Istifadeci Muzakiresi Afrasiyab Arxiv 1 - Wikipedia
Xahiş
redaktəHörmətli Wertuose! Azvikidə çox qəribə oyunlar gedir. Məsələn, Praqa Qradı (Praqa kremli) məqaləsinin adı ilə bağlı müzakirələrdə iştirak etdiyim üçün məni 30 günlük bloklayırlar?! Bəhanə olaraq, utanmaz, utanmaz yalandan böhtan atırlar ki, guya mən bütün istifadəçiləri söymüşəm?! [Baxın >>] . Bu istifadəçi hamıya kələk gəlir. Zəhmət olmasa ondan soruşun ki, mən kimi söymüşəm və harada söymüşəm. Dediyini sübut edə bilmirsə, digər istifadəçiyə böhtan atdığına görə onun barəsində qaydalara uyğun tədbir görün. O, istəyir ki Praqa Qradı (Praqa kremli) məqaləsi "Praqa qəsri" adlandırılsın. Ona nə qədər başa salmağa çalışsam da ki, qəsr balaca olur, qala böyük, qəbul etmir. Deyirəm bax gör rus vikipediyasında nə yazılıbdır: ru:Пражский Град, yazılıbdır qala: "крепость в Праге, занимает восточную часть длинного утёса, который тянется от Петршинского холма". Qəbul etmir, deyir guya çex dilində qəsrdır?! ASE-yə istinad etdim, göstərdim ki, ASE-də də qəsr hesab edilmir, bir az da həddini aşdı. O, və idarəçi Baskervill, mənə qarşı ağıllarına gələni deyirlər, atmacalar atırlar, hörmətsizlik edirlər. Mən isə onların bu münasibətinə baxmayaraq, onlara yalnız "siz" deyə müraciət etmişəm, mövzudan kənar heç nə yazmamışam, yalnız məqalənin adı ilə bağlı fikrimi bildirmişəm, axırda məni lap ələ saldıqlarını görüb, bircə demişəm ki "allah bəlanızı versin, daha nə deyə bilərəm ki?" Sizcə onların yol verdikləri hərəkətlərin qarşısında işlətdiyim bu ifadəyə görə 30 günlük bloklanmağım nə dərəcədə doğrudur? Fikrimcə, bu adamlar kiminsə qarşısında öhdəlik götürüblər ki, "Praqa qalası" "Praqa qəsri" adlandıracaqlar. Yoxsa onlar bu adın dəyişilməsi üçün niyə bu qədər təkid edirlər? Bu məqsədlə niyə bu qədər yalanlar, böhtanlar yazırlar? Hörmətli Wertuose! Bloklu olduğum halda, anonim olaraq sizə müraciət etməyim, deyəsən, qaydanı pozmaqdır, üzürlü hesab edin, onlar mənim etiraz edə bilməməyim üçün istifadəçi səhifəmi də bloklayıblar, heç olmasa istifadəçi səhifəmi açıq saxlasaydılar, etirazımı orada yazardım. Bu adamlar vikipediyanı öz maraqlarına uyğun idarə etmək istəyirlər, ona görə də sözün düzünü deyənlərdən qorxurlar, yoxsa heç olmasa istifadəçi səhifəmi redaktə edə bilməyim üçün açıq saxlayardılar. Ümidvaram ki, sizə müraciətim müsbət nəticə verə bilər və siz müraciətimə diqqət yetirəcəksiniz, məsləhətdirsə, blokumu açacaqsınız, yaxud azaldacaqsınız, bu artıq sizin səlahiyyətinizə aid bir işdir, mənim əlimdən yalnız sizə müraciət etmək gəlir. Əvvəlcədən, təşəkkürlər. -- Hörmətlə, Afrasiyab (talk) 19:10, 8 yanvar 2015 (UTC)
- Salam. Müzakirəni tam oxudum və digər istifadəçilərin yazılarında Vikipediya:Bloklama qaydalarının "Bloklama səbəblərinə" tam uyğun heç nə olmasa da, sizin və ya digər istifadəçilərin məqalə yazmaq bacarıqlarınızın ələ salınması və istehzalı ifadələr nəticəsində sizin təhrik olunmanız açıq-aydın görünür. Həm bunu, həm sizin Vikipediya:Etiket və Vikipediya:Xoş niyyətli olduğunuzu göstərin qaydalarının tələblərindən kənar ifadələriniz, həm də "Bloklama səbəbləri"nə uyğun gələn təhqir xarakterli ifadələrinizi nəzərə alaraq, sizin blok müddətinizi ilk blok anından 3 gün müddətinə yenidən təsdiq etdim. Blok müddəti bitdikdən sonra az-vikidə sizin redaktələrinizi yenidən görməyə şad olarıq.--Wertuose (talk) 21:09, 9 yanvar 2015 (UTC)
- Təşəkkür edirəm, hörmətli Wertuose. Əgər hesab eirsinizsə ki, mənim yazdığım bəzi ifadələrə görə 3 günlik bloklanm lazımdır, etirazım yoxdur. Amma "Kənd meydanı" səhifəsində mənə ünvanlanmış həqarətli ifadələrin müəllifləri mənim bloklanmağım üçün əsas götürdüyünüz qaydaları məndən 10 dəfə çox pozublar. Əgər vikipediya qaydaları hamıya aiddirsə, məni təhqir edən şəxslər barədə də ölçü götürə bilərsiniz. Çünki onlar cəzasız qalsalar, yenə də eyni mövqedən çıxış edəcəklər, onlara elə gələcək ki, onlar nə istəsə yaza bilərlər, onlar toxunulmazdırlar, qaydalar onlara aid deyil. Mənə qarşı işlətdikləri həqarətli ifadələrin siyahısı:
Nümunəvi davranışı ilə digərlərinə nümunə göstərməli olan cənab idarəçi Baskervill
redaktə- Mənə hər zaman maraqlı gəlib Hörmətli Afrasiyab sizdə ki, bu qədər fundamental enerji var müzakirə aparmağa nədən geniş məqalələr yazıb Azviki zənginləşdirmirsiniz ? :) - yalan, statistikama baxsın görək doğrudanmı, mən məqalə-zad yaratmıram, mən məhsuldar işləyirəm, ya o?!
- Əgər mümkündürsə mənimlə sosial şəbəkə üzərindən təmasa keçin və sizinlə səmimi şəkildə sizə maraqlı ola biləcək bütün mövcud məsələləri müzakirə edək, -qayda pozuntusu, vikipediyadan kənar sövdələşməyə çağırış.
- Ağa (?!) sənin başqa işin gücün yoxdurmu ? Get düzəmməli məqalələr yarat və sonra gətir gözümü deş ki, heç utanırsız, mənim kimi dəyərli biri istifadəçini itirsininiz... Sizin gördüyünüz iş isə elə boş-boş müzakirələr aparmaqdır. Allahın bir günündə sizin bir fərli məqalə yaratdığınızı görmədim. Qoyasan elə hey danışsın ki, o nədir, bu nədir... Nə zamana kimi sizin ciddi məqalələrin olmayacaq, nə zamana kimi siz bir müzakirəni bu qədər mənasızlaşdıracaqsınız o zamana qədər də durum belə olacaq. Yəni bir insan doğurdanmı ona deyilən bu sözün fərqində olmaz ?- idarəçiyə yaraşmayan sözlər, istehza, yalan ittiham, guya, mənn ciddi redaktələr etmirəmmi?!
- Sonunda bloklandın Afrasiyab. Ən yaxşısı sən heç nə yazma burada. Lütfən sadəcə otur yaradılan məqalələri oxu, - acıq vermək, "sən"lə müraciət, hörmətsizlik, digər istifadəçiyə əmr verməklə özünü üstün tutmaq.
İdarəçi olmaq istəyən və bunun üçün nümunəvi davranışı ilə digərlərinə nümunə göstərməli olan cənab Farid Aliev
redaktə- Çox xahiş edirəm, əgər mövzu haqqda məlumatınız yoxdursa, onu dezinformasiya ilə doldurmayın, - nədir, hardadır o dezinformasiya?! - yalan!
- Çox xahiş edirəm, dezinformasiyanı dəstəkləmək və məni səhvlikdə ittiham etmək lazım deyil,- nədir, hardadır o dezinformasiyanı dəstəkləmək?! - yalan!
- siz boş-boş şeylər yazırsız burada, İçərişəhərin Praqa qəsrinə nə aidiyyatı vardır? İçəri şəhər - keçmişdə ayrıca şəhər idi. Moskva kremli də Moskva şəhərinin özü idi, sadəcə olaraq zamanla Moskva şəhəri böyüyərək ətrafındakı qala divarlarını keçmişdi,- yalan, ASE-də Praqa Qradı - Praqa kremli hesab edilir.
- Sizin türk dilindən başqa heç bir dili bilməməyiniz (yalan, özünü üstün tutma, guya o çoxlu dil bilir, demək istəyir...) əlbəttə ki, əfsusluq hissi yaşadır insana. Mən türk vikipediyasını özümə istinad saymıram (türk dilinə həqarətlə baxış!), elə sizin yuxarıda göstərdiyiniz Google translate də - Afrasiyab - siz vikipediya istifadəçisiniz - bir az peşəkar olun. Mən onsuzda Praqa qəsri adı altında məqalə yaradacam (Yəni demək istəyir, ağlıma gələni edəcəyəm! Müzakirə-zad, başqa istifadəçilərin fikri mənim üçün heç nədir! ), onu Çex vikipediyasında olduğu kimi edəcəm - və həmin bu bərbad məqaləni sildirəcəm (?!, - qayda pozuntusuna cəhd!). Vəssalam, bəsdirin burada kimlərinsə şəxsi maraqlarına görə Vikipediyanı boş-boş məqalələrlə doldurdunuz, -yalan və iftira!.
- Elə peşəkarsınızsa, yaradın bir geniş və mükəmməl məqalə. Niyə yaratmırsınız? Burada oturub səhərdən axşama gədər insanlara notasiya yazmayın. İşlə məşğul olun (?!). Sizin kimi yeni istifadəçilər Azərbaycan Vikipediyasına xeyirdən çox zərər gətirir, çünki nəyə görə burada çalışdığınızı bilmirsiniz (?!). Mənə nəyin doğru olduğunu öyrətmək lazım deyil (?!). Çox xahiş edirəm, maraq dairənizdə olan mövzularla çalışın, məncə Çexiyada nəyin necə olduğunu mən sizdən 100 dəfə daha artıq bilərəm (?!), çünki buna dair minlərlə (?!) kitab oxumuşam, türklərdən isə heç bir zaman istinad götürməmişəm. Burada mövzu bitmiş sayılır. Siz isə bərbad məqalələri dəstəkləməkdə davam edin (?!), çünki bu məhz sizin maraq dairənizə aiddir,(?!) - yalan və iftiralar, özünü daha "ağıllı" hesab etmək!
- mənə çox maraqlıdır, Siz nə vaxtdan belə Praqa üzrə ekspert bura təyin edilmisiniz? (həqarət) Özünüzü burada uzun bir müddət fəaliyyət göstərən idarəçi və istifadəçilərdən üstünmü tutursunuz? (Yəni demək istəyir mən səndan daha üstünəm və ağıllıyam!) Zəhmət olmasa o uzun uzadı özünüzü tərifləyərək (mən niyə öğzümü tərifləyirəm ki? - yalan!) bitirəcəyinizə söz verdiyiniz Azərbaycanlılar məqaləsini tamamlayın. Çünki burada heç kim sizin yazdıqlarınıza inanmır (kim inanmır? yalan!), yəgin cənab Ramil sizi özünə advokat təyin edib (həqarət, kim-kimin advokatıdır hamı bilir!), çünki sizə aid olmayan (?!) bir mövzuda çox enerjinizi tükədirsiniz (həqarət, istehza!). Buradakı idarəçiləri təhqir etdiyinə (şantaj və böhtan) görə isə sizi bloklamağınız təkidlə idarəçilərdən xahiş edəcəm (iftira, hədə-qorxu gəlmə, şantaj!) .
- Lakin cənab Afrasiyab buraya lazımsız şəkildə daxil olaraq (müzakirədə iştirak etmək nə vaxtdan lazımsız və lazımlı olur?!) bütün idarəçi və istifadəçiləri söymüş onlara çox nalayiq ifadələr yazmışdır (dəhşətli dərəcədə yalan, böhtan və iftira!). Cənab idarəçilər, mən Sizdən artıq dərəcədə xahiş edirəm - o istifadəçini bloklayın - o bizim məqalələrə çox böyük təhlükədir (?!), onun hiddəti (?!) və idarəçilərə olan hörmətsizliyi isə heç bir hüdud tanımır, - hamısı yalan, böhtan və iftira!
- Keete 37, siz hələ də Afrasiyabın məqsədini başa düşmürsüz? Onun məqsədi Kənd meydanı, Silinməyə namizəd məqalələr və İdarəçilərə müraciət məqalələrini zənginləşdirməkdir, - iftira, yalan və həqarət!
