Istifadeci Eric Moore Hi Vikim Bloq - Wikipedia
Sağlamlıq
redaktəÇ𝒾𝓃𝒹ə 𝓀𝑜𝓇𝑜𝓃𝒶 𝓋𝒾𝓇𝓊𝓈 𝑒𝓅𝒾𝒹𝑒𝓂𝒾𝓎𝒶𝓈ı 𝓃𝑒𝒸ə 𝓎𝒶𝓎ı𝓁𝒹ı?
redaktəQısa cavab: Yarasa və ilan yeməkdən. 2 FEVRAL 2020 BAZAR
Pekin Universitetinin tədqiqatçıları Uhan korona virusunun DNT-lərini düzdülər və məlum oldu ki bu virusun, ilanlarda olan viruslara və yarasalarda olan viruslara bir çox bənzərlikləri var. Hazırda korona virusunun yayılmasıyla əlaqəli 3 ehtimal irəli sürülür.
- Bir insan, bir yarasanı yeyən bir ilanı yediyindən dolayı virusa yoluxdu.
- Bir insan, yarasalarla eyni yerdə saxlanılan bir ilanı bəslədiyindən və ya yediyindən dolayı virusa yoluxdu.
- Bir insan, ilanlarla eyni yerdə saxlanılan bir yarasanı bəslədiyindən və ya yediyindən dolayı virusa yoluxdu.
İlanlar və yarasalar eyni yerdə nə üçün saxlanılır? Görünüşə görə çinlilər həm ilanları həm də yarasaları yeyirlər və hər ikisi də bazarlarda satılır.
- Çində yeni korona virus xəstəliyinin ilkin mənbəyi ilanlar ola bilər
- Ləzzətlə yarasa şorbası yeyən bu çinli qadına baxın
Korona virusunun ilkin mənbəyi Uhan şəhərində yerləşən Huanan Bazarı olduğu düşünülür. Tələbat çox olduğundan dolayı vəhşicə öldürüb və sizə təzə ət verəcəkləri 112 növ canlı vəhşi heyvan satılır bu bazarda.
Ayrıca dəvələr, ilanlar, timsahlar, marallar, dəvəquşları, tülkü, yarasalar, kərtənkələlər, skunslar və digər heyvanlar da bu bazarda satılır .
Huanan Bazarında bir mağaza sahibi bu infeksiyadan ölən insanlardan biri idi.
Vikipediya
redaktə𝒱𝒾𝓀𝒾𝓅𝑒𝒹𝒾𝓎𝒶 𝓂ə𝓃𝒷ə 𝑜𝓁𝒶𝓇𝒶𝓆 𝓃ə 𝓆ə𝒹ə𝓇 𝑒𝓉𝒾𝒷𝒶𝓇𝓁ı𝒹ı𝓇 𝓋ə 𝓃𝒾𝓎ə?
redaktəMənbə olaraq dəyişkəndir 1 FEVRAL 2020 ŞƏNBƏ
Azərbaycan dilli vikipediyanın istifadəçisiyəm. Ayrıca ingilis və türk dilli vikipediyada da fəaliyyət göstərirəm. İstifadəçi olaraq ən çox vandalizmlə mübarizə aparıram. Bunun üçün də vikipediya da bütün istifadəçilərin hərəkətlərin yaxından izləmək üçün vikipediyanın "son dəyişikliklərin siyahısı" bölməsini canlı izləyirəm. Beləliklə məqalələrdə ki vandalizmi və yanlış məlumatları aradan qaldırmaqla keçir vaxtımın çoxu. Məsələn yenə istifadəçilərin hərəkətlərin izlərkən Kobi Brayant səhifəsinə "O bir əfsanədir" deyə yazıldığını gördüm. O an məqaləyə daxil olub vandalizmi aradan qaldırdım. Daha sonra istifadəçinin IP ünvanın yoxlayaraq başqa məqalələrə də vandalizm hücumları olub-olmadığın yoxladım. Bu, bu günə qədər sayısız qədər qarşısın aldığım vandalizm hücumlarından biri idi. Aristotelin məqaləsinə “xalxın uşağı” yazanı da gördüm, Eynşteynin məqaləsinə “kişi deyil” yazanı da, Qarabağla əlaqəli məqalələrin ermənilər tərəfindən saxtalaşdırıldığına qədər də çox hücumlar gördüm. Təbii ki gördüyüm bütün vandalizm hərəkətlərin qarşısın aldım.
Hazırda vikipediyada vandalların mövcud məqalələrə hücumlarının qarşısın almaqdan ötəri çoxlu könüllü və sayısız botlar fəaliyyət göstərir. Bunların arasında bir neçə maskalanmış istifadəçi ola bilər. Belə istifadəçilərin əksəriyyəti vandal hərəkətlərin uzun müddət davam etdirə bilmirlər.
