Isgender 9k720 - Wikipedia
İsgəndər 9K720 — Rusiya Federasiyasında istehsal olunan qısaməsafəlili ballistik raket sistemidir. 2006-cı ildə istehsal olunmuş və 2007-ci ildə Rusiya Ordusunda silahlanmaya qəbul olunmuşdur[1]. "İsgəndər" raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. "İsgəndər-M" kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl "Patriot" və "Aegis" hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. "İsgəndər" operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur, lakin onlardan ən müasiri "İsgəndər-M" raketləridir. "İsgəndər-M" raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.
İsgəndər 9K720 | |
---|---|
Tipi | Qısa məsafəli ballistik raket |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 2006-cı ildən günümüzə |
İstismara başlanması | 2006 |
İstismar edənlər | Rusiya |
İstehsal tarixçəsi | |
Konstruktor | İsgəndər Hüseynov |
Konstruksiya tarixi | 2004 |
İstehsalçı | Votkinsk Zavodu Dövlət-İstehsalatı Assosiasiyası |
İstehsal illəri | 2006 |
Variantları | İsgəndər-M,İsgəndər-E,İsgəndər-K |
Xüsusiyyətləri | |
Ağırlığı | 3800 kq |
Sürət | 2 100 m/san = 7560 km/saat |
Əsas silah | Qanadlı raket R-500,Yüksək partlayıcı mərmi,Termobarik silah,Nüvə silahı |
Uzunluğu | 7.3 m |
Vikianbarda əlaqəli mediafayllar |
Rusiya hərbi sənayesi "İsgəndər-M" raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Hazırda "İsgəndər-M" Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur. Kompleks iki raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. "İsgəndər-M" iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur.[2]
Kompleksin təyinatı
redaktəDüşmən qoşunlarının operativ dərinliyində hərbi hissələrini ənənəvi döyüş sursatı ilə məhv etmək üçün nəzərdə tutulub. Taktiki nüvə silahının çatdırılması vasitəsi ola bilər.
Əsas hədəfləri:
- Atəş sistemlərinin məhvi (reaktiv yaylım atəş sistemləri, uzaqvuran artilleriyası, raket kompleksləri)
- Raketdən və hava hücumundan müdafiə vasitələri
- Komanda məntəqələri və rabitə qovşaqları
- Mülki infrastrukturun vacib obyektləri
Döyüş xüsusiyyətləri
redaktə- Raketin başlanğıc kütləsi: 3 800 kq
- Döyüş başlığının kütləsi: 480 kq
- Uzunluğu 7,2 m
- Diametri 920 mm
- Raketin başlanğıcdan sonrakı trayektoriyasının hissəsinin sürəti: 2 100 m/s
- Hədəfi vurma minimal məsafəsi: 50 km
- Hədəfi vurma maksimal məsafəsi: 500/280 km
- İstismar müddəti: 10 il, o cümlədən səhra şəraitində 3 il
Mənbə
redaktə- ↑ Андрей ГАРАВСКИЙ. "«Искандер» звучит грозно". «Красная звезда» (rus). redstar.ru. 24.07.2012 17:14. 2013-12-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-21.
- ↑ Moskva Qərblə müharibəni "İskəndər-M"lərlə aparacaq Ömər Dağlı