Irade Huseynova Tarixci - Wikipedia
İradə Mehtiqulu qızı Hüseynova (19 aprel 1963, Bakı) — Azərbaycanlı tarixçi alim, tarix elmləri doktoru (2003), professor (2005), Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri (2011-ci ildən)
İradə Hüseynova (tarixçi-alim) | |
---|---|
7 avqust 2002 – 11 sentyabr 2011 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 aprel 1963 (61 yaş) |
Doğum yeri | |
Partiya | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | professor |
Həyatı və təhsili
redaktəİradə Hüseynova 19 aprel 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı şəhərinin 8 saylı orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olmuş 1985-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
1981-ci ildən Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinin II kursunda oxuyarkən, əmək fəaliyyətinə başlamış, universitetin həmkarlar təşkilatının ştat üzrə sədr müavini vəzifəsinə seçilmiş, 1981–1989-cu illərdə bu vəzifədə çalışmışdır. Elmi-pedaqoji fəaliyyətini davam etdirmək üçün Elmi Şuranın qərarı və Təhsil Nazirliyinin təyinatı ilə universitetdə saxlanılmışdır. 1982–1987-ci illərdə Azərbaycan SSR həmkarlar ittifaqının XVI, XVII və SSRİ Həmkarlar İttifaqının XVII, XVIII qurultaylarının nümayəndəsi, SSRİ Həmkarlar İttifaqının Mərkəzi Təftiş komissiyasının, rəyasət heyətinin üzvü olmuş, həmin dövrdə Azərbaycanı İttifaq səviyyəsində təmsil etmişdir. Namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişdir.
İradə Hüseynova Heydər Əliyev haqqında "Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu" adlı ilk doktorluq dissertasiyasının müəllifidir. Bu doktorluq dissertasiyasının müdafiəsi ilə elmin yeni istiqaməti – Əliyevşünaslıq elminin əsası qoyulmuşdur. O, Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinə həsr edilmiş bir sıra elmi monoqrafiyaların və dərsliklərin müəllifidir. İradə Hüseynova Azərbaycan elmini və təhsilini ABŞ, İtaliya, Fransa, Kanada, İsveç, İsveçrə, Rumıniya, Bolqarıstan, Rusiya, Türkiyə, Gürcüstan, Türkmənistan, Belarus, İsrail və s. ölkələrdə keçirilmiş bir çox beynəlxalq elmi simpozium və konfranslarda təmsil etmiş, orada məruzələrlə çıxışlar etmişdir. Məruzələri həmçinin nüfuzlu elmi dərgilərdə dərc olunmuşdur.
İctimai-siyasi fəaliyyəti
redaktə- 7–8 oktyabr 2004-cü ildə keçirilən MDB dövlətlərinin yaradıcı ziyalılarının I Forumunun nümayəndəsi olmuşdur.
- Strasburq şəhərində Avropa Şurasının 6–7 dekabr 2001-ci il tarixində keçirdiyi beynəlxalq konfransda "Təhsildə demokratik və vətəndaşlıq prinsipləri" mövzusunda məruzə ilə çıxış etmişdir.
- İradə Hüseynova Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini təyin edilmiş və bu vəzifədə 2002–2011-ci illərdə çalışmışdır. 2006- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası – Belarus Respublikası Dövlətlərarası Komissiyasının, Azərbaycan Respublikasının Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının üzvü təyin edilmişdir.
- 2007-ci ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının üzvü təyin edilmişdir. 2007-ci il 12 mart Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixli sərəncamı ilə "Bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə" Dövlət Komissiyasının üzvü təyin edilmişdir. 9 yanvar 2007-ci il; 19 iyun 2008-ci il- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" və "Uşaq hüquqları haqqında" Konvensiyalarına uyğun olaraq Azərbaycan Respublikasının öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı həyata keçirdiyi tədbirlər barədə dördüncü dövri hesabatlarının hazırlanması üzrə işçi qruplarının üzvü təyin olunmuşdur 2009- AMEA-nın Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasına üzv seçilmişdir.
