Istifadeci Muzakiresi Proger Arxiv 6 - Wikipedia
Mövzulu ay
redaktəbiri silindi.--JameS RamireZ 16:35, 2 yanvar 2011 (UTC)
Mexaniki səhv ).Xəbər etdiyinizə görə çox sağolun.
P.S Mövzulu ay layihəsində təklifimə fikir bildirməyinizi istərdim --JameS RamireZ 23:43, 4 yanvar 2011 (UTC)
Marka ayını Murad 97 yaradıb ona yazın zəhmət olmasa. --JameS RamireZ 21:18, 17 yanvar 2011 (UTC)
İdarəçiliyə namizəd
redaktəSalam. Sizin fəaliyyətinizi maraqla izləyirəm. Bu templə davam edib, fəaliyyətinizi bir qədər də təkmilləşdirsəniz, 6 ay sonra idarəçiliyə Sizin namizədliyinizi irəli sürəcəyəm. Uğurlar olsun! --Cek Li Taran 10:00, 10 yanvar 2011 (UTC)
Vikipediya 10
redaktəSalam. Təəsüflər olsunki bu görüşdə iştirak edə bilmədim inşAllah gələn görüşə gələrəm. --JameS RamireZ 20:16, 15 yanvar 2011 (UTC)
İdarəçi namizədi
redaktəSalam Proger. Mən Sizin namizədliyinizi Azərbaycan dilində olan Vikipediyanın idarəçi seçkilərində irəli sürmək istəyirəm. Sizdən xahiş edirəm ki, bu təşəbbüsümlə bağlı fikirlərinizi yaxın 1-2 gün ərzində müzakirə səhifəmdə mənə bildirəsiniz. Hörmətlə:--Sortilegus 20:28, 17 yanvar 2011 (UTC)
- Xoş gördük! Təşəkkür edirəm! Təşəbbünüzə fikrim müsbətdir :). Etiraz etmirəm. Çox sağ olun! — Bu imzasız yazı Proger (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib; 02:50, 18 yanvar 2011 (UTC)
Təbrik edirəm
redaktəDostumuz Proger. Sizi namizədliyinizin idarəçiliyə irəli sürülməsi münasibətilə təbrik edirəm. Sizi bu ada layiq bilir və seçiləcəyiniz təqdirdə etmadı doğruldacağınızı düşünürəm. Seçkinizə və işlərinizə uğurlar arzu edirəm. Hörmətlə --Acategory 09:16, 18 yanvar 2011 (UTC)
Layihə ulduzu
redaktəSalam. Sizə Mövzulu ay layihəsinə verdiyiniz töhfələrə görə layihə ulduzu mükafatını təqdim edirəm. Gələcəy fəaliyyətinizdə uğurlar. Hörmətlə --JameS RamireZ 22:39, 22 yanvar 2011 (UTC)
İdarəçi
redaktəHörmətli Proger, İdarəçi seçilməyiniz münasibətilə təbrik edirəm. Şübhə etmirəm ki, istifadəçilərin bu etimadını layiqincə doğruldacaqsınız. Müvəffəqiyyətlər arzusu ilə --Vago 07:59, 26 yanvar 2011 (UTC) Mən də qoşuluram--MrArifnajafov 08:06, 26 yanvar 2011 (UTC) --Sortilegus 10:25, 26 yanvar 2011 (UTC)
Mən də Sizi idarəçi seçilməyiniz münasibəti ilə təbrik edir və fəaliyyətinizdə uğurlar arzu edirəm.--Acategory 13:34, 26 yanvar 2011 (UTC)
Hörmətli Proger! Təbrik edirəm! Səsvermədə müəyyən səbəblərə görə iştirak etməsəm də Sizin idarəçi seçilmənizə şadam! Sizə uğurlar arzulayıram! Hörmətlə, --Irada 17:14, 26 yanvar 2011 (UTC)
Məndə təbrik edirəm sizi.Uğurlar.--Rzalı 19:05, 26 yanvar 2011 (UTC)
Mən də bu təbriklərə qoşularaq Sizi idarəçi seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə idarəçi fəaliyyətinizdə yeni-yeni uğurlar arzusu ilə: --Sultan11 21:04, 26 yanvar 2011 (UTC)
Salam Proger! İdarəçi seçilməyiniz sevindiricidir. Bu yolda Sizə uğurlar arzulayıram. Hörmət və ehtiramla --E-citizen 06:40, 27 yanvar 2011 (UTC)
Salam, yeni idarəçimiz Proger! Sizi idarəçi seçilməyiniz münasibətilə təbrik edirəm və işlərinizdə uğurlar arzulayıram. Hörmətlə -- Babək Akifoğlu 14:18, 27 yanvar 2011 (UTC)
Просьба
redaktəЗдраствуйте, вы не могли бы перевести и создать в азервики эту статью . Уверен, что она будет очень полезна. — Bu imzasız yazı 85.141.115.228 (m) tərəfindən əlavə edilib; 12:00, 28 yanvar 2011 (UTC)
CoD MW
redaktəSalam video oyunlar məqalələrində təcrübəsi olan bir istifadəçi kimi yaratdığım məqaləyə baxıb onun yaxşı məqaləyə namizəd olub ola bilməyəcəyi haqda fikirivizi bilmək istəyirəm. Hörmətlə --JameS RamireZ 22:43, 29 yanvar 2011 (UTC)
- Məqalənin müzakirə səhifəsində öz fikirlərimlə mütləq bölüşəcəm :). --Proger danış 00:21, 30 yanvar 2011 (UTC)
Bilirsinizmi
redaktəSalam. Mən bilmək istərdim ki, ana səhifədə göstərilən Bilirsinizmi üçün yeni məlumatları harada yerləşdirmək lazımdır. Hörmətlə--Robert Langdon 21:20, 31 yanvar 2011 (UTC)
Bilirsinizmi-nin yeni buraxılışı artıq hazırdır. Hörmətlə--Robert Langdon 15:06, 1 Fevral 2011 (UTC)
Dövlət xadimi şablonu
redaktəSalam Proger! Sizdən dövlət xadimi şablonunu genişləndirməyinizi xaiş edəcəm çünki məqalələrdə bir neçə titul yazmağ olmur . --JameS RamireZ 21:26, 31 yanvar 2011 (UTC)
- Xoş gördük. Məhz hansı titullar qeyd edilmir? Mən məsələn birini edirəm, çalışır. Dəqiq göstərə bilərsiniz? --Proger danış 22:21, 31 yanvar 2011 (UTC)
- Məsələn buna baxın burada 4 titul bayraq,sələfi və xələfi ilə qeyd olunur. --FREE SOUTH AZERBAİJAN 22:25, 31 yanvar 2011 (UTC)
- 8-dək titul qeyd etmək olar. 2-ci və növbəti titullar “_sıra nömrəsi” indeksi ilə qeyd olunmalıdır. Məsələn: titul_2, sələf_2, regent1_2, hakimiyyət şəriki1_2, …, titul_3, sələf_3, regent1_2, hakimiyyət şəriki1_3 və s. Siz bu formada qeyd edirsiniz? --Proger danış 22:28, 31 yanvar 2011 (UTC)
xmm mən regent və hakimiyyət şərikini qeyd etmirdim. Zəhmət olmasa nümünə kimi buraya bir neçə titul ələvə edə bilərsiz? --FREE SOUTH AZERBAİJAN 22:31, 31 yanvar 2011 (UTC)
- Hazırdır. --Proger danış 22:43, 31 yanvar 2011 (UTC)
- Çox sağolun minnətdaram. --FREE SOUTH AZERBAİJAN 22:44, 31 yanvar 2011 (UTC)
- Dəyməz ;). --Proger danış 22:45, 31 yanvar 2011 (UTC)
Qayğıkeş idarəçi ulduzu
redaktəAzərbaycan vikipediyasının inişafında köməyinizi əsirgəmədiyiniz üçün və vəzifənizi lazimincə yerinə yetirdiyiniz üçün sizə Qayğıkeş idarəçi ulduzu mükafatın təqdim edirəm. Uğurlar. Hörmətlə --James Ramirez 23:03, 31 yanvar 2011 (UTC)
Şəkil
redaktəSalam Proger. AzVikidə elə bir sistem yaratmaq olarmı ki, şəkillər AzVikiyə deyil, birbaşa Commonsa yüklənsin? --Cek Li Taran 05:08, 4 fevral 2011 (UTC)
Mühafizə
redaktəSalam, Proger. Hələ ki {{No license}} şablonuna vandalizm qismində müdaxilə edən olmayıb və o hazırda elə də əhəmiyyət kəsb etmir, onun mühafizə olunmasına ehtiyac yoxdur. Vaxtilə bunu mənə də irad tutmuşdular (istifadəçi səhifəmin arxivini mühafizə etdiyimə görə). Həqiqətən də Vikipediya qaydalarına ziddir. Yəni biz də normal halda məqalə, şablon və kateqoriyalarla davranmaq xüsusunda digər istifadəçilərlə bərabərhüquqluyuq. Hörmətlə,--Vago 08:02, 4 fevral 2011 (UTC)
- Xoş gördük. Şablonda (No license) "subst:nld" (nld) var. Mühafizə edilməlidir. Xüsusi təsirə malik şablonlar/səhifələr mühafizə edilməlidir. Heç bir qayda pozuntusu yoxdur. --Proger danış 15:30, 4 fevral 2011 (UTC)
Bu arada siz nəyə görə "Windows oyunlar" kateqoriyasını silib, "Kompyuter oyunları" ilə əvəz etmisiniz? Niyə müzakirə etmədən bu cür radikal addım atırsınız? "Kompyuter oyunları" anlayışı altında hətta konsollar belə gedir. Linux, Mac və hətta PLME2 üçün oyunlar var. Hamısı da "kompyuter oyunları". Yəni məsləhətləşmək belə çətin işdir? Mən ki, bu bitkilərin kvalifikasiyasında (məsələn) bu cür radikal addımlar atmıram. --Proger danış 15:28, 4 fevral 2011 (UTC)
