Istifadeci Muzakiresi Mr Rqasimzade - Wikipedia
Vikipediya | Xoş gəldiniz, Mr rqasimzade! |
Tez-tez soruşulan suallar | Salam, Mr rqasimzade. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
Məqalə adları | |
qaydaları | |
Vikipediya qaydaları | |
Beş əsas prinsip | |
Stil kitabçası | |
Fayl yüklə | |
Müəlliflik hüquqları | |
Yeni məqalə yarat |
--Araz Yaquboglu (müzakirə) 14:39, 3 fevral 2016 (UTC)
Xəbərdarlıq
redaktəSalam. Məqalə adlarını dəyişərkən diqqətli olmağınızı xahiş edirəm. Əks halda fəaliyyətiniz məhdudlaşdırılacaq. Hörmətlə, --►Asiya səfiri Cekli 05:28, 11 fevral 2016 (UTC)
Blok
redaktəXəbərdarlığa məhəl qoymadığınız üçün fəaliyyətinizi məhdudlaşdırmalı oldum. Uğurlar! Hörmətlə, --►Asiya səfiri Cekli 17:39, 15 fevral 2016 (UTC)
Nikolai Noskov
redaktəЗдравствуйте, уважаемый Mr rqasimzade! Вы умеете говорить по-русски? Я не знаю вашего азербайджанского языка, но я знаю только песню на ваш мотив и для вас делаю заказ: Вы сможете сделать на азербайджанском языке статью про рок музыкантов Александра Маршала и Николая Носкова? Если вы сделаете эти статьи, то я вам буду очень благодарна и гостеприимна! Спасибо! --217.66.156.111 16:09, 18 avqust 2016 (UTC)
Прежде всего, спасибо. Нет, я не знаю русского языка. Тем не менее, я знаю, что вы сказали, статьи в переводе с английского языка.
İP-redaktələrinin patrullanması
redaktəSalam, hörmətli həmkar. Sizi Azviki üçün aktual problemlərdən biri olan İP-redaktələrinin patrulanması ilə bağlə kənd meydanında keçirilən müzakirədə iştirak etməyə dəvət edirəm. Hörmətlə: --Baskervill müzakirə 13:57, 22 dekabr 2016 (UTC)
Mükafat
redaktə"Vikibağlılıq" nişanı | |
Qısa zaman ərzində yaratmış olduğunuz maraqlı məqalələrə görə, sizə "Vikibağlılıq" nişanını təqdim edirəm.--Baskervill (müzakirə) 21:32, 14 iyun 2017 (UTC)
|
Mələk Əhməd paşa
redaktəSalam, hörmətli həmkar!Biz sizdən qabaq Vikidə bu məsələni həll etmişik. Azərbaycan dilinin qaydalarına əsasən addan əvvəl gələn titullar-Hacı, Mirzə, Molla, Şah, Sultan böyük, addan sonra gələn, şah, xan, sultan, paşa, bəy və sairə kiçik yazılır. Zəhmət olmazsa, düzəlişinizi qaytarın. Hörmətlə:--Enver62 (müzakirə) 18:41, 13 dekabr 2017 (UTC)
Sizin üçün bir ulduz!