Bütün bunlar azvikinin tarixinə düşdü, bu bir məqalənin adı ətrafında yaranmış biyabırçılıqdır! 2 idarəçi, 2 istifadəçi hər cür saxtakarlığa əl atırlar ki, məqalənin adı vikipediya qaydalarına zidd olaraq dəyişsin, mən isə buna etiraz etdiyim üçün 30 günlük bloklanıram... Mənə deyirdilər ki vikipediya belədir, inanmırdım, indi inandım. Elə ona görə də vikipediyadan hamı uzaqlaşır, başqa sözlə bir qrup şəxs hamını vikipediyadan uzaqlaşdırır. Amma mən getməyəcəyəm. Bu ifadəmə görə yəqin ki bəziləri gülürlər, ürəklərində deyirlər ki, "elə yaxşı gedərsən!", yox getməyəcəyəm! Mənim fikrimcə vikipediyadan getmək, torpağı erməniyə təhvil verib Bakıya gəlmək kimi bir işdir. Bura mənim vikipediyamdır, nəyə görə mən buradan çıxmalılyam ki?! İnşallah mən burdan çıxmasam, mənim kimi onlarla istifadəçi də mənə baxıb burada dayana bilər və biz birlikdə azvikidə qayda-qanın yaradarıq, azvikini ən inkişaf etmiş vikipediyaya çevirərik. -- Hörmətlə, Afrasiyab (talk) 15:46, 10 yanvar 2015 (UTC)
- Bu şablon deyil. Mənim fikrimdir. Altında mənim imzam var. Silə bilməzsiz! Siz məni də müzakirəyə daxil etdiyinizə görə mənim də cavab vermək haqqım var.--Kim Yushin (talk) 16:25, 10 yanvar 2015 (UTC)
*** Göründüyü kimi bu istifadıçi mənə qarşı təhqir kompaniyasını davam etdirir, və məni nəyəsə təhrik etməyə çalışır. Ona izahat verərək neçə dəfə şablonu götürsəm də yenidən bura qoydu. Bu isə vikipediya qaydasının pozulması və redaktə müharibəsi deməkdir. Qaydalara görə bir neçə dəfə redaktəsi geri qaytarılan istifadəçi həmin redaktəni təkrar etməməli və idarəçilərə müraciət etməlidir. Lakin o redaktə müharibəsinə başlayır, bloklu olmasaydım, mən idarəçilərə müraciət edərdim, təəssüf ki blokluyam, edə bilmirəm, amma onun üçün heç bir məhdudiyyət yox idi.
- Cənab Kim Yushin! İndi keçək sizin yazdığınıza. Bu təhqirdir! Mən nəyə görə təhqiri öz səhifəmdə saxlamalıyam ki?! Qeyri etik ifadə dərhal silinməlidir, gedin qaydaları öyrənin!!! Siz mənə miyə "sən"lə müraciət edirsiniz, bu bir, ikincisi də ki, siz kimsiniz ki mənə göstəriş verirsiniz, bu iki, üçüncüsü də bloklu adam sizə necə məqalə yarada bilər, və nəhayət, siz məni nəyə təhrik etmək istəyirsdiniz? Nə edirsinizsə edin, getməyəcəyəm buradan, birdəfəlik bunu başa düşün!!! -- Hörmətlə, Afrasiyab (talk) 16:47, 10 yanvar 2015 (UTC)
Afrasiyab, mən əgər sizin qəlbinizə dəymişəmsə, sizdən üzr istəyirəm. Xahiş eliyirəm idarəçilərə müraciət edin və etdiyim hərəkətdə səhvlər varsa, mənim cəzam verilsin. Ancaq Ağız halva-halva deməklə şirin olmur. Əgər vikipediyanı belə çox xoşlayırsınızsa, blok müddəti bitəndən sonra məqalələr yaradın. Ancaq siz dəfələrlə Azərbaycanlılar məqaləsini zənginləşdirəcəyinizi desəniz də bunu etmədiz. Mən fikirləşirəm ki, siz vikipediyaya töhfə vermək yox, müəyyən istifadəçiləri bəzən Asparus xan Bulqarı, bəzən tez əsəbləşən Baskervilli, bəzən də Keete 37-ni qıcıqlandıraraq onlarla əylənmək istəyirsiz. Bəlkə də məqsədiniz bu deyil. Ancaq uzaqdan mənə belə görünür. Dərin Hörmətlə:--Kim Yushin (talk) 17:00, 10 yanvar 2015 (UTC)
- Cənab Kim Yushin! Məndən üzr istəməkdənsə, əvvəlcə bu səhifəyə yerləşdirdiyiniz şablonu götürməyiniz daha yaxşıdır. O ki qaldı qəlbimə-zada dəyməyinizə, narahat olmağınıza dəyməz, mən balaca uşaq deyiləm ki kimsə məni təhqir etsin, mən isə cavab verə bilməyim, çəkilim küncdə sakitcə durum, için-için ağlayım. Qoyduğunuz şabloma görə sizə ətraflı cavab vermişəm, bəlkə də siz başa düşmürsünüz, amma başqaları mənim nə yazdığımı başa düşürlər və sizin məntiqinizə acıyırlar. Azərbaycanlılar məqaləsinin yəqin ki, yarısını tərcümə etmişəm, yarısını da tərcümə edəcəyəm, təbii ki, vaxt tapan kimi. Qorxduğum odur ki, məqaləni başa çatdıran kimi onu silə, yaxud dağıda bilərlər, mənə acıq vermək üçün, ona görə də redaktəyə həvəsim ölüb. Kimisə qıcıqlandırmağa gəlincə isə axı mənim nəyimə lazımdır belə şey? Bir özünüzə sual verə bilərsinizmi? Kənd meydanında müzakirə gedir, mən də fikrimi bildirirəm, istəmirlərsə müzakirə getsin, müzakirəyə çıxarmasınlar, niyə çııxarırlar? Vikipediya pis gündədir, fəal istifadəçilərin əksəriyyəti öz şəxsi marağını təmin etmək üçün burada redaktə ilə məşğuldur. Mənim ytaratdığım məqalənin adını kim istəyir dəyişsin, heç vecimə də olmaz, amma nə olur olsun, vikipediya qaydalarına uyğun dəyişsinlər, əks halda etiraz edəcəyəm. Siz isə başqa mövqe nümayiş etdirirsiniz, məqalənin adı yalnız sizin ürəyiniz istədiyi, sizin qoyduğunuz olmalıdır, kimsə dəyişsə, aləm dəyir bir-birinə. -- Hörmətlə, Afrasiyab (talk) 17:42, 10 yanvar 2015 (UTC)
- "Qoyduğunuz şabloma görə sizə ətraflı cavab vermişəm, bəlkə də siz başa düşmürsünüz, amma başqaları mənim nə yazdığımı başa düşürlər və sizin məntiqinizə acıyırlar." ifadəsi ilə siz məni təhqir edirsiz. "Mənim fikrimcə vikipediyadan getmək, torpağı erməniyə təhvil verib Bakıya gəlmək kimi bir işdir." ifadəsi ilə siz ümumiyyətlə hamını təhqir edirsiz. Heyif... --Kim Yushin (talk) 17:51, 10 yanvar 2015 (UTC)
- Bəli, sözsüz ki şabloma görə cavabımı başa düşmürsünüz, niyə? Çünki başa düşsəniz, o şablonu götürərsiniz. Mənim yazdığımı diqqətlə oxuyun, görəcəksiniz ki haqlıyam. Şablonla əlaqədar iradlarımı ətraflı olaraq izah etmişəm. Vikipediyadan getməyimi isə həqiqətən Qarabağı düşmənə təhvil verib Bakıya çəkilmək kimi qiymətləndirirəm. Mən bir azərbaycanlıyam, bu vikipediya mənim doğma dilimdə ensiklopediyadır, yəni mənimdir! Torpağı qorumaq hər bir azərbaycanlının müqəddəs borcu olduğu kimi, azərbaycan vikipediyasını da qorumaq da hər bir azərbaycanlının borcudur, buranı tərk etmək, yaxud ana torpağı tərk etmək, mənmim üçün eyni şeydir. Üzr istəyirəm, siz niyə burada özünüzü təhqir olunmuş hesab edirsiniz? Mən ki torpağı erməniyə verməkdən yazmışam, vikipediyanı erməniyə verməkdən yazmamışam ki?! Yaxud sizi erməni adlandırmamışam ki?! -- Hörmətlə, Afrasiyab (talk) 19:57, 10 yanvar 2015 (UTC)
- Şablonu götürdüm və sizin 1 günlük blok müddətiniz ləğv etdim. Hörmətlə:--Baskervill müzakirə 13:22, 11 yanvar 2015 (UTC)
Bir məsələ
redaktəSalam Hörmətli Afrasiyab sizin müzakirə səhifənizdə apardığınız bütün müzakirələri oxudum. Müəyyən qədər sizə haqqda verirəm. Yaxşı qeyd etmisiz ki, bura sizin vikipediyanızdır. Bu fikirlə tamamilə razıyam. Özünü Azərbaycanlı hessab edən hər bir kəs Azvikidə məqalələrin müzakirəsində və zənginləşdirilməsində fəal iştirak edə bilər. Mən 4 ilə yaxındır ki, burada fəaliyyət göstərirəm və fəaliyyətimin son 2 ili idarəçi kimi keçib. Bu müddət ərzində isə 2 dəfə bloklanmışam. Ancaq bütün məhrumiyyətlərə baxmayaraq məndə elə sizin kimi düşünürdüm ki, nədən buradan küsüb getməli və buranı tərk etməliyəm ? Düzünü desəm bunu bir ölüm-qalım məsələsi kimi də görürdüm. Mənim idarəçi seçilməyim isə qısa zamanda zəngin fəaliyyət göstərməyimin nəticəsi idi. Digər idarəçilər təklif etdilər və məndə razılaşdım. Sizdə olan həvəsi və istəyi hamı görür. Sizdən peşəkar bir vikipedist çıxar, ancaq gərək bunu ilk öncə siz arzu edəsiniz. Bunun üçün sizə 2 məsləhətim var.
- Müzakirələrdə uzun-uzadı yazışmalardan çəkinin, hər məsləyə fikir bildirməyin. İstifadəçilərin çoxu aparılan uzun müzakirələri oxumur.
- Yeni, ciddi və təlabat olan məqalələr yaradın. Şəxsən mən sizin hər hansısa maraqlı bir məqalənizi görməmişəm və inanıaram ki, istəsəniz çoxlarından yaxşı məqalələr yarada və yaxud zənginləşdirə bilərsiniz.
Sizin işlərinizin olduğunu və bura daxil olmaq üçün cətinliklə vaxt tapdığınızı bilirəm. Sizdən rica etmişdim ki, mənimlə facebook üzərindən təmas qurun. Sizi maraqlandıran bütün məsələləri orada müzakirə edək. Bu təklifimi bir daha təzələyirəm. Bu arada sizin blok müddətiniz 30 gündən 3 günə endirildi. 10 dəfə az :)) Ümüd edirəm ki, sizin timsalınızda məhsuldar bir fəaliyyət görəcəyik. Bu arada sizin müzakirə səhifənizə Kim Yushin tərəfindən əlavə edilən Az danış, məqalə yaz şablonunu götürə bilərsiniz. Müzakirə səhifənizdə sizə xoş olmayan yazını çıxarmaq hüququnuz var. Sizə dərin hörmətlə:--Baskervill müzakirə 09:04, 11 yanvar 2015 (UTC)
- Hörmətli Baskervill. Sizə elə gələ bilər ki, idarəçi seçilməyiniz qısa zamanda zəngin fəaliyyət göstərməyinizin sayəsində mümkün olub. Amma mən başqa cür düşünürəm. Sizi ona görə idarəçi seçdiriblər ki, siz qətiyyətsiz (üzr istəyirəm ifadəmə görə), üzüyola, hər şeyə göz yuma bilən və təcrübəsiz bir istifadəçi olmusunuz. Siz hələ də idarəçi statusunuzdan tam istifadə edə bilmirsiniz. Yəni sizin idarəçi fəaliyyətiniz gözə görünmür. Gəlin səmimi danışaq. Kənd meydanındakı müzakirədə mənim əsassız olaraq bloklanmağım sizin gözünüz qarşısında oldu. Niyə etiraz etmədiniz? İndi gəlib deyirsiniz ki sizin yazdıqlarınızı oxudum, müəyyən qədər sizə haqq verirəm. Amma bu sözdür, bunu hamı deyə bilər, bunu deməkdənsə, blokumu açsaydınız, biz də bilərdik ki Baskervill adında bir idarəçimiz var və o, haqsız bloklanan istifadəçinin blokunu aça bilir. 2 illik idarəçi fəaliyyətiniz dövründə hansi bloklanmış istifadəçinin blokunu açmısınız? Hansı istifadəçini əməli cəhətdən, yəni sözlə yox, işdə müdafiə etmisiniz? Məsləhət görürəm ki heç vaxt redaktələrinizin sayı ilə öyünməyəsiniz, belə şeylə mən öyünə bilərəm, siz idarəçisiniz, idarəçi fəaliyyətinizlə öyünün. İdarəçi kimi hansı mübahisəni həll etmisiniz, hansı konflikti aradan qaldırmısınız? Mən bilmirəm, yalnız bilirəm ki, vikipediyada qısa fəaliyyətim dövründə yalnız mənim redaktələrimə qarşı dəfələrlə qaydaları pozmaqla cavab vermisiniz və yenə də davam etməkdəsiniz!
- Yuxarıda yazırsınız ki, şablonu götürə bilərsiniz. Mən də bilirəm götürə bilərəm, daha doğrusu bu sözü mən demişəm, siz də təkrar edirsiniz. Amma o, məni təhqir edir, redaktə müharibəsinə başlayır, niyə ona qarşı heç bir tədbir görmürsünüz?! Axı yazırsınız ki, mənim yazdıqlarımı diqqətlə oxumusunuz? Doğrudanmı siz idarəçi olduğunuzu hərdən, bizə lazım olanda unudursunuz?
- Facebookda dialoqa dəvətinizi isə qəbul edə bilmərəm. Mən tanınmış şirkətin işçisiyəm, şəxsiyyətimi tanıtsam, bundan istifadə edib sabah məni müvəffəqiyyətlə şantaj edə bilərlər və bu da mənim şirkətdəki nüfuzuma xələl gətirə bilər. "İdarəçilərə müraciət səhifəsi"ndə cənab İstifadəçi:Keete_37 un yazdığına diqqət yetirin: . Başdan ayağa şantaj və ifrira!!! Bu istifadəçilər nəyə görə bilməlidirlər ki, mən kiməm, harada işləyirəm? Sabah eyni müraciəti bizim şefə də ünvanlaya bilərlər...
