Istifadeci Muzakiresi Elsanaturk Kecmis Danisiqlarim 1 - Wikipedia
Vikipediya | Xoş gəldiniz, Elsanaturk! |
Tez-tez soruşulan suallar | Salam, Elsanaturk. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
Məqalə adları | |
qaydaları | |
Vikipediya qaydaları | |
Beş əsas prinsip | |
Stil kitabçası | |
Fayl yüklə | |
Müəlliflik hüquqları | |
Yeni məqalə yarat |
Fəaliyyətinizi alqışlayıram. Bir daha xoşgəldiniz--A_M_D 19:02, 7 Aprel 2007 (UTC)
gun aydin
redaktəgun aydin, men azerbaycan dilli vikipediaya teze gelmishem, meqsedim beynelxalq munasibetlere aid materiallari genishlendirmekdir. lakin Kateqoriya:Beynəlxalq Münasibətlər yarada bilmirem mene komek ede bilersinizmi?--Elsanaturk 19:21, 7 Aprel 2007 (UTC)
- Uzrler! uje duzelde bildim. narahatchiligha gore uzr isteyirem --Elsanaturk 19:28, 7 Aprel 2007 (UTC)
- Bir daha salam. Görürəm bu problemin öhdəsindən mənim köməyim olmadan, artıq gəlmisiz, TƏBRİKLƏR. Başqa bir problem olarsa çəkinmədən müraciət edin. Maksimmal dərəcədə çalışıb kömək edərəm. Sadəcə kateqoriya yaradarkən çalışın {{kateqoriya}} sözlərini də ora əlavə edəsiniz. Bir daha xoş gəldiniz--A_M_D 19:32, 7 Aprel 2007 (UTC)
Salam
redaktəSalam Elsanaturk. Yardım təklifimi qəbul etdiyinə sevindim. Siz necə yardım etsəniz mənim üçüün kafidir. Bəzi terminləri düzəltməkdə kömək edə bilərəm və özüm redaktə edib düzəldərəm. Amma xahiş edirəm ilk öncə heç olmasa hər ilə müvafiq bir film bardə məqalə yaradaq. Yəni ingilis vikisində qeyd etdiyim filmləri buradan tapıb tərcümə etmək, şəkilləri və mahnıları yükləmək lazımdır. İyula qədər çox iş görmək olar. Əvvəlcədən təşəkkürlər.
Mən razı. Hər halda ingilis vikisindəki kriteriyaları sən daha yaxşı bilərsən. Amma ilk öncə sən dediyin filmləri yaradaq. Tammetrajlı filmlər barədə demək olar ki 99 faizi məndə hazırdır. Məncə filmlərin adını azərbaycanca yazıb məqalənin içində ingiliscə adını da qeyd etsək Google-dan search edən asanlıqla tapar. Hətta rusca adını da yazmaq olar. İnternet Movie Database-de beləddir. Hindi kinolarının hamısının adı hindcədir. İngiliscə tərcüməsi məqalənin özündədir. Biz də belə edərik. Məsələn ilk filmin adını İlişdin yox Ilishdin yazmışam. İngiliscəsi İ stumbled. Ruscası Попался və s. Sən yaratdığın məqalənin ingiliscə düzgün adları cinema.aznet.org-da var. Mən oradan doğru olanının tapıb məqaləyə yerləşdirərəm. Xahiş edirəm mənim Ogey Ana kinosu ilə bağlı İMDB-də yaratdığım məqaləni nəzərdən kechir. http://www.imdb.com/title/tt0314342/ Onlar Machekha deyə yazmışdılar mənim yazımdan sonra dəyişdirdirdilər. Sən hansı məqalədən istəyirsənsə başla, gec olsun güc olsun. Hər halda biz başlasaq ddigər userlər də həvəslənər məncə.
--Vusal1981 20:47, 29 May 2007 (UTC)
Təşəkkürlər
redaktəÇox sağ ol Elsanaturk. Həm səhifəmdəki dəyişikliklərə gorə həm də mükafata görə. Məncə belə daha yaxşıdır. Sağ ol!
--Vusal1981 20:03, 8 İyun 2007 (UTC)
Çox sağ ol
redaktəArxiv qutusu ucun cox sag ol, eziyyet cekmisen.TimBitsتِمبِتس 20:06, 19 İyun 2007 (UTC)
- Sağ ol Elsanatürk. Çox yaxşıdır. Nə yenilik var elə səndən gəlir.Vusal1981 21:07, 19 İyun 2007 (UTC)
Salam Elsanaturk, Arxiv qutusu çox təmiz bir şey olub. Sağol. Mehrdad 16:00, 20 İyun 2007 (UTC)
Kim Kimdir?
redaktəƏziz Dostlar. Artıq uzun müddətdir ki, burada birgə fəaliyyət göstəririk. Lakin təəssüf ki, nəinki bir birimiz barədə məlumatımız yoxdur. Hətta adımızı da bilmirik. Mən təklif edirəm hər kəs özü haqda məlumat yazsın, bir-birinə göndərsin. Məncə bu gələcəkdə işlərin inkişafına müsbət təsir edəcəkdir. Əksər istifadəçilərə (aktiv) bu mesajı göndərəcəyəm. Unutduqlarım da özü haqda yazıb göndərə bilərlər. Xahiş edirəm bu mesajımı cavabsız qoymayın. İlk mən başlayıram.