redaktəYorulmaz töhfəverən ulduzu | |
Çox sayda məqalə yaratdığınıza görə sizə təqdim edirəm. Eks-istifadəçi (müzakirə) 10:39, 6 iyun 2018 (UTC) |
Avtopatrul
redaktəSalam. Fəaliyyətinizdən razıyam. Lazımi məqalələr yaradırsız. Amma sizin məqalələr patrullanmalı olur. Məncə bura müraciət edib avtopatrul statusu alın. O səhifədə patrul statusu verildiyi üçün avtopatrul olmaq istədiyinizi yazın. Hörmətlə, Nəriman 16:54, 1 sentyabr 2018 (UTC)
Məqalələrinizdəki istinad azlığı
redaktəSalam. edib, demək olar ki, sıfırdan işlədiyiniz bəzi məqalələrə diqqət etdim, məqalələr ətraflıdı, genişdi, bütün bunlar əla. Lakin bir məqam var ki, "Mənbə" bölməsi var, amma ya 1-2 istinadı var və ya ümumiyyətlə istinadı yoxdu bəzi məqalələrin. Bu ölçüdə məqalələrin təkcə "Mənbə" bölməsi və 1-2 istinadının olması və ya ümumiyyətlə istinadı olmaması düzgün deyil. Sizə təklif edirəm ki, bu qədər əziyyət çəkirsiz belə böyük məqalələr işləyirsiz, məqalələrə kifayət qədər və ya ümumiyyətlə istinad əlavə etməməklə öz əziyyətinizi hədər etməyin. İstinadsız böyük bir məqalənin 1 cümlədən ibarət olan kiçik bir məqalədən heç bir fərqi yoxdu. Gözə sadəcə şəxsi fikir, köşə yazısı, söz yığını olaraq dəyir istinadsız məqalələr. Bu həm də obyektivlik və ensiklopediklik prinsipini pozur. Və bir də onu təklif edirəm ki, məqalələrdə istinadları çalışın İstinad stili şablonları ilə verin. Tarixi məqalələrin istinadlarına nümunə üçün bu Həsən ibn Əli, müasir dövrlə bağlı olanlar üçünsə bu Cəmil Həsənli məqaləyə baxa bilərsiz. Dəyərli fəaliyyətinizdə uğurlar. Hörmətlə--samral müzakirə 23:43, 1 oktyabr 2018 (UTC)
- @Mr rqasimzade, 5-6 il əvvəl bu dediklərimə hələ də əməl etmirsiz təəssüf ki. Məqalələrinizin çoxu yenə də istinadsızdır (ref-lə qeyd etdiyimiz). samral müzakirə 01:33, 9 mart 2024 (UTC)
İdarəçi seçkisi
redaktəİdarəçi seçkisi | ||
Salam, Mr rqasimzade. Sizi mənim idarəçilik statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə,--Baskervill (müzakirə) 04:20, 16 may 2019 (UTC) |
Mükafat
redaktəGümüş medal | |
Hörmətli Mr rqasimzade
Bu mükafata 2019-cu ilin sentyabr ayında "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilmiş "Rusiya ayı" layihəsinə qoşularaq töhfə verdiyiniz üçün layiq görülürsünüz. Nəzərinizə çatdırım ki, Qiymətləndirmə Komissiyası tərəfindən töhfələriniz 153 xal ilə qiymətləndirilmiş və yekun nəticədə 2-ci yeri tutmusunuz! İnanırıq ki, "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun növbəti layihələrində də aktiv iştirak edəcək və Vikipediyanın inkişafında əvəzedilməz xidmətləriniz olacaq. Gələcəkdəki töhfələriniz üçün indidən təşəkkür edirəm. Fəaliyyətinizdə uğurlar! Dərin hörmətlə, __Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 22:15, 8 oktyabr 2019 (UTC) |
İslam mükafatı
redaktəİslam mükafatı | |
Salam Aleykum. Sizi yaratdığınız və təkmilləşdirdiyiniz bir çox məqalələrə, məxsusən də Osmanlı ilə bağlı məqalələrə görə İslam mükafatı ilə təltif edirəm. Hörmətlə--samral müzakirə 11:47, 12 dekabr 2019 (UTC)
|
Şəkil
redaktəSalam həmkar. Aktiv fəaliyyətinizi alqışlayıram. Sizə bir neçə məsləhətim vardır. Əvvala azvikiyə şəkil yükləyərkən şəkillərin adlanmasına diqqət edin. Adlanma azərbaycanca olsun və istifadə olunacaq məqalənin adına uyğun olsun. Çünki qarışıqlıq yaranır və ayırd etmək ki hansı şəkil haranındır, çətin olur. 2-cisi isə əgər məqaləyə aid şəkil commonsda varsa onu azvikiyə yükləməyə ehtiyac yoxdur. O faylın adını copya edib azvikidə istədiyiniz yerdə yerləşdirməklə şəkil avtomatik görünməsi mümkündür. Məsələn: yüklədiyiniz Şəkil:Sehzadebasi-kulliyesi-istanbul-1.jpg faylına uyğun Commons:Category:Şehzade Mosque burada xeyli azad istifadə üçün şəkil var. Deməli siz oradan istifadə etməlisiz. --Araz Yaquboglu (müzakirə) 06:27, 27 yanvar 2020 (UTC)
--
Dəyərli həmkarım, Araz Yaquboglu
Diqqətiniz üçün təşəkkürlər. Yaratdığım viki məqalələrinə şəkil yükləməkdə bəzi çətinliklər yaşadığım düzdür. Şərhlərinizi nəzərə almağa çalışacam. Təşəkkürlər.