- Məqalələrini bərpa elədim. Düşünürəm ki "Windows oyunları" və "Windows oyunlar" kateqoriyalarını birləşdirilməlidir. 2-sini də Siz yaratmısınız deyə toxunmuram. Əgər birdən birini silmək fikrinə düşsəniz və mənim fikrimi bilmək istəsəniz, sonuncuda kateqoriya olmadığına görə məncə onu silmək yaxşı olar. İşdir belə olsa, onda Machinarium məqaləsində kateqoriya qırmızı görsənməlidir, onu da mənim kimi səhv edib "Kompyuter oyunları" yox, "Windows oyunları" kateqoriyası ilə əvəz edin, lütfən :) Bir iki dəfə də bu cür hallarla rastlaşsam, radikallığın daşını təmiz ataram :) --Vago 17:04, 4 fevral 2011 (UTC)
- Gərək bax elə bunu edərdiniz, bu cür anlaşılmazlıq da olmazdı :). Bu arada radıkallığın daşını tam atın! Radıkallıq gənclərin işidir :P. --Proger danış 17:42, 4 fevral 2011 (UTC)
- Hiss olunur :) --Vago 17:52, 4 fevral 2011 (UTC)
- Gərək bax elə bunu edərdiniz, bu cür anlaşılmazlıq da olmazdı :). Bu arada radıkallığın daşını tam atın! Radıkallıq gənclərin işidir :P. --Proger danış 17:42, 4 fevral 2011 (UTC)
- Məqalələrini bərpa elədim. Düşünürəm ki "Windows oyunları" və "Windows oyunlar" kateqoriyalarını birləşdirilməlidir. 2-sini də Siz yaratmısınız deyə toxunmuram. Əgər birdən birini silmək fikrinə düşsəniz və mənim fikrimi bilmək istəsəniz, sonuncuda kateqoriya olmadığına görə məncə onu silmək yaxşı olar. İşdir belə olsa, onda Machinarium məqaləsində kateqoriya qırmızı görsənməlidir, onu da mənim kimi səhv edib "Kompyuter oyunları" yox, "Windows oyunları" kateqoriyası ilə əvəz edin, lütfən :) Bir iki dəfə də bu cür hallarla rastlaşsam, radikallığın daşını təmiz ataram :) --Vago 17:04, 4 fevral 2011 (UTC)
Pictures
redaktəHi. Isn't pictures like this and this a copyright violation? -- Tegel 23:22, 4 fevral 2011 (UTC)
Yüklədiyim şəkillərə haradan tarix mənbə müəllif əlavə edə bilərəm? --JameS RamireZ 00:05, 5 fevral 2011 (UTC)
- Şəkli redaktə edərək ora (yuxarıdan-aşağı) müəllif, mənbə və etiket (lisenziya əlavə edin. Etiketlər burada yerləşir. --Proger danış 00:36, 5 fevral 2011 (UTC)
Birdə Salam, Şəkillər hazırdır. --JameS RamireZ 13:34, 6 fevral 2011 (UTC)
- 75-ci reynclerlər alayının əsgəri Ceymz Ramirezə salamlar! ABŞ-ın şərq sahillərinin müdafiəsi necədir? ;). Şəkillərə baxdım. Hamısına uyğun şablon yerləşdirmisiniz. Yaxşıdır. Ancaq biri unudulub. Bu üz qabığıdır. Lütfən bunu da dəyişin. --Proger danış 16:04, 6 fevral 2011 (UTC)
- Əleykümə Salam, Müdafiə yaxşı keçir amma heyif ki iyunda yaxın şərqdə partlayacayıq ), uyğun etiket yerləşdirdim xəbər etdiyiniz üçün çox sağolun --JameS RamireZ 20:19, 6 fevral 2011 (UTC)
Dəyişiklik edə bilərsizmi ?
redaktəSalam Proger. Yeni Vikipediya:Milli layihələr mükafatları adlı yeni səhifə yaradılır. Digər dil səhifələrindən uğurlu olan milli mükafatlar ora yığılır. Ancaq onlardakı ulduzların rəngi xoşuma gəlmir. Onları "Türkiyə ordeni"ndəki kimi parlaq ulduz və kantla dəyişmək olarmı ? Eyni zamanda bəzi milli mükafatları orada aça bilmədim, onlara da baxmağınızı xahiş edirəm.--Acategory 07:55, 5 fevral 2011 (UTC)
Proger
redaktəSalam Proger. Deyəsən imzalarımız qarışacaq, bəri başdan dəyişsəm yaxşıdır :) →VagoMüzakirə 16:06, 6 fevral 2011 (UTC)
- Hə :). Məncə elə indi də bəzi yeni dəyişikliklər edin :P. İndi belə bənzəyir :). --Proger danış 17:44, 6 fevral 2011 (UTC)
- İndi nə təklif edirsiniz :) →VagoMüzakirə 17:54, 6 fevral 2011 (UTC)
- Deyirəm bəlkə ümumiyyətlə yaşıldan imtina edəsiniz? :P. --Proger danış 17:57, 6 fevral 2011 (UTC)
- İndi münasibətinizi biləcəm, hansı rəngi məsləhət görürsünüz? Göy :P, qırmızı :P, yoxsa narıncı, yox narıncını qoyaq bir tərəfə, onsuz da hər yerdə inqilablar baş qaldırıb, bir təklif verin də :)--→VagoMüzakirə 18:00, 6 fevral 2011 (UTC)
- Əslində narıncı əla ideyadır! :). Ciddi deyirəm. Əgər əvvəl fikrimə gəlsəydi, özüm yəqin imzamı elə narıncı stildə edərdim. İşdir mənim məsləhətlətim dövriyyəyə girdi... Məncə siz hər şeyi olduğu kimi qoyub, sadəcə sərhədlərə rəng versəniz əla olar.. :). İndi dənəyək elə yaşıldan. Təklif edirəm ki, sərhədləri tam yaşıla boyayın. Daxildə bütün rəngləri ləğv edin. Bu da məsləhətim :). --Proger danış 18:06, 6 fevral 2011 (UTC)
- Olmadı ki, ox yaydan çıxıb, yaşılla vidalaşıram :) →VagoMüzakirə 18:14, 6 fevral 2011 (UTC)
- Əla! :). Bu başqa məsələ ;). --Proger danış 18:21, 6 fevral 2011 (UTC)
- Olmadı ki, ox yaydan çıxıb, yaşılla vidalaşıram :) →VagoMüzakirə 18:14, 6 fevral 2011 (UTC)
- Əslində narıncı əla ideyadır! :). Ciddi deyirəm. Əgər əvvəl fikrimə gəlsəydi, özüm yəqin imzamı elə narıncı stildə edərdim. İşdir mənim məsləhətlətim dövriyyəyə girdi... Məncə siz hər şeyi olduğu kimi qoyub, sadəcə sərhədlərə rəng versəniz əla olar.. :). İndi dənəyək elə yaşıldan. Təklif edirəm ki, sərhədləri tam yaşıla boyayın. Daxildə bütün rəngləri ləğv edin. Bu da məsləhətim :). --Proger danış 18:06, 6 fevral 2011 (UTC)
- İndi münasibətinizi biləcəm, hansı rəngi məsləhət görürsünüz? Göy :P, qırmızı :P, yoxsa narıncı, yox narıncını qoyaq bir tərəfə, onsuz da hər yerdə inqilablar baş qaldırıb, bir təklif verin də :)--→VagoMüzakirə 18:00, 6 fevral 2011 (UTC)
- Deyirəm bəlkə ümumiyyətlə yaşıldan imtina edəsiniz? :P. --Proger danış 17:57, 6 fevral 2011 (UTC)
- İndi nə təklif edirsiniz :) →VagoMüzakirə 17:54, 6 fevral 2011 (UTC)
Plan
redaktəÖlçüsü bir qədər böyük olsa idi lap əla olardı. Olmayan yerdə pis deyil. Atalar demişkən ulağa min ata çatana kimi. Böyük əziyyət şəkmisiniz çox sağ olun var olun. Amma imkan düşdükcə təkmilləşdirilməlidir.--MrArifnajafov 13:15, 10 fevral 2011 (UTC)
Ermənistan və Azərbaycan xəritələri
redaktəSalam. Zəhmət olmasa burada fikirinizi bildirin --JameS RamireZ 19:39, 12 fevral 2011 (UTC)
Midiya
redaktəMəqalədə çox sayda akademik nəşrlərdə, tanınmış tarixçilərin adlarını silib, “Q. Qeybullayev - Azerbaycan türklərini təşəkkülü tarixindən, Bakı, ADN, 1994, səh 90 136, Гейбуллаев Г. А. К этногенезу азербайджанцев, том 1. Баку, 1991, səh 216 – 274 kimi göstərilən mənbəni saxlamısınız, “Mənbələrlə sübut edilmiş hissə əlavə edildi. Vandalizmdən müdafiə olunur.” yazıb məqaləni qoruma altına almısınız. Bir iddia üçün müxtəlif dildə olan eyni bir əsəri bu cürə yazmaq elə özü iddianın nə qədər əsassız olduğunu göstərir. Sizə bir sualım var, Q. Qeybullayevin kim olduğunu bilirsinizmi?--Melikov Memmed⇒email 07:32, 15 fevral 2011 (UTC)
- "Buna baxmayaraq digər fikirlərə görə madalılar İrandilli xalqlardan biri olmuşdur" cümləsi və göstərdiyiniz mənbələr arasında ən mötəbərlərinin saxlanılması bəs etmir? Axı mənə elə gəlir ki, mən Sizin (yəni müəyyən müəlliflərin) də mövqeyinizi orada göstərib məqaləni mühafizə etdim. Səhv gəlir? Bir tarixçəyə baxın. Gah Siz, gah da Səfər hər dəfə məqalədəki yazıları "geri qaytarırsınız". Mənim türk olmağım və tariximlə fərəhlənməyim üçün nə Midiya, Atropatena nə də Albaniya lazımdır. Tariximi zaman sübut edib. Bunlarsız da qüdrətli və şanlıdır. Sözümün canı odur ki, mən elə bu məsələdə neytral adamam. Yazınızı da mən saxlayıb, mühafizə etdim. --Proger danış 15:07, 15 fevral 2011 (UTC)
