Istifadeci Muzakiresi Kim Yushin Arxiv 2014 - Wikipedia
Vikipediya | Xoş gəldiniz, Kim Yushin! |
Tez-tez soruşulan suallar | Salam, Kim Yushin. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
Məqalə adları | |
qaydaları | |
Vikipediya qaydaları | |
Beş əsas prinsip | |
Stil kitabçası | |
Fayl yüklə | |
Müəlliflik hüquqları | |
Yeni məqalə yarat |
--Araz Yaquboglu (talk) 16:02, 26 iyun 2014 (UTC)
Şablon
redaktəSalam həmkar. Hazırladığınız krallarla bağlı məqalələrdə Xaiş edirəm Etelvulf adlı məqalədəki şablona baxıb onu kimi edəsiz. Sizin qoyduğunuz şablon pis haldadır və qısadır (tam deyil). --Araz Yaquboglu (talk) 09:13, 11 iyul 2014 (UTC)
Fayl statusu Şəkil:Togon Teymurun heykəli.jpg
redaktəHörmətli istifadəçi! Sizin yüklədiyiniz faylın Şəkil:Togon Teymurun heykəli.jpg yoxlanılması zamanı bəzi problemlər aşkarlanmışdır. Diqqət edin ki, hər bir faylın təsviri onun müəllifi, mənbə və lisenziya şablonunu da həmçinin əhatə etməlidir (ətraflı bax: "Şəklin istifadə qaydası"). Əgər Siz bunu necə etməyi bilmirsinizsə, bununla bağlı Kənd Meydanında sual verə bilərsiniz. Əgər göstərilən faylın statusu 7 sutka ərzində göstərilməsə, idarəçilər onu silməyə məcbur olacaqlar. O üzdən faylın statusunun aydınlaşdırılması üçün vaxt itirməyin. -- ■ Sultan mesaj 19:53, 22 iyul 2014 (UTC)
Fayl statusu Şəkil:Tqdk-1.jpg
redaktəHörmətli istifadəçi! Sizin yüklədiyiniz faylın Şəkil:Tqdk-1.jpg yoxlanılması zamanı bəzi problemlər aşkarlanmışdır. Diqqət edin ki, hər bir faylın təsviri onun müəllifi, mənbə və lisenziya şablonunu da həmçinin əhatə etməlidir (ətraflı bax: "Şəklin istifadə qaydası"). Əgər Siz bunu necə etməyi bilmirsinizsə, bununla bağlı Kənd Meydanında sual verə bilərsiniz. Əgər göstərilən faylın statusu 7 sutka ərzində göstərilməsə, idarəçilər onu silməyə məcbur olacaqlar. O üzdən faylın statusunun aydınlaşdırılması üçün vaxt itirməyin. -- ■ Sultan mesaj 19:55, 22 iyul 2014 (UTC)
Salam həmkar. Togon Teymura aid şəkli ingilis dilli vikipediyadan götürmüşəm .TQDK şəklini internetdən götürmüşəm . --Kim Yushin (talk) 01:02, 23 iyul 2014 (UTC)
- Salam, Kim Yushin. Bir daha Azərbaycan dilində olan Vikipediyaya xoş gəlmisiniz. Fəaliyyətinizi maraqla izləyirəm və alqışlayıram. Sizin Azərbaycan Vikipediyasındakı fəaliyyətiniz bizim üçün çox maraqlı və həm də qiymətlidir. Ancaq sizdən xahiş edirəm ki, şəkil (fayl) yükləyərkən, eləcədə məqalə yaradarkən mənbə və istinadları vaxtında və düzgün yerləşdirəsiniz. Bununla ümumi işimizə daha çox kömək etmiş olarsınız. Qeyd edim ki, hər bir şəkilin (faylın) mənbəsi, etiketi (lisenziyası), kateqoriyası olmalıdır. Əgər Siz bunu necə etməyi bilmirsinizsə, bununla bağlı burada, yaxud mənim müzakirə səhifəmdə, həmçinin Kənd Meydanında sual verə bilərsiniz. Sualınız müəyyən vaxt ərzində fəal istifadəçilər və idarəçilər tərəfindən cavablandırılacaq. Nümunə üçün bu dəyişikliyi nəzərdən keçirin. Əsası və mənbəsi olmayan (naməlum) şəkil və məlumatları mətnlərə yerləşdirmək olmaz. Sizə yeni-yeni uğurlar arzulayıram. Səmimiyyətlə: -- ■ Sultan mesaj 08:08, 25 iyul 2014 (UTC)
İki oxşar məqalə
redaktəSalam Araz müəllim! Sizdən soruşmaq istəyirəm ki, Qaraqoyunlular dövləti məqaləsini silə bilərsinizmi? Istəsəniz məqalənin tərkibini Qaraqoyunlu dövləti məqaləsinə də köçürə bilərsiz.--Kim Yushin (talk) 15:48, 21 avqust 2014 (UTC)
- Diqqətli olduğunuz üçün təşəkkürlər. Bu məqalələr üzərində İstifadəçi:Sefer azeri də işləyib. İndi mən ona müraciət edərəm baxar. O tarixçidir, daha yaxşı bilir. --Araz Yaquboglu (talk) 11:01, 21 avqust 2014 (UTC)