Salam həmkar. Məqalədə bilmək istərdim ki, niyə mənim əlavələrimi silib öz əlavələrinizi etmisiz? — Araz Yaquboglu (müzakirə) 11:41, 28 mart 2020 (UTC)
Dəyərli həmkarım Araz Yaquboglu, sözügedən məqalə olduqca zəif hazırlanmışdı (doğum tarixi belə yanlış göstərilmişdi). Mənbə olaraq göstərdiyiniz Britanicca Ensiklopediyasında verilən məlumatlar belə tam olaraq qeyd edilməmişdir. Hal-hazırda məqalə üzərində iş davam edir. Gün ərzində məqalənın işi tamamlanacaqdır. Diqqətinizə görə təşəkkürlər.
- Siz əlavələr edərkən kiminsə mənbə göstərib əlavə etdiyi məlumatı silməyin. Mən onun vərəmdən öldüyünü mənbə göstərərək yazmışdım. Siz isə həm mənbəni həm də vərəmdən öldüyünü silmisiz. Bir daha belə etməyin, diqqətli olun və dediklərimi də məqalədə qeyd edin. — Araz Yaquboglu (müzakirə) 12:31, 29 mart 2020 (UTC)
Dəyərli həmkarım Araz Yaquboglu, sizin hazırladığınız məqalədə ölüm səbəbiylə bağlı heç bir mənbə göstərilməmişdi. History bölümündən baxa bilərsiniz. Göstərdiyiniz ümumi istinadlarda isə vərəmlə bağlı heç bir şey qeyd edilməyib. Bununla bağlı yalnız ingiliscə vikipediyada mənbə göstərilib. Burdan baxa bilərsiniz.
- Gəl söz güləşdirməyək. Mən bir mənbədən istifadə etmiş, səhifəni yaratmışam. Onu da məqalədə qeyd etmişəm. Gərək elə mənbəni vərəm sözünün yanında qoymalı idim. Bax keçidə. Mən istifafədə edən mənbə kitabdı. Canlı keçid deyil ki, yoxlaya biləsiz. Hər halda mən yanlış yazmaram. Dediyim odur ki siz məqalədə onun vərəmdən öldüyün yazmasısız, mənim də yazdığımı silmisiz. Bu olmaz, yolverilməzdi. Dediklərimi son xəbərdarlıq kimi qəbul edin. — Araz Yaquboglu (müzakirə) 14:33, 29 mart 2020 (UTC)
- Bu qədər yuxarıda sizə deyəndən sonra məqaləyə cümləni əlavə etmisiz. Bunu mən demədən də əvvəlcədən saxlaya bilərdiz. Siz məqalənin məzmununu silib öz əlavələrinizi edirsiz. Dediyim odur ki belə etməyin. Əlavələrinizi lazımı hissələrə, heç kimin doğru redaktəsini silmədən edin. Bir də hansının şəkli commonsda varsa azvikiyə yükləməyin. Commonsa baxın, olmasa yükləyin. — Araz Yaquboglu (müzakirə) 14:38, 29 mart 2020 (UTC)
Araz bəy, hansısa məqalədə olan məlumatı mən o halda silirəm ki, onun doğruluğuna şübhələrim var. Ki hələ də davam edir. Çünki sonradan göstərdiyiniz mənbəyə baxa bilmirəm. Bu söz güləşdirmək deyil sadəcə müzakirədir. Sizin göstərdiyiniz mənbələrdə (2 ensiklopediyada) bununla bağlı bir məlumat olmadığına görə və mənim aldığım mənbədə onun ölüm səbəbi göstərilmədiyi üçün ilk redaktədə bunu qeyd etməmişdim. Ancaq ingiliscə vikipediyada göstərilən mənbədə həqiqətən də belə bir məlumat göstərildiyi üçün (siz dediniz deyə yox) sonradan da olsa əlavə etdim. Ümidvaram ki, məsələ həll olundu. Şəkil məsələsinə gəldikdə isə niyə şəkil zənginliyi olmasın ki? Şəxslə bağlı bir neçə şəkil nümunəsi varsa əlbəttə bunların az-viki də olması müsbət haldır.