İradə Ələkbərova "Ayna" qəzeti: «Azərbaycan tarixini saxtalaşdıran, Azərbaycan mədəniyyətini özününküləşdirməyə çalışan ermənilərə qarşı virtual şəkildə mübarizə aparmaq üçün Azərbaycan haqqında informasiyalar Vikipediya virtual ensiklopediyasında Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman və s. dillərdə dərc edilməli, artıq mövcud olan düzgün informasiyalar isə qorunmalı, erməni dezinformasiyaların qarşısı alınmalıdır.»
Qeydiyyatsız istifadəçilərlə yanaşı problem elə çox vaxtda aktiv istifadəçilərdən yaranır. Kənardan onların yaratdığı məqalələr Vikipediya qaydalarına uyğunmuş kimi görünür lakin məqaləyə diqqətlə nəzər yetirəndə bir çox problemin olduğu aydın olur. Məsələn siz o problemləri onlara bildirsəniz onlar öz səhvlərin qəbul etmək əvəzinə arqumentlərini dəstəkləyən və çox yaxşı hazırlanmış cümlələr yazacaqlar. Onlar tərəfindən yaradılan bu tip məqalələr etibarlı mənbə ola bilməz və bu tip istifadəçilər adətən aqressiv olurlar və onların öz yanlışlarını qəbul etmək istəməmələri onların digər məqalələrdə də olan səhvləri görməmələrinə şərait yaradır və belə istifadəçilər gələcəkdə vikipediya səs vermələrində porno psixologiyasında olduqları üçün yanlış insanlara səslərin verə bilərlər. Başqa deyişlə belə istifadəçilər yanlışı yanlışla düzəltməyə çalışan istifadəçilərdir. Bu səbəbdən vandalizmlə mübarizəni təcrübəli istifadəçilərin aparması daha çox məqsədə uyğundur. Əgər məqalənin əhəmiyyəti artırsa və bu tip məqalələr illər əvvəl, Vikipediya qaydaları hələ çox ciddi olmadığı vaxtlarda yaranıbsa, belə məqalələrin vikiləşdirilməsi daha da çətinləşir. Əgər hansısa məqalədə sui-istifadə olunduğu təsdiq edilərsə, icma belə istifadəçilərin fəaliyyətin qadağan edər və onların daha əvvəllərdə vikipediyaya vurduğu ziyanları düzəltməyə çalışar. İşləri qaydasına salmaq üçün böyük əmək sərf edərlər.
Vikipediyadan ancaq yazmaq üçün istifadə etmirəm. Digər oxucular kimi məndə, mənim kimi digər vikipediya istifadəçilərinin yaratdığı məqalələri oxuyuram. Dünən Avropa qitəsi haqqında məqalə oxuyurdum. Məqalədə o qədər səhv var idi ki bilmədim məhdud vaxtımı mən bu məqaləni oxuyub bitirərək keçirim yoxsa səhvləri aradan qaldıraraq. Məqalədəki səhvlərin çox olması məni 23 səhifəlik məqaləni sona qədər oxumağa məcbur etdi. Nəticədə 7.211 səhvi məqalədə aşkar edərək aradan qaldırdım və 23 səhifəlik məqalə sonda 18 səhifəyə düşdü. Çünki məqalədə kopiyalanmış sözlər çox idi və təəssüf ki hazırda çoxlu sayda belə məqalə var vikipediya da.
Azərbaycan dilli vikipediyanı bir neçə istisnadan başqa yəni ümumi olaraq düşünərsək etibarlı bir mənbə olaraq düşünməyimiz yanlış olar. Əgər hansısa bir məqalədə xüsusən elmi məqalələrdə yanlış bir məlumat varsa o yanlış məlumatın o məqalədə ömürlük qalması bir ehtimal deyil. Təcrübələrimə əsasən deyə bilərəm vikipediyada oxuduğunuz məqalənin, hətta cümlənin qarşısında istinad yerləşdirilməyibsə etibar etməyin. Əgər oxuduğunuz məqaləyə istinad yerləşdirilib lakin şüphələriniz hələ də varsa, yerləşdirilən istinadların etibarlı mənbə olub olmadığını dəqiqləşdirmək üçün istinadı nəzərdən keçirin. Məqalənin etibarlılığını yoxlamaq üçün əsasən də məqalələrin istinadların yoxlamaq lazımdır. Məsələn hansısa məqalə bir jurnala istinad edə bilər və o jurnalda ikinci yada üçüncü tərəflərə istinad edə bilər. Ən doğru yol bu istinadları izləməkdir.
Etibarsız mənbələr hansılardır?
- Şəxsi bloqlar
- Forum-saytlar
- Şəxsi saytlar
- Müxtəlif millətçi partiyalara məxsus saytlar
- Dinin qeyri-leqal təbliğini aparan saytlar