- Dediyiniz şablona baxdım elə bir problem görmədim. Ola bilər ki məqalələrdə tez görünmür. Bəzən olur ki şablonda edilən düzəliş bir müddətdən sonra görsənir. --Araz Yaquboglu (talk) 07:15, 30 avqust 2014 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam Atlantida məqaləsinin "Yaxşı məqalə" və ya "Seçilmiş məqalə" statusu alması üçün burada — Vikipediya:Məqalə laboratoriyası/Atlantida səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
--Hörmətlə:Eagle94 22:45, 5 sentyabr 2014 (UTC)
DƏVƏT
redaktəDƏVƏTNAMƏ | ||
Salam! Cənubi Florida Universiteti məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün Vikipediya:Laboratoriya/Cənubi Florida Universiteti səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm. |
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Müqəddəs Vit kafedralı məqaləsinin "Seçilmiş məqalə" statusu alması ilə əlaqədar burada (Vikipediya:Seçilmiş məqalə namizədləri/Müqəddəs Vit kafedralı) keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
--Keete 37 (Farid Aliev) (talk) 12:00, 16 sentyabr 2014 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam Böyük saray (Peterhof) məqaləsinin "Yaxşı məqalə" və ya "Seçilmiş məqalə" statusu alması üçün burada — Vikipediya:Laboratoriya/Böyük saray (Peterhof) səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
--Keete 37 (Farid Aliev) (talk) 08:55, 18 sentyabr 2014 (UTC)
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Salam Aleykum On iki imam məqaləsinin Seçilmiş siyahıya namizəd təqdim olunmaq üçün Vikipediya:Laboratoriya/On iki imam səhifəsində keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirəm. |
Gürcüstan-Ermənistan
redaktəSalam həmkar. Gürcüstan-Ermənistan müharibəsi məqaləsi əvvəl yaradıldığından yeni məqalə Ermənistan-Gürcüstan müharibəsi ona birləşdirilməlidir. Ancaq o məqaləyə yönləndirmə saxlamaq olar. --Araz Yaquboglu (talk) 07:51, 21 sentyabr 2014 (UTC)
2 Dəvətnamə
redaktə2 DƏVƏTNAMƏ | ||
Salam Aleykum Sizi Azərbaycandilli radio kanalların və Azərbaycandilli televiziya kanallarının siyahılarının Seçilmiş siyahıya namizəd təqdim olunmaq üçün Vikipediya:Laboratoriya/Azərbaycandilli radio kanalların siyahısı və Vikipediya:Laboratoriya/Azərbaycandilli televiziya kanallarının siyahısı səhifələrində keçirilən səsverməyə dəvət edirəm. |
Honq Konq etirazları
redaktəSalam Baskervill. İngilisdilli vikipediyada Honq Konq etirazlarının vaxtı 27 sentyabrdan 26 sentyabra dəyişdirilib. Ana səhifədəki xəbərlər bölməsində lazımı dəyişikliyi edə bilərsiz.Kim Yushin (talk) 17:10, 5 oktyabr 2014 (UTC)
Diqqətinizə görə təşəkkür edirəm. Lazım olan əlavəni etdim və bir daha sizə güncəl məqalələr sahəsində olan fəaliyyətinizə görə təşəkkür etmək istərdim.--Baskervill (talk) 18:00, 5 oktyabr 2014 (UTC)
Monuments of Spain Challenge
redaktəThank you for your translation! es:user:B25es
- We are beginning our last week of contest and nobody has edited in Azebaijani. That's good for you, as you could be the first one! We are waiting you here. es:user:B25es
Thank you again for translating our proposal! B25es (talk) 16:16, 18 noyabr 2014 (UTC)
Hello! Could you translate an article about boycott of Russian goods in Ukraine for the Azerbaijani Wikipedia? Thanks for the help.--Trydence (talk) 11:05, 10 oktyabr 2014 (UTC)
- Hi again! Do you may translate more to this article like size of article on English Wikipedia? Thanks!--Trydence (talk) 23:02, 3 noyabr 2014 (UTC)
- Unfortunately I can't. Maybe Cekli829 (talk) or Wertuose (talk) can help you to find another translator.
