Ismayil Haqqi Baltacioglu - Wikipedia
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
İsmayıl Haqqı Baltacıoğlu (türk. İsmail Hakkı Baltacıoğlu 28 fevral 1886, İstanbul – 1 aprel 1978, Ankara) — Türkiyə hüquqşünası, alimi, yazıçısı və dramaturqu. 1923–1927-ci illərdə İstanbul Universitetinin rektoru. 1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulduqdan sonra Baltacıoğlu Təhsil İslahatı Hərəkatının Türkiyədəki ən məşhur nümayəndəsi olmuşdur.[1] Pedaqoq, dramaturq kimi Cümhuriyet dönemi teatr tarixinin əhəmiyyətli nümayəndələrindən biridir.[2]
İsmayıl Haqqı Baltacıoğlu | |
---|---|
türk. İsmail Hakkı Baltacıoğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 fevral 1886 |
Doğum yeri | |
Vəfat tarixi | 1 aprel 1978 (92 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, yazıçı, Xəttat |
Həyatı
redaktəİsmayıl Haqqı Baltacıoğlu 1886-cı ildə İstanbulda Mucurlu Baltacıoğlu İbrahim Edhem Efendi və Düzceli Hamdune xanımın ailəsində anadan olub. Uşaqlığını Cihangirdəki babası Əbdürrəhman Əfəndinin evində keçirib.[3] İlk təhsilini Sirkeliməscit Mahallesinde "Şemsülmekatipte" almış, sonra Maşrıkı Füyüzat adlı xüsusi bir məktəbdə davam etdirmişdir. İbtidai təhsilini sonda Kışlaarkası İbtidai məktəbində tamamlamışdır.[4] Orta təhsilini Fevziye Rüşdiyesi və Vefa Liseyində tamamlayıb (1903). Sənətlə maraqlanmasında məktəb həyatında aldığı xəttatlıq dərsləri və teatrlar təsir etmişdir. Liseyi bitirdiyi il yazıçılıq karyerası "İkdam" qəzetində dərc etdiyi məqalələrlə başlamışdır.
1902-ci ildə Vefa Liseyini bitirdikdən sonra 1908-ci ildə məzun olduğu İstanbul Universitetinə daxil oldu. 1909-cu ilin fevralından İstanbul Kişilər Pedaqoji Kollecində xəttat işləməyə başlamışdır. 1910–11-ci illərdə Avropada oxumuş, vaxtının çox hissəsini Fransada, Almaniyada və İngiltərədə keçirmişdir. Qərb dünyasında təhsil sistemini təhlil edib öyrənmişdir. Nəzəriyyədən çox praktikaya yönəlmiş İngilis sistemi onun daha çox diqqətini çəkmişdir.[1]
Türkiyəyə qayıtdıqdan sonra xaricdə qazandığı biliklər əsasında pedaqogikaya dair bir sıra kitablar yazmışdır. Bu kitabların arasında "Tədris və tərbiyədə inqilab" (1912) və "Xalq təhsili" (1913) daha çox diqqəti cəlb edir. İstanbul Universiteti və bir çox kollec də daxil olmaqla bir çox fərqli təhsil müəssisələrində dərs demişdir. Milli Təhsil Nazirliyinin istəyi ilə "Rəsm metodu" adlı əsərini də yazmışdır. Reaksiyaların qarşısını almaq üçün artıq nazirliyin nəşr etdiyi kitablarda onun adı çəkilmirdi.[5]
Balkan müharibəsi əsnasında "Şems-ül Me-katip" adlı özəl məktəbdə birgə təhsil, çöl gəzintiləri və məktəb teatri kimi praktikalar həyata keçirərək ənənəvi təhsil sisteminə qarşı üsyan etdi.[5]
Rektorluq dövrü
redaktə1913-cü ildə İstanbul Universitetində müəllimliyinə başladı. 1933-cü ilə qədər bu vəzifəsini fasiləsiz davam etdirdi. Süleyman Paşazadə Sami bəy ilə birlikdə qadınların ali təhsil almaq hüququ üçün səy göstərdi. Digər tərəfdən Təhsil Nazirliyində vəzifə götürdü və orta və ali təhsil müdirliklərində çalışdı. 1920–1923-cü illərdə Ədəbiyyat fakültəsinin dekanı oldu və 1923–1925-ci illər arasında İstanbul Universitetinin rektoru rektoru seçildi və respublikanın ilk rektoru oldu. 1933-cü ildə Darülfünün bağlanıb İstanbul Universiteti ilə əvəzlənməsindən sonra bu qurumla əlaqəsi kəsildi. 1942-ci ildə Ankara Universitetinin Dil, Tarix və Coğrafiya Fakültəsinə professor təyin edildi. Bu fakültənin pedaqogika kafedrasının ibtidai təhsil üzvü idi.