- Vikipediyada mənbəyi olan hər fakt verilməlidir. Sefer bütün məqalələrdə öz mənblərini çoxunu "Q.Qeybullayevə görə" yazaraq "əsaslandırır". Mənin Sizə sadəcə bir sualım olmuşdur, AzVikidə bütün müəlliflərin üstündən xətt çəkən bu fövqəladə müəllif kimdir? Tarixçidirsə onu digər tarixçilərdən üstün edən nədir, akademikdirsə onu digər akademiklərdən üstün edən nədir? Bu mənada Səfəri dəstəklədiyiniz üçün bir daha sualıma cavab istəyirəm.--Melikov Memmed⇒email 05:43, 16 fevral 2011 (UTC)
- Mən sizi anlamıram. Sizin əlavə etdiyiniz cümləni öz mənbələri ilə mən saxlayıb, mühafizə etmişəm. Siz daha nə istəyirsiniz? Əalvə nəsə əlavə etmək istəyirsiniz? Yazın müzirə səhifəmə, əlavə edim. Problem nədədir? Mən axı Sizin də yazınızı (iddiaınızı) əlavə etdim. O ki, qaldı Qiyasəddin Qeybullayevə. Bu kişi tarixçidir. Etnoqraf və etnoloqdur. Daha doğrusu olub. Prototürk dilindən tutmuş, bir çox digər türk dillərində bilirdi. Türk dilləri ilə bağlı Moskvada çıxmış lüğəti də var. Midiya adları ilə bağlı da araşdırmaları var. Çox qiymətli əsərləri var. Mən Səfərin tərəfini tutmuram. Onun göstərdiyi kitab (Azərbaycan türklərinin təşəkkülü tarixindən) da rusca da nəşr edilib və qiymətli əsərdir. Mən onun tərəfini tutsaydım sizin orada cümləniz heç olmazdı. Lütfən bu cür düşünməyin. --Proger danış 19:35, 16 fevral 2011 (UTC)
- Vikipediyada mənbəyi olan hər fakt verilməlidir. Sefer bütün məqalələrdə öz mənblərini çoxunu "Q.Qeybullayevə görə" yazaraq "əsaslandırır". Mənin Sizə sadəcə bir sualım olmuşdur, AzVikidə bütün müəlliflərin üstündən xətt çəkən bu fövqəladə müəllif kimdir? Tarixçidirsə onu digər tarixçilərdən üstün edən nədir, akademikdirsə onu digər akademiklərdən üstün edən nədir? Bu mənada Səfəri dəstəklədiyiniz üçün bir daha sualıma cavab istəyirəm.--Melikov Memmed⇒email 05:43, 16 fevral 2011 (UTC)
Proger, məqalə elə yazılıb ki, Midiya haqqında məlumatı olmayan adam (məqalədə təbii əsasən bu cür insanlar üçündür) tam əmin olur ki, “Midiya Azərbaycan ərazisində yaranan dövlətdir, midiyalılar da türkdür”. Ancaq istər qədim (məsələn, Herodot), istərsə də müasir mənbələrə görə (ciddi azərbaycanlı tarixçilər də daxil olmaqla) midiyalılar irandilli olmuşlar. Faktlar o qədər danılmazdır ki, hətta M.C.Bağırov bu iddeyanın tam tərəfdarı olsa da “midiya tezisi” çox yaşamamışdır. Sadəcə məqalədəki şəkillərə baxmaq kifayətdir ki, bu insanların klassik fars mədəniyyətinin bir hissəsi olduğunu görəsən, onlara türk demək “göydə Günəşi danmaq” kimi bir şeydir. Ancaq başqa fikirlər də varsa, mənbə əsasında verilə bilər. Burda da iki məsələ var, birincisi göstərilən mənbələr saxtalaşdırılıb, bunları düzəltməyə isə Siz mane olursunuz, məqalə qorumaya alınıb. İkincisi digər ideyalar üçün mənbələr ciddi tarixçilərə istnad etməlidir. Rəhmətlik etnoqraf Qiyasəddin Qeybullayevin nə elmi dərəcəsi, nə də qeyri-akademik kitabları Vikipediya kimi ensiklopedik yazılarda “yön təyin edəcək” çapda deyil, məqalədə sadəcə bir cümlə ilə vermək olardı ki, “filankəsə görə bu belədir”. Dünən Sarkisiyan səfirə “ermənilərin ərəblərlə qohum olduğunu deyəndə” ATV haqlı olaraq “ermənilə idi də özlərinə ata axtarır” deyə işğənd edirdi, Səfər isə bu qeyri-akademik kitaba əsaslanaraq qədim mənbələrdə adları keçən, etnik mənsubiyyəti bəlli olmayan bütün millətləri AzVikidə “azərbaycan türklərinin ulu babası” olduğunu sübut edir, mənim də etirazım bunadır, “bir millətin nə qədər babası olar?”. Səfərə dəfələrlə yazmışam, azərbaycan türklərinin bir türk tarixi var, özü də kifayət qədər şanlı, digər tör-töküntüləri bura calamaq hər zaman “antitürk” ideologiyaların əsas hissəsi olub.--Melikov Memmed⇒email 06:13, 17 fevral 2011 (UTC)
- Səfərin bir dənə də olsun cümləsinə müdaxilə etməyin. Fikirlərinizi ayrı, bir-birinə (mövqelərə) alternativ olaraq yazın. Mühafizə kənarlaşdırılıb. --Proger danış 18:16, 20 fevral 2011 (UTC)
- Axı mən sizə xəbərdarlıq etmişdim ki, bu məqalədə heç bir cümlə çıxarılmadan, digər fikir əlavə olunacaq. Məqaləni bu formada kəsib, doğramaq nə deməkdir? Yoxsa bu da hekayədir?! Nə edirsiniz? Mən görürəm siz anlamırsınız. --Proger danış 09:43, 21 fevral 2011 (UTC)
- Proger, hər iki versiyanı tutuşdurun, Midiyaya aid tək bir fakt silinməyib. Silinənlər ya Midiyaya aid deyil, ya da başqa məqalələrə köçürülüb. AzViki bloq deyil, burda araşdırma aparmaq qəti olmaz, faktlar verilməlidir. Məsələn, "Qaumata üsyanı" bölməsi, bunun Midiyaya nə aidiyəti? Üstəlik tam bir hekayə və "Qaumata" məqaləsindən copy-paste. Məqaləni bir-az ensiklopedik hala salmağa çalışıram, düzəlişləri edək, istənilən halı müzakirə etmək olar, ancaq indiki halı "boş-boş" söz yığınından başqa bir şey deyil--Melikov Memmed⇒email 10:36, 21 fevral 2011 (UTC)
- Axı mən sizə xəbərdarlıq etmişdim ki, bu məqalədə heç bir cümlə çıxarılmadan, digər fikir əlavə olunacaq. Məqaləni bu formada kəsib, doğramaq nə deməkdir? Yoxsa bu da hekayədir?! Nə edirsiniz? Mən görürəm siz anlamırsınız. --Proger danış 09:43, 21 fevral 2011 (UTC)
Məqalənin mühafizəsi
redaktəSalam, Proger. Tarixlə bağlı məqalə olduğuna görə qarışmaq istəmirəm. Məlikov Memmedin düzəlişlərinin hamısına baxmamışam, amma məsələn "Qaumata üsyanı" bölməsi demək olar ki, 14 kb-lıq Qaumata məqaləsindən koçürülüb. Hörmətli Səfər Azərinin bu cür hallara yol verməsi birinci dəfə deyil. Məsələn, Atropatena məqaləsinə baxın. Atropatenanın tarixinin e.ə. 328 — b.e. 224 illəri əhatə edildiyi göstərilir, burada Zərdüştiliklə bağlı 5-3 kəlmə verilib, amma xristianlıqla bağlı məqləni doldurub. Halbuki həmin dövrün e.ə. 328 — b.e. 224 illərə heç bir aidiyyatı yoxdur. Buna da baxan yoxdur. Təki seçilmiş məqaləmizin kilobaytı çox olsun. Vikipediyada Səfərdən başqa yeganə Məlikov Memmedi tarixçi kimi tanıyıram, məqalələrə tənqidi yanaşan odur. Bu gün onun tənqidləri qarşısında İdarəçi nüfuzumuzdan istifadə ediriksə, bizdən heç bir şey olmaz! Hörmətlə,→VagoMüzakirə 11:08, 21 fevral 2011 (UTC)
Qeyri-obyektivlik və dini nifaq
redaktəHörmətli Proger danış Bu, bu və bu məsələyə dair fikir bildirməniz mənə maraqlı olardı --N KOzi 06:32, 16 fevral 2011 (UTC)
Neftçala
redaktəSalam. Məqalə seçilmiş satusu alıb. Siz isə indi iradınızı bildirirsiniz. Bir az gec deyil? Mən özümdən "Amerika kəşf eləməyi" sevən biri deyiləm. Məqalədə yazdıqlarımı əsaslandırıb yazmışam. Siz "Heydər Əliyevin təşəbbüsü ilə" hissəsini çıxartmaqda təkid edirsiz. Cümlənin sonundakı istinada baxmağa vaxtınız yoxdur? Bu sizin üçün "əsaslandırılmış" sayılmır? Etirazınız varsa "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası"na etiraz edin. Bunu səhv olaraq qeyd etdiklərini qəbul edib yeni nəşrdə çıxararlarsa siz də silərsiniz. İndi isə xahiş edirəm məhs özünüz əvvəlki versiyanı bərpa edin. Burda siçan pişik oynamayaq.
