Istifadeci Muzakiresi Necmeddin Kebirli - Wikipedia
Vikipediya | Xoş gəldiniz, Nəcməddin Kəbirli! |
Tez-tez soruşulan suallar | Salam, Nəcməddin Kəbirli. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
Məqalə adları | |
qaydaları | |
Vikipediya qaydaları | |
Beş əsas prinsip | |
Stil kitabçası | |
Fayl yüklə | |
Müəlliflik hüquqları | |
Yeni məqalə yarat |
--Emin • ismarış 20:45, 1 yanvar 2014 (UTC)
Əhmədavar kəndi və Kəbirli eli
redaktəSalam. Vaxtım olduqca kəndin səhifəsini (Əhmədavar) redaktə edəcəm. Bu kitabı: Qarabağ onun qədim tayfaları və toponimləri ---tapıb oxumağınız yararlı ola bilər. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 21:59, 5 yanvar 2014 (UTC)
- Təşəkkürlər Asparux Xan Bulqar.--Nəcməddin Kəbirli (talk) 19:43, 6 yanvar 2014 (UTC)
İraq
redaktəHörmətli Nəcməddin bəy bir daha salam. Lütfən İraq haqqında əhaliyə dair redaktələr edərkən mənimlə fikirlərinizi bölüşün. Sizin yaxşı niyyətli olduğunuzu düşündüyümdən sizə bu sahədə kömək etmək istərdim. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 21:27, 16 yanvar 2014 (UTC)
- Salam Asparux Xan Bulqar. Mən İraq Kürdüstanı barədə etdiyim dəyişiklikdə qaynaqları qeyd etmişəm. Bu əraziyə İraqın üç şimal vilayəti aiddir. Mən də bunların cəmini hesablamışan. Bir də ki, bir məsələni sizdən soruşmaq istəyirdim, siz məni qabaqladınız. Mən Ərəb və Rus dillərində olan İraq səhifəsinə baxdım orada İraq livalara yox Suriyə kimi mühafazlıqlara bölünüb. Mənim fikrimcə bunu dəyişdirmək lazımdır. Hörmətlə--Nəcməddin Kəbirli (talk) 15:57, 17 yanvar 2014 (UTC)
- Hörmətli həmkar sizə mən suallarınızı yönəldin mən isə sizə mənbələri göndərəcəm. Mən əlbəttəki bir məqalənin digər dillərdə olan versiyalarında olan istinadlarda istifadə edilməsi tərəfdarıyam, zəngin məlumatlar qeyd etmək üçün bizim dildə olan versiyada. Ancaq bunun la yəni sadəcə tərcümə ilə məhdudlaşmağın əlehinəyəm. Belə ki, bizim üçün İraq kimi önəmli olan ölkələr haqqında məlumatların çoxluğu gərəklidir. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 20:08, 17 yanvar 2014 (UTC)
- İndi isə məqalələrdə redaktələr edərkən isitfadə edə biləcəyiniz bir neçə mənbə: İraqın Mərkəzi Statistika Təşkilatı — Əhali, 1, 2 (1997, 2009, 2010, 2011, 2012 və 2013-cü illərdə İraq əhalisi/kişi və qadınlar ərəbcə) məs: 2013-cü il üçün İraq əhalisi cəmi 35095772 nəfərdir. — > Republic of İraq, Ministry of Planning, Central Statistics Organization--Asparux Xan Bulqar (talk) 20:42, 17 yanvar 2014 (UTC)
- Hörmətli həmkar sizə mən suallarınızı yönəldin mən isə sizə mənbələri göndərəcəm. Mən əlbəttəki bir məqalənin digər dillərdə olan versiyalarında olan istinadlarda istifadə edilməsi tərəfdarıyam, zəngin məlumatlar qeyd etmək üçün bizim dildə olan versiyada. Ancaq bunun la yəni sadəcə tərcümə ilə məhdudlaşmağın əlehinəyəm. Belə ki, bizim üçün İraq kimi önəmli olan ölkələr haqqında məlumatların çoxluğu gərəklidir. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 20:08, 17 yanvar 2014 (UTC)
Asparux Xan Bulqar o biri məsələ ilə bağlı nə deyə bilərsiniz? Sizin fikriniz mənim üçün çox maraqlıdır. İraqın livalara yox mühafazlıqlara bölünməsi. Əvvəlcədən Təşəkkürlər. Hörmətlə--Nəcməddin Kəbirli (talk) 20:52, 17 yanvar 2014 (UTC)
- Rəsmi mənbə ölkənin inzibati cəhətdən mühafaza adlanan inzibati vahidlərə bölündüyünü təsdiq edir: məs 1 və 2 (aidiyyatı olmasa da baxa bilərsiz) Bir də siz ərəbcə bilirsiz ? --Asparux Xan Bulqar (talk) 23:27, 17 yanvar 2014 (UTC)