Mən Vüsal Ağayev. 1981-ci ildə anadan olmuşam. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin "Beynəlxalq Hüquq" şöbəsində (fakültəsində) bakalavr təhsili almışam. 2002-2003 müddətində Avstriyanın paytaxtı Vyana şəhərində "Vyana Dövlət Universiteti"nin "Siyasi Elmlər" institutunda "Cənubi Qafqaz münaqişələri və ATƏT-in bu münaqişənin həllində töhfəsi" mövzusunda tədqiqat keçmişəm. 2003-2005-ci illərdə Bakıda müxtəlif yerlərdə ştat və yarımştat işlərdə işləmişəm. 2005-2006-cı ildə Rumıniyanın paytaxtı Buxarest şəhərində "NATO Ali Təhsil Mərkəzində" magistratura təhsili almışam. Azərbaycana döndükdən sonra yarımştat iş fəaliyyətimi davam etdirirəm. Artıq bir ildən çoxdur ki, Vikipediya ailəsinə qoşulmuşam. Son zamanlar vaxtımın əksəriyyətini vikipediyanın inkişafına sərf edirəm. Subayam. Hazırda Sumqayıt şəhərində yaşayıram.
--Vusal1981 17:58, 22 İyul 2007 (UTC)
Mən Recep Şeref Saraç. 13 oktyabr 1991-ci ildə anadan olmuşam.Ankara Mobil Lisesi 3. sınıfta Sosyal bölüm öğrencisiyim.Aslen Samsun ili Çarşamba ilçesi'ndenim Oğuzların Kayı boyuna mensubum.Kökenimiz Trabzon ili Akçaabat ilçesinde.Ankara ili Yenimahalle ilçesi Batıkent semtinde yaşamaktayım.--Uannis 19:25, 22 İyul 2007 (UTC)
Səsvermə
redaktəSalamlar. Qurban Bayramınız mübarək. Neçə neçə bayramlara çıxasınız. Bu əziz gündə idarəçi seçilməyim üçün səsvermə kampaniyasını başlayıram.
Xahiş edirəm Vikipediya:İdarəçi səsverməsi/Vusal1981 səhifəsində öz səsinizi verin. Orada 3 bölüm var : Dəstək, Qarşı və Neytral. İstədiyiniz bölümə öz imzanızı qoymanız kifayətdir. Nə sualınız varsa mənə müraciət edə bilərsiniz. Səsvermədə iştirak edəcəyiniz üçün sizə əvvəlcədən təşəkkür edirəm. Bir daha bayramınız mübarək
Qanuna Əlavə edilməsi Səsverməsi
redaktəSalam yuxarıda sizə göndərdiyim idarəçi səsverməsi dondurulmuşdur yəni təxirə salınmışdır. Xahiş olunur əvvəlcə bu səhifədəki səsvermədə iştirak edin. Bu İDarəçi səsverməsi qanununa əlavə edilməsinə dair mənim irəli sürdüyüm fikirdir. Xahiş olunur Dəstək, Qarşı vəya Neytral bölümlərinə öz imzanızı atın. Yaxşı olardı ki, fikirlərinizi Şərh bölümündə yazasınız çünki etibarsız sayılma ehtimalı vardır. Ən yaxşı variant sadəcə imza ataraq Dəstək, Qarşı vəya Neytral olduğunuzu bildirməyinizdir. Unutmayın və qarışdırmayın bu mənim idarəçi seçilməyim üçün deyil qanuna əlavə edilməsi üçün səsvermədir. Əvvəlcədən təşəkkürlər.
http://az.wikipedia.org/?q=Vikipediya:Səsvermə/qaydaların_dəyişdirilməsi1
Son Müraciət
redaktəSalam hörmətli dostlar. Xahiş edirəm Bu səhifədəki son müraciətimi oxuyun və buradan getməyimin əsl səbəini və səbəbkarlarını bilin. Təəssüf ki, mənim burada fəaliyyətimə əngəl törədildi. Burada bir səbəb görürəm paxıllıq (kıskançlık). Və mən səviyyəni düşürməyərək vikipediyanı tərk edirəm. Sizin kimi dost əldə etdiyim üçün özümü qalib hesab edirəm. Xahiş edirəm bu hərəkətimi zəiflik olaraq deyil əsl cəsarət olaraq qəbul edin. Buraya email adresimi yazıram ki, bir-birimizi itirməyək. Mənə yazmaq istəyən buraya deyil, emailə yazsın.