- De-institusionalizasiya-dövlət müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı" Dövlət proqramının Respublika Əlaqələndirmə Şurasına rəhbərlik etmişdir- Əlaqələndirmə Şurasının sədri, milli koordinatoru olmuşdur. "İnkluziv təhsil" Dövlət proqramının Milli koordinatoru olmuşdur.
- 2011-ci il 30 may — 2 iyun- tarixlərində Bakı şəhərində YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının keçirilməsi üzrə işçi qrupunun üzvü olmuşdur. 2014-cü il 19 dekabrda keçirilən Azərbaycan alimlərinin I Qurultayının nümayəndəsi olmuşdur. 4 aprel 2015-ci ildə YUNESKO xətti ilə Müəllimlərin Beynəlxalq Forumuna üzv seçilmişdir.
- 2002–2011-ci illərdə Respublika Elmi-Metodiki Şuranın Rəyasət Heyətinin sədr müavini kimi fəaliyyət göstərmişdir.
- BMT təşkilatlarının (YUNİSEF, YUNESKO, YUNİFEM), UAFA, World Vision, Save the children proqramlarının aktiv iştirakçısı olmuş, beynəlxalq təşkilatların müxtəlif diplom və sertifikatları ilə təltif olunmuşdur. Fəaliyyətinin aktual və prioritet istiqamətlərindən biri də genderşünaslıq məsələlərini araşdırmaq olmuşdur. Hələ 1998-ci ilin fevral ayında Türkiyənin paytaxtı Ankara şəhərində Orta Doğu Texniki Universitetində İngiltərənin "Britiş Kounsl" təşkilatının Avropa Araşdırma və Tətbiq Mərkəzi ilə birgə "Gender inkişafda və qadın təhsili" proqramı çərçivəsində keçirilən beynəlxalq konfransda Azərbaycanı təmsil etmisdir. Eyni zamanda, bir neçə dəfə gender problemləri ilə bağlı ABŞ-nin Nyu-York şəhərində Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak etmiş, BMT-nin kürsüsündən qadın və kişilərin hüquqları, cəmiyyətdə yeri və rolu, təhsil sistemində gender problemləri ilə bağlı çıxışlar etmişdir.
- 31 oktyabr-1 noyabr 2013-cü il, 4–5 oktyabr 2014-cü il tarixlərində III və IV Bakı Beynəlxalq Humanitar Forumlarında iştirak etmiş və məruzə ilə çıxış etmişdir.
- 2014-cü il 10–11 noyabr tarixində keçirilən I Bakı Elm Festivalında "Multikulturalizm müstəqil Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqaməti kimi" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.. 2015-ci il 24–25 sentyabr tarixlərində Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleya Şurasının və MDB-yə üzv dövlətlərinin qərarı ilə Avrasiya Qadınlar Forumunun nümayəndəsi olmuş, orada çıxış etmiş və nüfüzlu beynəlxalq forumda Azərbaycanı layiqincə təmsil etmişdir.
- 2015-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 26–28 iyun 2016-cı il tarixdə Moskva şəhərində "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi ilə Moskva Dövlət Humanitar-İqtisad Universitetinin birgə keçirdiyi tədbirdə iştirak və çıxış etmişdir.
- 26–29 sentyabr 2017-ci il tarixində Rusiya Federasiyasının Elmlər Akademiyasının Moskva şəhərində Ümumi Tarix İnstitunun və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (МГИМО) birgə təşkil etdiyi "Революция 1917 года и ее место в истории XX века" adlı Beylnəlxalq elmi konfransda Azərbaycanı yüksək səviyyədə təmsil edərək, elmi məruzə ilə çıxış etmiş və elmi ictimaiyyətin böyük marağına səbəb olmuşdur.
- 23 28 fevral 2018-ci il tarixlərində Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Türkiyənin Trabzon şəhərində təşkil olunmuş silsilə tədbirlərdə, beynəlxalq elmi konfransda geniş məruzə ilə çıxış etmişdir .