- Commonsda hər hansı şəkil varsa azvikiyə digər oxşar şəkil yükləməyə ehtiyac yoxdur. — Araz Yaquboglu (müzakirə) 13:00, 30 mart 2020 (UTC)
Ad dəyişiklikləri
redaktəSalam Mr rqasimzade,
Əvvəla, bilmək istəyərdim ki, "qrammatik və leksik qaydalar" və "dil normalar" deyəndə siz dəqiq nəyi nəzərdə tutursunuz?
İkincisi, Azərbaycan dilində qarşılığı olan adlar adətən tərcümə edilir, məsələn Rəcəb Tayyib Ərdoğan ("Recep Tayyip Erdoğan" yox), Mustafa Kamal Atatürk ("Kemal" yox) və s. Salehənin "Saliha" kimi göstərilməsinin səbəbini görmürəm.
Üçüncüsü, Aişə adı heç də fars mənşəli deyil, ərəb mənşəlidir və türkcə "Ayşe" yazılan adın azərbaycanca tam qarşılığıdır. Osmanlı türk dilində və azərbaycanca əski əlifbada bu ad eyni cür yazılır — عائشة — və Məhəmməd peyğəmbərin həyat yoldaşlarının birinin şərəfinə müsəlman dünyasında çox yayılmış bir addır. Bunların ayrı-ayrı ad olmağını nəyə istinadən iddia edirsiniz? Parishan (müzakirə) 08:35, 5 iyun 2020 (UTC)
Salam Parishan,
Araşdırmalarınız üçün əvvəla təşəkkürlər. Qeyd etdiyiniz ikinci bölümə tamamilə qatılıra. Ancaq Azərbaycan dilində Saleh adının mövcudluğunu bildiyim halda, Salehə adına heç vaxt rast gəlməmişəm. Bu səbəblə məqaləni bu adla hazırlamışdım.
Aişə və ya Ayşə məsələsinə gəldikdə isə. Osmanlı və digər mənbələrdə Fatma və Fatimə adları bir-birilə fərqləndirilir. Ancaq Ayşə və Aişə adlarında bu bölgüyə rast gəlməmişəm. Daha doğrusu Aişə adına rast gəlməmişəm. Zəhmət olmasa bu barədə istinad edə biləcəyimiz mənbələri burada qeyd edin. Təşəkkürlər.
- Hər vaxtınız xeyir. Osmanlı və digər mənbələrdə Fatma və Fatimə adlarının arasında çətin fərq qoyula, çünki o dövrdə bu adların yayıldığı məkanlarda, o cümlədən Osmanlı imperiyasında, ərəb əlifbası işlənilirdi. Ərəb əlifbasında isə qısa saitlər göstərilmədiyi üçün həm Fatma, həm Fatimə eyni cür yazılır: فاطمه. Sadəcə şifahi dildə "Fatma" həmin adın daha loru, "Fatimə" isə daha ədəbi tələffüzdür. Lakin müasir Azərbaycan dilində hər iki variant mövcuddur deyə burada yazılış məsələsi prinsipial deyil. O ki qaldı Aişəyə, bu ad adətən azərbaycanca ərəb ənənəsinə uyğun olaraq saitin uzunluğunu qoruyur və "i" ilə yazılır (bax: Aişə binti Əbu Bəkr). Türkiyədə bu ad geniş işləndiyi üçün (tarixi səbəblərdən bu ad sünni aləmində daha populyardır) türk heca quruluşuna uyğunlaşıb. Amma azərbaycanca ərəb dilindəki ئ işarəsi bir qayda olaraq "y" kimi transliterasiya olunmur. Parishan (müzakirə) 08:26, 6 iyun 2020 (UTC)
İdarəçi seçkisi
redaktəİdarəçi seçkisi | ||
Salam, Mr rqasimzade. Sizi mənim idarəçilik statusumlə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə,— Xeyal (müzakirə) 21:19, 18 may 2021 (UTC) |
Dəvət
redaktəSalam, həmkar. Sizi kütləvi mesaj göndəricilər ilə bağlı vikiqayda üçün keçirilən səsvermədə iştirak etməyə, fikir bildirməyə dəvət edirəm. Lavici mesaj? 18:14, 8 yanvar 2022 (UTC)
Təqvim
redaktəSalam həmkar. Təvqimdə hiperlinklərin əlavəsi lazımsızdır. Bütün təqvim eyni standartla işlənilib və ona görə redaktələrdə eyni formatı istifadə edin— Azerifactory (müzakirə) 14:47, 8 fevral 2022 (UTC)
Qaralama şablonu
redaktəSalam Mr rqasimzade, yaratdığınız məqalələr üçün təşəkkür edirəm. Zəhmət olmasa qısa məqalələrinizdə Qaralama şablonlarından istifadə edəsiniz. Şakir Gərayev (müzakirə) 17:44, 20 fevral 2022 (UTC)
Təkrarlanan məqalələr
