Irade Ibrahimova - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İradə İbrahimova (3 aprel 1980, Bakı) — Azərbaycanlı müğənni.
İradə İbrahimova | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 3 aprel 1980 (44 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1988-ci ildən |
Janr | pop musiqisi |
Təhsili | |
Boyu | 1.60 sm[1][2] |
iradaibrahimova.com |
Həyatı
redaktəİradə İbrahimova əslən Ağstafa rayonundan olub, Bakı şəhərində doğulub və uşağ vaxtından musiqini sevib. Bakıda keçirilən "Ümid- 95" müsabigənin qalibi olub. 2001-ci ildə peşəkar səhnəyə ilk addımlarını atarkən o, bəstəkar Xanım İsmayılqızı ilə işləyib. Onun ilk "Qəm qalası" (2002) adlı albomu da bu bəstəkarla olan müştərək işin məhsuludur. Repertuarında retro və xalq mahnılarından əlavə, 50-dən yuxarı məhz onun özü üçün yazılmış mahnılar var. 4 disk buraxıb, 1 dəfə Heydər Əliyev adına Sarayda çıxış edib (2004-cü il).
2009-cu ildə Türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub.
Uşaqlıq İlləri
redaktə1980-ci il aprel ayının 3-də İbrahimovlar ailəsində 2-ci qız övladı olaraq dünyaya göz açmışdır. Ailəsi adını İradə qoyur. İradə ailədə dünyaya göz açan 3 qızdan ortancılı oldu.
Hələ uşaq vaxtlarından ailədə azdanışan, sakit təbiətli olan bu qızın hərdənbir qonşu uşaqların təşkil etdiyi "konsert proqramlarındakı" çıxışları çox təəccüblə qarşılanırdı. Balaca, zərif, mehriban və utancaq qızın əlinə mikrofona bənzər bir əşya alıb konsert verməsi utancaqlığı ilə üst-üstə düşməsə də daxili, qəlbdən gələn arzu, istək, istedad yavaş-yavaş özünü büruzə verirdi. Bunlar onun gələcəkdəki karyerası haqqında ipucular idi. Qonşular onun gözəl səsinin vurğunu idilər. Hətta onun belə bir təxəllüsü də var idi -"Zeynəb Xanlarova".
Karyera
redaktə1995-ci ildə Azərbaycan Dövlət televiziyasındakı "Ümid-95" adlı müsabiqə İradə İbrahimovanın peşəkar səhnəyə ilk vizit kartı oldu. Bu müsabiqədə laureat olan İradə artıq seçəcəyi yolu müəyyən etmişdi. Ancaq ana-atası onu tam başqa peşə sahibi kimi görmək istəyirdilər. Valideynləri onun bu çıxışlarına, hətta ara-sıra qohum-qonşu məclislərində oxumasına belə keçici həvəs kimi baxırdılar və hesab edirdilər ki, bütün bunlar övladlarının uşaqlığından qalan xoş bir xatirə olacaq.
Diskoqrafiya
redaktəQəm Qalası
redaktəQəm Qalası Albomu |
---|
|
2002-ci ildə ifa etdiyi "Get" mahnısı İradə İbrahimovanın Azərbaycanın musiqi aləmində olan yerini birdən-birə bir xeyli ucaltdı. Aylarla xit-paradlarda ən yüksək yerlərdə qalan bu mahnının sözləri türk şairəsi Ayşə Yılmaz Birgülə, musiqisi isə Gövhər Həsənzadəyə aiddir.
Röya Kimi (Sinql)
redaktəBu İradə İbrahimovanın "Röya kimi" adlı sinqlıdır. İçində "Röya kimi" kompozisiyasını instrumental, orijinal və remiks variantları mövcuddur. Bu kompozisiya Azərbaycanda çəkilən ilk "Bəyaz həyat" teleserialı üçün yazılıb. Musiqisi Natiq Qəzənfəroğluna, sözləri isə Məryəm Əlibəyliyə aiddir. Mahnının aranjmanı, səs yazma və diskin çoxaldılması Türkiyədə gerçəkləşib.
Ürəyinin Götürdüyü Yerə Get
redaktəÜrəyinin Götürdüyü Yerə Get |
---|
|
"Ürəyinin götürdüyü yerə get" adlı albomunda İradə İbrahimovanın indiyə qədər ifa etdiyi ən populyar mahnıları yer alıb.
Kliplər
redaktəTarix | Ad |
---|---|
2001 | Qəm Qalası |
2002 | Sev Məni Belə |
2002 | Get |
2002 | Sən Də Mi Ölmək İstədin? |
2003 | Kimdir Günahkar |
2004 | Demədim Sevirəm |
2004 | Bahar Çiçəyi (Nə Bilim) |
2005 | Yaşananlar |
2005 | Gedəcəyəm Ömründən Sənin |
2006 | Bilsən Də, Bilməsən Də |
2006 | Sevgi Nağılı |
2007 | Aldatdın, Aldandım |
2007 | Oyun |
2008 | De Hardasan |
2008 | Son Qərar |
2009 | Nigaranam, Gəl |
2010 | Bu Aralar |
2014 | Seneler |
2015 | Olmamalıydı |
2020 | Qızım |
2022 | Bir Bahardır |
İstinadlar
redaktə- ↑ "Azərbaycanlı məşhurların boy fərqi- - 1.92, 1.50...+Fotolar". 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-19.
- ↑ "Azərbaycan müğənnilərinin boy və çəkiləri "nəhs" reytinqdə (FOTO)". 2023-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-20.