Salam
redaktəSalam Elşən. Səni burada görməyimə şadam. Birlikdə hələ çox irəliyə gedəcəyik. Uğur olsun! Vüsal Ağayev 23:57, 25 Mart 2008 (UTC)
Salam
redaktəSiz yaxşı olardı ki, adları özbaşına dəyişmədən öncə bunu müzakirə edərdiniz.İndi gərək men hamsını yenə də geriyə qayrtaram.Rezo 06:46, 2 Aprel 2008 (UTC)+
Alman adlarının yazılışına dair
redaktəSalam. Ətraflı məlumatınıza görə sag olun. Əcnəbi adlarının (əsasən alman) azərbyacan dilində yazılışı problemi ilə mən artıq 10 ildən çoxdur tanışam. Bu problemlə isə bu yaxınlarda yazdığım bir kitabda 100-dən çox əcnəbi (hansıları azərbaycna dilində indiyə kimi hallanmayım) adların qeyd olunması ilə daha ciddi məşğul olmalı oldum. Məsələ orasındadır ki, əcnəbi adlar azərbaycan dilində onlar tələffüz olduğu kimi yazılmalıdır. Alman dilində olan "ei" birləşməsinin azərbyacan dilində nə üçün tələffüz olduğu kimi yox yazıldığı kimi "tərcümə" olunmasının səbəblərini araşdırmaq mənim üçün çətindir. Mən gümn edirəm ki, bu qayda bizə ruslardan keçib. Rus dilində əcnəbi adların yazılışında olan xaosun bizə keçməsi məni daha çox narahat edir. Mən nə üçün bilərəkdən adları səhf yazmalıyam? Bu mənim üçün çətindir. Əgər kim isə hardasa səhvə yol veribsə bu tarx boyu təkrar olunmalı deyil. Əlbəttə azərbaycanda yaşayan üçün "Henrix Heyne" və ya Haynrih Hayne" kimi yazılışlar elə də böyük əhəmiyyət kəsb edə bilməz. Təsəvvür edən mən ilk dəfə Almaniyaya gəldikdə "Eynşteyn" "Leypsiq" və s. sözlərlə necə də gülməli vəziyyətdə qaldım. Xarici ədəbiyyatlarda isə eşitdiyim məşhur adamlar haqında məluatlar axatrışında isə daha çox probelm ortaya çıxır. Adların səhv tələffüzü ilə bərabər onların düzgün yazılışı da məlum deyil. Bu da keçmişdən qalan bir mirasdır. Buna görə də, məncə gənc nəsil bu anlaşılmamazlığın aradan qaldırılmasına çalışmalıdır. Yenə də deyirəm, mən bilərəkdən şəxslərin adlarını səhv, gülməli bir formada yaza bilmərəm. Qoy bunu bizim "dilçilər etsin". İşlərində uğurlar arzu edirəm.Rezo 08:00, 3 Aprel 2008 (UTC)
Re:Vusal
redaktəSalam. Sizcə mənim mart ayından bəri inkişaf etdirdiyim məqalələrin heç birisi notability kriteriyasın uyğun gəlmir? Bu kriteriya fərdi xaraker daşımalıdır. Bir məlumat biri üçün az əhəmiyyətli o biri üçün çox əhəmiyyətli ola bilər. O zaman mən Azərbaycan kinosu barədə 10-dan çox məqalə yaratmamalıyam. Çünki dünyaya çox az filmimiz çıxıb. O ki, qaldı boş şəxs səhifələrinə mən yenə də deyirəm. Tamamilə boş olan yəni copy paste etdiyim səhifələrin silinməsinə etraz etmirəm. Lazım gəlsə özüm yenidən yaradıb geenişlədəbilərəm ki. O ki qaldı hər hansı epizodik rolların ifaçısının əhəmiyyətli olub olmamamsına, bununla qəti razılaşmıram. Haqsız yerə unudulan o qədər sənətkarla var ki,. Məsələn epizodik rolları oynamış Fazil Salayev barədə məqalə yaratmayım? Çünki o epizodlarda oyanyıb? Belə düşüncə absurddur.
- Məndə artıq iki ilə yaxındır qaydaları az çox bilirəm. O ki, qaldı Azərbaycan kinosuna dərya kimi görünə bilər. Ancaq mən artıq kinomuz barədə işin yarısından çoxunu etmişəm. Qalıb nissbi hissəsi. Mən buranı kaataloqa çevirməkdən qaçanlardan birincisiyəm. Ancaq boş məqalələrin bu gün silinməsi tərəfdarı olanlar, keçən il mənə yaşıl yol göstərənlər olub. Ancaq yenə də tam boş shifələrin silinməsinə etiraz etmirəm.
- Bir çox şeeylər zaman keçdikcə unudulmamalıdır. O zaman keçmişdə qalıb deyə Babək, Nərimanov, Mehdi Hüseynzadə də unudlsun. Çünki üzərindən çox zaman keçib. Azərbaycaan kinosu ilə maraqlanmayan mənim açdığım bütün məqalələri absurd və lazımsız saya bilər. Ancaq az çox maraqlanan üçün bu məlumatlar əldən düşməz sayılır. Məsləhətə görə sağ olun, ancaq digər sahələr məni maraqlandırmır. Uğur olsun!
- P.S. Sizi narahat edən indiki vəziyyətdə vikipediyanın bir az Azərbaycan Kinosu vikipediyasına bənzədiyidir. :) Ancaq bu müvəqqətidir. Digər sahələrdə məqalələrin sayı artdıqca mənim açdıqlarım onların içində əriyəcək. Yenə deyirəm Azərbaycan kinosu 4000 məqaləni keçmir. Açdığım şəxslərin hamısı barədə məqalə açmağı söz verə bilmərəm. Ancaq indi boş görünən bütün film məqalələrini doldurmağı sizi əmin edə bilərəm. Bunu da vacib hesab edirəm. Vüsal Ağayev 05:48, 5 Aprel 2008 (UTC)
- Bir çox şeeylər zaman keçdikcə unudulmamalıdır. O zaman keçmişdə qalıb deyə Babək, Nərimanov, Mehdi Hüseynzadə də unudlsun. Çünki üzərindən çox zaman keçib. Azərbaycaan kinosu ilə maraqlanmayan mənim açdığım bütün məqalələri absurd və lazımsız saya bilər. Ancaq az çox maraqlanan üçün bu məlumatlar əldən düşməz sayılır. Məsləhətə görə sağ olun, ancaq digər sahələr məni maraqlandırmır. Uğur olsun!
