Ismayilli Dovlet Tebiet Yasaqligi - Wikipedia
Ismayilli Dovlet Tebiet Yasaqligi - Wikipedia - Haqqında Məlumat
İsmayıllı Dövlət Təbiət Yasaqlığı – 1969-cu ilin iyulunda yaradılmışdır. Əsasən İsmayıllı, qismən də Qəbələ rayonlarının ərazisində yerləşir. Əvvəl ərazisi 34400 hektar olmuş, müvafiq dövlət qərarı əsasında isə 23438 hektara qədər azaldılmışdır.
İsmayıllı yasaqlığı | |
---|---|
BTMB kateqoriyası — IV (Növlərə nəzarət ərazisi) |
|
Sahəsi | 23438 ha |
Mütləq hündürlüyü | 800 – 2250 m |
Yaradılma tarixi | 1969 |
İdarəetmə orqanı | AETSN |
Florası | Palıd, vələs, fıstıq, göyrüş, ağcaqayın, qaracöhrə |
Faunası | canavar, vaşaq, meşə pişiyi, yenot, çaqqal, dələ, dovşan |
Yerləşməsi | |
40°58′00″ şm. e. 48°06′07″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | İsmayıllı |
Yaxın şəhər | Lahıc |
|
Yasaqlığın yaradılmasında əsas məqsəd burada məskunlaşmış heyvanların qorunması və sayının artırılmasıdır. Bitki örtüyü alp və subalp dağ-çəmən və meşə bitkilərindən ibarətdir. Meşə ilə örtülü sahələr əsasən vələs, fıstıq və palıd meşələrindən ibarətdir. Yasaqlığın ərazisində heyvanlar aləmi həm növ, həm də say etibarilə çox zəngindir. Burada quşlardan kəklik, bildirçin, turac, alabaxta, ular, məməlilərdən canavar, vaşaq, meşə pişiyi, yenot, çaqqal, dələ, dovşan məskunlaşmışdır.[1]
Mənbə
redaktə- ↑ "Dövlət Təbiət Yasaqlığı". 2010-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-02.