- Məqalə yaratmaq və müzakirələrdə iştirak etməməyimlə bağlı yazdığınıza isə cavab verə bilərəm ki, fəaliyyət statistikamda hər şey göstərilir, nə qədər məqalə yaratmağım, redaktə etməyim, müzakirələrdə nə qədər iştirak etməyim, məncə normaldır:. -- Hörmətlə, Afrasiyab (talk) 10:44, 11 yanvar 2015 (UTC)
- Düzünü desəm mən sizin kimi bir istifadəçi görməmişdim bu günə qədər. Hər şeyi öz arşınınız ilə ölçürsünüz. Gah mənə qətiyyətsiz deyirsiniz, gah mənə qarılar kimi qarğış qarğayırsınız və sizə etmək istədiyim bütün yaxşılıqlarıda geri çevirirsiniz. Sual edirsiniz ki, hansı bloklanmış istifadəçinin blokunu açmışam. Əvvəlcə onu deyim ki, mənim özüm bloklananda belə heç kim gəlib mənim blokumu açmadı. Çünki bloklanmağımın bir səbəbi vardı. Sizin blok müddətiniz isə 10 dəfə azaldıldı və siz yenədə deməyə söz tapırsınız. Sizin kimliyiniz və hansı şirkətdə hansı vəzifə sahibi olduğunuz mənə və düşünürəm ki, mənim kimi digər şəxslərə məlum deyil. Əslində məsələnin bu tərəfi heç mənə maraqlıda deyil. Sadəcə sizinlə daha ətraflı müzakirə aparmaq istəmişdim. Siz isə hər səfərində məni ən ağır sözlərlə təhqir edib, mötərizədə isə üzr istəyirəm ifadəmə görə sözünü yazırsınız. Hərdən öz-özümə düşünürəm ki, sizə qarşı niyə bu qədər tolerant olmalıyam ki ? :)) Yəni bunun əvəzində sizin bir dəyərli fəaliyyətinizmi var ? yoxsa olmaya nəsə ciddi bir məqalə yaratmısız və bizim bundan xəbərimiz olmayıb ? Birdə cənab Afrasiyab siz heç düşündünüzmü ki, 13 idarəçi arasından niyə sizə bir tək mən cavab verirəm ? Ona görə yox ki, onlar bura girmir və yazılanları oxumurlar. Hamısını bir-bir oxuyurlar yeri gələndə. Sadəcə olaraq sizinlə məndən başqa heç kim müzakirə aparmaq istəmir. Bu gündən etibarən sizə qarşı tolerant olmayacam. Əgər bir daha mənə qarşı təhiqrdən istifadə edəsiniz sizi 6 ay müddətinə bloklayacam. Yaxşılılıq edirsən vay, etmirsən vay. Bu günə qədər mənim idarəçilik fəaliyyətimi mənimlə soyuq münasibətdə olan vikipedistlər belə şüphə altına almamışdı, ancaq siz aldınız. Deyəsi söz qalmadı vallah. Hörmətlə:--Baskervill müzakirə 12:03, 11 yanvar 2015 (UTC)
- Hörmətli Baskervill! Siz burada özünüz öz fəaliyyətinizdən söhbət açdınız, özünüz özünüzü təriflədiniz (mənim idarəçi seçilməyim isə qısa zamanda zəngin fəaliyyət göstərməyimin nəticəsi idi), mən də buna münasibətimi bildirdim. Niyə inciyirsiniz? Sizə nüyə elə gəlir ki, siz nə deyirsinizsə başqaları sizin dediklərinizi yalnız təsdiq eləməlidirlər, heç kim sizin fikrinizə qarşı çıxmağa ixtiyarı yoxdur?! Blokum azalandan sonra gəlib deyirsiniz ki, siz haqlısınız. Sizə yaxşılıq etmək istəyirəm... Bundan mənə nə olacaq? Bu sözdür. Bundansa blokumu 1 gün də siz azalda bilməzdinizmi? Nədən çəkinirsiniz? Deyirsiniz ki şablonu götürə bilərəm, bunu mən də bilirəm, 3 dəfə götürmüşəm, amma yenə yerinə qoyublar. Siz həmin istifadəçiyə bir xəbərdarlıq da etmirsiniz, o məni təhqir edir, redaktə müharibəsi edir, siz isə məsələyə müdaxilə etmirsiniz? Bunun qabağında mən indi yalandan necə deyim ki siz qətiyyətli idarəçisiniz, qaydaların pozulduğunu görən kimi məsələyə dərhal müdaxilə edirsiniz, qayda pozuntusunu dərhal aradan qaldırırsınız?! Vikipediyada mənim kiminsə himayəsinə, tolerantlığına ehtiyacım yoxdur. Mən adı bir istifadəçiyəm, mənim istifadəçi hüquqlarım var və bu mənim üçün kifayətdir. Qaydalara əməl edirəm, vikipediyada şəxsi marağım yoxdur, imkanım nəyə çatırsa o qədər də vikipediyada müsbət fəaliyyət göstərəcəyəm. İdarəçilər mənim yazdığımı oxumur, ya oxuyur baş qoşmur, bunlar məni əsla narahat etmir. -- Hörmətlə, Afrasiyab (talk) 13:04, 11 yanvar 2015 (UTC)
- Düzünü desəm mən sizin kimi bir istifadəçi görməmişdim bu günə qədər. Hər şeyi öz arşınınız ilə ölçürsünüz. Gah mənə qətiyyətsiz deyirsiniz, gah mənə qarılar kimi qarğış qarğayırsınız və sizə etmək istədiyim bütün yaxşılıqlarıda geri çevirirsiniz. Sual edirsiniz ki, hansı bloklanmış istifadəçinin blokunu açmışam. Əvvəlcə onu deyim ki, mənim özüm bloklananda belə heç kim gəlib mənim blokumu açmadı. Çünki bloklanmağımın bir səbəbi vardı. Sizin blok müddətiniz isə 10 dəfə azaldıldı və siz yenədə deməyə söz tapırsınız. Sizin kimliyiniz və hansı şirkətdə hansı vəzifə sahibi olduğunuz mənə və düşünürəm ki, mənim kimi digər şəxslərə məlum deyil. Əslində məsələnin bu tərəfi heç mənə maraqlıda deyil. Sadəcə sizinlə daha ətraflı müzakirə aparmaq istəmişdim. Siz isə hər səfərində məni ən ağır sözlərlə təhqir edib, mötərizədə isə üzr istəyirəm ifadəmə görə sözünü yazırsınız. Hərdən öz-özümə düşünürəm ki, sizə qarşı niyə bu qədər tolerant olmalıyam ki ? :)) Yəni bunun əvəzində sizin bir dəyərli fəaliyyətinizmi var ? yoxsa olmaya nəsə ciddi bir məqalə yaratmısız və bizim bundan xəbərimiz olmayıb ? Birdə cənab Afrasiyab siz heç düşündünüzmü ki, 13 idarəçi arasından niyə sizə bir tək mən cavab verirəm ? Ona görə yox ki, onlar bura girmir və yazılanları oxumurlar. Hamısını bir-bir oxuyurlar yeri gələndə. Sadəcə olaraq sizinlə məndən başqa heç kim müzakirə aparmaq istəmir. Bu gündən etibarən sizə qarşı tolerant olmayacam. Əgər bir daha mənə qarşı təhiqrdən istifadə edəsiniz sizi 6 ay müddətinə bloklayacam. Yaxşılılıq edirsən vay, etmirsən vay. Bu günə qədər mənim idarəçilik fəaliyyətimi mənimlə soyuq münasibətdə olan vikipedistlər belə şüphə altına almamışdı, ancaq siz aldınız. Deyəsi söz qalmadı vallah. Hörmətlə:--Baskervill müzakirə 12:03, 11 yanvar 2015 (UTC)
- Şablonu götürdüm və sizin blok müddətinizi 1 gün tez bitirdim. Bunun əvəzində isə sizin daha səmərəli fəaliyyət göstərəcəyinizə inanıram. Hörmətlə:--Baskervill müzakirə 13:24, 11 yanvar 2015 (UTC)
- Bax bu başqa məsələ, indi siz həqiqətən, qətiyyətli və əsl idaərçi kimi hərəkət etdiniz, təşəkkürlər. Zəhmət olmasa indi "İdarəçilərə müraciət səhifəsi"ndə cənab İstifadəçi:Keete_37 un yazdığına diqqət yetirin: . Çünki burada 1 dənə düz söz yoxdur, başdan ayağa iftiradır, guya mən bütün istifadəçilərə sömüşəm... Olarmı belə şey? O da mənim kimi istifadəçidir, nəyə görə mənim barəmdə yalan şeylər yazır, məni hörmətdən salamağa çalışır? -- Hörmətlə, Afrasiyab (talk) 13:45, 11 yanvar 2015 (UTC)
- Şablonu götürdüm və sizin blok müddətinizi 1 gün tez bitirdim. Bunun əvəzində isə sizin daha səmərəli fəaliyyət göstərəcəyinizə inanıram. Hörmətlə:--Baskervill müzakirə 13:24, 11 yanvar 2015 (UTC)
- Cənab mən sizi blokdan öz başıma kənarlaşdırdım. Yəni sizi bloklayanda bir idarəçi idi və bildiyiniz kimi bu heç də səbəsiz bir addım deyildi. Yəni həmin yoldaş gəlib mənə bunun səbəbini soruşsa mən ona izahat verməli olacam. Yenədə buna hazıram. Sizdən tək bir ricam var. Bütün müzakirə və mübahisələri unudub yeni bir səhifə açın. O orda niyə elə yazdı, bu burda niyə belə dedi söhbəti olmasın. Fərz edin ki, eramızın 1-ci ilidir və biz hər şeyi başdan başlayırıq. Yoxsa hər məsələnin kökünə getsək gərək Azvikidə bloklanmamış adam qalmasın. Mənim bu fikrimə hörmətlə yanaşacağınıza əminəm. Hörmətlə:--Baskervill müzakirə 14:05, 11 yanvar 2015 (UTC)
- Müzakirə səhifənizi belə hop deyib silə bilmərsiniz əfəndi. Etməyin belə. --Baskervill müzakirə 14:17, 11 yanvar 2015 (UTC)
- Məsləhət gördünüz ki, "Bütün müzakirə və mübahisələri unudub yeni bir səhifə açın" və dediniz ki, "fərz edin ki, eramızın 1-ci ilidir və biz hər şeyi başdan başlayırıq", ona görə sildim, yəqin sizi düz başa düşməmişəm, indi deyirsiniz, qalsın, qoy qalsın, problem yoxdur. -- Hörmətlə, Afrasiyab (talk) 15:55, 11 yanvar 2015 (UTC)
- Çox kreativ bir addımdır :)) Mən yeni eranı başlamaq deyənədə elə kökündən nəzərdə tutmamışdım :). Müzakirə səhifələrində aparılan müzakirələrin toplu şəkildə silinməsi əslində düzgün deyil. Çünki burada olan müzakirələr bir tək sizin səhifənizdə var və əgər kimsə əziyyət çəkib bura yazı yazıbsa məncə bu məlumatların silinməsi heç də düzgün olmazdı. Birdə sizə öz maraq və istəklərinizə uyğun istifadəçi qutularından istifadə etməyi məsləhət görərdim. Belədə vikipedistlərin sizi daha yaxından tanımaq imkanı olardı. Daha ətraflı isə buradan tanış ola bilərsiniz. Hörmətlə:--Baskervill müzakirə 18:04, 11 yanvar 2015 (UTC)
- Təşəkkür edirəm. -- Hörmətlə, Afrasiyab (talk) 18:28, 11 yanvar 2015 (UTC)
Şablon
redaktəSalam. Mənim üçün bu şablon çox maraqlıdır. Vaxtınız olsa etsəz yaxşı olardı. --Araz Yaquboglu (talk) 20:21, 14 yanvar 2015 (UTC)
- Baş üstə, indi baxaram. -- Hörmətlə, Afrasiyab (talk) 20:45, 14 yanvar 2015 (UTC)
- Buyurun, bu da şablon
- Baş üstə, indi baxaram. -- Hörmətlə, Afrasiyab (talk) 20:45, 14 yanvar 2015 (UTC)