Dünyəviliyin və milli-mədəni komponentin tədrisdəki payının artırılmasının fəal tərəfdarı idi. 1933-cü ildə müəllimlik vəzifəsindən azad edildi. Baltacıoğlu universitet islahatından sonra universitetdən qovulandan sonra enerjisinin böyük hissəsini həftəlik düşüncə və sənət qəzeti olan "Yeni Adam"ın nəşrinə həsr etdi. Jurnalın ilk sayı 1 yanvar 1934-cü ildə nəşr olundu və nəşri 46 il davam etdi. Baltacıoğlu hesab edirdi ki, Türkiyədə qərbləşmə başa çatmamışdır, ona görə də bu istiqamətdə daha çox islahatlara ehtiyac var. 1941-ci ildə müəllimlik fəaliyyətinə qayıtmağa nail oldu. Bu dəfə İsmayıl Haqqı Baltacıoğlu akademik fəaliyyətə və müəllimliyə Ankara Universitetində başladı.
1940-cı illərdə İsmayıl Haqqı Baltacıoğlu siyasətə qoşuldu. O, 1943–1950-ci illər arasında iki müddət millət vəkili oldu. VII çağırış Afyonkarahisar, VIII çağırış Kırşehir millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə üzv seçildi.
1950-ci ildə parlamentdən istefa etdikdən sonra "Yeni Adam" jurnalının nəşrinə davam etdi. Mühazirələr oxudu və kitablar nəşr etdi. 1942-ci ildə üzərinə götürdüyü Türk Dili Qurumu Müddət Şöbəsinin müdiri vəzifəsini 1957-ci ilə qədər davam etdirdi.[5] 1950–1957-ci illər arasında "Din Yolu" adlı başqa bir jurnal nəşr etdi, lakin ilk yeddi sayından sonra bu jurnalı başqalarına təhvil verdi.[4] 1957-ci ildə Quranı türkcəyə tərcümə etdi.[5]
İsmayıl Haqqı Baltacıoğlu 1 aprel 1978-ci ildə Ankarada həyata gözlərini yumub.[5]
Əsərləri
redaktəHekayələr və romanlar
- Yalnızlar (Hekayə, 1942)
- 2-ci Batak (Roman, 1942)
Pyesləri
- İnanmaq (1939)
- Duz Çələbi (1939)
- Heyvanlar (1939)
- Mentor (1940)
- Baş təmirçi (1940)
- Andaval Sarayı (1940)
- Günlük (1946)
- Qarderob Atı (1949)
- Ankaradakı Karagöz (1949)
- Balaca Şəhid (1961)
Fəlsəfə kitabları
- Ürək Gözü (1922)
- Russo Təhsil Fəlsəfəsi (1925)
- Fəlsəfə (1938)
Sosiologiya kitabları
- Təhsildə Siyasət (1918)
- Tarix və Təhsil (1933)
- Türkcəyə doğru
- Qərbə doğru (1943)
- Ziya Gökalp (1966)
Estetikaya aid əsərləri
- Demokratiya və İncəsənət (1931)
- Sənət (1934)
- Teatr (1941)
- Karagöz Texnikası və Estetikası (1942)
- Türklərdə Yazı Sənəti (1958)
Dini əsərlər
- Quran tərcüməsi (1957)
- Böyük şərh (1961)
İstinadlar
redaktə- ↑ 1 2 "Arxivlənmiş surət" (PDF). 2012-01-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ "Arxivlənmiş surət". 2010-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2011-01-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-07-30.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2012-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ 1 2 3 4 5 "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.