redaktəSalam, hörmətli Mr_qasimzade. Təkrarlanan məqalələrə "sil" şablonu əlavə etdikdə mövzu ilə bağlı digər məqaləni daxil keçid kimi qeyd etməyinizi xahiş edirəm. Eminn (müzakirə) 17:00, 29 mart 2022 (UTC)
Əl-Hadi
redaktəSalam, 2015-ci ildə yaradılmış Əl-Hadi (xəlifə) məqaləsinin məzmununu Hadi (xəlifə) səhifəsinə köçürmüsünüz və sonra birinci məqaləyə "təkrarlanan məqalə" səbəbi ilə "sil" şablonu yerləşdirmisiniz. Bununla bağlı ətraflı izahat verməlisiniz. Eminn (müzakirə) 16:45, 3 aprel 2022 (UTC)
- Mr_rqasimzade, müraciətimə cavab verməyinizi xahiş edirəm.— Eminn (müzakirə) 16:34, 13 aprel 2022 (UTC)
Emin bəy, öncəliklə qeyd edim ki, sözügedən məqalə (Hadi (xəlifə)) Abbasilər sülaləsiylə bağlı geniş araşdırma və yeniləmə planı əsasında tərəfimdən yaradılıb. Ki, bu istiqamətdə Vkipediya portalına qısa zamanda bir çox məqalə, medya faylı və şablon qazandırmışam. Ancaq sözügedən məqalə yaradıldıqdan sonra bu adda daha zəif tərkibdə hazırlanmış və hər hansı bir WikiData'da qeydiyyatda olmayan başqa bir səhifənin mövcud olduğunu aşkarladım. Belə bir məqalənin mövcudluğunu öncədən bilmədiyim üçün artıq eyni adda ikinci məqalə yaradılmış, bu səbəblə bunlardan nisbətən zəif tərkibli olanına "təkrarlanan məqalə" səbəbi ilə "sil" şablonu yerləşdirdim. Vikipediyadakı digər əlaqəli məqalələrlə linklənmədiyini də nəzərə alaraq, Sizdən Əl-Hadi (xəlifə) səhifəsinin silinməsində yardımçı olmağınızı xahiş edirəm. — Rafail 09:21, 14 aprel 2022 (UTC)
Qrammatika
redaktəSalam, buradakı redaktələrinizə görə yazıram. Azərbaycan dilində sıra sayları üçün "1.", "2.", "3." yazılmır. Üç seçim mövcuddur: "birinci", "1-ci" və ya "I". Xahiş edirəm, gələcək fəaliyyətinizdə buna nəzər yetirin. --► Hörmətlə: SolaVirum 10:24, 11 may 2022 (UTC)
- Demək olar ki, hər gün Vikipediyada olmayan yeni məqalələr yaradıram. Üstəlik mənbə göstərilərək və hansısa dildən tərcümə olmayan. Tarixi ailə şəcərələri hazırlıyıram. Ki, hazırlayanlar bilər necə çətin işdir. Çünki ən azından bir neçə dildə fərqli mənbələrdən istifadə edilməlidir. Bütün bunlara baxmayaraq bir təşəkkür edilmək yerinə, çox primitiv şeylərdə xəta axtarılır. Çox təəsüf. "rqasimzad" 10:57, 11 may 2022 (UTC)
White Demon ulduzu
redaktəWhite Demon ulduzu | ||
Salam, bəy. İndiyə kimi tarixi şəxsiyyətlər, Osmanlı imperiyası kimi mövzularda 1300-dən çox məqalə yaratmısız. Son vaxtlar da "Yeni məqalələr" bölməsində adınız əksik olmur. Odur ki, sizə şəxsi mükafatımı təqdim etmək istəyirəm. Gələcək fəaliyyətinizdə uğurlar!— White Demツnyaz 13:55, 11 may 2022 (UTC) |
- Ağlamayana məmə yoxdur məsəli yerinə düşdü. :) Dəyərləndirdiyiniz üçün təşəkkürlər. "rqasimzad" 14:41, 11 may 2022 (UTC)
- Nəyə əsasən dediz bu məsəli? :)— White Demツnyaz 10:51, 12 may 2022 (UTC)
- Siz bu mükafatı vermədən bir neçə saat öncə baş verən bu yazışmanı nəzərdə tutmuşdum. "rqasimzad" 13:17, 12 may 2022 (UTC)
- Mən bu mükafatı vermək üçün müzakirə səhifənizə daxil olanda bu yazışmadan xəbərim yox idi. White Demツnyaz 11:09, 13 may 2022 (UTC)
Siyavuş Sultan səhifəsinin silinməyə namizəd göstərilməsi
redaktəKonsensus əldə olunana qədər məqalə Vikipediya:Silinməyə namizəd səhifələr#Siyavuş Sultan səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bildirə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı məqaləni redaktə edə, o cümlədən müzakirədə qaldırılan problemləri həll etmək üçün məqaləni təkmilləşdirə bilər. Bununla belə, məqalənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.