- 19–22 sentyabr 2018-ci il tarixlərində Rusiya Federal yığıncağının Federasiya Şurasının və MDB dövlətlərinin Parlamentlərarası Assambleyasının təşkilatçılığı ilə II Avrasiya Qadınlar Forumunda iştirak etmiş və "Azərbaycan Respublikasının timsalında qadınların qlobal təhlükəsizliyin təminatında və davamlı inkişafında rolu" mövzusunda məruzə ilə çıxış etmişdir.
- 12–22 fevral 2019-cu il tarixdə Şri-Lanka dövlətinin Kolombo şəhərində "Qadınların gələcəyi" adlı beynəlxalq səviyyəli konfransda iştirak etmiş və məruzə ilə çıxış etmişdir.
- 2008-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Əmək fəaliyyəti
redaktə- 1981-1989 Azərbaycan Dövlət Universitetinin tələbə həmkarlar təşkilatının ştat üzrə sədr müavini
- 1985-2005 Azərbaycan Dövlət Universitetinin SSRİ tarixi sovet dövrü kafedrasının (sonralar adlandı - Bakı Dövlət Universitetinin Türk və Qafqaz xalqları tarixi kafedrası) baş lobarant, müəllim, baş müəllim, dosent, professor.
- 2002- 2011 Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə İradə Hüseynova Azərbaycan Respublikası təhsil nazirinin müavini təyin edilmişdir.
- 2011-ci ildən hazıradək Bakı Dövlət Universiteti Qafqaz xalqları tarixi kafedrasının müdiridir.
Partiya fəaliyyəti
redaktə- 2000-ci ildə Yeni Azərbaycan Partiyasının proporsional sistem üzrə seçkilərdə Milli Məclisə millət vəkilliyinə namizədliyi irəli sürülmüşdür.
- 1999–2021 illərdə YAP-ın I-ci qurultayından VII-ci qurultayına qədər "Yeni Azərbaycan" partiyasının rəhbər orqanının — Siyasi Şurasının üzvü olmuşdur. Həmçinin Bakı Dövlət Universitetində "Yeni Azərbaycan" partiyasının Qadınlar şurasının sədri olmuşdur.
- 2014-cü il may ayında Respublika üzrə YAP Qadınlar Şurasının və İdarə Heyətinin üzvü seçilmişdir.
- 2014-cü ildə YAP-ın Humanitar məsələlər üzrə komissiyasının sədr müavini seçilmişdir.
Kitabları
redaktə- Heydər Əliyev və Qafqazda Sülh prosesi, 2008. Bakı, 670 səhifədə.
- Qafqaz xalqlarının tarixi, 2018. Bakı, dərslik, 1248 səhifədə (78 çap vərəqi həcmində).
- История народов Кавказа, 01.04.2019. Bakı. (Əsər Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 2018-ci ilin yekunlarına dair hesabat məruzəsində ən mühüm elmi nailiyyət kimi qiymətləndirilmişdir).
- İlham Əliyev və zəfər tarixmizin şanlı səhifələri, 2021. Bakı (Monoqrafiya dövrümüzün ən aktual tarixi-siyasi hadisəsi olan, xalqımızın qəhrəmanlıq salnaməsi- 44 günlük İkinci Qarabağ müharibəsinə həsr edilmişdir).
- Tarix.Zaman.Düşüncələr kitabının V cildi, 2024. Bakı, 623 səhifədə (39 çap vərəqi həcçində).
Məqalələri
redaktə- Кавказа на пороге XXI века : Гейдар Алиев на страже мира в Кавказском регионе. Elmi Xəbərlər № 1, 2023 (İctimai və Texniki elmlər seriyası) Səh.251-260[1]
- Azərbaycan Xalq Cümhuriyyəti - Qafqazda dövlətçilik ənənələrinin nümunəsi kimi. Ailə Qadın Uşaq. №23 Səh. 49-54. jrn2018_769.pdf
- Проблемы мультикультурализма, современные подходы и опыт Азербайджана STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017. jrn2017_1038.pdf
- ВЛИЯНИЕ ИСТОРИКО-КУЛЬТУРНОГО МНОГООБРАЗИЯ НА ПОЛИТИКОМЕЖЦИВИЛИЗАЦИОННЫЕ, СОЦИАЛЬНО-ОБЩЕСТВЕННЫЕ ПРОЦЕССЫ НА КАВКАЗЕ (I). «Geo strategiya».-2013.-№4(16).-S.51-54.