{{Eynifamiliyalı}} {{Eynifamiliyalı|Əhmədov}}
Belə görünür:
{Eynifamiliyalı} {Eynifamiliyalı|Əhmədov}
əlavə olaraq, bu da kateqoriya:
Kateqoriya:Digər məna: göstərilən mövcud olmayan səhifələr
Yeri gəlmişkən, çünki oldun dəyirmançı... bunu da Sizə hədiyyə edirəm:
{{Eyni ad-familiyalı}} {{Eyni ad-familiyalı|Əhməd Əhmədov}}
Belə görünəcəkdir:
{{Eyni ad-familiyalı}} {{Eyni ad-familiyalı|Əhməd Əhmədov}}
Məncə Azvikidə ikinci şablona daha çox təlabat vardı... Elə indicə onu Əhməd Əhmədovlar haqqında olan səhifələrə yerləşdirdim, məncə hər şey qaydasındadır... Amma bir əmması var ki, şəxs barıdə dəqiqləşdirmə səhifəsi olmasa bundan istifadə etmək mümkün deyil. Ona görə də 2-ci anoloji şablonu da hazırladım:
{{Eyni ad-familiyalı2|Əhməd Əhmədov}}
Belə görünəcəkdir:
{{Eyni ad-familiyalı2|Əhməd Əhmədov}}
--- Hörmətlə, Afrasiyab (talk) 23:34, 14 yanvar 2015 (UTC)
- Sizə dərin təşəkkürlər. Bir siz də fikirləşin görək bəlkə Vikipediyada Əhməd Əhmədov ad-soyadlı digər adamlar haqqında da məqalələr var. şəklində olsun. --Araz Yaquboglu (talk) 05:28, 15 yanvar 2015 (UTC)
- Mən familiya sözünü demək istəyirdim. Yəni ki, soyad yazaq bəlkə. --Araz Yaquboglu (talk) 09:16, 15 yanvar 2015 (UTC)
- Problem yoxdur, amma familiya bir az qloblal görünürdü (bu söz bütün dünyada işlənən sözdür), soyad isə hələ təzə-təzə dilimizə daxil olur və heç kim bilmir, hamı onu qəbul edəcək, ya bir azdan yox olub gedəcəkdir. Bu mənim fikrimdir, amma bu məsələ üzrə ümumi fikrə qarşı çıxmayacağam, ümumi fikir necə olsa, mən də onu dəstəkləyəcəyəm. İndi hər ikisini siz dediyiniz şəkildə dəyişdim, sabah başqa cür istəsəniz, başqa cür edərəm... --- Hörmətlə, Afrasiyab (talk) 9:41, 15 yanvar 2015 (UTC)
- Çox sağ olun. --Araz Yaquboglu (talk) 10:01, 15 yanvar 2015 (UTC)
- Problem yoxdur, amma familiya bir az qloblal görünürdü (bu söz bütün dünyada işlənən sözdür), soyad isə hələ təzə-təzə dilimizə daxil olur və heç kim bilmir, hamı onu qəbul edəcək, ya bir azdan yox olub gedəcəkdir. Bu mənim fikrimdir, amma bu məsələ üzrə ümumi fikrə qarşı çıxmayacağam, ümumi fikir necə olsa, mən də onu dəstəkləyəcəyəm. İndi hər ikisini siz dediyiniz şəkildə dəyişdim, sabah başqa cür istəsəniz, başqa cür edərəm... --- Hörmətlə, Afrasiyab (talk) 9:41, 15 yanvar 2015 (UTC)
Düzəliş
redaktəSalam Afrasiyab bəy. Yeni şablondan istifadə edərkən məqalədə Kateqoriya:Şablonlar:Daxili istinadlar yaranır. Məsələn Fuad Əliyev (akademik) məqaləsinə baxa bilərsiz. Baxıb həll etməyinizi rica edirəm. --Araz Yaquboglu (talk) 16:17, 15 yanvar 2015 (UTC)
- __HIDDENCAT__ bundan istifadə etməklə kateqoriyanı məqalələrdə gizli etdim. --Araz Yaquboglu (talk) 16:26, 15 yanvar 2015 (UTC)
- Araz bəy, daxili istinadları ləğv edə bilərəm, rus vikipediyasında vardı, ona görə burada da qoydum, əgər maneçiliyi varsa götürüm? Mənə elə gəldi ki bu lazimi bir şeydir, amma mahiyyətini öyrənməyə hövəsim olmadı, istəmirsinizsə, indi götürərəm. --- Hörmətlə, Afrasiyab (talk) 16:49, 15 yanvar 2015 (UTC)
- Yox, üzr istəyirəm, həmin kateqoriya şablon səhifəsində əvvəlcədən var idi, teqin 1-i itdiyi üçün gizli görünürdü, götürdüm, lazımdırsa yerinə qoya bilərəm, şablonun özündə isə [Kateqoriya:Digər məna: göstərilən mövcud olmayan səhifələr] kateqoriyası var, yənu rus vikipediyasında da bu var, yəqin lazımlı bir şeydir, ona görə məsləhətdirsə, saxlayaq, məsləhət deyilsə, silək. Deyəsən bu səhv qoyulmuş şablonlar olan səhifələri göstərir. İndi məncə hər şey qaydasında olmalıdır, diz fikirdəyəm? --- Hörmətlə, Afrasiyab (talk) 17:06, 15 yanvar 2015 (UTC)
- Araz bəy, daxili istinadları ləğv edə bilərəm, rus vikipediyasında vardı, ona görə burada da qoydum, əgər maneçiliyi varsa götürüm? Mənə elə gəldi ki bu lazimi bir şeydir, amma mahiyyətini öyrənməyə hövəsim olmadı, istəmirsinizsə, indi götürərəm. --- Hörmətlə, Afrasiyab (talk) 16:49, 15 yanvar 2015 (UTC)
- __HIDDENCAT__ bundan istifadə etməklə kateqoriyanı məqalələrdə gizli etdim. --Araz Yaquboglu (talk) 16:26, 15 yanvar 2015 (UTC)
İndi yaxşıdı. Problem yoxdu. --Araz Yaquboglu (talk) 18:51, 15 yanvar 2015 (UTC)
- Bəs rənglər? Siz dediyiniz səhifədə 2 dənədir, bir az yaxşı görünmür, amma Əhməd Əhmədovlarda əla göründü. --- Hörmətlə, Afrasiyab (talk) 18:55, 15 yanvar 2015 (UTC)
- Açığı məna şablonlarında rəngin əksinəyəm, xoşuma gəlmədi, məqaləni bir təhər göstərir. Rənglərdən bəzi məqalələrin içərisində xüsusi cümlələrdə işlətmək olar. --Araz Yaquboglu (talk) 18:59, 15 yanvar 2015 (UTC)
Bəs, hərflərin rənglənməsinə necə baxırsınız? Belə ki bu məncə əsas mətndən fərqlənməlidir. Bu da xoşunuza gəlməsə, qaytarım, əvvəlki vəziyyətinə. --- Hörmətlə, Afrasiyab (talk) 19:27, 15 yanvar 2015 (UTC)
- Özünüz bilərsiz. Amma fikrimcə sadəcə kursivlə görünən əvvəlki vəziyyət daha yaxşı idi. --Araz Yaquboglu (talk) 19:34, 15 yanvar 2015 (UTC)
- Oldu, əvvəlki vəziyyətə qaydarıram, mənim də xoşuma gəlmədi. -- Hörmətlə, Afrasiyab (talk) 19:37, 15 yanvar 2015 (UTC)
- Deməli, Araz bəy mən bu qənaətə gəldim ki, 1-ci şablon bu şəkildə
{{Eyni ad-familiyalı}}
şəklində yalnız dəqiqləşdirmə şablonu əvəzinə Əhməd Əhmədov, Ələsgər Ələkbərov və s. bu kimi dəqiqləşdirmə səhifələrinə yerləşdirilməlidir. Mən yerləşdirdim, hər şey qaydasında görünüdü, əvvəlkindən daha doğru.
İkinci şablon isə ad xanası doldurulmaqla, məsələn
*{{Eyni ad-familiyalı2|Ələsgər Ələkbərov}} *{{Eyni ad-familiyalı2|Əhməd Əhmədov}}
Ələsgər Ələkbərovlar və Əhməd Əhmədovlar haqqında səhifələrə qoyulmalıdır. Belə daha doğru alınır. Amma bir şeyi başa düşə bilmirəm, nəyə görə rus vikipediyasında eyni ad-familiyilıların dəqiqləşdirmə səhifələrində, aşağıdakı şablonlardan daha rahat 1-cidən yox, ikincidən istifadə edilir? (məsələn, ru:Абрамов, Александр Александрович məqaləsində) Hər ikisi eyni effekt versə də, birincini səhifəyə yalnız qoymaq lazımdır, ad familiyanı özü oxuyur, amma 2-cini səhifəyə qoyduqdan sonra doldurmaq da lazımıdr...
*{{Eyni ad-familiyalı}} *{{Digər məna|tip=ad-familiya|Əyyub Məmmədov}}
-- Hörmətlə, Afrasiyab (talk) 20:41, 15 yanvar 2015 (UTC)
- Nəticələr superdi. ruvikidəki səhifədə axı Александрович sözü də var ona görə 2-cidən istifadə edirlər. bizdə onlardan yaxşıdı. Onlar şəxslərdə soyad, ad ata adı istifadə edirlər ona görə şablonu elə istifadə edirlər. Bir təklifim də var — bəlkə nə qədər ki çox istifadə olunmayıb yaratdığınız şablonların da adın dəyişək: Məsələn, {{Eyni ad-familiyalı}} əvəzində {{Eyni ad-soyadlı}}. --Araz Yaquboglu (talk) 06:06, 16 yanvar 2015 (UTC)
- Salam. Edə bilərəm, problem yoxdur, sonra da səhifələrdəkini də dəyişərəm, amma bəlkə daha rahat istifadə üçün bir az ixtisar edək, - məsələn {{EAS}} ? -- Hörmətlə, Afrasiyab (talk) 11:55, 16 yanvar 2015 (UTC)
- Nəticələr superdi. ruvikidəki səhifədə axı Александрович sözü də var ona görə 2-cidən istifadə edirlər. bizdə onlardan yaxşıdı. Onlar şəxslərdə soyad, ad ata adı istifadə edirlər ona görə şablonu elə istifadə edirlər. Bir təklifim də var — bəlkə nə qədər ki çox istifadə olunmayıb yaratdığınız şablonların da adın dəyişək: Məsələn, {{Eyni ad-familiyalı}} əvəzində {{Eyni ad-soyadlı}}. --Araz Yaquboglu (talk) 06:06, 16 yanvar 2015 (UTC)
Yeni şablon
redaktəSalam həmkar. Bizə bu şablon da lazımdı. Çünki Hüseynov səhifəsində bundan istifadə olunmalıdır. Öncədən təşəkkürlər. --Araz Yaquboglu (talk) 07:12, 16 yanvar 2015 (UTC)
- İstədiyiniz şablonu Hüseynov səhifəsinə yerləşdirdim. Hörmətlə, Afrasiyab (talk) 11:56, 16 yanvar 2015 (UTC)
Nəticə
redaktəDeməli belə,
- bu şablon
{{Eynisoyad|}}
eynifamiliyalı şəxslər haqqında məqalələrə
- bu şablon
{{Eynisoyadlı}}
eynifamiliyalı şəxslər haqqında dəqiqləşdirmə səhifələrinə
- bu şablon
{{Eyni ad-soyadlı|}}
eyni ad-familiyalı şəxslər haqqında məqalələrə
- bu şablon isə
{{Eyni ad-soyadlılar}}
eynifamiliyalı şəxslər haqqında dəqiqləşdirmə səhifələri içün uyğunlaşdırıldı.
- Dərin təşəkkürlər. --Araz Yaquboglu (talk) 16:21, 16 yanvar 2015 (UTC)
- Sizə də təşəkkürlər, siz istəməsəydiniz, bunlar olmayacaqdı və dəqiqləşmə səhifələrində də qeyri-düzgün ifadələr yenə da qalcaqdı... ---Hörmətlə, Afrasiyab (talk) 16:26, 16 yanvar 2015 (UTC)
Əlavə
redaktə- bu şablon
{{Eyniadlı yer|}}
eyniadlı yerlər haqqında məqalələrə
- bu şablon
{{Eyniadlı yerlər}}
eyniadlı yerlər haqqında dəqiqləşdirmə səhifələrinə
- bu şablon
{{Adaş|}}
eyni adlı şəxslər haqqında məqalələrə
- bu şablon isə
{{Adaşlar}}
eyniadlı şəxslər haqqında dəqiqləşdirmə səhifələri içündür.
Kənd şablonu
redaktə- Bir dənə də kateqoriyanı doldurdum (Kateqoriya:Kəndlər) , bilmirəm ehtiyac var, ya yox?