İnzibatçı seçkisi
redaktəİdarəçi seçkisi | ||
Salam, Mr rqasimzade. Sizi mənim inzibatçılıq statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, dancewithdevil (müzakirə) 18:01, 4 iyul 2022 (UTC) |
Yaratdığınız medya faylları ilə bağlı
redaktəsalam həmkar. istifadəçi səhifənizdə Yaratdığım medya faylları başlığı altında yerləşdirdiyiniz medya faylları sizə məxsusdur? yəni həmin fotoları siz çəkmisiz ya internetdən ya başqa yerdən vikiyə yükləmisiz? Atakhanli (müzakirə) 13:11, 3 oktyabr 2022 (UTC)
- Xeyr mən çəkməmişəm. ANcaq hardan yüklədiyimlə bağlı hər birinin mənbə bölümünə əlavə etmişəm. "rqasimzad" 13:10, 4 oktyabr 2022 (UTC)
- @Mr rqasimzade amma, baxdıqlarımın hamısında mənbə yerinə Öz işi qeyd olunub. Atakhanli (müzakirə) 13:13, 4 oktyabr 2022 (UTC)
Tövsiyə
redaktəSalam. Töhfələrinizə görə minnətdaram, lakin bir tövsiyəm olacaq. Xahiş edirəm, ad seçimində Rusca Vikipediyaya üstünlük verin. Yaratdığınız məqalələrin adlandırmasında müəyyən dəyişikliklər etmişəm, baxanda nəyi nəzərdə tutduğumu anlayacaqsınız. --► Hörmətlə: SolaVirum 18:03, 19 aprel 2023 (UTC)
- Çox xahiş edirəm, bu təklifinizi əsaslandırın. Mən mənbə olaraq istifadə etdiyim və ya tarixiylə bağlı yazdığım dilə əsaslanmağı daha düzgün bilirəm. Bu səbəblə, II Con (Fransa kralı) səhifəsində etdiyiniz ad dəyişikliyini geri almağınızı xahiş edirəm. "rqasimzad" 17:20, 23 aprel 2023 (UTC)
- White Demon, bu istifadəçi ilə bağlı nə edim? Nə qədər xoş dillə normal vəziyyəti izah etməyə çalışsam, həm yuxarıda, həm də "Qrammatika" altbaşlığında yazdığı cavab olduğu kimi məni borclu çıxarır. Avropanın qərbindən şərqinə hamını ingilisləşdirir konkret. --► Hörmətlə: SolaVirum 21:03, 7 iyun 2023 (UTC)
- Həqiqətən də transliterasiyada məsələsində xeyli problemlər var. İradları nəzərə almaq və hamısını düzəltmək lazımdır. Məsələn, niyə görə IV Şarl əvəzinə IV Çarlz yazmısız? Bizim mənbələr IV Şarl əvəzinə IV Çarlz yazır? Şiroi Akuma 00:36, 8 iyun 2023 (UTC)
- Originalında Charles olaraq qeyd olunan bu ad, rus mənbələrində Karl, ingilis və fransız mənbələrində Charles, alman mənbələrində isə Şarl olaraq qeyd olunur. Məhz Azərbaycan dilində isə bu ad necə oxunursa, o formada da adlandırmışam. Yəni, Çarlz. "rqasimzad" 06:41, 8 iyun 2023 (UTC)
- İngilisləşdirmək kimi bir niyyətim yoxdu. Tərcümə etdiyim bir çox bioqrafiya məhz ingilislərə aid olduğu üçün adın original formasını maksimum qorumağa çalışıram. "rqasimzad" 06:40, 8 iyun 2023 (UTC)