- ARMENIAN-TURKISH RELATIONS AND GEOPOLITICAL POSITION OF SOUTH CAUCASUS International scientific journal "Law and Politology" 2015 № 29 Международный научный журнал "Право и Политология"
- Концепция мультикулыурализма в контексте современной науки №4(94), 2018. Политика. Стр 28-32
- ИСТОРИЧЕСКОЕ НАСЛЕДИЕ ШАХА ИСМАИЛА ХАТАИ В РАЗВИТИИ АЗЕРБАЙДЖАНСКОЙ ГОСУДАРСТВЕННОСТИ. BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ № 2 Humanitar elmlər seriyası 2013
- КАВКАЗ – ДРЕВНЕЙШИЙ ОЧАГ РАЗВИТИЯ ЧЕЛОВЕЧЕСКОЙ ЦИВИЛИЗАЦИИ. BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ № 3 Humanitar elmlər seriyası 2012.
- Heydər Əliyevin Liderlik Modeli: Milli İntibaha və Tərəqqiyə Xidmət Edən Siyasət. Politics, Political Theory, Political history, Government/Political systems. 2023 səh.
- ИСТОРИЧЕСКИЙ АСПЕКТ НАЦИОНАЛЬНЫХ ГЕНДЕРНЫХ ПОЛИТИК. International Conference on Gender Problems and Modern Azerbaijan November 27, Baku Azerbaijan. s.47-51 2020.
Simpozium və konfrans materialları
redaktə- 1998-ci ilin fevral ayında Türkiyənin paytaxtı Ankara şəhərində Orta Doğu Texniki Universitetində İngiltərənin “Britiş Kounsl” təşkilatının Avropa Araşdırma və Tətbiq Mərkəzi ilə birgə “Gender inkişafda və qadın təhsili” proqramı çərçivəsində keçirilən beynəlxalq elmi konfransda Azərbaycanı təmsil edərək "Qafqazda qadın və siyasət" mövzusunda məruzə ilə çıxış etmişdir. Ankara 9-13 fevral 1998-ci il
- Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda Qadınlar Şurası adından çıxış etmişdir. 21 noyabr 1998-ci il.
- Türkiyə Respublikasının Çanaqqala şəhərində keçirilən beynelxalq elmi simpoziumda "Qafqaz xalqlarının tarixi və müasir durumu" mövzusunda məruzə ilə çıxış etmişdir, 10-12 may 2000-ci il.
- Gürcüstanda keçirilən "Qafqaz minilliklərin ayrıcında" beynəlxalq elmi konfransda "Müstəqil Azərbaycan dövləti və Qafqazda əməkdaşlığın inkişafı" mövzusunda məruzə ilə çıxış etmişdir. İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti. Tbilisi, 22-29 may 2000-ci il
- Qazi Universitetinin rektorunun dəvəti ilə Ankara şəhərinin Qazi Universitetində 2000-ci il iyun ayında “Qafqaz xalqları tarixinin aktual mövzuları” silsilə mühazirələr keçdi.
- 28-29 may 2001-ci ildə Moskvada, RF Elmlər Akademiyasının binasında, Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya alimlərinin iştirakı ilə "Qafqazda sülh və inkişaf” beynəlxalq elmi-praktik konfransda "Qafqazda sülhün və əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının siyasəti" mövzusunda məruzə ilə çıxış etmişdir.
- Avropa Şurasının təşkil etdiyi "Demokratiya və vətəndaşlığın tədrisi" beynəlxalq seminarda "Qafqazda təhsil quruculuğu məsələləri və mədəni inteqrasiya" mövzusunda məruzə ilə çıxış etmişdir. Strasburq, 6-7 dekabr 2001-ci il".
