Istifadeci Wealszy Qaralama Qaydalar - Wikipedia
Kim inzibatçılığa namizəd ola bilər
redaktəVikipediya inzibatçıları sırasına daxil olmaq istəyən istifadəçi eyni zamanda aşağıdakı tələbləri ödəməlidir:
- Azərbaycan dilindəki Vikipediyada qeydiyyat stajı 2 ildən az olmamalıdır;
- redaktələrinin sayı 10 mindən az olmamalıdır.
Bu tələblərə cavab verməyən namizədin qeydiyyat adı bürokrat tərəfindən, fəal bürokrat olmadığı təqdirdə isə hər hansı inzibatçı tərəfindən səsvermədən çıxarılır və bunun səbəbi barədə namizədə məlumat verilir.
Kim bürokratlığa namizəd ola bilər
redaktəVikipediya bürokratı yalnız aşağıdakı tələbləri ödəyən istifadəçi ola bilər:
- redaktələrinin sayı 20 mindən az olmamalıdır;
- 1 il müddətindən az olmayaraq Azərbaycanca Vikipediyanın inzibatçısı olmalı və ya Arbitraj komitəsində fəaliyyət göstərməlidir;
- Azərbaycan dilindəki Vikipediyada son 3 ay müddətində aktiv olmalıdır.
Bu tələblərə cavab verməyən namizədin qeydiyyat adı bürokrat tərəfindən, fəal bürokrat olmadığı təqdirdə isə hər hansı inzibatçı tərəfindən səsvermədən çıxarılır və bunun səbəbi barədə namizədə məlumat verilir.
Kimlər seçici hüququna malikdir?
redaktəSəsvermə hüququna yalnız aşağıdakı şərtləri ödəyən qeydiyyatdan keçmiş istifadəçilər malikdirlər:
- Səsvermə başlayan tarixə kimi Azərbaycan dilindəki Vikipediyada stajı 6 aydan az olmayan istifadəçilər;
- ciddi redaktələrinin sayı 500-dən az olmayan istifadəçilər. Ciddi redaktələrə - sonradan ləğv edilmiş redaktələr, intervikilərin daxil edilməsi (məqalədə başqa intervikilər olarsa), şablonların daxil edilməsi, orfoqrafik səhvlərin düzəlişi, mətnin bölmələrə ayrılması daxil deyil;
- səsvermə başlayan tarixə kimi Azərbaycan dilindəki Vikipediyada son 6 ay ərzində ciddi redaktələrinin sayı 200-dən az olmayan istifadəçilər. Ciddi redaktələrə - sonradan ləğv edilmiş redaktələr, intervikilərin daxil edilməsi (məqalədə başqa intervikilər olarsa), şablonların daxil edilməsi, orfoqrafik səhvlərin düzəlişi, mətnin bölmələrə ayrılması daxil deyil;
- səsvermə başlayan tarixə kimi Azərbaycan dilindəki Vikipediyada son 30 gün ərzində redaktəsi olan istifadəçilər.
- Azərbaycandilli Vikipediyada yaratdıqları silinməyən səhifə sayının 25-dən az olmayan istifadəçilər (bu səhifələrə vikipediya, bütün ad fəzalarına aid müzakirə səhifələri, istifadəçi,qaralama, fayl ad fəzalarında olan səhifələr aid deyil.)
- bir neçə istifadəçi adı olan vikipediyaçı yalnız səsvermə hüququ olan bir adla səs verə bilər. Vikipediyaçı əgər istifadəçi adlarının biri ilə səs veribsə və bu ad ilə səsvermə hüququna malik olmadığı ona məlum olubsa, bu zaman digər səsvermə hüququ olan istifadəçi adı ilə səs verə bilər və bu barədə səsvermə keçirilən səhifədə məlumat verməlidir.
İnzibatçıların və bürokratların namizədliyini kimlər irəli sürə bilər
redaktəİnzibatçılar və bürokratların namizədliyini irəli sürə bilərlər:
- İnzibatçı və bürokrat seçkisində səsvermə hüququ olan istifadəçi layiq bildiyi və bütün şərtlərə cavab verən digər istifadəçinin namizədliyini irəli sürə bilər;
- İnzibatçı və bürokrat olmaq istəyən və bunun üçün bütün şərtlərə cavab verən istifadəçi öz namizədliyini irəli sürə bilər.
