Iribas Xul - Wikipedia
İribaş xul (lat. Ponticola gorlap) — başının iri olması ilə fərqlənir. Başı və bədənin ön hissəsi qalınlaşmış formadadır. İkinci bel üzgəcinin hündürlüyü demək olar ki, bərabərdir. Qarın sormac yaxasının pərləri xırda fərdlərlə iti, iri fərdlərdə isə kütdür. Belində tünd qonur xallar var. Böyürlərində bu xalların sayı beşdir. Onlardan biri üçkünc formalı quyruq üzgəcinin əsasındadır.
İribaş xul | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Ranqsız: Dəstəüstü: Klad: Dəstə: Fəsilə: Cins: ???: İribaş xul |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Yayılması
redaktəXəzərin sahil zonasının daşlıq hissələrində yayılmışdır. Azərbaycan bölməsində ən çox Abşeron və Neft Daşları rayonunda, digər sahil zonasında və şirin su hövzələrində yayılmışdır. Xəzərdə bir yarımnöv - Qorlap xulu- N.kgorlap İijin əmələ gətirir. Qara dəniz növündə başın forması az və ya çox dərəcədə iti, Xəzər növündə isə üçkünc və kütdür.
Yaşayış yeri və həyat tərzi
redaktəDənizin sahil zonasında və şirin su hövzələrində azsaylıdır. Sahilin daşlı hissələrində Abşeron rayonunda və Kür Daşı adasında onun miqdarı artır. Çaylarda və onların qollarında, daha çox Kürdə, Lənkərançayda, Astaraçayda, Mingəçevir və Varvara su anbarlarında yayılmışdır.
Çoxalması
redaktə2-3 yaşında cinsi yetişkənliyə çatır, aprel - may aylarında Volqanın aşağılarında və Orta Xəzərin qərb sahillərində çoxalır. Məhsuldarlığı 1302 - 6905 ədəd kürüdən ibarətdir. Balığın bədəni açıq - boz rəngində olduğundan sahil daşlıqları arasında onları görmək çox çətin olur.
Təsərrüfat əhəmiyyəti
redaktəVətəgə əhəmiyyəti yoxdur. Həvəskar balıqçılar üçün yaxşı ov obyektidir.[1]
Ədəbiyyat
redaktə- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 141.
- Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 212 s.
İstinadlar
redaktə- ↑ Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003, səh77.