Kömək
redaktəSalam Samral. Sizdən Həmzə Mirzə Səfəvi haqqındakı məqalədə mənə kömək etməyinizi xahiş edirəm Bu məqaləni yaradanda elə bildim ki, mütləq məlumat tapa biləcəm. Ancaq nə ingilis, nə də iran vikipediyasında heç nə tapa bilmədim. Siz mənə hər hansı məlumat mənbəyi məsləhət gğrə bilərsinizmi ? İstifadəçi səhifənizdə Şah İsmayılın şəkli var. Məncə bu haqda ən məlumatlı siz olarsız.Kim Yushin (talk) 18:14, 20 oktyabr 2014 (UTC)
- Aleykum salam. Fəaliyyətinizdə sizə uğurlar. Təşəkkür edirəm mənə müraciət etdiyinizə görə. Bu mənbələrdən məlumat əldə edə bilərsiz:
- İsgəndər bəy Münşi Türkman. "Dünyanı bəzəyən Abbasın tarixi" ("Tarixe aləmaraye Abbasi"). Bakı. "Şərq-Qərb". 2010. ISBN 978-9952-34-620-6 yüklə
- Şahin Fərzəliyev. "Azərbaycan XV-XVI əsrlərdə". Bakı. "Elm". 1983. 108 səh. yüklə
- "Qızılbaşlar tarixi". Tərcümə və şərhlər: M. Ə. Məhəmmədi. Bakı, «Azərbaycan» nəşriyyatı. 1993. 48 səh. yüklə
- Azərbaycan Tarixi. I cild. (ən qədim zamanlardan XX əsrədək). Bakı. "Azərnəşr". 1994. 680 səh.
- Rəhimə Dadaşova. Səfəvilərin son dövrü (ingilisdilli tarixşünaslıqda). Bakı. «Nurlan». 2003. 393 səh. (yüklə)
- Oqtay Əfəndiyev. "Azərbaycan Səfəvilər dövləti". Bakı. ”Şərq-Qərb”. 2007. 344 səh.+8 səh.(illüst.) ISBN 978-9952-34-101-0 yüklə
- Rәsul Cәfәri. Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk). İki cilddə. 2 cild. "Şəhriyar". 2007. 360 səh. (yüklə)--samral müzakirə 18:27, 20 oktyabr 2014 (UTC)
DƏVƏT
redaktəDƏVƏTNAMƏ | ||
Salam! Cənubi Florida Universiteti məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün Vikipediya:Seçilmiş məqalə namizədləri/Cənubi Florida Universiteti səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm. |
DƏVƏT
redaktəDƏVƏTNAMƏ | ||
Salam! Cənubi Florida Universiteti məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün Vikipediya:Seçilmiş məqalə namizədləri/Cənubi Florida Universiteti səhifəsində keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirəm. |
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam Hellouin (film, 1978) məqaləsinin "Yaxşı məqalə" və ya "Seçilmiş məqalə" statusu alması üçün burada — Vikipediya:Laboratoriya/Hellouin (film, 1978) səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Şəkil:Korea-Gyeongju-Cheomseongdae-04.jpg
redaktəSalam, Cekli829. Mən sildiyiniz şəklin mənbəsini və digər xüsusiyyətlərini səhifəsində göstərmişdim. Commonsda belə bir şəkil olduğunu bilmirdim. Ancaq belə çıxır ki, Commonsda var deyə başqa şəkil yüklənə bilməz ? Kim Yushin (talk) 17:31, 26 oktyabr 2014 (UTC)
