Iqlim Deyiskenliyi - Wikipedia
İqlim dəyişmələri — bütövlükdə Yer kürəsinin və ya onun ayrı-ayrı bölgələrinin iqlimində zamanla dəyişmələr, onilliklərdən milyonlarla ilə qədər bir müddət ərzində hava parametrlərinin uzunmüddətli dəyərlərdən statistik əhəmiyyətli sapmalarında ifadə edilir. Həm hava parametrlərinin orta dəyərindəki dəyişikliklər, həm də ekstremal hava hadisələrinin tezliyindəki dəyişikliklər nəzərə alınır. İqlim dəyişikliyinin öyrənilməsi paleoklimatologiya elmidir. İqlim dəyişikliyinin səbəbi Yerdəki dinamik proseslər, günəş radiasiyasının intensivliyinin dəyişməsi kimi xarici təsirlər və son zamanlar insan fəaliyyətidir. Mövcud iqlimin dəyişməsi (istinmə istiqamətində) qlobal istiləşmə adlanır.
Haqqında
redaktəDünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb.
Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin də əsası istilik effekti yaradan qazlar[1]: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələridir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq qızma 2000 metr dərinliyə qədər çatır. Bu da isti axınların daha da qızmasına səbəb olur[2].
Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir. Azərbaycan ərazisində Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4–1,30C-yə qədər artmışdır[3][4]. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 illiklərdə kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artmışdır[5].
İqlim dəyişməsində antropogen amillər
redaktəAntropogen amillər ətraf mühiti dəyişdirən və iqlimə təsir göstərən insan fəaliyyətini əhatə edir. Bəzi hallarda, sulamanın temperatur və rütubətə təsiri kimi səbəb əlaqəsi birbaşa və birmənalıdır, digər hallarda əlaqələr daha az aşkar olur. İllər ərzində insanın iqlimə təsirinin müxtəlif fərziyyələri müzakirə edilmişdir. Məsələn, XIX əsrin sonlarında, yağış şum nəzəriyyəsini izləyir ABŞ-nin qərbində və Avstraliyada populyardı.
Bu günün əsas problemləri bunlardır: yanacaq yanması, atmosferdə soyudulmasına təsir edən aerozollar və sement sənayesi səbəbindən atmosferdə artan CO2 konsentrasiyası. Torpaq istifadəsi, Ozon tükənməsi, heyvandarlıq istehsalı və meşələrin qırılması kimi digər amillər də iqlimə təsir göstərir[6].
İqlim dəyişikliyinin amilləri
redaktəİqlim dəyişikliyi yerin atmosferindəki dəyişikliklər, okeanlar, buzlaqlar kimi yerin digər hissələrində baş verən proseslər, həmçinin artıq dövrümüzdə insan fəaliyyəti ilə bağlı təsirlər nəticəsində yaranır. İqlimi formalaşdıran xarici proseslər günəş radiasiyasında və Yerin orbitində baş verən dəyişikliklərdir.
- qitələrin və okeanların ölçüsündə, topoqrafiyasında və nisbi mövqeyində dəyişiklik;
- günəşin parlaqlığının dəyişməsi,
- Yerin orbitinin və oxunun parametrlərində dəyişikliklər,
- atmosferin şəffaflığında və tərkibində dəyişikliklər, o cümlədən istixana qazlarının (CO2 və CH4) konsentrasiyasında dəyişikliklər;
- yer səthinin əksetmə qabiliyyətinin dəyişməsi (albedo),
- okeanın dərinliklərində mövcud olan istilik miqdarının dəyişməsi
İstinadlar
redaktə- ↑ "The United Nations Framework Convention on Climate Change". 21 March 1994. 20 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2021.
Climate change means a change of climate which is attributed directly or indirectly to human activity that alters the composition of the global atmosphere and which is in addition to natural climate variability observed over comparable time periods.
- ↑ Hulme, Mike. "Concept of Climate Change, in: The International Encyclopedia of Geography". The International Encyclopedia of Geography. Wiley-Blackwell/Association of American Geographers (AAG). 2016. 29 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 May 2016.
- ↑ Hsiung, Jane. "Estimates of Global Oceanic Meridional Heat Transport". Journal of Physical Oceanography. 15 (11). November 1985: 1405–13. Bibcode:1985JPO....15.1405H. doi:10.1175/1520-0485(1985)015<1405:EOGOMH>2.0.CO;2.
- ↑ Vallis, Geoffrey K.; Farneti, Riccardo. "Meridional energy transport in the coupled atmosphere–ocean system: scaling and numerical experiments". Quarterly Journal of the Royal Meteorological Society. 135 (644). October 2009: 1643–60. Bibcode:2009QJRMS.135.1643V. doi:10.1002/qj.498.
- ↑ "What's in a Name? Global Warming vs. Climate Change". NASA. 9 August 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2011.
- ↑ America's Climate Choices: Panel on Advancing the Science of Climate Change; National Research Council. Advancing the Science of Climate Change. Washington, D.C.: The National Academies Press. 2010. ISBN 978-0-309-14588-6. 29 May 2014 tarixində orijinalından arxivləşdirilib.
(p1) ... there is a strong, credible body of evidence, based on multiple lines of research, documenting that climate is changing and that these changes are in large part caused by human activities. While much remains to be learned, the core phenomenon, scientific questions, and hypotheses have been examined thoroughly and have stood firm in the face of serious scientific debate and careful evaluation of alternative explanations. (pp. 21–22) Some scientific conclusions or theories have been so thoroughly examined and tested, and supported by so many independent observations and results, that their likelihood of subsequently being found to be wrong is vanishingly small. Such conclusions and theories are then regarded as settled facts. This is the case for the conclusion that the Earth system is warming and that much of this warming is very likely due to human activities.
Ədəbiyyat
redaktə- Cronin, Thomas N. Paleoclimates: understanding climate change past and present. New York: Columbia University Press. 2010. ISBN 978-0-231-14494-0.
- IPCC. Solomon, S.; Qin, D.; Manning, M.; Chen, Z.; və b. (redaktorlar ). Climate Change 2007: The Physical Science Basis (PDF). Contribution of Working Group I to the Fourth Assessment Report of the Intergovernmental Panel on Climate Change. Cambridge University Press. 2007. ISBN 978-0-521-88009-1. (pb: 978-0-521-70596-7).
- IPCC. The Core Writing Team; Pachauri, R.K.; Reisinger, A.R. (redaktorlar ). Climate Change 2008: Synthesis Report. Contribution of Working Groups I, II and III to the Fourth Assessment Report of the Intergovernmental Panel on Climate Change. Geneva, Switzerland: IPCC. 2008. ISBN 978-92-9169-122-7.[ölü keçid].
- Burroughs, William James. Climate Change : A multidisciplinary approach. Cambridge: Cambridge university press. 2001. ISBN 0521567718.
- Burroughs, William James. Climate Change : A multidisciplinary approach. Cambridge: Cambridge university press. 2007. ISBN 978-0-511-37027-4.
- Ruddiman, William F. Earth's climate : Past and Future. New York: W. H. Freeman and Company. 2008. ISBN 9780716784906.
- Rohli, Robert. V.; Vega, Anthony J. Climatology (fourth). Jones & Bartlett Learning. 2018. ISBN 9781284126563.