Digərləri deyəndə digər rayonları yoxsa başqa şeyi nəzərdə tutursuz? Hər nə olursa olsun, kimsə başqa məqalədə nəyinsə kiminsə təşəbbüsü ilə edildiyini yazmayıbsa bunu bu məqalədə yazmaq olmaz deyə bir qayda yoxdur. Mən sizdən xahiş edirəm, "buna ehtiyac olmadığını" nəyə əsaslandırdığınızı deyəsiniz.--Bakuemil 08:47, 16 fevral 2011 (UTC)
- Yox gec deyil. Heç vaxt gec deyil. Yoxsa deyirsiniz ki, məqalə hər-hansı "status" aldıqdan sonra gərək redaktə edilməyə, irad bildiriməyə? Haradan çıxdı bu? Mənim təqidim odur ki, Əliyev kimi şəxslərin işini hansısa inzibati bölgüdə yox, daha böyük və qlobal işlərdə çəkilməlidir. Yox əgər bu prinsiplə razılaşmırsınızsa, onda digər bölgülərin də kimlər (və ya hansı orqanlar) tərəfindən edildiyini qeyd edin. "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası"nın mövzuya nə dəxli var? Bu lap Qurtuluş günü oldu. Tarixçəsinə baxarsınız. Hər şeyi əsaslandırmışam, qeyd etmişəm və anlaşılan dildə yazmışam. Digər bölgülərin (illərlə) də kimlər/hansı orqanlar tərəfindən "bölündüyünü" yazdıqdan sonra bunu da əlavə edərsiniz. Yoxsa ərazi bundan əvvəl dəfələrlə bölünüb, birləşdirilib - heç bilinmir kimlər edib. Tapın, gətirin bu da qalsın. Hər şeyə "təşəbbüs ilə" zırıltısını yapışdırmaq gərəkmir. --Proger danış 09:45, 16 fevral 2011 (UTC)
Mövzulu ay
redaktəSalam Proger. Zəhmət olmasa bura baxardınız. Layihə işlək haldan çıxıb üçüncü ay gəlir amma hələ birinci ay mövzusu yarımçıılıq qalıb. --MakTavish 20:38, 27 fevral 2011 (UTC)
- Xoş gördük, reyncer. Əslində mövzu yarımçıq deyil. Türkiyə ayı bütün "mövzular" arasında ən tamı və dolğunudur :). Sadəcə mövzulu aylarımız ümumilikdə bərbad keçir. Bu Azərbaycan Vikipediyasında istifadəçi qıtlığının bariz nümunəsidir. Düzü indiki halda nə edəcəyimizi heç bilmirəm. Normal halda olan bir ay var mı? --Proger danış 19:26, 27 fevral 2011 (UTC)
Rusiya ayı yaxşı vəziyyətdədir. Onu seçmək olar + Türkiyə ayı haqqında nəticələri bəyan etmək lazımdır. --MakTavish 20:38, 27 fevral 2011 (UTC)
- Dediyiniz haqda burada yazmışam. Lütfən, orada səsinizi verin. --Proger danış 20:58, 27 fevral 2011 (UTC)
səs verdim --MakTavish 21:08, 27 fevral 2011 (UTC)
hmm əyər Türkiya ayına heç kəs maraq göstərmədisə onda Rusiya ayınıda bu gözləyir. Bəlkə Misir ayını təkmilləşdirək və səsverməyə çıxaraq? Rusiyadan daha çox Misirlə AzVikidə daha çox maraqlanırlar məncə --MakTavish 21:21, 27 fevral 2011 (UTC)
Kompüter/Kompyuter
redaktəAzərbaycan dilində demək olar ki, her yerdə bu söz kompüter kimi yazılır. Sadəcə google.az-da axtarış verin, görəcəksiniz kompüter sözünə 135.000.000 uyğun səhifə tapılıb, amma kompyuter yazdıqda cəmi 3000 link gəlir. Xahiş edirəm, su kimi aydın bir məsələnin müzakirəsini uzatmayaq. Hörmətlə, Verman1. 27 Fevral 2011
- Google-da axtarışın nəticəsi su kimi aydın məsələ deyil. Axtarış sisteminin (!) terminologiyaya nə dəxli var? Özüdə bir dilin ki, texniki termonologiyası hələ də tam qurulmayıb. Nazirlər Kabineti tərəfindən təsdiq edilən Azərbaycan dilinin texniki lüğətində "kompyuter" yazılıb. Unutmayın ki, Google sadəcə ötürücü rol oynayır. --Proger danış 20:32, 27 fevral 2011 (UTC)
Mövzulu ay
redaktəSalam. "Mövzulu ay" layihəsində nəsə dəyişiklik edək? "Türkiyə ayı" 2 aydır ki, davam edir, amma gördüyün kimi ciddi iş getmir. Digər ölkələrin layihələri də alayarımçıqdır. Məncə bu layihəni tətbiq etməyə bir az tələsdik, gərək ən azı 12 ölkə haqqında tam layihə səhifəsi hazır olaydı, sonra tətbiqinə başlayaydıq. 2 variant var - ya "Türkiyə ayı"nın vaxtını martın sonuna qədər uzadırıq, ya da layihəni müvəqqəti "dondururuq". Sən layihənin müəllifisən, idarəçilərin müzakirə səhifəsində bununla bağlı fikirlərini bildirsən pis olmaz. Məsləhətləşib bir ümumi qərara gələrik. Şəxsən mən layihəni müvəqqəti "dondurmağın" tərəfdarıyam. Hörmətlə:--Sortilegus 21:03, 2 mart 2011 (UTC)
16 mart saat 12:00
redaktəSalam. Mart ayında Xəzər Universitetində Vikigörüş keçirmək təklif olunub. 16 mart saat 12:00-da görüşün keçirilməsinə mən razıyam. Sizin və digər istifadəçilərimizin də fikrini bilmək istərdim. --Cek Li Taran 10:13, 3 mart 2011 (UTC)
Seçilmiş şəkil
redaktəSalam, Proger. Bunu nə dərəcədə məntiqi hesab edirsiniz ki, bir şəkilə səs verib, dərhal onu seçilmiş şəkil elan edəsiniz? Hörmətlə →VagoMüzakirə 11:42, 13 mart 2011 (UTC)
- Şəklin dəyişilməsinə bir neçə saat qalmış xronoloji ardıcıllıqla birinci verilmiş şəklə səs verdim (onda siz də heç bir fikir bildirməmişdiniz) və onu seçilmiş edim. Bu da məntiq. Əgər bəyənmədinizsə, niyə qaytarmısını? Sizin şəklə daha çox səs veriblər. Dəyişərdiniz gərək. Ümumiyyətlə seçilmiş şəkillərin seçim forması hələ də tam təkmilləşməyib. Mən bununla tezliklə məşğul olacam. --Proger danış 20:31, 13 mart 2011 (UTC)
- Sözün açığı çarəsizlikdən şəkil namizədi verirəm. Bir də ki namizədliyini göstərdiyim üçün Sizin-Bizim anlayışı yoxdur, hamımızındır - seçilsə də, seçilməsə də ) Keçən dəfə də şəkilin yeri boş qalmış görən kimi ilk ağlıma gələn, əlimin altında olan bir fəsiləyə aid bitki tapıb yerinə qoydum ki, Ana Səhifə boş qalmasın. Sonra Pərvizin göstərdiyi şəklin səsverməsini yekunlaşdırıb səhifəyə yerləşdirdiniz. Düşünürəm ki, ümumiyyətlə gözəgəlimli şəkillərdən axtarıb namizədliyini göstərmək lazımdır ki, kritik vaxtlarda problem olmasın. Hörmətlə, →VagoMüzakirə 06:10, 14 mart 2011 (UTC)
Təbrik edirəm
redaktəHörmətli Proger. Siz Azərbaycan Vikipediyasında çalışqanlığınıza və fəaliyyətinizlə Vikipediya ideyalarını təbliğ etmənizə görə Vikipediya prinsiplərini təbliğ etməyə görə mükafatla təltif edilmisiniz. Təbrik edirəm.--Acategory 15:43, 15 mart 2011 (UTC)
- Mükafata görə dərin təşəkkürümü bildirirəm! Bu mükafat mənim üçün xüsusidir. Vikipediya prinsiplərinin, ideyalarının təbliğini hər zaman edəcəm. Təşəkkür edirəm! --Proger danış 08:52, 17 mart 2011 (UTC)
Seçilmiş şəkil namizədi
redaktəSalam, Həmkar. Qeyd etmək isttərdim ki, həmin şəkili mən irəli sürməmişəm namizədliyini. --Robert Langdon 18:15, 21 mart 2011 (UTC)