- Bəli, həmin şəkli Kommonsda onu əvəz edə biləcək başqa bir şəkil olduğu üçün silmişəm. Mümkün qədər çalışın ki, AzVikiyə az şəkil yükləyəsiniz və yaxud da ümumiyyətlə yükləməyin. Çünki bir gün AzVikidəki bütün şəkillər silinəcək; eynilə İspanca Vikipediyada olduğu kimi. Hörmətlə, --►Cekli829 17:35, 26 oktyabr 2014 (UTC)
AzVikidəki bütün şəkillər niyə silinəcək? Bir də mənim digər şəkillərim içində silinməli olanları silə bilərsinizmi ? Bu da https://az.wikipedia.org/?q=X%C3%BCsusi:ListFiles/Kim_Yushin.Kim Yushin (talk) 17:43, 26 oktyabr 2014 (UTC)
- Vaxtı çatanda hamısı silinəcək. Bunun üçün ilk əvvəl vikicəmiyyətimizin ümumi razılığı lazımdır. --►Cekli829 17:55, 26 oktyabr 2014 (UTC)
SSRİ hökumət başçılarının siyahısı məqaləsi barədə
redaktəHörmətli Kim Yushin. Sizin redaktə etdiyiniz SSRİ hökumət başçılarının siyahısı məqaləsindəki axırıncı redaktələrinizi geri qaytardım. Çünki, redktələrinizdə xeyli çatışmamazlıqlar vardı.
Çatışmamzlıqlar aşağıdakılardır:
- Məqalə SSRİ hökumət başçılarının siyahısı adlansa da, faktiki olaraq SSRİ hökumət başçıları məzmununda qurulub.
- Məqalə SSRİ hökumət başçılarına həsr edilsə də , əvvəlki vəzifə Rusiya Sovet Federativ Sosialist Respublikasının Xalq Komissarları Şurasının Sədri, sonrakı vəzifə isə Rusiya Federasiyasının baş naziri kmi göstərili,r bunun isə məqaləyə heç bir aidiyyatı yoxdur.
- Siz məqalənin əsas adından sonra vəzifənin rusca adını göstərirsiniz. SSRi-də dövlət dili anlayışı olmayıb, bu səbəbdəb həmin ölkədə yaşamış 170 xalqdan vəzifənin adının ancaq bu dillərdən ikisində gösətməyiniz düzgün deyil. Vəzifə adı ya ancaq azərbaycanca göstərilməli, ya da 170 dildə təkrarlanmalıdır.
- Azərbaycan dilində ay adı böyük həriflə yazılmır və ildən sonra mütləq şəkilçi yazılmalıdır ki, siz bunları etməyibsiniz.
- Siz (Aleksey Kosıgin, Nikolay Tixonov və Ivan Silayev) istefa verdiklərini göstərirsiniz. Ancaq onlar istafa verməyiblər, vəzifədən azad ediliblər.
- Vladimir Leninin hökumət başsısı kmi inaqurasiyası keçirilməyib, ümumiyyələt SSRİ dövründə inaqurasiya praktikası mövcud olmayıb.
- Vladimir Lenin hökumət başçsı kimi fəaliyyət göstərəkən partiya rəhbəri olmayıb, rəhbərlərdən biri olub.
- SSRİ-də hökumər azərbaycan dilində Nazirlər Şurası yox, Nazirlər Soveti adlanıb.
- SSRİ-də "baş katib" vəzifəsi olmayıb.
- İvan Silayev 1991-ci ildə 126 gün kabinetdə qalmayıb, bu müddətdə nazirlər kabinetinə rəhbərlik edib.
- "Ancaq Kosıginin vəzifəsi 1965-ci ildə iqtisadi reform təklif edəndən sonra zəiflədi" cümləsi elmi ifadə deyildir.
Bu səbəblrdən mən məqalənin başlığını yenidən işləməyi qərara aldım. Ancaq Siz redaktələrimi geri qaytaraq öz variantınız bərpa etdiniz. Mən redaktələrimi bərpa edirəm və məqaləni yenidən işləmək istəyirəm.
