Irevan Botanika Bagi - Wikipedia
İrəvan Botanika Bağı (erm. Երևանի բուսաբանական այգի) — Ermənistan Milli Elmlər Akademiyasına aid və Ermənistan Respublikasındakı bitki kolleksiyasının məsul orqanıdır. Paytaxt İrəvanın şimal-şərqi hissəsində yerləşən Avan rayonunda, təxminən 80 hektarlıq yarı-boş bir sahəni əhatə edir[1][2][3]. Kolleksiyada 200-dən[1][4] çox endemik, nadir və azalan bitki növləri mövcuddur. İrəvan Botanika Bağında bir botanika institutu yerləşir.
İrəvan Botanika Bağı | |
---|---|
erm. Երևանի բուսաբանական այգի | |
| |
Sahəsi | 80 ha |
Mütləq hündürlüyü | 1200 m |
Yaradılma tarixi | 1935 |
İdarəetmə orqanı | Ermənistan Milli Elmlər Akademiyası |
Florası | 1070+ növ |
Yerləşməsi | |
40°16′24″ şm. e. 44°32′25″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | İrəvan |
Rayon | Avan |
botany.sci.am | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəİrəvan Botanika Bağı 1935-ci ildə İrəvan şəhərinin şimal-şərqi hissəsində açılmışdır. Botanika institutu bundan üç il sonra açılmışdır. Kollektiv istixana, 1939-cu ildə 25 kvadrat metrlik bir sahədə qurulmuşdur. 1944-ci ildə yeni bir istixana inşa edilmişdir. Bu istixanın ümumi sahəsi 610 kvadrat metr idi. 1950-ci ildə bağ botanika institutunun ən böyük hissəsi olmuşdur.
Bağda Şabalıdyarpaq palıd, Adi daşsarmaşığı, Ayı fındığı, Juniperus sabina, Dəmirağac və Populus euphratica kimi tipik Qafqaz bitkiləri, At şabalıdı, Cercis siliquastrum, yay palıdı və Sibir qara şamı kimi Avropa və Sibir bitkiləri, tuya, yapon stifnolobiumu, Metasequoia glyptostroboides kimi Şərqi Asiya bitkiləri mövcud idi.[1]
Əsas Vəzifəsi
redaktəNəsli kəsilməkdə olan bitki növlərinin toplanması və yetişdirilməsi, bağın əsas vəzifəsi olaraq görülür[5] (Ermənistanda nəsli kəsilməkdə olan 400 bitki növü mövcuddur[4]). Bağa xüsusilə diqqət yetirilməsi lazım olan bitkilər, Giləmeyvəli qaraçöhrə, Hedera heliks, Juniperus sabina, Vələsyarpaq azat, Rhododendron caucasicum-dur[2]. Bir digər hədəf ətraf mühit təhsilidir. Keçmişdə botanika bağı ətrafındakı elmi insanlar hər zaman mediada yer almış və Ermənistan Respublikasında ətraf mühitin qorunmasının problemləri haqqında məqalələr yazmışdır. Şagirdlər üçün davamlı ekskursiyalar tərtib edirlər, bir çox şagird haqqında təhsil alırlar.
İndiki Vəziyyəti
redaktəİrəvan Botanika Bağı indi heçdə yaxşı vəziyyətdə deyil. SSRİ-nin dağılmasından sonra qorunan ərazilər üçün maddi qaynaqlar itdi[3]. 1988-ci ildəki böyük enerji böhranı zamanı bir çox ağac bağda istilik yaranması üçün kəsildi, beləcə bağ yenidən ciddi şəkildə ziyan gördü[3]. İndi, bağ mütəxəssisləri zərərləri ortadan qaldırmağa və mövcud kolleksiyası genişləndirməyə davam edirlər. Bu böhran İrəvan Botanika Bağına çoxlu zərər yetirdi. Tropik və subtropik kolleksiya, az qala tamamilə məhv olmuş, şüşə səthi tamamilə məhv olmuş, suvarma və istilik sistemləri nizamsız hala gəlmişdir. Sonrakı illərdə, qış aylarında bitki otaqlarının davamlı dəyişməsi səbəbiylə yeni itkilər yarandı və bunun nəticəsində qalan kolleksiya da əhəmiyyətli ölçüdə azaldı. Bu günlərdə İrəvan Botanika Bağı, maddi dəstəyin olmaması səbəbiylə düzgün işləmir.
Həmçinin Bax
redaktəXarici Keçidlər
redaktə- İrəvan Botanika Bağı BBBM-da
- İrəvan Botanika Bağı WikiMapia-da
İstinadlar
redaktə- ↑ 1 2 3 Rik Ney, İrəvan Arxivləşdirilib 2007-10-12 at the Wayback Machine səhifə 7, Ermənistan Turu, ArmeniaNow.com, 2007 2010-cu ilin May ayının 21-də alındı.
- ↑ 1 2 İrəvan Botanika Bağı Arxivləşdirilib 2018-10-08 at the Wayback Machine, Botanic Gardens Conservation International (BBBM). 2010-cu ilin May ayının 21-də alındı.
- ↑ 1 2 3 İrəvan Botanika Bağı Arxivləşdirilib 2022-01-17 at the Wayback Machine. Aventura. 2016-cı ilin May ayının 20-də alındı.
- ↑ 1 2 Yanna A. Akopyan. İrəvan Botanika Bağında yerli bitki müxtəlifliyinin qorunması, Ermənistan „Kyu Bulletin”. 65, 4, səh. 663-669, 2010.
- ↑ Təbiət Elmləri Diviziyası Arxivləşdirilib 2011-04-28 at the Wayback Machine. Ermənistan Milli Elmlər Akademiyası. 2016-cı ilin May ayının 20-də alındı.