- Mr rqasimzade, bəy, Azərbaycan dilinin özündə heç "Çarlz" adı var ki bəyəm? Xarici adlar həmin dilə əsasən istənilən formada oxuna bilər, Con da, Xuan da, İohann da. Bu, dildən asılıdır, siz isə ingilis dilindən götürürsünüz. Mixail adlı rusun məqaləsini də Maykl yazaqcaqsınız? --► Hörmətlə: SolaVirum 18:46, 8 iyun 2023 (UTC)
- Hər birimiz özümüzü haqlı gördüyümüz müddətcə, bu müzakirələrin sonu olmayacaq. Onda gəlin belə edək. Mən yeni məqalələr yaratmağa davam edim. Siz isə səhv olduğuna inandığınız məqalə adlarını dəyişin. Çünkü mənim üçün məqalənin ensiklopediyada olub-olmaması, onun necə adlandırıldığından daha vacibdir. Ancaq xahiş edirəm ki, məqalə adlarını dəyişəndə, digər səhifələrdən həmin məqaləyə olan bağlantıları qoparmayasınız. "rqasimzad" 04:11, 9 iyun 2023 (UTC)
- Mr rqasimzade, Vikipediyada kimin özünü haqlı hesab etməsi əsas götürülmür, qaydalar var. Vikipediyanı keçdim, Azərbaycan dilinin qaydaları var. Fəaliyyətinizi belə davam etdirsəniz, məhdudlaşdırmalı olacağam. Zəhmət olmasa, adlandırmalara fikir verin, hansısa istifadəçini güdmək məcburiyyətində deyiləm. --► Hörmətlə: SolaVirum 19:29, 9 iyun 2023 (UTC)
- Hər birimiz özümüzü haqlı gördüyümüz müddətcə, bu müzakirələrin sonu olmayacaq. Onda gəlin belə edək. Mən yeni məqalələr yaratmağa davam edim. Siz isə səhv olduğuna inandığınız məqalə adlarını dəyişin. Çünkü mənim üçün məqalənin ensiklopediyada olub-olmaması, onun necə adlandırıldığından daha vacibdir. Ancaq xahiş edirəm ki, məqalə adlarını dəyişəndə, digər səhifələrdən həmin məqaləyə olan bağlantıları qoparmayasınız. "rqasimzad" 04:11, 9 iyun 2023 (UTC)
- Mr rqasimzade, bəy, Azərbaycan dilinin özündə heç "Çarlz" adı var ki bəyəm? Xarici adlar həmin dilə əsasən istənilən formada oxuna bilər, Con da, Xuan da, İohann da. Bu, dildən asılıdır, siz isə ingilis dilindən götürürsünüz. Mixail adlı rusun məqaləsini də Maykl yazaqcaqsınız? --► Hörmətlə: SolaVirum 18:46, 8 iyun 2023 (UTC)
Dönəm → Dövr
redaktəSalam, həmkar. Fəaliyyətiniz üçün təşəkkür edirəm. İşləmiş olduğunuz məqalələrdəki "dönəm" sözünü "dövr" sözü ilə əvəz etsəz, məqsədəuyğun olar. Gadir (müzakirə) 16:58, 28 iyul 2023 (UTC)
- Əllə etmək uzun və çətin olacaq. Yəqin ki, belə məqalə çoxdur. Uyğun bilirsinizsə, botla həll edək. @NMW03. Gadir (müzakirə) 18:36, 28 iyul 2023 (UTC)
- Sizə necə uyğundursa, hal-hazırda başqa bir məqalə üzərində çalışıram. Ona görə düzəliş edə bilməyəcəm. "rqasimzad" 18:37, 28 iyul 2023 (UTC)
Sizin üçün bir ulduz!