Əgər Siz redaktələriniz yenidən geri qaytarsanız, məsələyə digər idarəçilərin münasibət bildirməsini arzu edəcəyəm. Hörmətlə --Acategory (talk) 13:53, 1 noyabr 2014 (UTC)
Salam, mən sadəcə məqaləni ingilis dilindən azərbaycan dilinə tərcümə edirəm. Bu məqalə üzərində işimi davam etdirəcəm. Sizin dediyiniz bu faktları da ingilis dilini seçilmiş siyahısından götürmüşəm: inaqurasiya, "Ancaq Kosıginin vəzifəsi 1965-ci ildə iqtisadi reform təklif edəndən sonra zəiflədi" və s. Əgər bir narazılığınlz varsa öncəliklə ingilis vikidə bunun nuyə belə yazıldığını və bu siyahının necə seçilmiş statusu aldığını fikirləşin . Sizin etdiyiniz dəyişiklikləri saxlayaraq başlıq mətnini geri qaytaracam. Əgər başlıq mətnində hansısa cümlənin düzgün olmadığını fikirləşirsinizsə daha dolğun olaraq cümləni dəyişə bilərsizş Ancaq başlıq mətninin qaytarılması vacibdir. İnciməyin Bir dənə də səh olub. O cədvəli sizin hazırladığınızı bilmirdim. Mən elə bildim o digər hesabın əlavəsidir Bağışlayın.Kim Yushin (talk) 15:18, 1 noyabr 2014 (UTC)
Hörmətli Kim Yushin. Vikipediya kollektiv əməyin məhsuludur. Məqalənin ingilis versiyaında səhvlər çoxdur, ona görə də rus versiyasından istifadəyə üstünlük verdim. Ancaq ingilis versiyasınının da shəvlərini düzəltməklə istifadə etmək olar. Hörmətlə --Acategory (talk) 16:54, 1 noyabr 2014 (UTC)
O zaman başlıq mətnindəki səhvləri düzəldin Ancaq məqalənin başlığının silməyinKim Yushin (talk) 16:59, 1 noyabr 2014 (UTC)
Şablon:Hayao Miyazakinin filmləri
redaktəSalam, Eagle94. Mən bu şablonu yaratmışam. Ancaq bütün filmləri daxil etdiyimə əmin deyiləm. İngilis dilli şablon çox qarışıq idi. Əgər unutduğum olubsa, xahiş edirəm siz daxil edin.Kim Yushin (talk) 15:58, 3 noyabr 2014 (UTC)
Salam, Kim Yushin. Yəqin narazılığınız olmaz. Şablonda məlumat az olduğundan şəkli şərti olaraq pozmuşam. Belə, şəkil, necə deyim, hal-hazırda şablona gözəllik vermir. Vaxt tapan kimi lazım olan məlumatları əlavə edərəm, lazımsa şəkli də əlavə edərik. Əgər istəyirsənizsə, şəkli geri qaytara bilərəm və ya elə özünüz geri qaytarın. Sadəcə, hal-hazırda, məncə, yaxşı deyil. Hörmətlə: --Eagle94 20:00, 3 noyabr 2014 (UTC)
Şəkli elə-belə əlavə etmişdim. Əgər şəkil vacibdirsə, filmlərdən hansınınsa posteri əlavə edilsə daha gözəl alınar.Kim Yushin (talk) 16:14, 3 noyabr 2014 (UTC)
Yox, şəkil elə də vacib deyil. Məlumat artırılandan sonra şəkil barəsində düşünərik. Hörmətlə: --Eagle94 21:00, 4 noyabr 2014 (UTC)
Tintin personajlarının adları
redaktəSalam Kim Yushin. Mən sizin "Tintin Tibetdə" məqalənizə baxdım, məqalədə Tintinin iti Snovi, alim isə Kalkulus adı ilə qeyd olunub. Əslində isə onların adları orjinal adlarına uyğun olaraq Milu və Turnosol olmalıdır. Snovi və Kalkulus bu personajların ingilis variantlarıdır. Məncə orjinal adları ilə işləmək lazımdır, yoxsa bu qarışıqlıq yarada bilər. Hörmətlə, --Serkanland (talk) 20:23, 6 noyabr 2014 (UTC)