Naməlum IP
redaktəMerhaba. Lütfen müzakire olmadıkça boş müzakire sayfaları açmayın. Bu vikinin yararına dğeil zararınadır çünkü metada toplam sayfa sayısı madde sayısına bölününce depth(derinlik) ortaya çıkuyyor ve boş müzakire sayfaları derinliği düşürüyor. İyi çalışmalar--88.232.80.184 18:53, 11 Aprel 2008 (UTC)
tşk
redaktəSalamlar. yaxşı bir şey yaza bilməyəcəm amma bunun üçün ilk təşəkkür edən olmaq istədim :) təşəkürlər--A_M_D m-f 07:13, 12 Aprel 2008 (UTC)
Kateqoriya:Məbədlər
redaktəMəbədlər kateqoriyasına qarşı "qəsdi-qərəzçiliyinizin" səbəbini izah edə bilərsiniz, zəhmət olmasa? Bu kateqoriya bütün məbədləri (xristian, müsəlman, yəhudi, buddist, induist və s) əhatə edəcəkdi və beləliklə ayrı-ayrı kateqoriyaların (Xristian Kilsələri, Məscidlər) verə bilməyəcəyi unikal əlaqəni verəcəkdi. Yəni ki Bakıda hansısa bir məscid haqqında məqaləni oxuyan şəxs fikri Yəzddəki Atəşgaha və ya Qahirədəki sinaqoqa qədər izləyə bilsin. Axı bura vikipediyadı! :-). Kateqoriyanı bərpa edirəm, ən azı sizin fikrinizi eşidənə qədər. Elsanaturk (אלסאנאטורק) ( Mənə sözün var? • Məni izlə!) 01:57, 12 Aprel 2008 (UTC)
- Üstəlik Kilsələr(bina) ilə Kilsələrin(qurum) eyni kateqoriyada olması nə dərəcədə düzgündür? Ona görə də Kilsələri(bina) Xristian kilsələri kateqoriyasından çıxarıramç onlar elə məbədlər kateqoriyasında qalsa yaxşıdır. Və ya Kilsələri(qurum) həmin kateqoriyadan çıxarmaq olar. Hələlik birincini edirəm. Elsanaturk (אלסאנאטורק) ( Mənə sözün var? • Məni izlə!) 02:07, 12 Aprel 2008 (UTC)
- Deməli, son versiya olaraq, Xristian kilsələri kateqoriyasını qurumlar üçün saxladım və bina kilsələr haqqında məqalələrdə həmin kateqoriyaları məbədlər kateqoriyası ilə əvəz etdim, sinaqoq məqaləsini yetim eləmişdiz, onu da məbədlər kateqoriyasına qaytardım, məscidlərə toxunmadım, sizin versiyada qaldı, çünki Məscidlər kateqoriyası artıq Məbədlər kateqoriyasında altkateqoriyadır.Elsanaturk (אלסאנאטורק) ( Mənə sözün var? • Məni izlə!) 02:40, 12 Aprel 2008 (UTC)
- Salam. Məbədlərə qarşı heç bir qəsdi-qərəzim yoxdur. Sizin dəyişikliklərə baxdım - normaldı. Bu formada qala bilər. Sadəcə mən o məqalələri müxtəlif kateqoriyalara paylamışdım - siz bir kateqoriyada cəmləmək tərəfdarısız. Heç bir problem görmürəm. Sinaqoq məqaləsidə yetim idi ona görə ki, hələ məscidlər, kilsələr qədər sinaqoqlar haaqında məqalə yoxdur. Olanda onları da bir kateqoriyada toplamaq olar. Uğurlar. --Sortilegus 20:39, 12 Aprel 2008 (UTC)
Re:Ləki
redaktəLəki məqaləsini mümkün qədər sadələşdirdim və vikiləşdirdim, it was a fun to read that Ləkidə 1 kitabxanaçı, iki qarmon müəllimi və sair var. Sözüm başqadır, bu üç məqaləyə Ləkidən keçmişəm [1], [2], [3], təbii ki silinməlidir, sən modersən, yəni silə bilərsən? Çünki başqa bir orforafik səhvli məqaləyə [4] də bu işarəni qoymuşam, amma hələ silən olmayıb. Elsanaturk (אלסאנאטורק) ( Mənə sözün var? • Məni izlə!) 23:22, 13 Aprel 2008 (UTC)
- Salam. Silmək işinə burda AMD baxır:) "Pozan" onun əlindədir:) Dediyiniz o üç məqalədən ikisinə - konkret Mətləb Mustafayev və Mənaf Abdullayev məqalələrinə mən də "Sil" şablonu yerləşdirmişdim. Mən də onların silinməsi tərəfdarıyam. Biri ensiklopedik deyil - biri də bələdiyyə üzvü haqqındadır. Azərbaycanda da hər kənddə bir bələdiyyə var. Onların üzvlərinin hamısı haqda burda məqalələr açılsa gərək "Bələdiyyə ensiklopediyası" yaradaq. İkinci bir məsələ - burda siz ədəbiyyat səhifələrində şairlərin şeirlərinin, yazıçıların nəsr əsəsrlərinin yerləşdirilməsi əleyhinəsiz. Mən də razıyam ki, belə yazılar Vikimənbəyə köçürülməlidir. Amma bizim Vikimənbə indilik hələ o qədər də aktiv deyil. Yəni burda 4-5 fəal istifadəçi