---Hörmətlə, Afrasiyab (talk) 21:26, 16 yanvar 2015 (UTC)
- Kənd şablonunda etdiyiniz əlavəyə məncə ehtiyac yox idi. Bu barədə Sortilegusə müraciət edin. O bu barədə daha çox praktikalıdır. --Araz Yaquboglu (talk) 06:24, 17 yanvar 2015 (UTC)
- Əvvəlki vəziyyətə qaytardım. Ona görə onu etmişdim ki, bizdə kəndlər üzrə kateqoriya yoxdur, yalnız "Kənd qaramaları" kateqoriyası var ki, buna da bütün kəndlər haqqında məqalələr yox, yalnız kəndlər haqqında qaralama halında olan məqalələr daxildir... ---Hörmətlə, Afrasiyab (talk) 0:10, 17 yanvar 2015 (UTC)
- Bizdə və digər vikilərdə kənd kateqoriyaları rayonlar üzrədir. --Araz Yaquboglu (talk) 10:12, 17 yanvar 2015 (UTC)
- Əvvəlki vəziyyətə qaytardım. Ona görə onu etmişdim ki, bizdə kəndlər üzrə kateqoriya yoxdur, yalnız "Kənd qaramaları" kateqoriyası var ki, buna da bütün kəndlər haqqında məqalələr yox, yalnız kəndlər haqqında qaralama halında olan məqalələr daxildir... ---Hörmətlə, Afrasiyab (talk) 0:10, 17 yanvar 2015 (UTC)
Doğum yeri, Vəfat yeri
redaktəBizdə görəsən bu şablonu etmək olarmı. Vaxtınız olsa bir yoxlayarsız. --Araz Yaquboglu (talk) 11:09, 18 yanvar 2015 (UTC)
- Qeyd edim ki, bu şablonlar müvafiq olaraq avtomatik Məsələn Kateqoriya:Bakıda doğulanlar və Kateqoriya:Bakıda vəfat edənlər kateqoriyası verməlidirlər. --Araz Yaquboglu (talk) 13:16, 18 yanvar 2015 (UTC)
- İnşallah, burada da belə olacaqdır, yalnız siz mənə bir dənə nümunə göstərin ru vikidən, hansı səhifədə istifadə olunub bu şablondan? Mən də orada nə effekt varsa, burada da elə edim. Mən şablonu hazırlamışam, amma istifadə qaydasını bilmirəm.--Afrasiyab (talk) 13:38, 18 yanvar 2015 (UTC)
- Aydındır, indi məşğul olaram. --Afrasiyab (talk) 13:57, 18 yanvar 2015 (UTC)
- Hörmətli Araz bəy. Şablon demək olar ki hazırdır. Göstərdiyiniz səhifəyə yerləşdirmişəm. Amma bir əmması var ki, hələlik, yalnız "da" ilə işləyir. Yəni Kiyevdə doğulan şəxsin qabğında yazılacaqdır ki, Kiyev+da doğulanlar. Amma Bakını düz göstərir. Bunu aradan qaldırmaq üzrə fikirləşirəm, deyəsən bizdə də-da lar üzrə şablon vardı? Bir yol da var ki, kateqoriyaların hamısı olsun "Flan adlı yerdə anadan olanlar", Yəni Bakıda doğulanlar əvəzinə "Bakı adlı yerdə doğulanlar". Üçincü yol bu şablondan 2 dənə düzəltməkdir, biri da nı dəstəkləsin, biri də ni və s. Dördüncü yol hələ bilmirəm, fikirləşirəm, inşallah taparam. --Afrasiyab (talk) 13:57, 18 yanvar 2015 (UTC)
- Qeyd edim ki, bu şablonlar müvafiq olaraq avtomatik Məsələn Kateqoriya:Bakıda doğulanlar və Kateqoriya:Bakıda vəfat edənlər kateqoriyası verməlidirlər. --Araz Yaquboglu (talk) 13:16, 18 yanvar 2015 (UTC)
- Bizdə bu şablon əvvəl siz deyən kimi işləyirdi şəkilçiləri vardı. Tarixçəsinə bax görə Necə imiş. Orda da -ci, -cü, -cı, kimi şəkliçilər əmələ gəlirdi. Ahəng qanununa görə. Kateqoriyaları dəyişmək olmaz. --Araz Yaquboglu (talk) 16:40, 18 yanvar 2015 (UTC)
- Bu mümkün deyil, çünki ayların sayı vəmi 12 dənə, yerlərin sayı isə sonsuzdur. Bizim 2 yolumuz var:
1. Ya şablonu bu şəkildə tətbiq edək
{{Doğum yeri|Bakı|Bakıda}}
2. Ya da bu şablonun 2 variantından istifadə edək. Ya da kateqoriyaların adını "Filan adlı yerdə doğulanlar" etməliyik. Yeri gəlmişkənəlavə edim ki, bizim üzləşdiyimiz problem rus vikipediyasında da var, onlar da bu problemi həll edə bilməyibdirlər, çox vaxt şablona 1 yox, 2 söz daxil etməyə məcburdurlar... --Afrasiyab (talk) 17:23, 18 yanvar 2015 (UTC)
Nəticə
redaktəÖlüm yeri üçün 2 şablon
{{ÖY-da}} {{ÖY-də}}
Doğum yeri üçün 2 şablon
{{DY-da}} {{DY-də}}
Məncə istifadəyə yararlıdır. Amma bir az qabaq göstərdiyim bu
{{Doğum yeri|Bakı|Bakıda}} {{Ölüm yeri|Bakı|Bakıda}}
şablonlarının da yeri var. Bunun vasitəsi ilə Leninqradda vəfat etmiş adamın adını Sankt-Peturburqda vəfat edənlar kateqoriyasına sala bilərik...
Hörmətlə, --Afrasiyab (talk) 23:33, 18 yanvar 2015 (UTC)
- Zəhmətiniz üçün çox sağ olun. Yoxlayarıq görək necədi. --Araz Yaquboglu (talk) 05:57, 19 yanvar 2015 (UTC)
- Hər ehtimala qarşı mən tatar vikipediyasına baxdım görüm onlar bu da/də problemini necə həll ediblər, gördüm onlar da elə mənim sonuncu şablomundan istifadə edirlər:tt:Калып:Туу җире Amma bir iş var ki Araz bəy, onlar "doğum tarixi" kimi şablonları, şəxslər qutusun içinə əlavə etmirlər, çünki şəxslər qutusunun özündə "doğum tarixi" funksiyası var və avtomatik olaraq flan ildə ölənlər/doğulanlar kateqoriyası yaranır:tt:ее:Klod Mone. Hörmətlə, --Afrasiyab (talk) 19:57, 19 yanvar 2015 (UTC)
- Zəhmətiniz üçün çox sağ olun. Yoxlayarıq görək necədi. --Araz Yaquboglu (talk) 05:57, 19 yanvar 2015 (UTC)
- DEDİYİNİZ RUS VİKİDƏ DƏ ELƏ OLMALIDIR MƏNCƏ. --Araz Yaquboglu (talk) 20:12, 19 yanvar 2015 (UTC)
- Ola bilər, rus vikipediyası ilə tanışlığım azdır, birinci dəfə tatar vikipediyasında gördüm. Lazım olsa bizdə də belə etmək olar. Hörmətlə, --Afrasiyab (talk) 20:15, 18 yanvar 2015 (UTC)
- Ölkə ilə əlaqədar şablonlarda isə da/də də daxil olmaqla istənilən şəkilçi problemini rahat həll etmək olar. Çünki ölkələrin sayı 300-dən çox deyil. Məsələn, sınaq üçün bu şablonu hazırladım
- Ola bilər, rus vikipediyası ilə tanışlığım azdır, birinci dəfə tatar vikipediyasında gördüm. Lazım olsa bizdə də belə etmək olar. Hörmətlə, --Afrasiyab (talk) 20:15, 18 yanvar 2015 (UTC)
{{Diaspora|}}
və həmin futbolçunun səhifəsinə yerləşdirdim. Amma hələ 10 dənə ölkənin adını dəstəkləyir, ehtiyac olsa cəmi bir neçə saata bütün ölkələri dəstəkləməsini təmin etmək mümkündür, sadəcə burdakı siyahını redaktə etməklə: Şablon:Ölkədə. Hörmətlə, --Afrasiyab (talk) 1:28, 20 yanvar 2015 (UTC)
::Yeri gəlmişkən, bu şablonlara da baxın:
{{Vəfat etdiyi ölkə|}} {{Anadan olduğu ölkə|}}
Hörmətlə, --Afrasiyab (talk) 17:28, 21 yanvar 2015 (UTC)
Bloklanma
redaktəSalam hörmətli istifadəçi. Sizin sön günlərdəki fəaliyyətinizi tədqiq edərək və kənd meydanında istifadəçi İstifadəçi:Asparux_Xan_Bulqara qarşı işlətdiyiniz təhqir yönümlü ifadələri nəzərə alaraq [1] sizin fəaliyyətinizi bir həftəlik məhdudlaşdırmağa məcbur oldum. Lakin, bunu etməyi heç istəməzdim. Özünüz də təsdiq edə bilərsiz ki, azvikidə fəlaiyyətə başladığınız ilk gündən sizin fəaliyyətinizi dəstəkləmiş və mümkün qədər kömək etməyə çalışmışam. Çünki, faydalı bir istifadəçi olacağınızı və mühüm redaktələr edəcəyinizi düşünürdüm. Lakin, zaman keçdikcə fikrimdə yanıldığımın şahidi oldum (ən azı indiki halda belə düşünürəm və bu düşüncəmin də yalnış olacağına ümid edirəm). Son dövrlərdəki fəaliyyətinizdə müxtəlif istifadəçilərə qarşı aqressiya, kobudluq müşahidə olunmaqdadır. Fəaliyyətinizlə başqa istifadəçilərin normal fəlaiyyətinə imkan vermirsiz, dəqiq bilmədiyiniz bəzi məsələlərə müdaxilə etməniz lazımsız müzakirələrə və vaxt itkisinə səbəb olur. Ümidvaram blok müddətinizin tamamlanmasından sonra fəaliyyətinizi daha səmərəli quracaqsız. Hörmətlə --sefer azeri 18:51, 21 yanvar 2015 (UTC)
- Təşəkkür edirəm. Bəs niyə belə az? Ötən dəfə heç bir səbəb tapmadan 30 günlük bloklamışdınız, bu dəfə yaxşı ki bir səbəb tapmısınız. Amma təəsüf ki b da doğru deyil. Həmin istifadəçi həqiqətən azvikinin anasını ağladıbdır, özü də tək yox, sizin köməyinizlə! Yüzlərlə toponimi, termini vikipediya qaydalarını pozmaqla dəyişəndə siz hara baxırdınız?! Dəqiq bilmədiyim məsələlərdə mübahisə etdiyimi deməyinizə də münasibət bildirəcəyəm. Nəyi bilməmişəm? Mən nə demişəm, doğru demişəm. Mübahisənin yaranmasının səbəbi isə mən deyiləm, sizin, yəni bütün idarəçilərin fəaliyyətsizliyi nəticəsində vikipediyada yaranmış anarxiyadır. Kim ürəyi nə istəyir onu yazır. Bəs qaydalar? Siz qaydaları qorusaydınız, heç bir mübahisə də olmazdı. Hamı bilərdi ki, qaydaya görə belədir, belə də olmalıdır. Bundan sonra yəqin ki heç vikipediya ilə maraqlanmayacağam da. O yerdə ki anarxiyadır və o yerdə ki idarəçi sizsiniz, gündə cəmi 10 redaktə edirsiniz, amma mən sizdən 100 dəfə fəal fəaliyyət göstərdiyim halda məni iki gündən əsassız olaraq bloklayaırsınız və idarəçi vəzifəsinizi yalnız belə zəhmət tələb etməyən kiçik işlərlə bitmiş hesab edirsinizsə, əhəmiyyətli işlərə baş qoşmursunuzsa, yaxud baş qoşmaq fikrində deyilsinizsə, mənim burada nə işim ola bilər? Bu dəfə heç kimə şikayət etməyəcəyəm. Siz mənə çox kömək etdiniz. Vallah, ürəyimdə arzulayırdım ki bloklayan olsaydı vikipediyadan canım qurtarardı, işlərim tökülüb qalıb. İmkan varsa bloku müddətsiz edin. Birdəfəlik vikipediyadan canım qurtarsın. İstifadəçi səhifəsini də bloklayın, qoy heç burda da yaza bilməyim. Hörmətlə --Afrasiyab 19:34, 21 yanvar 2015 (UTC)
Cənab Afrasiyab bəs o şəxs siz deyildinizmi Azvikidən çıxıb getməyi cəbhəni atıb getməklə, torpağı erməniyə verməklə müqayisə edirdiniz. Deyəsən anlıq emossiya ilə qarşılaşmısınız. Bloklanma səbəbiniz tam haqlıdır və təssüf ki, bu dəfə sizin blok müddətinizi vaxtından əvvəl açan olmayacaq. Günah bir başa sizdədir və düşünürəm ki, yuxarıda səbəblər ətraflı şəkildə izah edilib. Azvikidə heç kim məcburi fəaliyyət göstərmir. Yaratdığınız şablonlara görə isə çox sağolun. Onlar bizə mütləq və mütləq lazım olacaq. Sizn müzakirə səhifəniz isə heç bir zaman bloklanmayacaq, qaydalarda belə bir şey yoxdur. 1 həftədən daha çox bloklanmaq üçün isə babat bir dənə söyüş yazmağınız kifayət edir. Nə bilim siz hamı kimi fəaliyyət göstərmək yolunu seçsəydiniz, bəlkə bizim gələcək idarəçilərdən biri də elə məhs siz olardınız. Ancaq olmadı.. Səbəb ? Əlbəttə də ki, bunun səbəbi bizim qonşu kəndin aşığı yox cənab Afrasiyab-ın bir başa özüdür. --https://az.wikipedia.org/?q=Kartli-Kaxetiya_%C3%A7arl%C4%B1%C4%9F%C4%B1&diff=3166784&oldid=3166596Baskervill]] müzakirə 21:09, 21 yanvar 2015 (UTC)