İnzibatçılığa və ya bürokratlığa namizədliyi irəli sürülmüş istifadəçi namizədliyini geri götürmək üçün müraciət etdikdə, səsvermə dayandırılmış hesab olunur və nəticələr ləğv olunur.Namizədin namizədliyini başqa istifadəçi irəli sürübsə, bu zaman namizəd səsvermə başlayan tarixdən 1 həftə ərzində səsvermənin keçirilib-keçirilməməsi ilə bağlı öz mövqeyini bildirməlidir, əgər namizəd səsvermə başlayan tarixdən 1 həftə ərzində öz mövqeyini bildirməsə səsvermə dayandırılmalıdır və bu səsvermə namizəd göstərilə bilmək sayına təsir etmir.
Qeyd: Statusun alınması ilə bağlı səsvermə, yalnız göstərilən namizədin özü statusdan imtina etmək üçün müraciət etdikdə dayandırılır və bu zaman statusun alınması ilə bağlı müvafiq tədbirlər görülür.
İnzibatçıların və bürokratların statuslarının alınması
redaktə- İnzibatçının statusunun alınmasını yalnız səsvermə hüququna malik istifadəçilər tələb edə bilər. Müraciət zamanı istifadəçi öz tələbini Vikipediya qaydalarına uyğun olaraq əsaslandırmalıdır. Əks halda onun statusun alınması ilə bağlı tələbi qisas kimi qəbul oluna bilər.
- İnzibatçının və ya bürokratın statusunun alınması ilə bağlı səsvermə yalnız kənd meydanında əldə olunan sadə səs çoxluğu əsasında həyata keçirilə bilər.
İnzibatçının qeyri-aktivliyə görə statusundan məhrum edilməsi
redaktə- İnzibatçı/bürokrat Vikipediyada 6 ay ərzində əsas vəzifələrinə aid şərtləri yerinə yetirməyibsə, ondan inzibatçı statusunun alınması ilə əlaqədar səsvermə keçirilə bilər. Bu kateqoriyaya aid edilən səsvermələrdə yekun qərar verilərkən bu qaydaların Nəticələrin hesablanması bəndində göstərilən şərtlər tətbiq edilmir və sadə səs çoxluğu əsasında qərar qəbul olunur. Səsvermənin keçirilməsinə qərar aktiv inzibatçıların müzakirəsində əldə olunan razılıq əsasında verilir. Əgər səsvermə nəticəsində inzibatçıya etimad göstərilsə, lakin səsvermənin nəticələrinin elan edildiyi tarixdən sonrakı növbəti 6 ay ərzində o fəaliyyətini Vikipediya:İnzibatçıların fəaliyyəti qaydalarının "İnzibatçıların əsas vəzifələri" bölməsində göstərilən minimal tələblərə uyğunlaşdırmazsa, o zaman müzakirəsiz və səsverməsiz həmin istifadəçi inzibatçı statusundan məhrum edilir.
Bu bənd müddətli həqiqi hərbi xidmət keçdiyi müddətdə qeyri-aktiv olan inzibatçı/bürokrata aid edilmir. - İnzibatçının vəfat etməsi haqqında dəqiq məlumat əldə edildiyi andan onun fəaliyyətinə xitam verilir.
- İnzibatçının özü və ya başqa inzibatçı ilə bağlı etimad səsverməsi keçirməsinə icazə, yalnız kənd meydanında əldə olunan sadə səs çoxluğu əsasında verilə bilər.
- İnzibatçının öz parolunu digər istifadəçiyə verməsi haqqında dəqiq məlumat əldə edildiyi andan o, inzibatçı statusundan məhrum edilir.
- İnzibatçının statusundan məhrum edilən şəxs həm də bürokratdırsa, o avtomatik olaraq bürokrat statusundan da məhrum edilir.
- Öz "inzibatçı bayrağı"nı geri qaytarmaq istəyən istifadəçi səsvermə keçirmədən, istənilən vaxt metaya müraciət edə bilər.
İnzibatçıların və bürokratların seçilməsi qaydası
redaktəNamizədlərin səsverməsində və səsvermə ilə bağlı müzakirələrdə hər bir Vikipediya istifadəçisi yalnız bir qeydiyyat adı ilə iştirak edə bilər.
İstifadəçinin bir-neçə qeydiyyat adı varsa və o, səsvermədə digər adları (nikləri) ilə iştirak edərsə, onun bütün qeydiyyat adları səsvermədən çıxarılır və istifadəçiyə xəbərdarlıq edilir.
Səsvermə müddəti yalnız 15 gün olmalıdır. Səsvermənin başlanğıc və son tarixi (gün və saatı) dəqiq göstərilməlidir.