redaktəYorulmaz töhfəverən ulduzu | |
Salam, həmkar. Azərbaycanca Vikipediyaya indiyə qədər qatmış olduğunuz töhfələrinizə, davam edən çalışqan fəaliyyətinizə görə təqdim olunur. Good luck! Gadir (müzakirə) 05:19, 6 avqust 2023 (UTC) |
Beş il cəmiyyətinə üzvlük dəvətnaməsi
redaktəBeş il cəmiyyətinə üzvlük dəvətnaməsi | ||
Salam, hörmətli Mr rqasimzade! Beş il cəmiyyəti istifadəçilərin 5 illik fəaliyyətini qeyd etmək, uzun müddətdir ki, fəaliyyət göstərən istifadəçiləri tanımaq, təcrübələrini və biliklərini bölüşmək üçün qurulmuşdur. 5 ildən çoxdur ki, fəaliyyət göstərdiyiniz üçün siz də bu cəmiyyətə üzv olmaq hüququ qazandınız.
Üzvlüyünüzü təsdiqləmək üçün Üzvlər bölməsində imza qoymağınız bəsdir. Ondan sonra isə istifadəçi səhifənizdə {{İstifadəçi Beş il cəmiyyəti}} və ya {{Beş il cəmiyyəti ikonası}} şablonlarından istifadə edə bilərsiz. Hörmətlə,— Gadir (müzakirə) 09:23, 8 avqust 2023 (UTC) |
Fayl silindi
redaktəSalam hörmətli Mr rqasimzade, tərəfinizdən yüklənmiş aşağıdakı fayllar lisenziyasız olduğu üçün silindi:
- Fayl:Şahzadə külliyəsi. Şahzadəbaşı mədrəsəsi.jpg
- Fayl:Şahzadə külliyəsi. Bostanzadə Mehmed Əfəndinin məzardaşı.jpg
- Fayl:Şahzadə külliyəsi. Fatma Xanımsultan türbəsi.jpg
- Fayl:Şahzadə külliyəsi. Şahzadə Mehmed türbəsi.jpg
- Fayl:Şahzadə külliyəsi. Rüstəm Paşa türbəsi.jpg
- Fayl:Şahzadə külliyəsi. Dəstari Mustafa Paşa türbəsi.jpg
Dəvət
redaktəNərmin Kərimbəyova səhifəsi silinmək üçün müzakirəyə çıxarılıb. Zəhmət olmasa səhifəyə baxıb, səs verəsiniz. Səhifədə "iş gedir" şablonu olmasına baxmayaraq, səhifə "silinmək üçün səsverməyə" çıxarılıb. Mütəmadi əlavələr edirəm. Zəhmət olmasa səhifənin qalması üçün lehinə səs verəsiniz. Xeyal Azerbeyli (müzakirə) 08:43, 23 avqust 2023 (UTC)
Quruluş dövrü Osmanlı sədrəzəmləri səhifəsinin silinməyə namizəd göstərilməsi
redaktəKonsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Quruluş dövrü Osmanlı sədrəzəmləri səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.
Yavaşca Şahin Paşa səhifəsinin silinməyə namizəd göstərilməsi
redaktəKonsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Yavaşca Şahin Paşa səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.
Bürcilər və Bəhrilər
redaktəSalam hörmətli Mr rqasimzade! Tərəfinizdən yaradılmış, Bahri Məmlüklərinin siyahısı və Burci Məmlüklərinin siyahısı əsas siyahıya yönləndirildi. Həmçinin intervikilərini çıxardım. Çünki məqalənin intervikisində müvafiq olaraq Bürci və Bəhri sülalələrindən danışılsa da, siz məqalələri siyahı kimi yaratmışdınız, yəni mövzu interviki ilə əlaqəli deyildi. Bu səbəbdən siyahıları əsasə bölməyə yönləndirdim. Uğurlar! Turkmen müzakirə 07:39, 10 iyul 2024 (UTC)
Sizin üçün bir ulduz!
redaktəÇalışqanlıq ulduzu | |
for hard work Mamed077 (müzakirə) 05:18, 1 avqust 2024 (UTC) |
- Təşəkkürlər. "rqasimzad" 05:21, 1 avqust 2024 (UTC)
Məlumatlandırma
redaktəSalam. Zəhmət olmasa, buradakı 3.9. bəndə, həmçinin bura nəzər yetirin. Məqalələri tərtib etdikdən sonra "vikiləşdirmə" qadcetindən istifadə etməklə onları redaktə qaydalarına uyğunlaşdırmağı unutmayın. Hörmətlə, Qədir (müzakirə) 12:32, 30 sentyabr 2024 (UTC)