Istifadeci Amd628 Ssk - Wikipedia
Sürətli silmə kriteriyaları
Bəzi hallarda idarəçilər səhifələri ilkin xəbərdarlıq etmədən silə bilərlər, hətta bu səhifələrin silinməsi müzakirəyə çıxarılmışdırsa belə. Altda
idarəçilərə hansı halda səhifələri xəbərdarlıqsız silməyə icazələrinin olduqları qeyd edilmişdir.
Şərtlər
redaktəİlkin növbədə tarixçəyə baxmaqla yoxlamaq lazımdır ki, mövcud səhifənin vandalizmə məruz qalmadığı müəyyən olunsun. Səhifə vandallığa məruz qalmışdırsa
əvvəlki versiya bərpa olunur.
İdaərçi olmayan istifadəçilər səhifələrin silinməsini aşağıdakı şablonları səhifənin başına artırmaqla tələb edə bilərlər:
{{sil|}}
Yeni yaradılmış məqalələri silmək və ya sil şablonları artırmaq düzgün deyil. Əksərən müəlliflər məqalələri pillə-pillə yaratmağa üstünlük verirlər. Belə hal məqaləsi silinmiş istifadəçiyə çəkindirici təsir göstərə bilər.
Ümumi
redaktə- Ü1-Heç bir mənası olmayan səhifələr: heç bir mənası olmayan məqalə, və ya təsadüfi hərflərdən ibarət mətn (məsələn: asdfghjklıəqüertyu). Bura aşağıdakı hallar aid deyil: hədsiz çox orfoqrafik səhvlər, dini ifadələr, uzun və darıxıdcı monoloqlar, formalaşdırılmamış və ya struktursuz məlumat, digər dillərdən pis tərcümə edilmiş mətn.
- Ü2-sınaq səhifələri. İstifadəçinin (əsasən yeni) səhifə yaratmağı sınaqdan keçirmək üçün yaratdığı səhifələr.
- Ü3-vandalizm məqsədi ilə yaradılmış səhifələr, həmçinin vandalizmin nəticələrini aradan qaldırmaq üçün yaradılmış müvəqqəti istiqamətləndirmə səhifələri.
- Ü4-Əvəllər silinmiş məqalələrin nüsxəsi. Səhifə silmə kriteriyalarına əsasən silinmiş səhifələr istifadəçi tərəfindən yenidən yaradılarsa və məqalənin əvvəlki məzmununa çox yaxın məzmunu olarsa silinə bilər. Bura səhvən silinmiş və bərpa olunmuş səhifələr aid deyil.
- Ü5-Məqalənin yeganə müəllifi istəyirsə. Bunun üçün müəllifin silmə səbəbini göstərməsi vacibdir.
- Ü6-Silinmiş səhifələrin müzakirəsi. Müzakirə səhifəsində səhifənin silinməsi müzakirə olunduğu və ya başqa səhifələrdən keçid verildiyi halda istisnadır.
- Ü7-Ad dəyişdirmə zamanı. Məqalənin adının dəyişidirlməsi zamanı redaktə tarixçəsini saxlamaq məqsədi ilə tətbiq edilə bilər.
Məqalələr
redaktə- M1-Boş və ya ensiklopedik məzmunu olmayan çox qısa məqalələr. Yeni yaradılmış məqalələrin bu kriteriya əsasında silinməməlidir.
- M2-Azərbaycan dilində olmayan məqalələr. Yeni yaradılmış məqalələr istisnadır:əksərən vikipediyanın digər dillərində tərcümə etmək məqsədi ilə onu orijinal dildə kopyalayırlar. Həmçinin məqalə daxilində orijinal dildə verilmiş zəruri mətnlər də (ölkə himnləri, şəxslərin orijinal adları, şüarlar və s.) istisnadır.
- M3-Yalnız daxili və xarici keçidlərdən ibarət məqalələr. Bura mətni olmayan, lakin kateqoriya, interviki və "Həmçinin bax" bölməsi olan məqalələr aiddir.
- M4-Yalnız təhqirlərdən ibarət olan məqalələr. Bura kiminsə və ya nəyinsə təhqir olunduğu məqalələr.
- M5-Ensiklopedik əhəmiyyəti sübut olunmayan məqalələr. Məsələn geniş kütlə tərəfindən tanınmayan şəxs, insan qrupları, sayt və ya təşkilat haqqında məqalələr. Məqalənin predmetinin əhəmiyyətliliyini tələb edən istifadəçi varsa bu ümumi müzakirəyə çıxarılmalıdır.
- M6- Müəllif hüquqlarının pozulduğu məqalələr.
İstiqamətləndirmə
redaktə- İ1-mövcud olmayan səhifəyə istiqamətləndirmə. Silinməzdən əvvəl səhifəni düzgün səhifəyə istiqamətləndirmənin mümkünlüyünü yoxlanılmalıdır.
- İ2-Ad-fəzaları arası istiqamətləndirmələr.
- İ3-Adından səhv olan istiqamətləndirmələr. Bura şivədən və ya başqa səbəblərdən irəli gələn səhvlər aid deyil.
Şəkillər
redaktəDiqqət! Şəkil silinməzdən əvvəl, mümkünsə, müvafiq şəkillə əvəz edilməlidir.
- Ş1-Dublikat və ya korlanmış nüsxə
- Ş2-Korlanmış və ya boş şəkil
- Ş3-Lisenziya statusu barəsində informasiya olmayan şəkillər. Bu cür şəkillər sistemə yüklənmə anından etibarən 7 sutka sonra silinməlidir.
- Ş4-İstifadəsiz şəkil. sil şablonu quraşdırıldığı andan etibarən 7 sutka sonra silinməlidir.
- Ş5-Ədalətli istifadə prinsiplərinə zidd şəkil. Şablon quraşdırıldığı andan etibarən 7 sutka sonra silinməlidir.
- Ş6-Şəkillərin ədalətli istifadə prinsiplərinə uyğun şəkildə istifadəsi özünü doğrultmadıqda 7 sutka (14 sutka) ərzində silinməlidir.
- Ş7-Hüquqlarla qorunan şəkilləri əvəz edən şəkillər VikiAnbarda olarsa silinməlidir.
- Ş8-Vikimediya anbarına köçürülmüş şəkillər
Kateqoriyalar
redaktə- K1-Boş kateqoriyalar. Ana səhifədə görünən, silinməsi müzakirəyə çıxarılmış kateqoriyalara aid deyil.
İstifadəçilərə aid səhifələr
redaktə- İs.1- İstifadəçi aid olan səhifələri istifadəçinin müraciət ilə. İstisnadır: istifadəçinin əsas müzakirə səhifəsi.
- İs.2- Anonim istifadəçinin müzakirə səhifəsi. Bu cür səhifələrdəki mesajların əhəmiyyəti olmadıqda silinməlidir. Bu eyni İP-ləri olan anonim istifadəçiləri aldatmamaq üçün edilir.