Problem yoxdr, həmkar. Adi bir haldır. --Robert Langdon 19:26, 21 mart 2011 (UTC)
Kateqoriyalar
redaktəSalam. Yaratdığın kateqoriyalar ilə bağlı sənə bir vacib qeyd etmək istəyirəm. Kateqoriya yaradanda əvvəlcə onun ekvivalentinin digər vikilərdə olub-olmadığını araşdırmaq lazımdır. İkinci bir məsələ, hər bir yeni kateqoriya hansısa başqa bir kateqoriyanın tərkibində olmalıdır (alt kateqoriya kimi), son nəticədə isə bütün kateqoriyalar "ana kateqoriyalar"a bağlanmalıdır. Məsələn, sən Kateqoriya:Antik şəhərlər kateqoriyası yaratmısan. Nə intervikilər var, nə bu kateqoriya hansısa başqa bir kateqoriyaya daxildir. Bizim vikidə oxşar kateqoriya Kateqoriya:Qədim şəhərlər kateqoriyasıdır. Eyni kateqoriyalardısa, birləşdir. Fərqlidirlərsə, hərəsinə öz intervikisini əlavə et. Hörmətlə: --Sortilegus 23:19, 25 mart 2011 (UTC)
- Hə... İndi aydın oldu. Çox sağ ol! :) --Proger danış 00:17, 26 mart 2011 (UTC)
Seçilmiş şəkil
redaktəSalam, Proger. İkinci dəfədir görürəm ki, 50-50-yə səslə olan şəkili seçilmiş qərar verirsiniz! Qanunlar dəyişib ki?! ) →VagoMüzakirə 10:07, 2 aprel 2011 (UTC)
- Xoş gördük həmkar! :). Yox, heç nə dəyişməyib. Sadəcə seçilmiş şəkil seçimləri azacıq fərqlənir. Belə ki, namizədi dəstəkləyən istifadəçinin səsi Lehinə: kimi hesablanır. Məqalələrdən fərqi budur. 6-5 oldu deyə seçildi. Mən anlaşılmazlığın olacağını keçən dəfədən gözləyirdim :). Əsas odur ki, gec olsun güc olsun! ;). Məsələn bu Ağtala monastırına səs 2 yox, 3-dür.
- Bizdə tətbiq lunmağa başlamış özəl qanunlar işləyir - qoy başqaları təkliflərə münasibət bildirsin. Məncə bu da normaldır. Artıq heç idarəçi və bürokratlığa namizədin özü-özünə verdiyi səs hesablanmır. ) →VagoMüzakirə 11:10, 2 aprel 2011 (UTC)
- İndiyə kimi tətbiq etmək istədiyim "özəl" qanunların hamısını mən müzakirə etmişəm. Bu birinci məsələ. İkinci məsələ isə odur ki, velosiped kəşf edilməyib. Bu yaradılmış/zənginləşdirilmiş məqalə deyil ki, buradakı səsvermədə namizədliyini verən istifadəçinin səsi hesablanmasın. Kiminsə tərəfindən, haradasa çəkilmiş şəkildir. Namizədliyini verən əlbəttə ki, avtomatik olaraq lehinədir. Hərdən gətirdiyiniz analogiyalara heyrətlənirəm. İdarəçi, bürokrat və... şəkil. --Proger danış 11:16, 2 aprel 2011 (UTC)
- Halal olsun! Siz təklifimdə analoq tapa bilmirsinizsə, Sizin problemdir. Burada bir nəfər bir səs deməkdir. İstər idarəçi seçkisində, istər bürokrat seçkisində, istərsə də şəkil seçkisində. Bu bir. İkincisi də yaradılmış/zənginləşdirilmiş məqalə kollektiv əməyin məhsulu kimi qəbul olunur və həmin səsvermə zamanı istifadəçilərin səsi hesablanır. Bir də ki, Siz hələ adicə səsverməni yekunlaşdırma qaydalarına riayət etmədən məqaləni seçilmiş elan edirsiniz, nə xəbərdir? →VagoMüzakirə 11:29, 2 aprel 2011 (UTC)
- Burada "bir nəfər səsdir" deyə sözlərlə bitmir. Hər sahənin öz qanunu var, öz yanaşması var. Təkrar edirəm velosiped kəşf etməmişəm. Yəni! Özümdən çıxarmamışam bunu. İngilisdilli, türkdilli vikipediyada tətbiq edilən qanunları köçürmüşəm. Zəhmət çəkin ora baxın. Birdə ki, mən hansı məqaləni seçilmiş elan etmişəm?! Qulaq asın, seçilmiş şəkillərin səsvermə məsələsi ilə hər-hansı bir müzakirə açmaq istəyirsinizsə uyğun səhifədə edin. Mən bir şəklin necə seçilmiş olduğunu izah etdim. Bu qaydanı özümdən çıxarmamışam. Bu layihəni haradan götürmüşəmsə (ingilis, türk) oradan da tətbiq etmişəm və bu tətbiqetməni ən düzgün sayıram. Çünki düşünürəm ki, idarəçi, bürokrat, məqalə və şəkil ayrı-ayrı "şeylərdir" və onların da səsverməsi özlərinə uyğun olmalıdır. Nəyə görə də düzgün sayıram onu da yuxarıda izah etmişəm. Yox əgər bu formanı bəyənmirsinizsə, uyğun səhifədə də müzakirə açın. İnanın mənim üçün heç bir fərq etməz nə, necə seçilir. Tam səmimi və ciddi deyirəm. Cəmiyyət bu cür formanı qəbul etməzsə, etməz. Səsvermələri keçirərik bazis qaydalar ilə. Mübahisəyə ehtiyac yoxdur. --Proger danış 11:41, 2 aprel 2011 (UTC)
- Guya mənim üçün bir fərqi var?! Bomj olmur, ABŞ prezidenti olsun! Seçilmiş şəkillə bağlı işlərinizi də kölgəyə salmaq niyyətində ola bilmərəm. Deyirsiniz başqa vikilərdə elədir, qoy olsun, Səsvermə qaydalarına uyğun heç olmasa yekunlaşma aparılmalıdır, ya yox, məsələn (etibarsız səslər də ola bilər). Qaldı nəyi bəyənib-bəyənməməyimə, yəqin ki Vikipediya:Seçilmiş şəkil namizədləri ilə də bağlı cəmiyyətin səsvermə nəticəsində qəbul edəcəyi qərara hörmətlə yanaşmaq hər birimizin borcudur. Bir də ki, başqa vikilərdə şəklin seçilməsi namizədliyi müddəti üçün heç bir vaxt-filan qoyulmur?→VagoMüzakirə 11:58, 2 aprel 2011 (UTC)
- Sırf yekunlaşdırıcı bir nəsə ola bilər əslində. Problem yoxdur. Amma burada "etibarsız səs" anlayışı yoxdur. Digər tərəfdən bizim səsvermə prinsiplərimizə uyğun keçirilirsə... Anlayışı var. Vallah artıq bilmirəm. Elə eləmək olar əslində. Sadəcə digər vikilərdə heç yekunlaşdırıcı nəyinsə olduğunu görməmişəm deyə... Digər tərəfdən də o biri vikilər bizə abloyut nümunə deyil. Əlavə və dəyişikliklər də edə bilərik (edirik də). Mənim bircə vuruşduğum bu namizədliyə çıxaranın səsinin də lehinə olaraq hesablanmasıdır. Bunu ədalətli sayıram. Bir tərəfdən də şəkil özünün də ola bilər. Qalmışam belə :/. Vaxt məsələsinə qaldıqda, seçilmiş şəklin dəyişilməsinə bir neçə saniyə qalmış dəyişilir. Digər vikilərdə bununla məşğul olan bir məsul isitifadəçi olur. O da özü edir. --Proger danış 12:33, 2 aprel 2011 (UTC)
- Guya mənim üçün bir fərqi var?! Bomj olmur, ABŞ prezidenti olsun! Seçilmiş şəkillə bağlı işlərinizi də kölgəyə salmaq niyyətində ola bilmərəm. Deyirsiniz başqa vikilərdə elədir, qoy olsun, Səsvermə qaydalarına uyğun heç olmasa yekunlaşma aparılmalıdır, ya yox, məsələn (etibarsız səslər də ola bilər). Qaldı nəyi bəyənib-bəyənməməyimə, yəqin ki Vikipediya:Seçilmiş şəkil namizədləri ilə də bağlı cəmiyyətin səsvermə nəticəsində qəbul edəcəyi qərara hörmətlə yanaşmaq hər birimizin borcudur. Bir də ki, başqa vikilərdə şəklin seçilməsi namizədliyi müddəti üçün heç bir vaxt-filan qoyulmur?→VagoMüzakirə 11:58, 2 aprel 2011 (UTC)