Salam Serkandland. Problem deyil, düzəldə bilərəm. Ancaq mən Azərbaycan dublajlı variantında Snovi eşitmişdim (dəqiq əmin deyiləm). Digər məsələdə odur ki, 1958-ci ilə aid olan Anbardakı kömürü mən ingilis vikidən Qırmızı Dənizin Köpək Balıqları kimi tərcümə etmişəm. Bu da orjinal sayılmır ?Kim Yushin (talk) 12:18, 7 noyabr 2014 (UTC)
Əslində məni də o maraqlandırır. Personajların və macəraların adları Azərbaycanca dublaja , yoxsa orjinal versiyalarına uyğun olmalıdır? Hələlik orjinal adlara işləmək məncə daha məqsədə uyğundur.--Serkanland (talk) 12:23, 7 noyabr 2014 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam Drakulanın ölümü (film, 1921) məqaləsinin "Yaxşı məqalə" və ya "Seçilmiş məqalə" statusu alması üçün burada — Vikipediya:Məqalə laboratoriyası/ Drakulanın ölümü (film, 1921) səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
--Hörmətlə:Eagle94 21:30, 10 noyabr 2014 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam Love Is a Battlefield (Pet Benatar) məqaləsinin "Yaxşı məqalə" və ya "Seçilmiş məqalə" statusu alması üçün burada — Vikipediya:Məqalə laboratoriyası/ Love Is a Battlefield (Pet Benatar) səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
--Hörmətlə:Eagle94 21:30, 10 noyabr 2014 (UTC)
Şerpa xalqı
redaktəSalam, Asparus Xan Bulqar. Sizin millətlərlə bağlı yaratdığınız məqalələri yüksək qiymətləndirirəm. Xahiş edirəm ki, vaxtınınız və həvəsiniz olanda Çinin Tibet ərazisinində yaşayan Şerpa xalqı haqqında da bir məqalə hazırlayın: en:Sherpa people. Hörmətlə --Kim Yushin (talk) 15:24, 15 noyabr 2014 (UTC)
- Və əleyküm salam. Çalışaram ricanızı yerinə yetirim. Hərçənd hələ Çindəki 55 rəsmən tanınmış etnik azlıqlar haqqında qısa məlumatları olan məqalələr yazmaq istəyirəm, heç deyilsə bu etnosların adını vikiyə düzgün daxil etmək üçün və paralel olaraq Çinin inzibati vahidləri haqqında səhifələr yaradacam. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 15:31, 15 noyabr 2014 (UTC)
İki dəyişiklik
redaktəSalam Sefer Azəri. Öncəliklə vikidən getmədiyiniz üçün təşəkkürlər. Ancaq mən elə başa düşürəm ki sizin mənə qarşı qərəziniz var:
Əgər sırf mənim etdiyim redaktələri geri qaytarırsınızsa sizi qınım-qınım qınıyıram.
Birinci məsələ haqqında çox məlumatım yoxdur. Ancaq ikinci məsələdə mən düzəm. Bu şəkil Azərbaycanlı heykəltəraş tərəfindən düzəldilib və Cavanşirin həqiqi portreti deyil. Ona görə dəyişikliyi geri qaytarıram. Çünki sizin bu etdiyiniz "Kremli azərbaycanlı tikib demək"lə eynidir. Əgər etiraz edirsinizsə, arqument gətirə və ya idarəçi hüquqlarınızdan istifadə edərək məni bloklaya bilərsiz. Hörmətlə:Kim Yushin (talk) 13:39, 24 noyabr 2014 (UTC)
- Salam. Nə sizinlə, nə də başqa biri ilə heç bir qərəzim yoxdu. Axır vaxtlar nəsə dəb olub, hansısa redaktə edən kimi gəlib bir-birimizin müzakirəsinə yazırıq ki, mənimlə qərəzin var. Nəysə, Smurflar haqqında olan nə romanlar nə də komikslər Azərbayanda nəşr olunmayıb. Yəni Azərbaycan dilinə tərcümə olunmayıb. Xüsusi ad olduğuna görə, əslində tərcümə olunmasına da ehtiyac yoxdu. Bircə türklər bu yazıq məxluqları niyəsə "şirinlər" adlandırıblar. Bizdə də