Bir daha Salam. Mən də elə onu demək istəyirəm. Amma bizim dilimizdə olan bütün səhifələrdə yazlıb ki, İraq livalara bölünür. Bunları dəyişdirmək lazımdır.--Nəcməddin Kəbirli (talk) 17:47, 18 yanvar 2014 (UTC)
- Salam hörmətli Nəcməddin bəy. Lütfən bura nəzər yetirin. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 20:41, 3 aprel 2014 (UTC)
Kırım
redaktəSalam Hörmətli Asparux Xan Bulqar. Mən Kırım Respublikası adlı yeni səhifə yaratmaq istərdim. Bu iş də mənə kömək etsəniz çox şad olaram. Çünki bu ərazi artıq Rusiya federasiyasının subyektinə çevrilib və əksər dillərdə yeni səhifələr yaradılıb. Mənim fikrimcə Krım, Krımtatar və Krımtatar dili səhifələrinin adları da müvafiq olarq ya Kırım ya da Qırım adı ilə dəyişilməlidir. Çünki Krım yazılışı ancaq rus dilli saytlarda verilir, tatar dilində isə Qırım, Anadolu türkcəsində Kırım adlandırılır. Qır tatar dilində baş, ım isə mənsubiyyət şəkilçisidir. Yaxın zamanda bu mövzu barədə fikirlərinizi gözləyirəm. Hörmətlə--Nəcməddin Kəbirli (talk) 08:19, 27 aprel 2014 (UTC)
- Hörmətli Nəcməddin bəy. Əminəm ki, belə səhifənin yaranmasına ehtiyyac yoxdur. Bu məsələ hələ həllini tapmayıb, qeyd etdiyiniz ilhaq isə bütün beynəlxalq qanunlara zidd olduğu üçün dünyanın heç bir dövləti tərəfindən tanınmayıb. Lütfən zamanınızı belə önəmsiz işlərə sərf etməyin. Məsələn Qırıma rusların necə köçürülməsi və ya kazakların mənşəyi və bir əmirlə necə rusa çevrilmələri məslələrini demoqrafik və ya tarixi güzgüdə işıqlandıra bilərsiz. Rusiya Qırımı da özündə çox saxlaya bilməyəcək. İnşallah. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 08:24, 27 aprel 2014 (UTC)
Asparux Xan Bulqar Fikirlərinizə görə təşəkkürlər. Siz düz bildirirsiniz bunların hamısı açıq-aşkardı. Gec-tez ədalət qalib gələcək. Bəs ad barədə necə fikirləşirsiniz?
- Hörmətli Nəcməddin bəy, bizim viki-də əksər hallarda əski AzSSR ensiklopediyasında olan adlandırma şəklinə üstünlük verilir: ənənə olaraq. Əlbəttə doğru olan Qırım və Qırım tatarları olan şəklidir. Bu həm bəhs etdiyimiz xalqın dilində həm də bizim dilimizdə olan deyiliş şəklidir. Bizim dilimizdə kırım sözü qırım olaraq yazılır.--Asparux Xan Bulqar (talk) 10:01, 27 aprel 2014 (UTC)
Quba Rayonunun kəndləri
redaktəSalam əziz dost Quba rayonunun iki kəndi haqqında olan səhifə silinməlidir bunlardan biri Gilyanov digəri Vəngidar səhifələridir. Çünki bu səhifələrin adları səhv yazılıb onlar Rəngdar və Kələnov olmalı idi ki, bu səhifələr də artıq mövcuddur. İkinci xahişim isə yenə Quba kəndləri ilə bağlıdır amma problem başqadır İngilis dilli məqalədə çoxlu sayda əlavə kəndlər verilib hansı ki artıq mövcud deyil onlar bu siyahıları Geospatial agentliyindən götürüblər və bu kəndlərin hamısı xeyli vaxtdı ki ləğv olunub. Əgər siz bu kəndləri ləğv olunması və ya siyahısı haqqında mənbə varsa onu mənə göndərin.--Nəcməddin Kəbirli (talk) 08:00, 9 oktyabr 2014 (UTC)
- Gilyanov→Kələnov
- Vəngidar→Rəngdar
- AzVikini qaydaya saldıqdan sonra EnVikiyə baxmaq olar. Əlavə olaraq, AzVikidə Azərbaycanın ləğv olunmuş kəndləri adlı kateqoriyanın olduğunu da diqqətinizə çatdırmaq istəyirəm. Hörmətlə, --►Cekli829 09:48, 9 oktyabr 2014 (UTC)
- Yox mən sizin göndərdiyiniz linkə baxdım Masallıdakı kəndlərin hamısı bu yaxınlarda Masallı şəhərinə birləşdirilib. Amma onların göstərdiyi kəndlərin çoxu bəlkə sovet dövründə ləğv olunub. Bunlar Dzhigli, Izzhor, Karakyz, Kardash, Kazmabudug, Leyti-Kazma, Sukhtakala, Tekeshykhy kəndləridir və onların əhalisi çoxdan bu ərazilərdən köçüb. Sovet dövründə kəndlərin ləğvinə aid sənədlər var, əgər varsa bunları hardan tapa bilərəm?--Nəcməddin Kəbirli (talk) 16:13, 9 oktyabr 2014 (UTC)
