Istifadeci Muzakiresi Behram Camalov - Wikipedia
Vikipediya | Xoş gəldiniz, Bəhram Camalov! |
Tez-tez soruşulan suallar | Salam, Bəhram Camalov. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
Məqalə adları | |
qaydaları | |
Vikipediya qaydaları | |
Beş əsas prinsip | |
Stil kitabçası | |
Fayl yüklə | |
Müəlliflik hüquqları | |
Yeni məqalə yarat |
--Fortius-94 (Müzakirə) 10:45, 21 iyun 2016 (UTC)
Dil keçidlərinin əlavə edilməsi
redaktəSalam Bəhram Camalov. Zəhmət olmasa, məqalələri yaratdıqdan sonra onlara uyğun dil keçidlərini də verəsiniz. Bunun üçün məqaləni yaratdıqdan sonra sol tərəfdə keçid əlavə et bölməsinə daxil olmaq lazımdır. Bundan sonra isə həmin məqalə rus, ingilis və s. dillərdə artıq yaradılıbsa keçid əlavə etmək olar. Bunun üçün qeyd etdiyim hissəyə daxil olmaq, bundan sonra açılan pəncərədə language bölməsinə ru (ruwiki) (en wiki, tr wiki və s. ola bilər), page bölməsinə isə həmin dildə məqalənin adını əlavə etmək lazımdır. Sonda isə link with page ardıcıllığını yerinə yetirmək lazımdır. Hörmətlə:--Fortius-94 (Müzakirə) 10:49, 21 iyun 2016 (UTC)
Sual
redaktəSalam White Demon. Milli Şuranın bu günki mitinqi nə üçün silinib? Deyirsiz hər mitinq üçün səhifə yaratmaq lazım deyil. Məgər Azərbaycanda 10.000 insanın toplaşdığı mitinq hər gün olur? Bunlar hamısı bir tarixdir. Əgər sizin baxış bucağınız YAPdırsa o zaman siz Vikipedianı şəxsi maraqlar üçün istifadə etməməlisiz. Gələcək nəsil bunlardan xəbərdar olmalıdır. Xahiş edirəmki məqalə silərkən biraz məntiqlə düşünüb sonra siləsiz. Vikipedia sizin şəxsi saytınız deyildir. Təşəkkürlər! — Bu imzasız yazı Bəhram Camalov (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
- Salam, Bəhram Camalov. Əvvala deyim ki, siz məni Vikipediyadan şəxsi sayt kimi istifadə etməklə ittiham edirsinizsə, deməli mənim fəaliyyətim ilə yaxından tanış deyilsiz. Mən heç vaxt Vikipediyaya şəxsi sayt gözü ilə yanaşmamışam. Əgər mən bura şəxsi saytım kimi yanaşsaydım, digər istifadəçilərin nə dediklərinə qulaq asmadan nə istəsəydim, onu edərdim [1][2] İkincisi, mənim baxış bucağım tərəfsizdir. Vikipediya neytral olmağa çalışıram, heç vaxt tərəf tutmuram. Məqaləni isə qeyri-ensiklopedik olduğuna görə silmişəm. Bura Azərbaycan Vikipediyası deyil, azərbaycanca Vikipediyadır. Bir az məntiqli olaq, dünyanın bütün ölkələrində mitinq olur, indi hər mitinq üçün məqalə yazmayacayıq ki? Deyirsiz ki, mitinqdə 10 min nəfər iştirak edib. Nə olsun? Sırf 10 min nəfər iştirak edib deyə məqalə ensiklopedik sayılmaz. Həm də bu adi mitinqdir, əgər hansısa tarixi əhəmiyyəti olsa idi, sizinlə razılaşardım. Məsələn, bunun kimi məqalə: 2014 Honkonq etirazları. Amma dediyim kimi bu adi mitinq idi, çox-çox əhəmiyyətli tarixi əhəmiyyəti yoxdur, hansısa tarixi hadisə üçün başlanğıc olmayıb (ən azından hələlik). Məqaləni qeyri-ensiklopedik hesab edirəm. Hörmətlə, --White DemΩn (müzakirə) 20:35, 11 sentyabr 2016 (UTC)
Şəkil
redaktəSalam həmkar. Siz məqalələrə şəkil əlavə etmək istərkən öncə o şəkli Commonsda axtarın. Məsələn sizin Azvikiyə yüklədiyiniz Şəkil:Googletercume.png faylı Commonsda var — commons:File:Google Translate Icon.png. Bu zaman şəkil yükləməyə ehtiyac qalmır. Oradakı faylın adını kopya edib azvikidə məqaləyə qoysaz avtomatik məqalədə görünəcək. --Araz Yaquboglu (müzakirə) 05:57, 18 sentyabr 2016 (UTC)
- Lap sadə yolu şəkil axtarmağın belədi. Deməli yazdığınız məqalənin Envikidəkinə baxın. Oradakı şəkillər 90 % Commonsdan olur. Elə Envikidən də kopya edib qoysaz azvikiyə görünəcək şəkil. --Araz Yaquboglu (müzakirə) 06:03, 18 sentyabr 2016 (UTC)
Yaxşı, Araz Yaquboglu. Təşəkkür edirəm :)
Əbülfəz Hacızadə
redaktəSalam. Əbülfəz Hacızadə məqaləsinə 30 gün ərzində mötəbər mənbələr əlavə etmədiyinizə görə tərəfimdən silindi. Lazımı mənbələri əlavə edərək məqaləni yenidən yarada bilərsiz. Hörmətlə. Nicat49 ⋠müzakirə⋡ 22:20, 15 avqust 2022 (UTC)
Azərbaycanda dağıdılan futbol klubları səhifəsinin silinməyə namizəd göstərilməsi
redaktəKonsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr#Azərbaycanda dağıdılan futbol klubları səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.