Səslərin hesablanması və nəticə
redaktəSəsvermədə aşağıdakı istifadəçilərin səsləri etibarsız hesab olunur:
- yalnız 1 məqalədə redaktəsi olan istifadəçilərin;
- səsvermə başlayan tarixdən 30 gün əvvələ kimi redaktəsi olmayan, yaxud ciddi redaktələrinin sayı 500-dən az olan istifadəçilərin;
- səsvermə başlayan tarixdən 6 ay əvvələ kimi Azərbaycan dilindəki Vikipediyada ciddi redaktələrinin sayı 200-dən az olan istifadəçilərin;
- Azərbaycandilli Vikipediyada 25 silinməyən səhifə yaratmayan istifadəçilər (bu səhifələrə vikipediya, bütün ad fəzalarına aid müzakirə səhifələri, istifadəçi,qaralama, fayl ad fəzalarında olan səhifələr aid deyil.)
- bir nəfərin qeydiyyatdan keçdiyi və səsvermə hüququ olan iki və daha çox adla səs verməsi sübut olunarsa; (bu zaman həmçinin istifadəçi adları 3 ay müddətində bloklanır)
- namizədin öz səsi.
- inzibatçı və bürokrat hüquqlarının alınması zamanı isə inzibatçı müzakirəsindəki səsvermə başlayan tarixdən 30 gün əvvələ kimi redaktəsi olmayan, yaxud ciddi redaktələrinin sayı 500-dən az olan istifadəçilərin;
Qeyd. Bir nəfər qeydiyyatdan keçdiyi və yalnız biri səsvermə hüququna malik iki adla səs veribsə və bu barədə seçki keçirilən müddətdə məlumat vermişdirsə, bu zaman həmin səs etibarlı hesab edilir.
Səsvermə o zaman baş tutmuş hesab olunur ki, etibarlı səslərin sayı 15-dən, lehinə səslərin sayı isə 10-dan az olmasın. Bitərəf səslər hesablanma zamanı qeydə alınmır.
Nəticələrin hesablanması
redaktə- 1) İnzibatçılığa namizəd ən azı 10 səs alarsa və onun seçilməsinə qarşı səs verənlərin sayı etibarlı səslərin sayının 1/3-ni keçməzsə, o seçilmiş, əks halda isə seçilməmiş sayılır.
- 2) Bürokratlığa namizəd etibarlı səslərin sayının ən azı 3/4-nü (75 %-ni) alarsa seçilmiş, əks halda seçilməmiş hesab olunur.
- 3) İnzibatçı statusunun alınması (status-kvonun dəyişilməsi) ilə bağlı səsvermədə etibarlı səslərin sayının ən azı 2/3-si müsbət olduğu halda inzibatçının statusu əlindən alınır.
- 4) Bürokrat statusunun alınması ilə bağlı səsvermədə etibarlı səslərin sayının ən azı 2/3-si müsbət olduğu halda bürokratın statusu əlindən alınır.
Əvvəlcədən elan olunmuş müddət sonunda lazımi miqdarda səslərin toplana bilməməsi halında səsvermə baş tutmamış sayılır və hər hansı istifadəçinin istəyinə bağlı olaraq, həmin və ya başqa müddətdə olmaq üzrə təkrarlana bilər. Hər bir istifadəçinin həm inzibatçılığa, həm də bürokratlığa 3 dəfə namizəd göstərilə bilmək hüqüqu var. Üzrlü səbəbdən inzibatçı, yaxud bürokrat statusundan məhrum olmuş istifadəçilərin statusunun dəyişməsindən əvvəlki namizədliyi namizəd göstərilə bilmək sayına aid edilmir. (Məsələn, istifadəçi 3-cü dəfə inzibatçı seçkisində iştirak edərək inzibatçı seçilibsə və üzrlü səbəbdən onun inzibatçı statusu alınıbsa, onun namizədliyi bir daha irəli sürülə bilər və bu onun 3-cü namizədliyi hesab olunur.)
Səsvermə bürokrat tərəfindən, fəal bürokrat olmadığı təqdirdə isə hər hansı inzibatçı tərəfindən yekunlaşdırılır. Yalnız səsvermənin yekunu elan edildikdən sonra bürokrat istifadəçiyə inzibatçı və ya bürokrat "texniki bayrağını" təqdim edə bilər, fəal bürokrat olmadıqda isə statusun təqdim olunması üçün inzibatçılar müvafiq müraciətlər etməlidirlər.
- Qeyd: Səslərin faizlə, yaxud nisbətlə sayı hesablanarkən tam ədəd alınmazsa, həmin ədədin tam hissəyə qədər riyazi yuvarlaqlaşdırılmış ədədi götürülür.