Istifadeci Muzakiresi Bakuemil 2011 Yanvar - Wikipedia
İdarəçiliyə namizəd
redaktəSalam. Sizin fəaliyyətinizi maraqla izləyirəm. Bu templə davam edib, fəaliyyətinizi bir qədər də təkmilləşdirsəniz, 2 ay sonra idarəçiliyə Sizin namizədliyinizi irəli sürəcəyəm. Siz real namizədlərdən birisiniz. Uğurlar olsun! --Cek Li Taran 11:22, 10 yanvar 2011 (UTC)
Hövsan
redaktəSalam, İradə xanım. Hövsan şəkillərinə görə çox sağ olun. Əsasən də Commonsa yüklədiyinizə görə.--Bakuemil 07:06, 21 yanvar 2011 (UTC)
Salam. Dəyməz, VikiGörüşdə söhbət zamanı yadıma düşdü ki, arxivimdə Hövsanla bağlı şəkillər olmlıdır. Şəxsən özüm çəkdiyim şəkilləri commonsa yükləyirəm ki, digər layihələr də istifadə etsinlər :) Hörmətlə, --Irada 09:46, 21 yanvar 2011 (UTC)
Qayğıkeş İdarəçi Ulduzu
redaktəUlduza görə təşəkkür edirəm. O gün olsun bu ulduz Sizə təqdim olunsun :)-Vago 11:03, 23 yanvar 2011 (UTC)
Seçilmiş məqalə ilə bağlı
redaktəSalam. İsmarıcınızı seçilmiş məqalə namizədləri səhifəsində oxudum, belə düşünürəm ki, müzakirə səhifənizdə cavab yazmam daha məqsədəuyğundur. Orda mövzuya dəxli olmayan müzakirə açmamaq üçün. Məqalənin laboratoriyadan çıxarılması üçün 3 təcrübəli istifadəçinin imzası və şərhləri lazımdır. Şərhlər və ortaya qoyulan mövqe tutarlı dəlillərlə əsaslandırılırsa, 10 istifadəçi məqaləni "seçilmiş məqalə namizədi" kimi təqdim etsə də, məqalə təqdim olunmur. İndilik xatırladığım bir Mircəfər Bağırov məqaləsinin bu cür şərhlər əsasında laboratoriyadan çıxarılmasıdır. → Vikipediya:Seçilmiş məqalə laboratoriyası/Arxiv/2010 Təəssüf ki, bizim fəal istifadəçilər laboratoriyada mövqe bildirməkdə xəsislik edirlər. Ona görə belə hallar yaranır ki, məqalə oradan çıxıb "seçilmiş məqalə namizədi" olur, amma burda lazımi səs toplamır. Hətta belə hallar da var ki, istifadəçi laboratoriyada məqaləni "seçilmiş məqalə namizədi" kimi götərilməsinə səs verir, amma burdakı səsvermədə heç iştirak da etmir. Əsas şərt məqaləni cümlə-cümlə oxuyub sonra ona həm laboratoriyada, həm burada səs verməkdir. Hörmətlə: --Sortilegus 19:53, 31 yanvar 2011 (UTC)