- Mayın 20-25-də Tbilisi şəhərində Qafqaz problemlərinə həsr olunmuş “Qafqazda inteqrasiya və dezinteqrasiya (tarix, muasirlik, perspektivlər)" beynəlxalq elmi konfransda ölkəmizi təmsil edərək "Müstəqil Azərbaycan və Qafqazda regional əməkdaşlıq məsələləri" mövzusunda məruzə ilə çıxış etmişdir. İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti. Tbilisi, 21-25 may 2002-ci il.
- Bolqarıstanda keçirilən beynəlxalq konfransda "Müstəqil Azərbaycanda təhsil islahatları" mövzusunda məruzə ilə çıxış etmişdir. Sofiya, 6-9 noyabr 2002-ci il.
- “Heydər Əliyev və müstəqil Azərbaycan” respublika elmi–nəzəri konfransında «Heydər Əliyev və dilimiz, ədəbiyyatımız, tariximiz» mövzusunda məruzə ilə çıxış etmişdir. 18-19 aprel, 2003-cü il, Bakı.
- “Heydər Əliyev və müasir Azərbaycan” I Ümumrespublika Əliyevşünaslıq konfransında “Heydər Əliyev və Azərbaycanda yeni cəmiyyət: siyasi, sosial və mədəni inkişaf problemləri” adlı konfransda “Heydər Əliyev və Qafqazda sülh siyasəti ” mövzusunda məruzə ilə çıxış etmişdir.6 may 2003-cü il Bakı 2003.
Üzvlükləri
redaktə- Türk Dünyası Araşdırmaları Uluslarası İlimlər Akademiyasının akademik üzvü
- Rusiya Federasiyasının Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü
- Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü.
- Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü.
- Ayrı-ayrı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuşdur.
- Bakı Dövlət Universiteti nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Dissertasiya Şurasının üzvü
- AMEA-nın Qafqazşünaslıq İnstitunun Elmi Şurasının üzvü
- AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Elmi Şurasının üzvü
- Geostrategiya.az jurnalının redaksiya heyətinin üzvü
- The History of Science jurnalının redaksiya heyətinin üzvü
- Caucasus Studies jurnalının redaksiya heyətinin üzvü
- Akademik Tarih ve Düşünce Dergisi jurnalının redaksiya heyətinin üzvü
Mükafatları
redaktə- 2007- Avropa Komissiyası TEMPUS Fərdi Səfərlər Qrantının qalibi olmuş və TEMPUS Proqram çərçivəsində elm, təhsil problemləri ilə bağlı İsveçdə keçirilən beynəlxalq konfransda elmi məruzə ilə çıxış etmişdir.
- 2008-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.
- 2011 — Elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə İngiltərədə Oxford universitetində Beynəlxalq "Sokrat" mükafatına layiq görülmüşdür.
- Tarixi, siyasi-dövlətçilik problemləri ilə bağlı fəal çıxışlarına, elmi yaradıcılığına görə "Azərbaycan bayrağı" və "Qızıl qələm" mükafatları ilə təltif edilmişdir.
- 2012-ci il 2–5 sentyabr, 2013-cü il 19–21 noyabr tarixlərində YUNESKO-nun VIII və IX Bioetika, tibbi hüquq, insan hüquqları ilə bağlı beynəlxalq elmi konfranslarında geniş elmi məruzə ilə çıxış etmiş, xüsusi diplom və sertifikatlarla təltif olunmuşdur.
- 2015-ci ildə Heydər Əliyev irsini araşdıran ilk alim kimi, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin inkişafında, elmin, təhsilin inkişafında və elmi kadrların hazırlanmasında xidmətlərinə görə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə "Zamanla birgə" İctimai Birliyinin qərarı ilə Fəxri diploma layiq görülmüşdür.
- 2015-ci ildə ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin ilk elmi tədqiqatçısı, Heydər Əliyev haqqında ilk doktorluq dissertasiyasının müəllifi kimi, həmçinin elm, təhsil və innovasiyaların inkişafındakı xidmətlərinə görə "Bizim lider" təşkilatının qərarı ilə Fəxri Diplomla təltif edilmişdir.
- 2016-cı ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı (AzərKİVİHİ) Rəyasət Heyətinin qərarı ilə "İlin alimi" fəxri adına layiq görülmüşdür.