- Hörmətli Baskervill. Bloklu vaxtımda məni yada saldığınız üçün səzə təşəkkür. Yazdığınıza görə də səmini güldüm, kefim bir az açıldı. Sonra isteza ilə blokumu aça bilməyəcəyiniz barədə yazdığınıza güldüm, - ürəyimdə dedim, blokumu on dəfə azaldan qalıb bir qraqda, blokumu vaxtından cəmi 1 gün tez açan idarəçi, elədiyi işə görə minnət qoyur? Bir az da istehza ilə Kənd meydanında müzakirəyə güldüm. Çünki hörmətli istifadəçilər mənim nəyə görə "ev əvəzinə tüstü yazmalıyıq? - axı qaydalara görə vikipediya məqaləsi anlaşıqlı dildə yazılmalıdır" sualıma cavab verə bilmirlər, amma yenə də təkid edirlər ki "ev" əvəzinə "tüstü" yazılmalıdır?! - bax buna da istehza ilə güldüm. Bu akademik mənbə, o həmin "дым" сözü, burada "təsərrüffat" adıyala göstərilir (səh.25). Bəlkə indi də iddia edəcəklər ki tarix elmləri doktoru düz yazmır, o haqlı deyil, siz haqlısınız?! Heç bir akademik mənbədə, bu söz tüstü kimi tərcümə olunmamışdır. Amma vikipediyada belə etmək istəyirsiniz?! Səbəb nədir axı? "Ev" əvəzinə "tüstü" yazmağa sizi axı nə məcbur edir? Sonra Gürcüstanla bağlı müzakirənin davamını oxudum, yenə də istehza ilə güldüm. O istifadəçilər azərbaycan dilindəki etibarlı mənbələrdə Gürcü çarlarının nə vaxtsa "kral" adlandığını göstərə bilmirlər, Gürcüstanın krallıq adlandığını göstərə bilmirlər, amma təkid edirlər ki, Gürcü çarları kral, çarlıq isə krallıq adlansın?! Bax buna da istehza ilə gülürəm. Başa düşmürlər ki, ya başa düşmək istəmirlər ki, azərbaycan dilinin öz 'ənənləri var; İordaniyanın, İraqın monarxı kral hesab olunur, halbuki müsəlman ölkələrdir, amma Gürcüstan, Ermənistan, Qafqaz Albaniyası monarxları heç vaxt kral adlanmır və biz bu ənəni dəyişmək səlahiyyətində deyilik, çünki vikipediya məqaləsi azərbaycan ədəbi dilində yazılmalıdır və dilimizdə də belə ifadələr yoxdur. İndi siz mənə deyin görək, burda anlaşılması çətin olan nə iş var, bunu onlardan siz idarəçilər tələb etməli olduğunuz halda, niyə nən tələb etməliyəm? Əgər burada kim ürəyi nə istədi yazacaqsa, bura artıq ensiklopediya olmur axı, olur istifadəçilərin şəxsi bloku. Düz demirəmsə, deyin düz demirəm? Nə isə. Sizə uğurlar. Hörmətlə --Afrasiyab 23:10, 21 yanvar 2015 (UTC)
- Yeri gəlmişkən, cənab Baskervill. Siz izah edə bilərsinizmi ki bu redaktəmi niyə geri qaytarmısınız? Sizcə Azərbaycan məqaləsini hansısa vandal Atropetana adlandırsa, Azərbaycan sözünün qabağında isə bunu yazsa: Ərəb dilinin təsiri ilə Atrapatana bəzən Azərbaycan adlanır,- sizin xoşunuza gələrdimi?! Doğrusu, mən sizin heç birinizin hərəkətini başa düşə bilmirəm, mənə elə gəlir ki ermənilər mənim ölkəmi tamamilə işğal edib və mən öz ölkəmi tərk etməyə məcburam. Hörmətlə --Afrasiyab 10:45, 22 yanvar 2015 (UTC)
- Сənab Baskervill. Dinimizə görə səbr təslim olmaq yox, mübarizənin bir növü olsa da "Quranin-Kərim"də cihad ayəsi də var, - Allah bizə əmr edir ki "sizi yerinizdən çıxaranlarla vuruşun!" - buna görə mən vuruşmağa qərar verdim, vikipediya qaydalırı ilə silahlanacağam və qaydaları pozanlarla vuruşacağam. Cavahirləl Nehrunun dediyi kimi əvvəl mənə güləcəklər, sonra mənimlə mübarizə edəcəklər, axırda mən qalib gələcəyəm. Burada 2 mərhələ keçdi, indi 3-cü mərhələdir. Bür azdan burada idarəçilərə müraciət yazacağam, mənə qarşı qısasçılıq mövqeyi nümayiş edənləri ifşa edəcəyəm və onlar üzərində qələbə çalacağam. Mən haqq yolunda vuruşuram, Allah mənə yardımçı olacaq! Hörmətlə --Afrasiyab 10:38, 25 yanvar 2015 (UTC)
- Yeri gəlmişkən, cənab Baskervill. Siz izah edə bilərsinizmi ki bu redaktəmi niyə geri qaytarmısınız? Sizcə Azərbaycan məqaləsini hansısa vandal Atropetana adlandırsa, Azərbaycan sözünün qabağında isə bunu yazsa: Ərəb dilinin təsiri ilə Atrapatana bəzən Azərbaycan adlanır,- sizin xoşunuza gələrdimi?! Doğrusu, mən sizin heç birinizin hərəkətini başa düşə bilmirəm, mənə elə gəlir ki ermənilər mənim ölkəmi tamamilə işğal edib və mən öz ölkəmi tərk etməyə məcburam. Hörmətlə --Afrasiyab 10:45, 22 yanvar 2015 (UTC)
İdarəçilərə müaciət
redaktəHörmətli idarəçilər ( İrada, Wertuose, Cekli829, Proger, Acategory, Sultan11, Orartu, Babək Akifoğlu, Vusal1981, Araz Yaquboglu)
2-3 gün əvvəl, Sizin bir çoxlarınınzın müzakirə səhifələrinizə İstifadəçi:Asparux Xan Bulqar tərəfindən məndən şikayət yazılmışdır. Təbii ki hər bir istifadəçinin idarəçiyə müraciət etmək hüququ var. Amma əgər o, mənim hansısa qaydanı pozduğumu iddia edirsə, təbii ki yalan danışır. Çünki mən yalnız vikipediyanın zənginləşdirilməsinə və buradakı təhriflərin aradan qalxmasına çalışıram, vikipediya qaydalarını isə pozmuram. Məsələn, götürək Kartli-Kaxetiya çarlığı məqaləsini. Gördüyünüz kimi, burada 17 yanvar 2015 tarixli dəyişiklik edərək, etibarlı mənbə göstərməklə məqalənin doğru adını qeyd etmişəm. İstifadəçi:Asparux Xan Bulqar yazdığı variantın üstündə "mənbəsiz" şablonu qoymuşam ki mənbə göstərsin. Lakin cənab İstifadəçi:Asparux Xan Bulqar heç bir mənbə göstərə bilmir, əvəzində vikipediya qaydalarına zid 21 yanvar 2015 tarixli dəyişiklik edir. Təbii ki onun redaktəsi geri qaytarılmalı idi və məqalənin müzakirə səhifəsində də mən səbəbini ətraflı izah etdim. O isə mənbə göstərmək əvəzinə iddia etməyə başladı ki, guya gürcü dilində krallıq adlanır, buna görə də məqalənin adı krallıq olmalıdır. Onun absurd iddiasından belə çıxır ki, Rusiyanın adı rusca "Rossiyya" olduğu üçün biz də vikipediyada "Rusiya" əvəzinə, "Rossiyya" yazmalıyıq. Göründüyü kimi, İstifadəçi:Asparux Xan Bulqar qəsdən vikipediyanın işini pozur mən isə heç bir qayda pozuntusuna yol vermirəm. Nə isə...
Elə ona görədir ki onun idarəçilərə odlu-alovlu müraciətindən sonra, mənimlə qisasçılıq münasibətidə olan İdarəçi sefer azeri onun yazdıqlarında məni bloklaya bilmək üçün ciddi əsas tapa bilmir. Amma buna baxmayaraq, "Kənd meydanı" səhifəsinə yazdığım bir cümləmi (Kobud və qərəzli təhriflərlə azvikinin anasını ağlatmış İstifadəçi:Asparux_Xan_Bulqar, indi də Qars vilayəti məqaləsində rusca "dım" sözünü tüstü kimi təqdim etmək istəyir) bəhanə edərək əsassız olaraq məni bir ayda 2-ci dəfə blokladı. Əslində isə onun istinad etdiyi cümləyə görə istifadəçi yalnız o halda bloklana bilər ki, yazdığını sübut edə bilməsin. Belə ki, Vikipediya:Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir kriteriyasının bu bölməsinə görə "sübut olmadan istifadəçini yalançılıqda və ya düzgün redaktə edə bilməməkdə günahlandırmaq... istifadəçilərə hücum və ya onların şəxsiyyətlərinin alçaldılması hesab edilir". Başqa sözlə, bir istifadəçi digər istifadəçinin yalan danışdığını, saxtakarlığa yol verdiyini, təhriflərə yol verdiyini iddia etməsi yolverilən haldır, bir şərtlə ki ortada sübut olsun.
İdarəçi sefer azerinin məni əsasız bloklanasını "əsaslı" görünməsi üçün isə dərhal bir neçə nəfər istifadəçi, hansılar ki, onları indiyə qədər mən iştirak etdiyim hansısa müzakirədə iştirak etdiyini xatırlamıram, "Kənd meydanı" səhifəsində məni "ne prav" çıxarmağa çalışdılar. Əgər bu yoldaşlar iddia edirlərsə ki, rusca vergi termini olan "dım" sözü nə vaxtsa bizim dilimizə "tüstü" kimi tərcümə olunmuşdur hətta izahlı lüğətdə də belə yazılmışdır, bunu dönə-dönə yazmalarına heç ehtiyac yoxdur, bunu mən də bilirəm. Əgər bu istifadəçilər iddia edirlərsə ki, azərbaycan dilində "ev" sözü əvəzinə "tüstü" yazıla bilər, təbii ki yalan yazırlar. Bu akademik mənbə, o həmin "дым" сözü, burada "təsərrüffat" adıyala göstərilir (səh.25). Bəlkə indi də iddia edəcəklər ki tarix elmləri doktoru düz yazmır, o haqlı deyil, onlar haqlıdırlar?! Heç bir akademik mənbədə, bu söz tüstü kimi tərcümə olunmamışdır. Amma qərəzçilik zəminində vikipediyada belə etmək istəyirlər! Səbəb nədir axı? "Ev" əvəzinə "tüstü" yazmağa onları axı nə məcbur edir? Hər ehtimala qarşı həmin istifadəçilərdən birinə sual verdim ki, təsadüfən, siz flan kitabın redaksiya üzvü deyilsinizmi? Bəlkə buna görə vikipediyada "ev" əvəzinə tüstü yazılmasını istəyirsiniz? Cavab mənfi oldu. Yəni vikipediyada "ev" əvəzinə "tüstü" yazılmasını istəyənlərin yalnız bir məqsədləri var: məni əsasız olaraq "ne prav" çıxarmaq, blokumun əsaslı olması görüntüsü yaratmaq! - başqa məqsəddən söhbət gedə bilməz! Ən acınacaqlısı budur ki, vikipediyada "ev" əvəzinə "tüstü" yazılmasını qanuni hesab edənlərdən biri ixtisasca filioloq olan idarəçi Sortilegusdur! Onun həddindən artıq qərəzli bir şəxs olması barədə isə burada vikiictimaiyyətə ətraflı məlumat vermişdim, bu isə onun vandal xarakterli digər bir redaktəsidir. 100-ə yaxın etibarlı mənbənin pozulması! İstifadəçi Maximilienin redaktəsini bərpa etməklə, onunla eyni mövqe nümayiş etdirmişdir. İndi isə həmin Maximilien "Kənd meydanı"nda [iddia edir ki, guya o bu "kruqdan" deyil]? Guya o bunlara qarşıdır?! Təbii ki bunlar oyundur və bu oyunlara görə mən Azərbaycanlılar məqaləsinin tərcüməsini yarımçıq qoymağa məcbur oldum...
Yuxarıda qeyd etdiyim kimi, İdarəçi sefer azeri bu ay məni 2 dəfə bloklamışdır. 1-ci dəfə, dostu və "bir yerdə" işlədiyi istifadəçi Keete 37 (Farid Aliev)in "İdarəçilərə müraciət səhifəsi"ndə yazdığı böhtana əsaslanaraq məni 30 günlük bloklamışdır. Lakin digər idarəçilərin işə qarşıması ilə blokum 3 günə saldırıldı, sonra isə ləğv edildi. Lakin mənə böhtan atan İstifadəçi:Keete 37-yə güldən ağır söz deyən olmadı?! Bir istifadəçinin digər istifadəçiyə böhtan atması və cəzalandırılmaması yol verilməz haldır və bundan çox təəssüflənirəm...
İndi isə İdarəçi sefer azerinin Vikipediya:Bloklama qaydalarının "İstifadəçinin bloklanması" tələblərinə zidd olaraq ("Nəzərə almaq lazımdır ki, bloklanma qisas yox, xəbərdarlıq və qoruyucu vasitədir. ") məni qisasçılıq zəminində bloklamasına dair faktları nəzərinizə çatdırım. 1.Bir ayda 2 bloklama, 1-ci blok ləğv edilib! 2.Xosrov və Şirin (Nizami) məqaləsi lobaratoriyada olarkən, mən Nizaminin "Ərmən hökmdarı " kimi təqdim etdiyi Məhinbanunun məqalə mətnində Azərbaycan hökmdarı kimi təqdim edilməsinə etraz etmişdim. İdarəçi sefer azeri sonda mənim iradımı qəbil etsə də, hesab edirəm ki ürəyində mənə qarşı kin saxlamağa başlamışdır, buna görə də Məhinbanunun hayıfını çıxmaq üçün məni vikipediyadan uzaqlaşdırmaq istəyir. Çünki mən olmasaydım, heç kim onun yazdığına etiraz etməyəcəkdi...
