Ismayil Bey Qaziyev - Wikipedia
İsmayıl bəy Qazıyev (22 dekabr 1859 (3 yanvar 1860), İrəvan) — İrəvan qubernatorunun müavini.
İsmayıl bəy Qazıyev | |
---|---|
İsmayıl bəy Talıb bəy oğlu Qazıyev | |
1904 – ? | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | Bilinmir |
Təhsili | |
Uşaqları | Əli bəy Qazıyev, Yusif bəy Qazıyev, Məmməd bəy Qazıyev, Fatma, Səkinə, Züleyxa, Xurşid |
Həyatı
redaktəİsmayıl bəy Talıb bəy oğlu Qazıyev 22 dekabr 1859-cu ildə İrəvan şəhərində doğulmuşdu.[1] O, Tiflisdə gimnaziya təhsili almış, bir çox mühüm dövlət qulluqlarında işlədikdən sonra, 1904-cü ildə İrəvan qubernatorunın müavini təyin olunmuşdur. XIX əsrin 70-ci illərində quberniyanın Qadın Xeyriyyə Cəmiyyətində fəal təşkilatçılardan biri kimi həyat yoldaşı Dürrətul xanımla birgə məqsədyönlü iş aparmışlar, lakin nanəcib qonşuların törətdikləri qanlı hadisələr bu nəsilləri pərən-pərən salmış, onların topdağıtmaz xanimanları viran olmuşdur. Qazıyevlər və Bağırbəyovlar Türkiyənin Qars, Ərdəhan obalarına pənah aparmışlar, fəqət burada da vəziyyət ağır olduğundan Tiflisə, sonra Gəncəyə qaçmış, daha sonra Bakıda qərar tutmuşlar.
Mənbə
redaktə- Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan, 2010
İstinadlar
redaktə- ↑ Ənvər Çingizoğlu, İrəvanın tanınmış soyları, Bakı, 2017, 320 səh.