var, ildə ayda da 2-3 nəfər "yolüstü" bura baş çəkib elə şeirlər və və hekayələr yerləşdirirlər. Mənim özüm də əgər fikir versəz burda yazıçı, şair, aşıq səhifələrində xeyli o cür şeirlər toplamışam. Şerlərin bura toplanmağının ziyanı yoxdur. Onları gələcəkdə 1-2 günün işində bütünlüklə Vikimənbəyə köçürüb bu məsələni həll etmək olar. Vikimənbə də zənginləşər. Şəxsən bu işi boynuma götürürəm. İndilik bizim məqsədimiz o "yolüstü" Vikipediyaya baş çəkib bura elə yazılar yerləşdirənləri "hürküdüb" qaçırmaq yox, əksinə bura cəlb etmək olmalıdır. Ona görə elə yazılanların silinməsinin əleyhinəyəm. Vikipediya kriteriyalarına uyğun gəlməyən məqalələrə gəldikdə - onsuz da bizdə məqalə sayı hələ çox azdır. Onların da əksəriyyəti bu kriteriyaya uyğun gəlmir. İndi durub elə məqalələri saf-çürük etməyə başlasaq gərək 18 000 məqalədən 1000-2000 saxlayaq. Qalanlarını ya tamamilə silək, ya da 3-4 cümləlik məqalə olsun. Bu problem tədricən - fəal istifadəçi sayı artdıqca düzələcək. AzVikini isə indilik nəinki ingilis vikipediasıyla, heç rus və ya türk Vikipediasıyla da müqayisə etmək olmaz:) Hörmətlə: --Sortilegus 00:48, 15 Aprel 2008 (UTC)
- Salam. Arxiv qutusuna görə xüsusi təşəkkürlər:) Hörmətlə: --Sortilegus 01:59, 16 Aprel 2008 (UTC)
Re:Ziyanvericilik
redaktə- Vusal, you made me laugh,
Vüsal sən mənə bir suala düz və birbaşa cavab ver: Sən nə görmək istəyirsən, professional azeri vikipediyası, yoxsa xaltura bir sayt? əgər seçimin birincidirsə, onda ilk işi kimi keçən il hansısa heç kəsin tanımadığı və əhəmiyyətsiz sənədli filmdə rejissora asistenlik etmiş bir şəxs haqqında meqalelere burda yer olmali deyil, yox eger seçimin ikincidirsə, then enjoy! İngilis vikipediyasında bu cür məqalələri[5] iki dəqiqəyə silmişdilər, biz isə hələ bunu müzakirə edirik də! Vaxtıma heyifim gəlir. Elsanaturk (אלסאנאטורק) ( Mənə sözün var? • Məni izlə!) 23:05, 14 Aprel 2008 (UTC)
- Məncə biz o qədər səmimi deyilik ki, birbaşa "sən"ə keçdiniz. Bunun üçün çox bir yerdə işləməli olacağıq. Keçən dəfə "utancverici" sözünə toxunmadım, çünki müanasibətləri korlamaq istəmədim. Ancaq deyəsən siz sarı simə keçirsiniz. Narahat olmayın buranın inkişafına və lazımı səviyyəyə çatmasına can atan istifadəçilər var. Hər halda biz də artıq 2 ilə yaxındır vikidəyik. Sizdə istifadəçilərə göstəriş vermə istəyini gördüm. Yardım ayrıdır, ironiyalı danışıqlar və göstərişlər ayrı. Gəlin səviyyəmizi qoruyub saxlayaq.
Sizi güldürən məsələyə gəldikdə isə mənim yazmaq istədiyimin çoxunu Sortilegus sizə yazıb Onu da əlavə edim ki, burada bu boş məqalələr müzakirə edilib. Yəqin ki, diqqətlə oxumamısınız. Oxusanız belə şaqqanaq çəkib gülməzdiniz. Bu ilin əvvəlindən burada qərara gəlindi ki, boş məqalə yaradılmasın. Hamı mən də daxil olmaqla buna əməl edirik. Boş məqalə açıldıqdan ən uzağı 1 həftə sonra inkişaf etdirilir. Sizin dediyiniz əhəmiyyətsiz və ya sizin dilinizlə desək "notability" kriteriyasına uyğun gəlməyən məqalələri sadalasaq burada məqalələrin 90 faizi elədir. Eləcə də bütün vikilərdə oldduğu kimi. Məsələn türk vikipediyada 100000 məqalənin hər 10-dan 7-si türklər demişkən taslaktır. Bizim də məqalə sayımız 100000-ə çatanda sizinlə razılaşarıq. Və məqalə müzakirəyə çıxarılaraq notable olub olmadığını müəyyən edərik. İndi əsas məqsəd boş məqalələri doldurmaqdır. Ona görə mən Ceyhun Məmmədov məqaləsində ziyanvericilik mövzusunu açdım. Həmin şəxsin isə Ləki qəsəbəsinə heç bir aidiyyatı yoxdur. Mən boş məqalələrin silinməsinin əleyhinə deyiləm, ancaq o məqalə gördüyünüz kimi istifadəçi tərəfindən inkişaf etdirilmək istəyir. Burada hansı məqalənin sizin təbirinizlə desək "əhəmiyyətsiz" olduğunu