Hörmətli idarəçilər! Ümüdvaram ki, mənim müraciətimə diqqətlə yanaşacaqsınız və sefer azerinin qisasçılıq zəminində məni bloklamasına qarşı çıxacaqsınız. Mən vikipediya qaydalarını rəhbər tutaraq, vikipediyaya işləmək istəyirəm. Təhrifləri aradan qaldırmaq və müzakirə etmək "vikipediyanın işinin pozulması"dırsa, bir qayda qəbul edin, yazın ki "təhrifləri aradan qaldırmaq və müzakirə etmək azvikidə qaydanı pozmaq hesab edilir", mən də işimiu bilim, təhriflərin aradan qaldırılmasına cəhd etməyim?! Burada mənim heç bir digər məqsədim yoxdur. Mənim yazdıqlarımı doğru hesab etsəniz, xahiş edirəm blokumu açasınız və 2 dəfə bloklanmağımın qisasçılıq zəminində olması səbəbindən, onları mənim bloklanma siyahımdan siləsiniz. Əvvəlcədən təşəkkür edirəm. Hörmətlə --Afrasiyab 12:55, 25 yanvar 2015 (UTC)
- Çox gülməli fikirlər səsləndirirsiz. Axırda hansısa polemikanı qeyd eləməsəydiniz sizdən nəyə görə qisas almaq istədiyimi düşündüyünüzü soruşacaqdım.))) Həmin müzakirədən sonra mən sizin fəaliyyətinizi nə qədər dəstəkləmişəm, siz Azərbaycanlılar məqaləsi üzərində işləyərkən, mən bütün məsuliyyəti öz üzərimə götürərək və sizə etibar edərək rahat fəaliyyət göstərməniz üçün məqaləyə və sizin fəaliyyətinizə müdaxilə etmək istəyən istifadəçilərdən möhlət vermələri üçün xahiş etdim. Lakin siz əvəzində məqaləni bərbad hala salaraq yarımçıq qoydunuz. Və qeyd edim ki, mübahisələr və lazımsız müzakirələr nəzərə alınmazsa bu sizin vikidə ən diqqətçəkən fəaliyyətiniz oldu. İndi istifadəçilər Kənd meydanında məhz mənim himayəm ilə sizin Azərbaycan məqaləsini redaktə etməniz haqqında şikayət yazıblar. Əslində haqlıdırlar da, çünki mən sizin məqaləni tamamlayacağınızı və redaktə edib normal hala gətirə biləcəyimizi düşündüyüm üçün sizin fəaliyyətinizi dəstəkləmişdim. Lakin siz məqaləni bərbad hala saldınız. Buna görə də əgər məqaləni tamamlamaq yönündə heç bir addım atmasanız onu sizin redaktənizdən əvvəlki hala qaytarmağa məcbur olacıyıq və mən istifadəçilərdən üzr istəyərək bir daha heç bir istifadəçinin fəaliyyətinə görə məsuliyyəti öz üzərimə götürməyəcəm. Bloklanmanızın səbəbi istifadəçilərə qarşı qeyri-etik leksikondan istifadə etmənizdir! Ola bilər ki sizin üçün "anasını ağlatmaq" tipli ifadələr adi səslənsin, lakin normal insanlar üçün bu cür fikirlər təhqiredicidir. Xahiş edirəm mənim adımı hallandıraraq lazımsız fikirlərinizi oxumağa və gərəksiz müzakirələrdə iştirak etməyə məcbur etməyin və fəaliyyətinizi daha səmərəli qurun. Hörmətlə --sefer azeri 14:00, 25 yanvar 2015 (UTC)
- Hörmətli, Səfər bəy, mənim sözümdə təhqir olsaydı, o silinməli idi, niyə silmirsiniz? Deməli təhqir yoxdur. Bu bir. İkincisi isə "anasını ağlatmaq", "böyrü üstə qoymaq", "diz çökdürmək", bir-birinin sinonimi olan bu ifadələr heç vaxt və heç yerdə təhqir, şəxsiyyəti alçaldılması hesab edilmir, bu ifadələr canlı danışıq dilində çox işlənən ifadələrdir və burada şəxsiyyətin alçaldılması yoxdur. Əgər bu ifədənin yerinə, üzr istəyirəm "axmaq", "sarsaq", "əllamə", "yaramaz" və s. sözlər olsaydı, bax bu şəxsiyyətin alçaldılmasıdır, amma kiminsə fəaliyyətinə qiymət vermək, bu şəxsiyyətin alçaldılması demək deyil, lütfən bu barədə mübahisə etməyin. "Anasını ağlatmaq" onun şəxsiyyətinə yox, fəaliyyətinə yönəlibdir, yəni vikipediyada ağlına nə gəldi edibdir, hər yerdə vikipediya qaydalarını pozubdur, anasını ağlatmaq budur! Siz mənə qarşı qisasçılıq mövqeyi nümayiş etdirirsiniz. Mən yazdığımı sübut edə bilərəm, amma zənnimcə sizə sübut lazım deyil, çünki həmin istifadəçinin fəaliyyəti sizə yaxşı məlumdur. 1-ci dəfə niyə bloklamışdınız məni? Dostunuz İstifadəçi:Keete 37-nin mənim haqqımda böhtan yazmasına niyə göz yumdunuz? Guya mən bütün istifadəçiləri söymüşəm?! Harda söymüşəm? Belə ağır yalançı ittihama görə istifadəçi azı 1 illik bloklanmalıdır. Təhqir və şəxsiyyətin alçaldılaması isə budur.
Azərbaycanlılar məqaləsinə gəlıincə isə şablonların xəlvəti silinməsi zaman orada bir oyun olduğunu gördüm, ondan sonra tərcüməni davam etdirməyə əlim getmədi. Məqaləni bərbad hala salmağım barədə iddianız isə tamamilə əsassızdır, məqalə indiki vəziyyətdə əvvəlkindən 100 dəfə zəngindir. Siz iddia edirsiniz ki mənə şərait yaratdınız. Bəs necə oldu ki şablonlar xəlvəti silindi, Sortilegus Maximiliennlə eyni mövqe nümayiş etdirərək onun versiyasını nəinki bərpa etdi hətta mühafizə də etdi. Həmin vax siz də silinmiş sablonların yenisi ilə əvəz etmək isləyirdiniz. Bunu isə onlarla eyni mövqedə olmağınız kimi başa düşürəm. Nə olsun ki Maximilieni axırda blokladınız? O, o zaman bloklandı ki, daha lazım deyildi. Sortilegus məhz onun versiyasını bərpa etmişdir, yəni o lazım idi, ondan istifadə edildi, lazım olmayanda isə bloklandı. Bunları mən gördüm, ondan sonra məqalənin tərcüməsinə əlim gəlmədi. Hörmətlə --Afrasiyab 14:35, 25 yanvar 2015 (UTC)
- Hörmətli istifadəçi. Təəssüf edirəm ki, siz azərbaycanca vikipediyaya gəldiyiniz üç ay ərzində adınız daima qalmaqallarda hallanır. Bəlkə də sizin intellektualınız və zəhmətkeşliyiniz burada olanlarınkından yüksəkdir. Ancaq vikipediya həmkarları ilə dil tapmaqda çətinlik çəkirsiniz. Hətta bu dəfəki müraciətinizdə də yenə də təhqirə yol verirsiniz. Bildirirəm ki, vaxtaşırı vikipediyada belə hallar olur. Ancaq kollektivlə səmimiliklə davranmayanlarla yollarımız ayrılır.
- Sizi bir daha düşünməyə və qalmaqallardan uzaq durmağa çağırıram. Yoxsa, ehtiyat edirəm ki, növbəti dəfələrdə sizinlə bağlı qəti qərar qəbul edilə bilinər. Ancaq sizi itirmək istəmirik.--Acategory (talk) 14:40, 25 yanvar 2015 (UTC)
- Hörmətli Acategory. Sizi burada görməyimə və mənə cavab verməyinizə çox şadam. Sizin məsləhətinizdən, təcrübənizdən yararlanmaq mənim üçün xoşdur. Mən burada İdarəçilərə müraciət edərək əsasız bloklanmağımı nəzərlərinə çatdırmaq istəmişəm. Mən baş verən hadisəni ətraflı təsvir etmişəm. Əgər yalan yazmışımsa, deyin, mən üzr istəyə də bilərəm, yalanı doğru ilə əvəz də edə bilərəm. Fakt budur ki 1 idarəçi 1 ayda məni 2-ci dəfə bloklamışdır. Bu artıq onun qisasçılıq məqsədi güddüyünü göstərmirmi? Başqası niyə bloklamadı, məhz o, özü də 2-ci dəfə. Heç mən onunla kontaktda da olmaşışdım. 1-ci dəfəki bloku isə əsassız hesab edilərək ləğv edilmişdir. Lütfən bu bloku da Siz ləğv edin. Burada nə təhqir görürsünüz? İstifadəçilərlə dil tapmaq məsələsində isə sizinlə razıyam. Bundan sonra mən heç bir istifadəçiyə heç nə deməyəcəyəm. Kimsə təhrifə yol veribsə, sizə müraciət edərəm, təhrifi siz aradan qaldırarsınız, problem yoxdur. Hörmətlə --Afrasiyab 15:00, 25 yanvar 2015 (UTC)
- Sizi bir daha düşünməyə və qalmaqallardan uzaq durmağa çağırıram. Yoxsa, ehtiyat edirəm ki, növbəti dəfələrdə sizinlə bağlı qəti qərar qəbul edilə bilinər. Ancaq sizi itirmək istəmirik.--Acategory (talk) 14:40, 25 yanvar 2015 (UTC)
Danışdıq.
İdarəçi statusumdan istifadə edərək, blokunuzu aradan qaldırıram. Amma adınız qalmaqalda bir də hallansa və ya kiminsə hissiyatına toxunan söz desəniz, bu dəfə Sizi özüm, özü də 1 aylığa, gələn dəfə isə 3 aylığa və sairə bloklayacağam.--Acategory (talk) 15:08, 25 yanvar 2015 (UTC)
- Təşəkkür edirəm. Mənim də bir əlavəm var. Qoy belə olsun: Mənim redaktəmi hansı istifadəçi geri qaytarsa, onunla heç bir mübahisəyə girməyəcəyəm, ona heç nə yazmayacağam, sizə mürəciət edəcəyəm. Belə necə olar? Hörmətlə --Afrasiyab 15:16, 25 yanvar 2015 (UTC)
Razılaşdıq. --Acategory (talk) 15:26, 25 yanvar 2015 (UTC)
Buyurun, işləyə bilərsiniz. Razılaşma şərtləri ilə isə hər kəs tanış ola biləcək.--Acategory (talk) 15:28, 25 yanvar 2015 (UTC)
- Qətiyyətli addım atdığınıza və etimadınıza görə bir daha təşəkkürlər. Hörmətlə --Afrasiyab 15:36, 25 yanvar 2015 (UTC)
- Cənab Afrasiyab yuxarıda idarəçilərə ünvanladığı müraciətdə mənim adımı qeyd etməsədə məndə öz fikirimi ifadə etmək istərdim. İlk öncə ondan başalayaq ki, Afrasiyab bəy uzun-uzadı müzakirələr aparmağı çox sevir. Bir məsələ barədə yekun bir qərar qəbul edilmədiyi halda bir digər başlıq açır və daim ortamı gərgin saxlamağa çalışır. Bilmirəm bəlkədə daxildən gələn hiper enerji sizin belə aktiv və geniş müzakirələr yaratmağınıza səbəb olur, ancaq lütfən nəzərə alın ki, burada olan insanların çoxusu işdən və dərsdən sonra əlavələr edə bilirlər və həmin insanlarda uzun-uzadı müzakirələr aparmağa əsasən bazar günləri vaxtları olur :) Mən sizin blok müddətinizi bir dəfə vaxtından əvvəl ləğv etdim və o gündən sonra siz mənə heç kimlə mübahisə etmədən fəaliyyət göstərəciyinizə söz də verdiniz. Bir iki maralqı şablonunu ardından isə yenidən başladı uzun-uzadı və heç çür bitmək bilməyən müzakirələriniz. Son olaraq sizə belə bir söz deyim. Azviki üçün dəyərli bir istifadəçi ola bilərsiniz. Unutmayın ki, burada sizdən və məndən də qat-qat daha faydalı istifadəçilər olub, var və olacaqlar. Yəni sizin yada ki, mənim bloklanmağımla itirən sadəcə biz olararıq, Azviki isə bunun acısını elə də çox yaşamaz. Əgər fəaliyyətinizi mübahisələr üzərində qurmaqdan və addım başı insanları yeni-yeni müzakirələr cəlb etməkdən çəkindirməsiniz böyük bir ehtimalla ömürlük bloklanacaqsınız. Bunu mən etməyəcəm, amma bir edəcək mütləq. Görünən kəndə bələdci lazım olmur deyirlər..--Baskervill müzakirə 16:05, 25 yanvar 2015 (UTC)
- Bu arada yuxarıda idarəçi ilə əldə edilən razılaşmanı dəstəkləyirəm və inanmaq istəyirəm ki, sizin simanızda daha maraqlı bir fəaliyyət görəcəyik. Lütfən bir müddət (uzun bir müddət) müzakirələrdən kənar durmaqla maraqlı şablonlar və məqalələr yaratmaqla məşğul olun. Hörmətlə:--Baskervill müzakirə 16:07, 25 yanvar 2015 (UTC)
