Istifadeci E1000 Husuyev - Wikipedia
Emin Kazım oğlu Hüsüyev AMEA Botanika İnstitutunun sektor müdiri, AMEA Botanika İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurasının üzvü[1].
Həyatı.
redaktəEmin Hüsüyev 1994-cü il avqustun 7-də Sumqayıt şəhərində anadan olmuşdur. 2001-2012 ci illərdə Sumqayıt şəhər 16 saylı tam orta məktəbdə təhsil almış, məktəbi fərqlənmə ilə bitirmişdir. Orta məktəbdə təhsil aldığı dövrdə kapitanı olduğu komandayla dəfələrlə '' Brain Rinq " , " Kim? Harda? Nə zaman? ", " Virtual Rinq " və.s bu qəbildən olan elmi-intellektual məntiq yarışmalarında birincilik qazanmışdır. 2009-cu ildən şahmat üzrə III dərəcə sahibidir. 2012-ci ildə TQDK (hal hazırda DİM) keçirdiyi universitetə qəbul imtahanında 530 bal toplayaraq Bakı Dövlət Universitetinin(BDU) Kimya fakültəsinin Kimya Mühəndisliyi ixtisasına qəbul olmuşdur. 2016-cı ildə BDU-nu bitirmiş və elə həmin ildə də Dağıstan Aqrar Universitetinin Aqranomiya fakültəsinin Aqrokimya ixtisasına qəbul olmuş və hal-hazırdada təhsilini orda davam etdirir. 2016-cı il sentyabr ayından öz sahəsi üzrə ölkə daxilində və xaricində kifayət qədər tanınmış alim professor Əmrah Məmmədovun[2] rəhbərlik etdiyi AMEA Botanika İnstitutunun Torpaq-Bitki Əlaqələri laboratoriyasında çalışır.
Elmi Fəaliyyəti.
redaktə2017-ci ilin fevral ayında Türkiyənin Ankara Universitetinin Torpaq və Bitki Qidalanma Departamenti, Tarla Bitkiləri Departamenti, Geologiya və Mühəndislik Departamenti, Ankara Kənd Təsərrüfatı Tədqiqat İnstitutu əməkdaşlarının birgə təşkil etdiyi “Tələbə Tədqiqat Proqramı” çərçivəsində 2 həftəlik elmi ezamiyyətin iştirakçısı olmuşdur[3]. Çalışdığı laboratoriyada Azərbaycan ərazisinin az məhsuldar şorlaşmış torpaqlarında bir sıra yem əhəmiyyətli bitkilərin inkişafına abiotik stressin təsiri, Bitkilərin köklə qidalanması, WinRhizo İmage analizlə bitkilərin kök parametrlərinin ölçülməsi, Torpaq teksturası və.s elmi-tətqiqat işləriylə məşğuldur. Elmi maraq dairəsi Torpaq Kimyası, Torpağın fiziki-kimyəvi analizi, Ətraf Mühit Kimyası, Biokimya, Aqrokimya, Kənd Təsərüfatı (su,torpaq və bitki qarşılıqlı əlaqəsi) kimi elm sahələridir. Hal-hazırda bir yerli bir xarici proyektin iştirakçısıdır.
Elmi əsərlərin siyahısı.
redaktə1.Mamedov.A.I.,Gasimova.Kh.H, Husiyev E.K, and Ali-zada V.M. Root and shot allometric relation of seven forage crops under abiotic stresses " XIX International Botanical Congress " in 23-29 July 2017, Shenzhen China p. 612[4]
2.Mamedov A.I. and Husiyev E.K. (2017). Forage allometry: linking to climate change in salt affected semi-arid lands. International conference " Regions of new development: natural succession and anthropogenic transformation of the natural complexes " 4-7 October, 2017, Khabarovsk Russia.
3.Məmmədov Ə.İ., Qasimova X.H., Hüsüyev E.K., Fərzəliyev.V, Əlizadə V. M. Climate change and abiotic stresses: Root-shoot relation of the forage plants. AMEA Dendrologiya İnstitutu “ İqlim dəyişkənliyinin bitki biomüxtəlifliyinə təsiri " mövzusunda Beynəlxalq Elmi Konfrans 17-21 Sentyabr 2017, Bakı Azərbaycan.