-cü ildə Qəbələ rayonunun Tüntül kəndində anadan olub. 1981-1991-ci illərdə Qəbələ rayonunun Tüntül kənd orta məktəbində, 1991-1992-ci illərdə isə Bakı şəhəri 61 saylı texniki peşə məktəbində oxuyub. Ailəlidir, iki övladı var.
O, xeyirxah bir insan, vətəndaşlıq mövqeyi ilə seçilən bir hərbçi kimi tanınır.
Təhsil aldığı məktəbin önündə Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün abidə qoyulmasının təşəbbüskarı olmuş, maddi və mənəvi köməyini əsirgəməmişdir.
Hərbi xidməti
redaktəİntiqam Atakişiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyinin 776 saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən atıcıdan taqım komandirinin müavini vəzifəsinədək qalxıb.
O, 1995-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin nəzdində taqım komandirləri məktəbini, 1997-ci ildə isə Türkiyə Respublikasının Jandarma Komandirləri məktəbini bitirib.
1995-ci ildən 2004-cü ilədək "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsindən hərbi hissə komandirinin müavini vəzifəsinədək yüksəlib.
1992-1994-cü illərdə Qubadlı, Laçın, Ağdam, Füzuli, Ağdərə və Tərtər bölgələrində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. Murovdağ döyüşlərindən birində yaralanmasına baxmayaraq silahı yerə qoymadı. Müalicə olunan kimi yenidən cəbhəyə döndü. 1995-ci il mart hadisələri zamanı dövlət çevrilişi etmək istəyən qüvvələrin zərərsizləşdirilməsində şəxsi igidlik və şücaət göstərib. Onu, "N" saylı hərbi hissənin qrup komandiri təyin etmişdilər. Dövlət Sərhəd Xidməti Xüsusi məktəbinin ilk rəisi vəzifəsində çalışmışdır.
Təltif və mükafatları
redaktəAzərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Atakişiyev İntiqam Vahid oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]
- (4 aprel 1995) — "Qızıl Ulduz" medalı
- (16 avqust 2011) — "İgidliyə görə" medalı[2]
- (15 avqust 2014) — "Vətən uğrunda" medalı[3]
- (2018) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
Ədəbiyyat
redaktə- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 41–42.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 aprel 1995-ci il tarixli 307 nömrəli fərmanı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 04.04.1992. 2017-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.04.1995.
- ↑ "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-13.
- ↑ "Prezident DSX-nın qulluqçularını təltif etdi". 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-13.