- Burada "bir nəfər səsdir" deyə sözlərlə bitmir. Hər sahənin öz qanunu var, öz yanaşması var. Təkrar edirəm velosiped kəşf etməmişəm. Yəni! Özümdən çıxarmamışam bunu. İngilisdilli, türkdilli vikipediyada tətbiq edilən qanunları köçürmüşəm. Zəhmət çəkin ora baxın. Birdə ki, mən hansı məqaləni seçilmiş elan etmişəm?! Qulaq asın, seçilmiş şəkillərin səsvermə məsələsi ilə hər-hansı bir müzakirə açmaq istəyirsinizsə uyğun səhifədə edin. Mən bir şəklin necə seçilmiş olduğunu izah etdim. Bu qaydanı özümdən çıxarmamışam. Bu layihəni haradan götürmüşəmsə (ingilis, türk) oradan da tətbiq etmişəm və bu tətbiqetməni ən düzgün sayıram. Çünki düşünürəm ki, idarəçi, bürokrat, məqalə və şəkil ayrı-ayrı "şeylərdir" və onların da səsverməsi özlərinə uyğun olmalıdır. Nəyə görə də düzgün sayıram onu da yuxarıda izah etmişəm. Yox əgər bu formanı bəyənmirsinizsə, uyğun səhifədə də müzakirə açın. İnanın mənim üçün heç bir fərq etməz nə, necə seçilir. Tam səmimi və ciddi deyirəm. Cəmiyyət bu cür formanı qəbul etməzsə, etməz. Səsvermələri keçirərik bazis qaydalar ilə. Mübahisəyə ehtiyac yoxdur. --Proger danış 11:41, 2 aprel 2011 (UTC)
- Halal olsun! Siz təklifimdə analoq tapa bilmirsinizsə, Sizin problemdir. Burada bir nəfər bir səs deməkdir. İstər idarəçi seçkisində, istər bürokrat seçkisində, istərsə də şəkil seçkisində. Bu bir. İkincisi də yaradılmış/zənginləşdirilmiş məqalə kollektiv əməyin məhsulu kimi qəbul olunur və həmin səsvermə zamanı istifadəçilərin səsi hesablanır. Bir də ki, Siz hələ adicə səsverməni yekunlaşdırma qaydalarına riayət etmədən məqaləni seçilmiş elan edirsiniz, nə xəbərdir? →VagoMüzakirə 11:29, 2 aprel 2011 (UTC)
- İndiyə kimi tətbiq etmək istədiyim "özəl" qanunların hamısını mən müzakirə etmişəm. Bu birinci məsələ. İkinci məsələ isə odur ki, velosiped kəşf edilməyib. Bu yaradılmış/zənginləşdirilmiş məqalə deyil ki, buradakı səsvermədə namizədliyini verən istifadəçinin səsi hesablanmasın. Kiminsə tərəfindən, haradasa çəkilmiş şəkildir. Namizədliyini verən əlbəttə ki, avtomatik olaraq lehinədir. Hərdən gətirdiyiniz analogiyalara heyrətlənirəm. İdarəçi, bürokrat və... şəkil. --Proger danış 11:16, 2 aprel 2011 (UTC)
- Bizdə tətbiq lunmağa başlamış özəl qanunlar işləyir - qoy başqaları təkliflərə münasibət bildirsin. Məncə bu da normaldır. Artıq heç idarəçi və bürokratlığa namizədin özü-özünə verdiyi səs hesablanmır. ) →VagoMüzakirə 11:10, 2 aprel 2011 (UTC)
Salam həmkar. Sizin seçilmiş şəkil namizədləri işində olan əməyinizi qiymətləndirirəm. Ancaq Vago haqlıdır. Ən əsası ona görə ki, namizədliyi irəli sürülmüş şəkilin səs vermə müddətinin nə vaxt bitdiyi məlum olmadığından həmin şəkildən sonra namizədliyi irəli sürülmüş şəkillərin səsverməsi başa çatdırılsada əvvəlki şəkil növbəti dəfəyə qalır. Bu səbəbdən səs vermənin müddətinin göstərilməsi mütləqdir. Məsələn bu şəkilin namizədliyi irəli sürüləndən düz üç ay sonra yekunlaşdırılmışdır. Sizcə bu nə dərəcədə düzgündür. Səsvermənin hesablanması məsələsinə gəlincə, həmkarımız düz buyurur, namizədliyi irəli sürən istifadəçinin səsinin hesablanması məncə də normal deyil. --Sultan11 13:35, 2 aprel 2011 (UTC)
- Xoş gördük həmkar. Nə deyirəm ki? İnkar etmirəm. Boşluqlarımız var. Sonuncu yazımda da bildirdim. Hesab edirəm ki, konsensusa gəldik. İndi məsləhətləşərək bir ortaq bir şey qurarıq. Tezliklə bununla məşğul olacam. --Proger danış 22:52, 2 aprel 2011 (UTC)
Proger, salam. Nəhayət istədiyinizi etdiniz....Şəkli [1] Ana səhifəyə qoydunuz... Kəlbəcərin işğalı günü və fransız bomju.... Bu mövzuda şəkil qoymaq istəyirdinizsə evi yandırılmış, ata-anasını itirmiş azərbaycanlı uşağının şəklini qoysaydınız daha düzgün olardı. Mən sizinlə mübahisə etmək istəmirəm, amma hesab edirəm ki, əleyhinə səs verənlər 3 nəfərən çoxdursa şəklin Ana səhifəyə gətirilməsi düzgün deyil. Ən azı 4 idarəçi əleyhinə səs veribsə (Vikipediya:Seçilmiş şəkil namizədləri/Parisdə evsiz adam), onların səsinə hörmət etmək lazım idi. Bu dəfə keçirəm, gələn dəfə belə hal olarsa, söhbət daha ciddi olacaq. --Irada 00:01, 3 aprel 2011 (UTC)
- Xoş gördük. Mən də sizinlə mübahisə etmək istəmirəm amma eləcə də hesab edirəm ki, "əleyhinə səs verənlər 3 nəfərən çoxdursa" və "ən azı 4 idarəçi əleyhinə səs veribsə" kimi arqumentlər yetərli deyil. İdarəçilər digər istifadəçilərdən heç nə ilə fərqlənmirlər. Onların səsləri də sıravi səslər kimi hesablanır və artıq heç bir xüsusi çəki vermir. Qarşı səs verən idarəçilərlə yanaşı, dəstək verən idarəçilər də olub. Bu heç nə demək deyil. Heç bir idarəçi burada statusu olmayan hər-hansı bir istifadəçidən nə artıqdır, nə də əskik. Mən şəkli ora çoxdan qoymuşdum, şəklə də bircə dəfə səs vermişəm. Özüm qoymamışam. Seçiblər. Onun seçilməsi ilə bağlı nə xüsusi piar, nə də təşviqat kampaniyası keçirmişəm. Şəkil yerləşdiriləndə Kəlbəcərin işğalı dönəminə vaxt vardı. Həmçinin, bunun seçilmiş şəklə heç bir aidiyyatı yox idi. Şəkil də namizədliyi verilib, səslər toplanılıb və seçilib. Mənim kimi siz də dediyiniz hər-hansı bir Qarabağlı didərgin körpənin/uşağın/Ananın/qocanın şəklini yerləşdirə bilərdiniz. Mənim üçün bu cür şəkilləri yerləşdirmək üçün heç bir xüsusi ildönümü gərəkmir. Növbədənkənar da yerləşdirmək olar. Bu arada İradə xanım, gəlin ilk növbədə çoxdankı yaxşı münasibətləri səbəbsiz və lazımsız olaraq ayaqlar altına qoyub, məhv etməyək. Mənim siz nəyimdən keçirsiniz? Nə etmişəm ki? Seçilib, keçib. Söhbəti istəyirsiniz ciddi aparın, istəyirsiniz qeyri - ağ ağdır, qara qara. Bunu dəyişdirmək olmaz axı. İndi siz mənə elə yazmısınız ki, elə bil cinayətkaram, Vətən xainiyəm. Kim, kim mən?! Məni elə ən yaxşı tanıyan adamlardan biri sizsiniz. Bu cür sözlər adamı uzaq salır. Münasibətləri soyudur. Sonda bu sadəcə şəkildir... --Proger danış 17:57, 3 aprel 2011 (UTC)
- "İdarəçilər digər istifadəçilərdən heç nə ilə fərqlənmirlər..." idarəçilər səsvermə nəticəsində seçilmiş, digər istifadəçilərin etibar etdikləri təcrübəli istifadəçilərdilər və onların fikirlərinə hörmət etmək lazımdır!
