Iqtisadi Arasdirmalar Jurnal - Wikipedia
İqtisadi araşdırmalar (qısa adı: İAJ) — Azərbaycanda nəşr olunan elmi məqalələr — elmi əsərlər toplusu olan beynəlxalq jurnal.
İqtisadi araşdırmalar | |
---|---|
| |
Növ | Elmi |
Nəşriyyat | Elm və Təhsil |
Təsis tarixi | 1 iyun 2017 |
Ölkə | Azərbaycan |
Qərargah | Azərbaycan, Bakı şəhəri. |
Dil | azərbaycan, türk, ingilis, rus |
ISSN | 2522-9451 ISSN 2522-9451 |
Dövlət qeydiyyatı
redaktə"İqtisadi araşdırmalar" (İAJ) elmi məqalələr — elmi əsərlər toplusu olan beynəlxalq jurnal 2017-ci ildə Azərbaycan Respublikasında təsis edilmiş və 23.06.2017 ci ildə 4124 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət reyestrinə daxil edilmişdir.
Redaksiya heyəti
redaktəJurnalın elm aləmində böyük nüfuza malik Azərbaycanın görkəmli iqtisadçı alimləri ilə yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya, Ukrayna, Avstriya və bir sıra digər ölkələrdən iqtisadçı alimlərdən ibarət redaksiya heyəti yaradılıb.[1]
Jurnal barədə
redaktə"İqtisadi araşdırmalar" jurnalı (İAJ) müstəqil beynəlxalq, resenziyalı elmi jurnaldır. Jurnalın ölkə daxili və eyni zamanda beynəlxalq miqyasda rəqabətliliyinin artırılması, dünyanın aparıcı ölkələrinin elmi ictimaiyyətində maraq doğurması jurnalın qarşısında duran ən vacib məsələlərdəndir. Bu istiqamətdə tədbirlər planı hazırlanıb və mərhələli şəkildə işlərin intensivliyinin artırılması nəzərdə tutulmuşdur.
Jurnalın elm aləmində böyük nüfuza malik Azərbaycanın görkəmli iqtisadçı alimləri ilə yanaşı bir sıra xarici ölkələrdən tanınmış iqtisadçı alimlərdən ibarət redaksiya heyəti yaradılıb. Jurnalın beynəlxalq jurnal olduğu üçün çapa 4 dildə (Azərbaycan, türk, ingilis və rus dillərində) elmi əsərlər — elmi məqalələrin çap edilməsi, dünyanın tanınmış elm və təhsil müəssisələrinə, dünyada xüsusi çəkiyə malik olan kitabxanalara göndərilməsi nəzərdə tutulubdur.[2]
İstinadlar
redaktə- ↑ "Azərbaycanda "İqtisadi araşdırmalar" adlı yeni beynəlxalq elmi jurnal təsis edilib" (az.). azertag.az. 18.07.2017. 2017-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-18.
- ↑ "Azərbaycanda "İqtisadi araşdırmalar" beynəlxalq elmi jurnalı təsis edilib" (az.). az.trend.az. 18 İyul 2017. 2017-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-18.
Xarici keçidlər
redaktə- İqtisadi araşdırmalar — Facebook səhifəsi (az.)