Islam Islamov - Wikipedia
Islam Islamov - Wikipedia - Haqqında Məlumat
İslam Bahadur oğlu İslamov (2 oktyabr 1982, Bakı) — Azərbaycan balet artisti, Azərbaycan Respublikasının əməkdar artisti (2006).
İslam İslamov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | balet artisti |
Fəaliyyət illəri | 1998-ci ildən |
Təhsili | Bakı Xoreoqrafiya Məktəbi |
Teatr | Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı |
Mükafatları |
Həyat və yaradıcılığı
redaktəİslam İslamov 2 oktyabr 1982-ci ildə Bakıda anadan olub. 2000-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin klassik rəqs şöbəsini bitirib. 1998-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasında çıxış edir.[1]
İslam İslamov "Sevil" (Fikrət Əmirov), "Karmen" (Jorj Bize), "Aşıq Qərib" (Zülfüqar Hacıbəyov), "Vaqif" (Ramiz Mustafayev), "Koroğlu" (Üzeyir Hacıbəyov) operalarında solo rəqsləri ifa etmişdir. Onun ifa etdiyi əsas partiyalar:[1]
- Mitifyo ("Arlezianka", Jorj Bize)
- Şəhrizad ("Şəhrizad", Nikolay Rimski-Korsakov)
- Alov rəqsi ("Xəzər balladası", Tofiq Bakıxanov)
- Oğuz xan ("Eşq və ölüm", Polad Bülbüloğlu)
- Şah ("Rast", Niyazi)
- Toreador, Espada və Qaraçı rəqsi ("Don Kixot", Lüdviq Minkus)
- Şəhriyar ("Min bir gecə", Fikrət Əmirov)
- Xasay xan ("Qafqaza səyahət", Aqşin Əlizadə)
- Cahangir xan ("Qız qalası", Əfrasiyab Bədəlbəyli)
- Məcnunun dostu, Montesinos ("Leyli və Məcnun" və "Don Kixot", Qara Qarayev)
Mükafatları
redaktə- "Qızıl Dərviş" mükafatı — 2003
- "Azərbaycan Respublikasının əməkdar artisti" — 16 may 2006[2]
- Azərbaycan Respublikası Prezidentinin mükafatı — 5 may 2010[3]
İstinadlar
redaktə- ↑ 1 2 Rəhimli, 2017. səh. 142
- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 16 may 2006. 21 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2021.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 5 may 2010. 21 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2021.
Ədəbiyyat
redaktə- İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. 392 səh. ISBN 978-9952-8021-9-1.