- Dəstəyə görə təşəkür edirəm hörmətli Baskervill. Müraciətimdə sizin adınızı ona görə çəkmədim ki, siz bir az mübahisəli məsələlərə baş qoşmaqdan çəkinirsiniz, bəzi hallarda ədalətli mövqe tuta bilmirsiniz. Məsələn, Praqa qalası məqaləsindəki 15:10, 9 yanvar 2015 tarixli redaktə belə adlanır: "Keete 37 Praqa Qradı səhifəsinin adını yönləndirmənin əksinə dəyişərək, Praqa qəsri adlandırdı: cənab Afrasiyabın vandal hərəkəti. Mən vikipediya qaydalarına uyğun olaraq mənbə göstərmişəm, o isə heç bir mənbə göstərmir, hələ üstəlik məni vandal hərəkətə yol verməkdə ittiham edir?! Başqa istifaçini vandallıqda ittiham etmək ağır ittihamdır. Həmin istifadəçi sübut göstərə bilməsə dərhal bloklanmalı idi. Heç kim ona güldən ağı söz demədi. Əvəzində isə məni 30 günlük bloklayırlar? Siz isə mənim bloklanmağımı haqlı hesab etdiniz?! Bu sizin idarəçi fəaliyyətiniz üçün minusdur. Mən bunları burada yazmaya da bilərdim. Yoldaşlıq üçün, dost kimi yazıram. İdarəçinin hər belə mövqeyi 1 aktiv istifadəçinin itirilməsi ilə nəticələnir. Məndən başqa heç kim bu haqsızlıqdan sonra vikipediyaya qayıtmnazdı. Odur ki idarəçi fəaliyyətinizdə çox diqqətli olmağınız, həmişə ədalətli mövqe tutmağınız vacibdir. Belə olan halda Allah da sizdən razı qalacaq, bəndə də. Yeri gəlmişkən, imkan varsa bu dəyişikliyi özünüz geri qaytarsanız, məncə daha doğru və vikipediya qaydalarına daha uyğun olardı. Əvvəlcədən təşəkkür edirəm. Mübahisəyə gəlincə isə mən həqiqətən digər istifadəçilərlə dil tapa bilmirəm. Səbəbi isə o demək deyil ki, mən onlarla mübahisəni xoşlayıram? Yox, onlar vikipediya qaydalarını bilmirlər, ona görə də mənimlə mübahisə edirlər. Məsələn, götürək bu məqaləni Trapezund imperiyası. Mən də görürəm, yəqin ki siz də görmüsünüz. 5 il əlvəldən bu addadır. Varmı bizim dildə belə bir termin, belə bir ad? İdarəçilər bilmirlərmi məgər azərbaycanca bu məqalə necə adlanmalıdır? İndi adını dəyişsəm, aləm dəyəcək bir birinə. Deyəcəklər mübahisə edir, nə bilim nə. Biri söyəcək, biri təhqir edəcək, biri xəbərdarlıq edəcək, biri bloklayacaq. Amma heç kim deməyəcək ki, çox sağ ol, sən haqlısan! Bəli, azvikidə vəziyyət belədir, məni nə qədər çox bloklasalar, mənimlə nə qədər çox mübahisə etsələr, mən o qədər çox haqlı oluram. Doğrusu bir az yuxuluyam, nə yazdığımı özüm də bilmirəm, üzrlü hesab edin... Hörmətlə --Afrasiyab 18:45, 25 yanvar 2015 (UTC)
- Bu arada yuxarıda idarəçi ilə əldə edilən razılaşmanı dəstəkləyirəm və inanmaq istəyirəm ki, sizin simanızda daha maraqlı bir fəaliyyət görəcəyik. Lütfən bir müddət (uzun bir müddət) müzakirələrdən kənar durmaqla maraqlı şablonlar və məqalələr yaratmaqla məşğul olun. Hörmətlə:--Baskervill müzakirə 16:07, 25 yanvar 2015 (UTC)
Müraciət
redaktəSalam Afrasiyab. Sizin yenidən fəaliyyətə başlamağınız münasibəti ilə sizi təbrik edirəm. Sizdən xahiş edirəm bir müddət ciddi mübahisəyə səbəb olan redaktələr etməyin və polemikaya girməyin. Vikipediyaya intellektual şəxslər həmişə lazımdır və sizin potensialınıza burda həmişə ehtiyac vardır. Həmişə sizə kömək etməyə hazıram. İstəməzdim ki, sizin ilk böyük səhfinizə görə sizi bir aylıq bloklayım. Ümid edirəm ki, bu baş verməyəcək. Hörmətlə --Acategory (talk) 09:21, 26 yanvar 2015 (UTC)
- Salam hörmətli Acategory. Məsləhətinizdən məmnunam. Amma bir iş də var ki, mən heç vaxt əvvəlcədən bilə bilmərəm ki, mənim hansısa redaktəm mübahisəyə səbəb olacaqdır, ya yox? Mübahisənin başlamasını yalnız o vaxt bilə bilərəm ki, kimsə redaktəmi geri qaytarsın. Bu halda isə razılaşdığımız kimi mübahisəyə girməyəcəyəm və sizə müraciət edəcəyəm. Səhvə gəlincə isə mənim redaktələrimdə səhv tapmaq çox çətin şeydir. Mənim səhvimi tapan istifadəçiyə dönə-dönə çox sağ ol deyə bilərəm, niyə mübahisə etməliyəm ki? Çünki hamıdan əvvəl öz redaktəmi vikipediya qaydalarına nə qədər uyğun olub-olmadığını özüm yoxlayıram. Məsələn, Çariçə adlı bir məqalə yaratmışdım, mənə əvvəl elə gəlirdi ki bu söz yalnız elə belə yazılmalıdır, amma etibarlı mənbələrdə belə yox, "çariça" yazıldığını görən kimi məqalənin adını etibarlı mənbələrə uyğunlaşdırdım. Nə olsun ki birinci variant mənim daha çox ürəyimə yatırdı və həm də lüğətlərə daxil idi. Əsas vikipediya qaydasıdır. Etibarlı mənbədə termin necə yazılırsa, burada da elə yazılmalıdır. Bu qaydaya hamı riayət etsə, vikipediyada ciddi mübahisələr xeyli azala bilər. Gürcüstan çarlarının vikipediyada "kral" adlandırılması azərbaycan dilinin təhrif olunması və ənənələrinin tapdanması demək idi. Türk dilində onlar kral adlana bilərlər, türk dilinin öz ənənələri var, bizdə isə heç vaxt belə yazılmır və yazıla da bilməz. Sözsüz ki bunları sizə deməyə ehtiyac da yoxdur, siz bunu bilirsiniz. Bunları mən sizin üçün yox, gənc istifadəçilər üçün yazıram, məsləhət kimi. Onlar baxırlar ki hər yerdə kral yazılır, düşünürlər ki, deməli bizdə də kral yazılmalıdır. Yox! Bu doğru məntiq deyil. Əsas azərbaycan dilinin ənənələridir. Yəqin ki həmin gəc istifadəçilər, Səfəvilər dövlətinin adını da imperiya ediblər. Mən bu mövzunu yaxından bilmirəm, yalnız onu bilirəm bu hal da azərbaycan dili ənənələrinin pozulmasına çox oxşayır. Ona görə ora dünən "mənbə göstər" şablomu yerləşdirdim, adı kim dəyişib, indi zəhmət çəkib mənbələri də göstərsin, təbii ki istinad edilən etibarlı mənbə azərbaycan dilində olmalıdır. Məni ən çox narahat edən isə budur ki, necə ola bilər ki, azviki üçün ən aktual mövzunun adını kimsə heç bir mənbə göstərmədən dəyişə bilir?! Bu çox pis haldır, çox pis...
Sizə bir daha təşəkkür edirəm. Hörmətlə --Afrasiyab 12:50, 26 yanvar 2015 (UTC)
QAKA
redaktəSalamlar! İşiniz avand olsun. Azərbaycan dilində AKAK QAKA yazılır. Hörmətlə:--Enver62 (talk) 17:48, 28 yanvar 2015 (UTC)
- Salam. Diqqətinizə görə təşəkkür edirəm. Mən bu barədə çox fikirləşdim, adın düzgün tərcüməsi olan heç bir etibarlı mənbə tapmadım. Adın düzgün tərcüməsi isə belədir və bir az uzundur: "Qafqaz arxeoqrafiya komissiyası tərəfindən toplanmış aktlar". Amma bunu heç kim yazmır, hamı rusca yazır, çünki mənbə özü rus dilindədir. Nəhayət, bu qənaətə gəldim ki, rusca baş hərfləri azərbaycan hərfləri ilə yazsam daha yaxşıdır. Çünki rusca hərflər təsadüfən azərbaycanca hərflərlə uyğun gəlir və şablonu tapmaq daha rahat olcaqdır. Azərbaycan hərfləri ilə yazırıq AKAK, istifadəçi onu rusca oxuya bilir və tez də tanıyır. Şablonun adını bundan sonra dəyişmək isə bir az müşkül məsələdir, çünki 10-la məqalədə istifadə olunmaqdadır. Hörmətlə:--Afrasiyab (talk) 18:07, 28 yanvar 2015 (UTC)
- Ənvər müəllim, məqalədə Sizin dediyinizi qeyd elədim: Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları. Vaxtınız olarsa və ürəyiniz istəyərsə, məqalənin redaktəsində iştirak edin. Yeri gəlmişkən, bilmirsiniz, 9-cu cild nə vaxt nəşr olunubdur? Rus vikipediyasında bu buraxılıb. 1884-cü il deyil ki? Cavabınıza görə əvvəlcədən təşəkkür edirəm. Hörmətlə:--Afrasiyab (talk) 16:01, 29 yanvar 2015 (UTC)
- Salam. Diqqətinizə görə təşəkkür edirəm. Mən bu barədə çox fikirləşdim, adın düzgün tərcüməsi olan heç bir etibarlı mənbə tapmadım. Adın düzgün tərcüməsi isə belədir və bir az uzundur: "Qafqaz arxeoqrafiya komissiyası tərəfindən toplanmış aktlar". Amma bunu heç kim yazmır, hamı rusca yazır, çünki mənbə özü rus dilindədir. Nəhayət, bu qənaətə gəldim ki, rusca baş hərfləri azərbaycan hərfləri ilə yazsam daha yaxşıdır. Çünki rusca hərflər təsadüfən azərbaycanca hərflərlə uyğun gəlir və şablonu tapmaq daha rahat olcaqdır. Azərbaycan hərfləri ilə yazırıq AKAK, istifadəçi onu rusca oxuya bilir və tez də tanıyır. Şablonun adını bundan sonra dəyişmək isə bir az müşkül məsələdir, çünki 10-la məqalədə istifadə olunmaqdadır. Hörmətlə:--Afrasiyab (talk) 18:07, 28 yanvar 2015 (UTC)
Müraciətə cavab
redaktəHörmətli Afrasiyab. Sizin müraciətinizə gec cavab verdiyim üçün məni üzürlü hesab edin. Çünki Vikipediyada elə bir vəziyyət yaranıb ki, sizə nə deyəcəyimi bilmirəm. Yəqin ki, mənim müzakirə səhifəmin əvvəlinə baxmısınız. Sizcə orada yazılanlar mənə qarşı təhqir deyil? Hələ ayrı-ayrı səhifələrdə mənə qarşı neçə-neçə təhqir və böhtanlar, tərbiyəsiz ifadələr yazılıb. Hamısı da Cekli tərəfindən. Sefer azeri, Araz Yaquboglu, Baskervill və bir çox idarəçi və fəalllar onları təhqir hesab etmir. Çünki hesab etsəydilər metada Vikipediya qaydalarından xəbərsiz olan Cekli kimiləri stüart olmasına səs verməzdilər: [2]
Metadakı imzaları ilə onlar Ceklinin təhqirlərinin düzgün olduğunu təsdiq etmiş oldular. Özümü müdafiə edə bilmirəmsə, sizi necə müdafiə edim? Vəziyyət bax belə bərbaddır! --İrada (talk) 07:27, 20 fevral 2015 (UTC)
Salam.
redaktəSalam. Mənə face-də dostluq göndərsəniz sevinərəm. [3]--samral müzakirə 20:33, 21 fevral 2015 (UTC)
- Сənab,mən sizə məmnuniyyətlə face-də dostluq göndərə bilərəm, amma yalnız elə buna görə sizi bloklayacaqlar. Sizi qorumaq üçün belə bir addım atmayacağam. Vikipediyada baş verən bu olaylar, heç də kortəbii deyil, məqsədli, əvvəlcədən planlaşdırılmış şəkildə cərəyan edir və bir adamın barmağının işarəsi ilə idarə olunur. Siz yəqin ki, "Axırıncı aşırım" filminə baxmısınız? Orada Qəmlo qomsomolu tutub Kərbəlayının yanına gətirir. Kərbəlayı üzdə ona deyir ki, götür silahı, keç bizim tərəfə. Sonra isə Qəmloya göz edir ki, sabah mən kənddən çıxan kimi onu o söz. Bu sujetdə mən özümü Qomsomol hesab edirəm, Qəmlonun və Kərbəlayının isə vikipediyada kim olmasını özünüz də tapa bilərsiniz.
Mən sizə vikipediyada məni dəstəkləməyinizi məsləhət bilmirəm. Allahın köməkliyi ilə mən onlarla təkbətək mübarizə aparacağam. Haqlı olduğuma görə Allah mənim yardımçım olacaqdır. Bəs onlara kim kömək edəcəkdir? Artıq öz hərəkətlərini izah etməyə söz tapa bilmirlər, mənə qarşı yalançı ittihamlar irəli sürürlər, guya mən kiməsə böhtan atmışam, guya kiminləsə yüksək tonda dnışmışam?! Dediklərini əsaslı şəkildə təkzib edəndə isə cavabımı silirlər. Zəlil günə qalmaq, bundan artıq necə olur ki? Allah onları zəlil günə qoydu, yalan və böhtandan başqa, yazdıqlarımı silməkdən, yaratdıqlarımı pozmaqdan başqa əllərindən bir iş gəlmir. Hələ ki, mən səbr və təmkinlə mübarizəmi davam etdirirəm və onların hərəkətlərini seyr edirəm və onların düşdükləri vəziyyətə gülürəm. Lap yaxın zamanlarda isə onların hərəkətlərini nəinki bütün Azərbaycan, bütün dünya biləcəkdir və layiqli cəzalarını alacaqlar. Sizə təşəkkürlər. — Bu imzasız yazı 94.20.186.55 (m) tərəfindən əlavə edilib; 16:03, 22 fevral 2015 (UTC)
- Salam. Mümkün olsa burada keçirilən səsvermədə mütləq iştirak edin. Hörmətlə: Qolcomaq (müzakirə) 19:20, 21 aprel 2015 (UTC)
Translating the interface in your language, we need your help
redaktəPlease register on translatewiki.net if you didn't yet and then help complete priority translations (make sure to select your language in the language selector). With a couple hours' work or less, you can make sure that nearly all visitors see the wiki interface fully translated. Nemo 14:06, 26 aprel 2015 (UTC)