- Siz səsvermədə müddət göstərmədiniz, əleyhinə səsverənlərin səsi çox olarkən şəkli səsvermədən çıxarmadınız, gözlədiz - 1 səs artıq olan kimi şəkli seçilmiş etdiniz. 1-2 gün də gözləsəydiniz şəkilin əleyhinə səsverənlər tapılardı. Mən sizi hər zaman prinsipial sayırdım və bu cür hərəkət sizdən gözləmirdim!
- "Mənim üçün bu cür şəkilləri yerləşdirmək üçün heç bir xüsusi ildönümü gərəkmir..." Bu düşüncə ilə Şuşanın işğalı günü erməni bomjunun və ya Sarkisyanın şəklini də qoymaq olar...və ya bir əyyaşın da şəklini qoymaq mümkndür...
- "Bu cür sözlər adamı uzaq salır. Münasibətləri soyudur. Sonda bu sadəcə şəkildir..." Bu şəkli qoymaqla siz çox ciddi səhv etmisiniz! Səhvi isə hətta öz doğma oğlum olsa belə bağışlamaq fikrində deyiləm! Bu sadəcə şəkil deyil bu başqa millətlərə əsrlərlə qan udduran qenosid törədən, tarix boyu işğalçılıq siyasəti aparan, son illər isə ermənilərə havadarlıq edən, ermənilərə qarşı soyqırımı tanıyan, Avropanın ən varlı dövlətlərindən sayılan bir ölkənin iç üzüdür. O "iç üzün" baxışlarında isə tənbəllik, riyakarlıq, nifrətdən başqa mən heç nə görmədim!--Irada 18:36, 3 aprel 2011 (UTC)
- Təkrar edirəm idarəçilər istifadəçilərdən heç nə ilə seçilmir. Elə adamlar var ki, idarəçilərə etibar edir, elələri var ki, etmir elələri də var ki, heç veclərinə deyil. İdarəçilərin qarşı səsi ilə birlikdə dəstəyi də olub. İdarəçi xüsusi adam deyil. O ki, qaldı müddətə. Nəzərinizə çatdırım ki, seçilmiş şəkillər ən son ana kimi (bir neçə saniyə) dəyişilmir. Axırıncı ana kimi qalır, sonra seçilir. Bu da sübut. Keçiddəki istiqamətləndirməyə baxın. Sona kimi səsvermə keçirildi! Tarixlə birinci əlavə edilən şəkili, boş səhifəyə keçənə kimi gözlənilib! Axır sistem atıb yeni səhifəyə, o da qoyulmadığından Sortilegus istiqamətləndirib. İndi siz məni ittiham edirsiniz ki, mən gözləməmişəm? Buna nə ad verim? Mən də indi yazım ki, sizdən bunu gözləməzdim?! Deyim ki, Siz məni əsassız ittiham edirsiniz və sair və ilaxır? Bu boyda zırıltı nədir axı? Namizəd verilib, seçilib! Sona kimi gözlənilib! Sistem özü avtomatik dəyişənə kimi! "Mənim üçün bu cür şəkilləri yerləşdirmək üçün heç bir xüsusi ildönümü gərəkmir..." - bu sözləri mən yazanda demək istəyirdim ki, mənim üçün Kəlbəcərin, Laçının, Xocalının işğalına aid şəkilləri qoymaq üçün onların ildönümünü gözləmək lazım deyil. İndi də vermək olar, sabah da. Bir az seçim hüququna hörmət edin. --Proger danış 20:47, 3 aprel 2011 (UTC)
İdarəçi istifadəçidən heç nə ilə fərqlənməsəydi daha idarəçi seçkiləri nəyə görə aparılır - elə hamıya ixtiyar verərdilər: hər kəs istədiyi məqaləni silib, istədiyi istifadəçini bloklayardı. Bir də təkrar edirəm: digər istifadəçilərin etibar etdikləri təcrübəli istifadəçilərdilər və onların fikirlərinə hörmət etmək lazımdır! Əgər şəklin seçilməsində müddət göstərilmirsə və bu məsuliyyət "sistemin" üzərinə düşürsə - daha pis! Deyirsiniz: "...mənim üçün Kəlbəcərin, Laçının, Xocalının işğalına aid şəkilləri qoymaq üçün onların ildönümünü gözləmək lazım deyil..." Bayaqdan sistemdən danışırsız indi də belə deyirsiz....Seçim hüququna hörmət etsəydiniz "mənim üçün...gözləmək lazım deyil..." deməzdiniz. Belə çıxır ki, siz özünüz heç bir ildönümünü və heç kimi saymadan istədiyiniz şəkli Ana Səhifəyə atmaq ixtiyarını özünüzdə görürsünüz. Bu cür özbaşınalıqdan sonra mən ümumiyyətlə şəkil seçimindəki səsvermələrdən imtina edirəm!!! Siz şəkillərə çox qeyri-ciddi baxırsız, amma unutmayın ki, bəzən bir kitabın deyə bilmədiyini şəkil deyir, odur ki, şəkillərin seçimində ehtiyatlı olmaq gərəkdir. Yazılan məqaləni dili bilməyənlər oxumurlar amma şəklə hamı baxır!! Siz isə deyirsiniz: "Bu boyda zırıltı nədir axı?" Bu sözdən sonra mən sizinlə nə danışım? --Irada 05:38, 4 aprel 2011 (UTC)
- Siz nə danışırsınız? Artıq bu bütün sərhədləri keçir. Bütün mənaları, sözlərimi təhrif edirsiniz! Şəklin maizədliyi verilib və sistemin 4 GÜNDƏN BİR dəyişilənə kimi səsvermə keçirilib! Necə məqalədə bir həftədən bir necə dəyişilirsə, burada da elə! Digər vikilərdə şəkillər bir gündən bir dəyişilir! İdarəçiləri dağ başına qaldırmısınız deyirsiniz ki, onların səsi adi istifadəçilərdən daha önəm daşıyır. Bu nə absurddur?! Mənim üçün gözləmək lazım deyil sözlərini Qarabağa aid şəkillərin namizəd kimi verilməsinə aid yazırdım! Niyə mənim sözlərimi təhrif edirsiniz? Bu nə deməkdir?! BU ŞƏKİLDİR! Namizədliyə verilib və siz məni ittiham etdiyinzi kimi gözlənilmədən seçilməyib! Sistem özü dəyişilənə kimi əl dəyilməyib! Sübut da verildi! Bəsdirin sözlərimi təhrif etdiniz! Şəklin namizədliklə bağlı qeydlərində yazılıb ki, 7 gündən bir seçilməlidir! Bundan hətta çox qalır! Elə hey əsassız ittihamlar edirsiniz, sözlərimi təhrif edirsiniz! Mən daha bu mövzuda sizinlə heç bir müzakirə aparmayacam. --Proger danış 08:20, 4 aprel 2011 (UTC)
Sərhədləri siz keçirsiniz və mənim sözlərimi təhrif edirsiniz. Mən sizin yazdığınız cümlələri bir-bir təkrar edərək, mənə edilən hər bir ittihamın, hər bir cümlənin cavabını ayrıca vermişəm. Əgər mənim cavablarım xoşunuza gəlmirsə bu sizin problemdir. Mən deyirəm Ana səhifədəki şəkil məqalədən də vacibdir - yenə deyirsiniz "sistem dəyişir". Axı bu sistemi də istifadəçi yaradıb... Mən deyirəm: idarəçi ilə istifadəçi arasında fərq olmasaydı idarəçilərə verilən texniki imkanları elə bütün istifadəçilərə verərdilər - siz deyirsiniz "idarəçiləri dağ başına çıxarmısan..." Təhrif bunlar deyil bəs nədir? Mən ümumiyyətlə daha heç bir mövzuda sizinlə müzakirə aparmayacam!!! --Irada 09:12, 4 aprel 2011 (UTC)
- Mən sizi harada ittiham etmişəm?! Siz deyirsiniz ki, mən gözləmədən yükunlaşdırmışam. Sübut etdim ki, axıra kimi gözlənilib. Bu mənə ittiham deyil?! Mən şəkli namizədliyə vermişəm! HAMI VERƏ BİLƏR! BİRCƏ dəfə səs vermişəm. Qalanları seçim. SİZ MƏNDƏN NƏ İSTƏYİRSİNİZ? --Proger danış 09:16, 4 aprel 2011 (UTC)
Sizin sonuncu yazılarınız başdan ayağa ittihamdır, hətta bununla kifayətlənməyib mənim fikirlərimi "absurd" da adlandırırsınız. Ana səhifədəki bu şəkil şəxsən bir azərbaycanlı kimi məni təhqir edir!!! Ana səhifəyə baxanda doğrudanmı sizə indi xoşdur... Qoy olsu!!! Mən şəxsən sizdən heç nə istəmirəm, istəmərəm də..!!!--Irada 09:29, 4 aprel 2011 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Vikipediya:Bloklama qaydaları ilə əlaqədar burada (Vikipediya:Səsvermə/Bloklama qaydaları) Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə,--Melikov Memmed⇒email 07:28, 7 aprel 2011 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Növbəti yalan ilə əlaqədar burada (Vikipediya:Kənd_meydanı) Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə,--Melikov Memmed⇒email 05:33, 8 aprel 2011 (UTC)