Xəzər televiziyası bir ara bu adla cizgi filmini yayımlamışdı. Amma smurflar haqqında filmlər kinoteatrlarda elə Smurflar adı ilə də yayımlandı (rus dilində). Ona görə də məqalənin adını dəyişdim, amma məzmunda şirinlər kimi də tanına biləcəyini qeyd etmək olar. Üstəlik şirinlər adını da məqaləyə yönləndirdim. Yəni kimsə, şirinlər axtaranda da gəlib bu məqaləyə çıxacaq. Yaxşı olardı ki, məqalə genişləndirilsin və romanların personajları haqqında da məqalələr yaradılsın. İkinci məsələyə gəldikdə, Sizin yerləşdirdiyiniz şamdan şəklini də mən çəkib commonsa yükləmişəm. Yəni istənilən halda mənim yüklədiyim şəkillərdən birinin istifadə olunmasından söhbət gedir. Amma məncə barelyefin istifadə olunması daha yaxşıdı. Çünki, şablonda daha səliqəli görünür, fikir versəz, şamdan şəkili sıralamanı pozur. Üstəlik məqalə albanlar və ya Albaniya haqqında yox, Azərbaycanlılar haqqındadı. Ona görə də tarixi əsaslandırılmış şəkilin olması vacib deyil. Üstəlik Şaxtaxtıdan tapılmış həmin şamdandakı təsvirin Cavanşirə aid olması da bir neçə alimin fərziyyəsidir. Necə məsləhət bilirsizdə elə də edin. İşlərinizdə uğurlar diləyiylə --sefer azeri 15:52, 24 noyabr 2014 (UTC)
Bloklanma
redaktəSalam, Cekli829. Siz 77.244.119.117 adlı istifadəçini bloklamısız. Bəzən mən redaktə etmək istədiyimdə "mənbə göstər" hissəsi çıxır. Xahiş edirəm həmin istifadəçinin blokunu götürün.Kim Yushin (talk) 11:01, 29 noyabr 2014 (UTC)
- Kim Yushin, həmin IP-ni mən bloklamamışam. Ümumiyyətlə o IP heç vaxt bloklanmayıb. Bloklama qeydlərindən də bunu görə bilərsiniz: [3]. Hörmətlə, --►Cekli829 15:28, 29 noyabr 2014 (UTC)
"Şəkil:Captureuj7u.JPG" Bəs niyə mən bu halla qarşılaşıram ?Kim Yushin (talk) 18:31, 29 noyabr 2014 (UTC)
- Hə, indi düzdür. Bayaq IP-ni səhv yazmışdınız. 77.244.119.117 yox, şəkildə də gördüyünüz kimi 77.244.119.107-dir. Bloklama qeydləri belədir: [4] Mənim həmin IP-ni bloklamağıma səbəb təhqir və vandalizm olmuşdur. İdarəçi olmadığınız üçün onu görə bilməyəcəksiniz. Müraciətinizi nəzərə alaraq, bloku götürdüm. Hörmətlə, --►Cekli829 20:42, 29 noyabr 2014 (UTC)
Silinməyə namizəd şablonlar barədə
redaktəHörmətli Kim Yushin. Vikipediya:Silinməyə namizəd məqalələr səhifəsində məlum məsələ ilə bağlı münasibətinizi bildirdiyinizə və səs verdiyinizə görə Sizə təşəkkür edirəm. Amma iş orasındadır ki, orada 1 yox, bir neçə şablonun silinməsi müzakirə olunur, sadəcə mən təcrübəsizlik edərək, o biri şçablonların adlarını başlığa yazmamışdım. İndi səhvimi düzəltdim. İmkan varsa, lütfən həmin səhifəyə bir daha da baxın, və səsinizi ya dəyişin, ya da ki konkretləşdirin. Yəni hansı şablonun, yaxud bütün şablonların silinməsini istəyirsiniz? Əgər şablonlar azərbaycan dilinə tərcümə olunarsa, onda necə? Silinməlidir, ya yox? Əvvəlcədən təşəkkür edirəm. Hörmətlə Afrasiyab (talk) 14:31, 6 dekabr 2014 (UTC)
Məqalələrin adlandırılması ilə bağlı