- 27 dekabr 2016-cı ildə Azərbaycan Respublikasında tarix elminin və ali təhsil mədəniyyətinin inkişafında xidmətləri, yüksək şəxsi mədəniyyəti, vətəndaşlıq mövqeyi, milli təəssübkeşliyinə görə "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən Fəxri fərmanla təltif edilmişdir.
- 25 oktyabr 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası yaranmasının 25-ci ildönümü münasibəti və partiyada fəal ictimai- siyasi fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub.
- 2018-ci il tarixdə Azərbaycan Respublikası Ailə, Qadın, və uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən səmərəli fəaliyyətinə görə Fəxri diplomla təltif edilmişdir.
- 22 may 2018-ci il tarixində professor İradə Hüseynova Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş və həmin akademiyanın Beynəlxalq Qızıl ulduz mükafatına layiq görülmüşdür.
- 10 may 2019-cu il tarixdə Birləşmiş Millətlər Təşkilatının Təltiflər Şurası (İsveçrə, Cenevrə) tərəfindən Dünya elminə və təhsilinə göstərdiyi xidmətlərə görə "Elm və sülh səfiri" Beynəlxalq tituluna və mükafatına layiq görülmüşdür.[2]
- 2019-cu il tarixdə Birləşmiş Millətlər Təşkilatının Təltiflər Şurası (İsveçrə, Cenevrə) tərəfindən Dünya Elminə göstərdiyi xidmətlərinə görə "Avropa Xidmət Ordeni" ilə təltif edilmişdir.[3]
- 2019- Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.[4]
- 2019- Azərbaycan Respublikası Təhsil nazirinin əmrinə əsasən Azərbaycan Respublikası "Yubiley Medalı" ilə təltif edilmişdir.
- 2019- "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı
- 2023- 26 oktyabr 2023-cü ildə Bakı Dövlət Universiteti tərəfindən keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə yüksəkixtisaslı kadrların hazırlanmasında uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif.
- 2024-cü il 30 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi" (1923-2003) yubiley medalı ilə təltif olunmuşdur.
Respublikada tarix tədqiqatlarının təşkilindəki rolu
redaktə- BDU Tarix fakültəsi Elmi Şurasının üzvü;
- "Tarix və onun problemləri" adlı nəzəri, elmi, metodiki jurnalının redaksiya heyətinin üzvü;
- "Tarix, insan və cəmiyyət" elmi-nəzəri və elmi-metodik jurnalının redaksiya heyətinin üzvü;
- "Dirçəliş-XXI Əsr" beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü;
- "Межкультурная коммуникация" beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü;
- "Академическая история и мысль" Akademik Tarih ve Düşünce dergisinin təşkilat komitəsinin üzvü;
- "Journal of Qafqaz University" jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
- "International Conference on works by Nızamı Ganjavı as a lıterary and hıstorıcal source" beynəlxalq konfransın təşkilat komitəsinin üzvü;
- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümünə həsr edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti tarixi tədqiqatlarda" Respublika elmi konfransının proqram komitəsinin üzvü omuşdur.
- Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
- Elm Tarixi "History of Science" jurnalının redaksiya heyətinin üzvüdür.[5]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ КАВКАЗ НА ПОРОГЕ XXI ВЕКА: ГЕЙДАР АЛИЕВ НА СТРАЖЕ МИРА В КАВКАЗСКОМ РЕГИОНЕ
- ↑ BDU-nun kafedra müdiri, professor İradə Hüseynova BMT-nin “Elm və sülh səfiri” beynəlxalq tituluna və “Avropa Xidmət Ordeni”nə layiq görülüb
- ↑ BDU-nun kafedra müdiri, professor İradə Hüseynova BMT-nin “Elm və sülh səfiri” beynəlxalq tituluna və “Avropa Xidmət Ordeni”nə layiq görülüb
- ↑ Prezident İlham Əliyev BDU-nun əməkdaşlarını təltif etdi
- ↑ "Elm Tarixi jurnalının redaksiya heyətinin üzvləri". Archived from the original on 2024-11-11. İstifadə tarixi: 2024-11-11.