demək sizin üzərinizə vəzifə deyil. Belə yazmaqla siz bir istifadəçinin fəaliyyətini təhqir etmiş olursunuz. Bunu sizə yaraşdırmadım. İngilis vikisindən nümunə misal gətirərək elə bilməyin buradakılar papağını günə verirlər. Hər şeydən bizim də xəbərimiz var. Ona görə məsləhət görərdim ya yeni məqalələr açasınız, ya dabaşqa məqalələri inkişaf etdirəsiniz. İstifadəçilərin fəaliyyətinə bu qədər mız qoymaq yaxşı əlamət deyil. Gördüyünüz kimi böyük bir problem yəni boş məqalə açılması problemi həll olunub. İndi qoyun işimizi görək. Sözün düzü bu qədər uzun yazaraq mənim də vaxtıma heyfim gəldi. Bir daha cavab yazmağı düşünmürəm. Belə baxanda siz Edvard Karr məqaləsinin əhəmiyyətli olduğunu necə sübut edə bilərsiniz? Vəya Hacı Əjdərbəy məscidi məqaləsi nə dərəcədə zəngin və əhəməiyyətli bir məqalə kimi görünür. O zaman qısadır deyə mən də ona sil şablonu qoyum? Əsla yox. Belə olmaz. Bu düzgünlük yox, düşmənçilik olar ki, biz belələrini də burada gördük yaxın keçmişdə. İntervikisi olan hər bir məqalə azəri vikisində əhəmiyyətli ola bilməz. İntervikisi olan porno uldduzların da məqaləlari var. Deməli ing. vp-də əhəmiyyətlidir deyə onları da buraya yerləşdirək? Bir az diqqətlə baxın bura ing. vp deyil bura azəricə vp-dir.Buraya elə məqalələrdən isə indiyə qədər heç bir yerdə olmayan sənədli filmin yerləşdirilməsi azərbaycanlılar üçün daha əhəmiyyətlidir.Bir daha deyirəm artıq az vikidə yaradılmış məqalələrə sil şablonu qoyulması vikini geri salacaq. Bir baxın görün 2008-ci ilddən bəri nə qədər keyfiyyətli məqalələr yaradılıb. Sizi də aramızda görsək yaxşı olar. P.S. Ləki məqaləsinin yaradıcısı hələ burada təzədir. Qaydaları bilmir. Bir az səbrli olaq o da öz səhvlərini başa düşəcək və bizimlə razılaşaq. Hansımız təzə gələndə səhv etməmişik ki? Vüsal Ağayev 05:05, 15 Aprel 2008 (UTC)
Şikayətnamə
redaktəSalamlar, AMD, buna görə [6] dəyməzdi, o zaman arxiv qutusunu en.vikidən import edəndə səhv etmişdim, indi aradan uzun müddət keçəndən sonra gəlib səhvi düzəltdim, qutu da normal formaya düşdü. hər halda çox sağ ol, amma mənim əksinə şikayətim çoxdur. İldırım vursun məni əgər yalan deyirəmsə, heç ingilis vikisindəki hadisələr məni bu qədər əsəbiləşdirmir, nəinki azərbaycan vikisindəkilər. hər dəfə azərbaycan vikisində bir neçə gün işlədikdən sonra bir neçə ay əsəblərim pozulur. səbəb? istifadəçilərin hərəkətləri! qismən də adminlərin. ona görə ki, istifadəçilər vikinin nə olduğunu başa düşmürlər və ya başa düşmək istəmirlər, yoxsa hərə öz kəndi haqqında məqalə yaradıb, kənddə kitabxançı və qarmon müəllimlərinin sayına qədər hər cür intim informasiyaları vikiyə yerləşdirməzdi. Adminlərə də ona görə ki, siz istifadəçilərin bu cür hərəkətlərinə nədənsə göz yumursunuz (məs., [7]). Niyə axı bizim bu yuzerlər istəmirlər ki, professional vikipediya görsünlər? əvəzində özlərini reklam edən xaltura yaradırlar? AMD deyirəm bəlkə bu məsələni kütləvi müzakirə etmək olar, məndə belə təsəvvür var ki, az.vikidə fərdi arqumentlər heç kəsə təsir eləmir, bir iki istisna ilə. Hər halda siz həm professional vikipediyaçı, həm də admin kimi bunlardan ən çox əziyyət çəkənsiniz (yəni deyirəm ki, əgər bir həftədən çox mütəmadi fəaliyyətə mənim əsəblərim dözmürsə, gör indi sən nə çəkirsən əgər hər gün vikidəsənsə). Elsanaturk (אלסאנאטורק) ( Mənə sözün var? • Məni izlə!) 23:34, 14 Aprel 2008 (UTC)
- Ürəyimi qismən boşaltdım :-)Elsanaturk (אלסאנאטורק) ( Mənə sözün var? • Məni izlə!) 23:34, 14 Aprel 2008 (UTC)
- :) Salamlar
- Göstərilən nöqsanlarla tam razı. hər şey gün kimi aydındır. İstifadəçilərin vikinin nə demək olduqlarını bilməmələrinə gəldikdə isə hamını bura aid etməzdim.
