Iordaniyalilar - Wikipedia
Ümumi sayı | |||
---|---|---|---|
2 350 000 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
İslam |
İordaniyalılar — İordaniya ərazisində yaşayan ərəblər. Ölkə əhalisinin əsas hissəsini təşkil edirlər. Ümumi sayları 2 350 000 nəfərdir.
Yayılması
redaktəİordaniyalılar — İordaniya əhalisinin əsas hissəsini təşkil edirlər. Bundan əlavə Küveyt ərazisində də 350 min iordaniyalı yaşayır. Onlar əsdasən neft çıxarılan ərəb ölkələrinə emiqrasiya edirlər.
Dil
redaktəİordaniyalıların böyük əhsəriyyəti Ərəb dilinin siro-livan dialektində danışırlar. Ərəb dili İordaniyanın dövlət dilidir.
Yaşayış şəraiti
redaktəiordaniya ərazisinmin böyük hissəsi alçaq dağlıq ərazilər təşkil edir. Orta yüksəklik 1754 m-dir. Qərbində tekrokin Qxor vadisi yerləşir. üstəlik ölü dənizi və İordan çayının vadisi ölkənin ən dayaz nöqtələrindəndir. İqlimi quru subtropikdir. Yanvar ayının orta temperaturu 8—14 °C, iyulda isə 24—30 °C təşkil edir. İl ərzində 100 – 700 mm yağıntı düşür. Ərazisi əsasən səhra və yarımsəhralardan ibarətdir.
Etnik tarixi
redaktəİordaniya qədimlərdə semit qəbilərəri tərəfindən məskunlaşdırıəlmışdır. VII əsrdə isə Ərəb Xilafətinin tərkibninə keçmişdir. XVI əsrdən.—1918-ci ilə qədər isə Osmalı imperiyasınıın tərkib hissəsi olmuşdur. Birinci Dünya müharibəsindən sonra isə Böyük Britaniyanın Fələstin mandatlığına daxil erdilmişdir. 1921-ci ildə isə Transiordaniya adı ilə manadatlıq təşli edilmişdir.verilmişdir. 1946-cı ildən müstəqil krallıqdır. Birinci İsrail-ərəb münaqişəsi zamanı İordan çayımnın qərb sahili ilə birləşmişdir. 1967-cü ildə isə əırazi İsrail tərəfindən işğal olunmuşdur. İordaniya 1991-ci ildən Yaxın Şərq probleminin həllində tərəf kimi çıxış edir. 1994-cü ildə isə İsraillə imzalanan müqaviləyə görə 1967-ci ildə işğal olunmuş ərtazilərin bir qismi İordaniyaya qaytarılmışdır. İordaniya ərazisində ilk ərəb dövləti b.e.ə III əsrdə yaranmışdır.
Təsərrüfat məşğuliyyəti
redaktəƏkinçilik — iordaniyalılar əkinçiliyin taxılçılıq, bağçılıq və bostançılıq sahələri ilə məşğul olurlar. Ölkədə, buğda, qarğıdalı,strus meyvəlkəri, üzüm, zeytun, pomidor, badımcan vcə s bitkilər əkilir.
Heyvandarlıq — iordaniyalılar yarımköçəri maldarlıqla da məşğul olurlar. Köçərilər əsasən (sayları 50 mindir) qoyun, keçi və dəvə saxlayırlar.
Sənaye — bir qisim əhali dağ-mədən, neftnasilatı sahələrində çalışır. ölkədə tekstil sahəsidə mövcuddur.
Ticarət
redaktəİordaniya kənd təsərrüfatı ölkəsidir. Dövlət nəzarətində olan əsas sənaye sahələri:Fosfatların çıxarılması və emalı, kağız, tekstil, polad istehsalı. Elektrik istehsalı 4,8 milyard KVt (1993). Dəmir yollarının uzunluğu 677 km, avtomobil yolları 7 min km (1994). Dəniz limanı - Akaba. İxraclar: mineral gübrələr, fosfatlar, deterjanlar, tərəvəzlər və meyvələr, əczaçılıq və digər sənaye məhsulları. Əsas xarici ticarət tərəfdaşları: Hindistan, Səudiyyə Ərəbistanı, İraq, İndoneziya, Türkiyə və s. Pul vahidi İordaniya dinarıdır.
Din
redaktəÖlkə əhalisinin 90 % müsəlmandır az bir qismi nsiə xristiandır.
Mənbə
redaktə- İordaniya xəritəsi
- Языки Иордании на Ethnologue: Languages of the World, 15th edition. SIL International.