- Bəzi kəndlərin adı dəyişilib (Məsələn, Təkyə Şıxı kəndinin adı 1965-ci ildə dəyişdirilərək yaxınlıqdakı təpənin adı ilə Gültəpə adlandırılmışdır), bəziləri isə ləğv olub. Müstəqillik dövrünə aid məlumatları e-qanun.az saytından tapmaq olar. Sovet dövrü ilə bağlı məlumatları isə internetdə tapmaq bir qədər müşkül məsələdir. Mövcud vəziyyətdə yalnız dövlət arxivlərinin köməyi ola bilər. Mən vaxtım və imkanım olduqca bu məsələlərlə məşğul oluram. Hörmətlə, --►Cekli829 16:23, 9 oktyabr 2014 (UTC)
- Yox mən sizin göndərdiyiniz linkə baxdım Masallıdakı kəndlərin hamısı bu yaxınlarda Masallı şəhərinə birləşdirilib. Amma onların göstərdiyi kəndlərin çoxu bəlkə sovet dövründə ləğv olunub. Bunlar Dzhigli, Izzhor, Karakyz, Kardash, Kazmabudug, Leyti-Kazma, Sukhtakala, Tekeshykhy kəndləridir və onların əhalisi çoxdan bu ərazilərdən köçüb. Sovet dövründə kəndlərin ləğvinə aid sənədlər var, əgər varsa bunları hardan tapa bilərəm?--Nəcməddin Kəbirli (talk) 16:13, 9 oktyabr 2014 (UTC)
Memarlıq ayı
redaktəSalam. Bu redaktə Sizə məxsusdurmu? --►Cekli829 09:56, 9 oktyabr 2014 (UTC)
- Bəli mənə məxsusdur amma başqa yerdə olduğuma görə öz ünvanıma daxil olmaq yaddan çıxıb. Girib təzədən etməliyəm yoxsa nəsə başqa səhf var?--Nəcməddin Kəbirli (talk) 15:32, 9 oktyabr 2014 (UTC)
- Mümkünsə, iştirakınızı istifadəçi adınızla daxil olaraq, yenidən təsdiq edin. Uğurlar! --►Cekli829 16:25, 9 oktyabr 2014 (UTC)
- Oldu Təşəkkürlər.--Nəcməddin Kəbirli (talk) 18:15, 9 oktyabr 2014 (UTC)
Təkrar səhifələrin silinməsi
redaktəSalam bəy. Ağsu rayonunun bəzi kəndləri bir neçə hərf fərqi ilə təkrarən yaradılıb. Bu kəndlərdən biri olan Gəndəxan kəndinə silinmə şablonu tərəfimdən yerləşdirilmişdir. Bu səhifəni silməyimə yardımçı olsanız çox şad olardım. Amma ümumilikdə səhifələrin silinməsi prosedurunda bəzi çətinliklərim var. Bildiyim qədəri ilə bir səhifənin silinməsi üçün ilk öncə silinmə şablonu səhifəyə yerləşdirilməlidir, bundan sonra prosedur necə davam edir. Silinmə şablonu yerləşdirildikdən sonra müəyyən müddət gözləmək lazımdır ki, idarəçilər səhifəni silsin yoxsa? Öncədən təşəkkürlər --Nəcməddin Kəbirli (müzakirə) 18:41, 21 avqust 2016 (UTC)
- Salam. Son günlər Vikipediyaya daxil olmaq imkanım olmadığı üçün mesajınızı indi gördüm. Ona görə də gec cavab verdiyim üçün məni üzrlü hesab edin. Nəzərinizə çatdırım ki, digər idarəçimiz Araz müəllim qeyd etdiyiniz məqalə ilə bağlı müvafiq işləri görüb. Bəhs etdiyiniz məsələ ilə bağlı ətraflı məlumatı Vikipediya:Səhifə silmə kriteriyalarından əldə edə bilərsiniz. Hörmətlə, --►Tərxan Paşazadə 18:01, 26 avqust 2016 (UTC)
- Köməyə görə təşəkkürlər Hörmətlə, --Nəcməddin Kəbirli (müzakirə) 14:47, 4 sentyabr 2016 (UTC)
Silinmə
redaktəSalam həmkar. Silmək istədiyiniz səhifələr silindi. Sizə bir məsləhət verim. Sil şablonundan istifadə edərkən yalnız {{sil|}} bunu məqaləyə qoymağınız kifayətdir. Səbəb yazanda isə şablondakı sil sözündən sonrakı | bu xətdən sonra yazın. --Araz Yaquboglu (müzakirə) 15:25, 4 sentyabr 2016 (UTC)
- Əleykümsalam Araz bəy. Məsləhətinizə görə təşəkkürlər. Gələn dəfə ehtiyac olanda sizin dediyiniz formada yoxlamağa çalışacağam. Bir daha təşəkkürlər. Hörmətlə, --Nəcməddin Kəbirli (müzakirə) 15:57, 4 sentyabr 2016 (UTC)