- Əvvəlcə başlayaq mənə daha yaxın olan məsələdən-adminlərin niyə bu məsələlərə soyuq yanaşdıqlarından. Mən ilkin dövrlər bu cür məsələlərə sərt reaksiya vermənin tərəfdarı idim. bu hardasa azvikidə 3000 məqalə olan vaxtlar idi. Lakin sərtliyi artırdıqca aktivlik göstərmiş, azvikidə onsuzda çox az olan aktiv istifadəçilərin soyuduqlarını gördüm. Müəyyən bir qismi vikipediya ilə yaxından tanış deyillər və azvikidə qaydalar tam sərtliyi ilə tətbiq olunduqda bunu idarəçilərin dominionluq istəyi kimi başa düşürlər (KM arxivi) və istifadəçilərin reaksiyası bəlli... həmdə qaydaların azviki kimi kiçik (hələ ki, kiçik) vikilərdə tam sərtliyi ilə tətbiq olunması, fikrimcə, ilkin dövrlər lazım deyil. misal üçün belə olan halda 7 gün ərzində zənginləşdirilməyən məqalələr (minimal səviyyə nəzərdə tutulur) silinməlidir amma azvikidə çox məqalərin zənginləşdirilməsinə sərf edilən daha çox olduğunun şahidi oluruq. deməli məqalələri zənginləşdirmək üçün daha çox vaxt verilməldir.
- Bütün bu problemlərin başında aktiv istifadəçi sayının azlığı durur. son zamanlar keyfiyyətli məqalələrin sayı artmışdır. xüsusi ad çəkmək istəməzdim amma azvikinin hər bir üzvünün səyi (xüsusilə son zamanlar) məni çox ruhlandırır.
- bu problemlərin həllinin, qanunlara ciddi əməl olunmasını zamanını isə o vaxt çatacaqdır ki, iri vikilər üçün "zibil informasiya" sayılan informasiya belə azvikidə artsın və daha sonra bu "zibil informasiya" içərisindən çıxdaş edilərək kifayət qədər yararlı informasiya əldə edə bilək.
- hələlik bu qədər kifayətdir, qısa zamanda alınmış neqativ informasiya beyni çox pis zəhərləyə bilər. çalışdım qısa izah edim. nəsə aydın demədimsə və ya fikirlərimdə səhvim varsa mən müzkairəyə hazır. Uğurlar--A_M_D m-f 16:10, 15 Aprel 2008 (UTC)
- Cavabınızı oxudum, mən adətən baltanı kökündən vurmağın tərəfdarıyam, amma Sertilegus ilə sizin cavabınızdan başa düşdüm ki, az.viki səbirli və uzunmüddətə hazırlanan strategiya ilə işləyir. Sorti düz yazıb, bəlkə də mən deyən üsul camaatı "hürküdüb qaçırır", amma nə vaxtsa bu "tərs" istifadəçilər də qaydaları qəbul etməlidirlər axı? Deyirəm, AMD, bu en.vikidə xüsusi səhifələr olur, vikipediyanın siyasəti və qaydaları haqqında, bizdə o səhifələr haradadır, bir qədər baxdım, rastıma çıxmadı. Deyirəm bəlkə onları inkişaf etdirməkdən başlamaq lazımdır? Sonra "qaydapozucusuna" onları göstərə bilmək üçün? :-)) Elsanaturk (אלסאנאטורק) ( Mənə sözün var? • Məni izlə!) 20:18, 15 Aprel 2008 (UTC)
- Salamlar
- Qaydalarla bağlı fikirlə tam razı. Bunları tərcümə etmək çox gözəl olardı. Mən bir dövr başladım ancaq kollektivdəndə azda olsa dəstək almadığım üçün həvsim çox tez öldü. ancaq təcrübəli istifaədçilərin bu işi birgə şəkildə etməsini çox arzulardım. Çünki tərcümə zamanı elə problemlər üzə çıxır ki, onu mütləq kiminləsə müzakirə etməlisən. mən bir müddət tərcümə işi ilə məşğul olduğum üçün bu problemlərlə çox rastlaşmışam. heç olmazsa 1 nəfərdə tapıb bu qaydaları siyahıya uyğun olaraq tərcümə edə bilərik. tərcümə olunduqca müzakirəyə qoyub qəbul edə bilərik. belə olduqda baltamızda kökdən vurmaq üçün kifayət qədər iti olar :) necə fikirdir?
- Qayda pozucularını da elədə kəskin şəkildə "cəzalandırmırıq", sadəcə qaydaları bilərəkdən və ya bilməyərəkdən pozub sonra öz səhvlərini başa düşməyənlərə qarşı kəskin mövqedə dururuq və durmaq da lazımdır.