redaktəHörmətli cənab Kim Yushin, əvvəla Sizin qlobal məqalələrə daha çox önəm verərək, həcmli məqalələr yaratdığınıza görə Sizə minnətdarlığımı bildirirəm. Lakin məqalə yaradarkən, onun adlandırılmasına xüsusi diqqət ayırın. Məsələn, Sizin yaratdığınız "Şreqer xəti"-ni mən adlandırdım Şreger xətti - çünki bu qrammatik səhvdir - xətt sözü 2 t ilə yazılır, alman dilli sözlərdə isə rusların Г səsi ya "h" ya da ki, "g" səsini verilir. Azərbaycan dilinin "Q" hərfi almandilli sözlərdə yalnız sonda yazıla bilər - məsələn "HaydelberQ". O ki qaldı Yeon Kesomun məqaləsinə - məqalə yaradarkən ingilis dilindəki yazılışa istinad etməyin, həmişə transliterasiya edin. Hörmətlə: --Keete 37 (Farid Aliev) (talk) 13:03, 10 dekabr 2014 (UTC)
Mən dəqiqi əminəm ki, lar lər şəkilçisi artırılanda t hərflərindən biri düşür. Xahiş edirəm açıb Azərbaycan dili kitabını oxuyun.--Kim Yushin (talk) 13:07, 10 dekabr 2014 (UTC)
- Cənab Kim Yushin bizdə hətta belə kateqoriya da vardır - [5] --Keete 37 (Farid Aliev) (talk) 13:10, 10 dekabr 2014 (UTC)
- Ok cənab Kim Yushin, "xəttlər" sözünün - məhz "xətlər" kimi yazılmasının daha doğru olduğunu etiraf edirəm. Lakin maraqlısı, Sizin qrammatikanı elə gözəl bilməyinizə baxmayaraq digər o iki səhvi nədən buraxdığınız hələ də müəmmalıdır. --Keete 37 (Farid Aliev) (talk) 13:22, 10 dekabr 2014 (UTC)
- Cənab Kim Yushin bizdə hətta belə kateqoriya da vardır - [5] --Keete 37 (Farid Aliev) (talk) 13:10, 10 dekabr 2014 (UTC)
SSRİ hökumət başçıları
redaktəSalam ,Acategory. Sizin SSRİ hökumət başçıları siyahısına daxil etdiyiniz 10-cu və 11-ci istinadlar işləmir . Digər bir məsələ də odur ki, siz info-qutuya əvvəlki olaraq SSRİ Xalq Komissarları Sovetinin Sədrini, sonrakı olaraq SSRİ Respublikalaearası İqtisadi Komitənin Sədri — İqtisadi Cəmiyyətin Baş Nazirini daxil etmisiz. Əslində əvvəlki olaraq Rusiya Sovet Federativ Sosialist Respublikasının Sədri, sonrakı olaraq isə Rusiya Federasiyasının Baş Naziri olmalıdır. Çünki SSRİ hökumət başçıları vəzifəsi ləğv ediləndən sonra onun yerini Rusiya Federasiyasının Baş Naziri tutub. Hörmətlə:--Kim Yushin (talk) 17:28, 27 dekabr 2014 (UTC)
- Hörmətli həmkar. İşləməyən istinadları redaktə etmək mükündürsə , xahiş edirəm bu əziyyəti çəkəsiniz. İkinci məsələyə gəldikə isə məqalə məhz SSRİ hökumət başçıları haqqında olduğuna görə, ona ancaq məhz SSRİ baş nazirləri haqqında informasiyanın yerləşdirilməsini düzgün hesab edirəm. Hörmətlə --Acategory (talk) 17:48, 27 dekabr 2014 (UTC)
Salam Eminn. Vikipediya:Seçilmiş siyahı namizədləri səhifəsindəki siyahı nə olacaq? 22 dekabrdan nə qədər keçib artıq.Kim Yushin (talk) 11:42, 31 dekabr 2014 (UTC)
Salam. Bayramınız mübarək. Təəssüflər olsun ki, sizin verdiyiniz səs etibarsız sayılacaq. Çünki səsvermə başa çatdıqdan sonra səs vermisiniz. Heç bir səs gəlmədiyi üçün o siyahıya status verilmir.--Emin • ismarış 11:47, 31 dekabr 2014 (UTC)
Salam Acategory. Mən bilmək istəyirəm ki, bu məqalə niyə ölü keçidli məqalər kateqoriyasına aiddir? Hörmətlə:--Kim Yushin (talk) 13:04, 31 dekabr 2014 (UTC)
Salam. Təəssüf ki, mən bu texnologiyanı bilmirəm.--Acategory (talk) 13:18, 31 dekabr 2014 (UTC)