- Problemlər çoxdur, ən əsası aktiv istifadəçi azlığıdır. bu problemi qısa zamanda həll edə bilsək... bizə ölüm yoxdur :)
- Uğurlar--A_M_D m-f 12:51, 16 Aprel 2008 (UTC)
- AMD, mən bacardığım qədər istifadəçi cəlb etməyə çalışıram, amma hələ alınmır, xüsusən də imtina səbəbi ikidir: nə üçün mən məqalə yazacağamsa mənim adım orada olmayacaq və nə üçün mən məqalə yazacağam, sonra kimsə onu gəlib dəyişəcək. Bu cür düşünən istifadəçilərin vikiyə gəlməsindənsə gəlməməsi yaxşıdır. O ki qaldı xüsusi səhifələrin tərcüməsinə, doğrudur, mənim tərcüməçi təcrübəm yoxdur, amma English was the language of my secondary education, onun üçün də əlimdən gələni etməyə hazıram. İlk öncə en.vikidən belə bir şablon import edirəm, bu şablonu istifadəçilərdən biri, mən vikiyə təzə gələndə mənim səhifəmə qoymuşdu və həmin bu şablon mənə çox kömək etmiş oldu. Fikirləşirəm ki, bu şablonun Azərbaycan versiyasını yarada bilsək və hər yeni istifadəçinin səhifəsinə qoysaq, xeyirli olar, çünki şablon bir çox xüsusi səhifələrə keçid verir. Amma bir problem var, linkləri düzgün səhifələrə istiqamətləndirmək. Mən az.vikidəki xüsusi səhifələrin yerini bilmirəm deyə, linklərlə bağlı köməyə eytiyacım var. Zəhmət deyilsə, bu şablona baxın, artıq az.vikidə olan səhifələrə keçidi düzəldə bilərdinizmi? Olmayan səhifələri tərcümə etdikdən sonra bu şablonu Şablon səhifəsinə atmaq olar. Fikrinizi bildirin. Elsanaturk (אלסאנאטורק) ( Mənə sözün var? • Məni izlə!) 21:50, 16 Aprel 2008 (UTC)
- İngilis vikisində bu linklər xüsusi səhifələrə keçid verir, burada nə etmək lazımdır, təqribən Vikipediya:Danışıqlarınızı imzalayın! və ya Vikipediya:Vikipediyanın beş sütünü kimi? Elsanaturk (אלסאנאטורק) ( Mənə sözün var? • Məni izlə!) 21:50, 16 Aprel 2008 (UTC)
- İstəyirsənsə müzakirəni elə həmin altsəhifənin talkpageində apara da bilərsən. Elsanaturk (אלסאנאטורק) ( Mənə sözün var? • Məni izlə!) 22:31, 16 Aprel 2008 (UTC)
- İngilis vikisində bu linklər xüsusi səhifələrə keçid verir, burada nə etmək lazımdır, təqribən Vikipediya:Danışıqlarınızı imzalayın! və ya Vikipediya:Vikipediyanın beş sütünü kimi? Elsanaturk (אלסאנאטורק) ( Mənə sözün var? • Məni izlə!) 21:50, 16 Aprel 2008 (UTC)
- Cavabınızı oxudum, mən adətən baltanı kökündən vurmağın tərəfdarıyam, amma Sertilegus ilə sizin cavabınızdan başa düşdüm ki, az.viki səbirli və uzunmüddətə hazırlanan strategiya ilə işləyir. Sorti düz yazıb, bəlkə də mən deyən üsul camaatı "hürküdüb qaçırır", amma nə vaxtsa bu "tərs" istifadəçilər də qaydaları qəbul etməlidirlər axı? Deyirəm, AMD, bu en.vikidə xüsusi səhifələr olur, vikipediyanın siyasəti və qaydaları haqqında, bizdə o səhifələr haradadır, bir qədər baxdım, rastıma çıxmadı. Deyirəm bəlkə onları inkişaf etdirməkdən başlamaq lazımdır? Sonra "qaydapozucusuna" onları göstərə bilmək üçün? :-)) Elsanaturk (אלסאנאטורק) ( Mənə sözün var? • Məni izlə!) 20:18, 15 Aprel 2008 (UTC)
- Bu səhifə özü çox gözəl səhifədir. İlkin mərhələdə bunlar tərcümə olunsa çox gözəl. bizdə hal-hazırda o qədərdə çox səhifə mövcud deyil. ona görə də yalnız-və yalnız 2sini əlavə etdim. lazım ola biləcək bütün səhifələrimiz Kömək:Mündəricat və Kateqoriya:Vikipediya səhifəsindədir. başqa heç yerdə.
- müzakirə yeri üçün isə elədə fərq yoxdur, ora ya da bura.
- linkləri azvikiyə verilməsi üçün isə mən bilən adları dəyişmək kifayətdir. amma maraqlı faktdır-qarşısında :en qoyulmadan niyə en vikiyə link verir. bu yəqin yenilikdir. yoxsa mən səhv bilirəm?
- indi qaldı tərcümə üçün bölmələri bölüşdürmək :)--A_M_D m-f 21:24, 17 Aprel 2008 (UTC)
Təşəkkürlər
redaktəMənim fəaliyyətimə verdiyiniz qiymətə görə minnətdarlığımı bildirirəm. Haynrih Haynenin məsələsini də, məncə zaman özü həll edəcək. İşlərinizdə uğurlar arzu edirəm. Rezo 06:29, 17 Aprel 2008 (UTC)
Thankyou very much
redaktə- THANKYOU SO MUCH Ateshi-Baghavan for your Excellent Translation effort!
- I am very very Grateful.
- May you be blessed!
- If you want any of your favourite articles to be translated into the Chinese or Taiwanese language, then I would certainly be glad help you.
- Yours Sincerely, From --Jose77 00:18, 18 Aprel 2008 (UTC)
redirect
redaktəSalamlar.
məqalə adlarının yazılışları səhvdir. Lakin bu cür səhv adla başlıq yaradan insanlar varsa demək bu cür başlıqlarla onları axtaran insanlarda olacaq. Ona görə də bu cür səhifələrin silinməsi yox, düzgün adlı məqaləyə istiqamətləndirilməsi daha düzgündür. Ola bilsink ki, axtarış zamanı bu ad altında məqalə tapılmasın və istifadəçi belə bir məqalənin mövcud oladığını düşünüb yeni bir məqalə yaratsın. qayda və prinsiplərə dair tam hazırladığın məqalə varsa ümumi müzkirəyə çıxardaq. Uğurlar--A_M_D m-f 18:17, 22 Aprel 2008 (UTC)