Fayl statusu Şəkil:ADRveAR 1414.jpg
redaktəHörmətli istifadəçi! Sizin yüklədiyiniz faylın Şəkil:ADRveAR 1414.jpg yoxlanılması zamanı bəzi problemlər aşkarlanmışdır. Diqqət edin ki, hər bir faylın təsviri onun müəllifi, mənbə və lisenziya şablonunu da həmçinin əhatə etməlidir (ətraflı bax: «Vikipediya:Şəklin istifadə qaydası»). Əgər Siz bunu necə etməyi bilmirsinizsə, bununla bağlı Kənd Meydanında sual verə bilərsiniz. Əgər göstərilən faylın statusu 7 sutka ərzində göstərilməsə, idarəçilər onu silməyə məcbur olacaqlar. O üzdən fatlın statusunun aydınlaşdırılması üçün vaxt itirməyin. --Proger danış 08:25, 15 aprel 2011 (UTC)
Əlbəttə, nəinki lisenziya şablonu (bu xəritəni özüm hazırlayıram) qoyulacaq, həm də mənbələr də göstəriləcək və 3 dildə (en, ru, az) olacaq. Hələlik test variantıdır, müzakirələr gedir ki, bəzi şeyləri dəqiqləşdirək. Qurtaranda özüm sil şablonu yerləşdirəcəm, görünür müzakirələrə baxmamısınız--Melikov Memmed⇒email 08:38, 15 aprel 2011 (UTC)
- Əslində baxmışam. Hələlik (!) şablona fikir verməyin. Bu qədər lisenziyasız şəkil olduğu halda bu şablonun məhz ADR-lə bağlı xəritəyə bərkidilməsi heç də ədalətli deyil. Müzakirələrdə qeyd edilib ki, commonsa endirilməsi üçün (təbii olaraq) mənbə, lisenziyası və müəllifi dəqiq göstərilməlidir. Test olaraq yerləşdirdim. Gördüyünüz kimi kiçik texniki xırdalıqlarla problem var. <Tarix göstərilməyib!>. Amma faylı yükləyən zaman "No license" seçdikdə dəqiq tarix göstərilir. Bir sözlə rahat ola bilərsiniz. Bu sistem hələ tam tətbiq olunmayıb. Test üçün edilib. --Proger danış 08:48, 15 aprel 2011 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Vikipediya rəsmi prinsiplərin qəbulu ilə əlaqədar burada (Vikipediya:Səsvermə/Yaxşı məqalə nədir?) Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə, ----N KOziMüzakirə 07:25, 19 aprel 2011 (UTC)
Flag of Azerbaijan Democratic Republic
redaktəYou reverted the replacement of flag and coat of arms. Why did you do that? Do you hve a source (from Azerbaijan?) hat the modified graphics are wrong? Flag and Coat of arms were created according to [2],[3], and Karl-Heinz Hesmer, Flaggen und Wappen der Welt (Germany, 1992), all have equal descriptions of the 1918 flag.--Antemister 07:44, 19 aprel 2011 (UTC)
- The flag of the Azerbaijan Republic is the flag of ADR. There are a lot of sources of it: The studies of the scientist of history Sabuhi Ahmadov, Azerbaijani flags from the President Library and at last "state symbols" section at the web page of the President of the Azerbaijan Republic. Quotation from site president of AR:
On November 9th, 1918 government of Azerbaijan Democratic Republic adopted resolution on national three colored flag. After the fall of ADR on April 28, 1920 and establishment of Soviet power in Azerbaijan this flag was rejected.
On November 17, 1990 three colored flag was for the second restored in its rights by the resolution of Supreme Majlis of Nakhichevan Autonomous Republic and accepted as national flag of Autonomous Republic. At the same session Supreme Majlis of Nakhichevan solicited Supreme Soviet of Azerbaijan SSR for recognition of three colored flag as a national symbol of Azerbaijan. On February 5, 1991 Supreme Soviet of Azerbaijan Republic considered a solicitation for recognition three colored flag as a National Flag of Azerbaijan. |
Please do not undo. Thank you. --Proger danış 21:08, 20 aprel 2011 (UTC)
Dəvət
SİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Azərbaycan dilində VikiXəbər ilə əlaqədar [[4]] səhifəsində keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə, ----N KOziMüzakirə 05:06, 28 aprel 2011 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Bürokrat seçkisi ilə əlaqədar ilə əlaqədar burada (Vikipediya:Bürokratlar) Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə, --N KOzi Müzakirə 04:37, 16 iyun 2011 (UTC)
Səfərdən salamat
redaktəSalam Proger. Səfərdən salamat həmkar. Uzun fasilədən sonra fəaliyyətində sizə uğurlar arzusu ilə: --Sultan11 11:39, 10 iyul 2011 (UTC)
- Xoş gördük Sultan bəy :). Çox sağ olun! Ancaq mən hələ də səfərdəyəm belə demək olarsa :). Sadəcə bir neçə vaxt idi ki, girib yazıları oxusam da birbaşa yazmağa imkan olmurdu. İndi çalışacam bu boşluğu aradan qaldırım. Bir daha təşəkkür edirəm! :) --Proger danış 11:59, 10 iyul 2011 (UTC)
İxtisarlar
redaktəXoş gördük! Çoxdandır ünsiyyətdə olmuruq. Necəsiniz? :) Soruşmaq istəyirdim ki, nəyə görə mövzulu aylarla bağlı bəzi kiçik ixtisarlar (məs.: "Ölkə mövzularda" kimi) etmisiniz? --Proger danış 01:39, 12 iyul 2011 (UTC)
Salam Proger. Üzünü görək, haralardasan?:) Tələb olunan şablonlar bölməsinə düşmüşdülər həmin ixtisar etdiyim hissələr. Hansı ölkənin ki azvikidə ayı keçiriləcək, onda əlavə edərik yenidən. Hörmətlə:--Sortilegus 07:43, 12 iyul 2011 (UTC)
- Gəzirəm belə demək olarsa :). Mm, aydındır. Keçirəndə əlavə edərik. --Proger danış 09:00, 12 iyul 2011 (UTC)
BayraqMeydani.jpg
redaktəSalam. bu məsələ ilə bağlı mövqeyinizi bildirmək istəməzdinizmi? --N KOzi Müzakirə 07:46, 28 iyul 2011 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! VP:TYV qaydalarına əməl olunması ilə əlaqədar burada (Vikipediya:Kənd_meydanı#VP:TYV_2011) Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə,--Melikov Memmed⇒email 06:26, 17 avqust 2011 (UTC)
Dəqiqləşdirmə
redaktəSalam. Vikipediya:Seçilmiş məqalə laboratoriyası/I İbrahim (şirvanşah), Vikipediya:Seçilmiş məqalə laboratoriyası/Kiş kilsəsi və Vikipediya:Seçilmiş məqalə laboratoriyası/Şirvanşahlar dövləti səhifələrinin Dəstək bölməsində imzanızı qoymusunuz. Mümkünsə qərarınızı dəqiqləşdirin. İmzanız harada olmalıdır? Yaxşı məqaləyə namizəd təqdim olunmaq üçün bölməsində, yoxsa, Seçilmiş məqaləyə namizəd təqdim olunmaq üçün bölməsində? Hörmətlə, --►Safir yüzüklü Ceklimesaj 04:34, 18 avqust 2011 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Şirvanşahlar dövləti məqaləsinin seçilmiş məqalə statusu alması ilə əlaqədar burada (Vikipediya:Seçilmiş məqalə namizədləri) keçirilərn səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə, --sefer 20:47, 06 sentyabr 2011 (UTC)
Melikov Memmed
redaktəSalam. Zəhmət olmasa bu məsələyə münasibətinizı bildirin: [5] --Irada 11:17, 11 sentyabr 2011 (UTC)
SŞ qoruma
redaktəSalam. Vaxtın olanda bu səhifəyə bax. Burdakı "SŞ qoruma" şablonlarını gərək bir səhifəyə yığaq ki, istifadəsiz şablonlar bölməsindən çıxsınlar, həm də həmin səhifədə hansı şəkilləri ana səhifəyə "Seçilmiş şəkil" bölməsinə yerləşdirdiyimizi bilək. Ardıcıllıq da göstərilsə pis olmaz. Hörmətlə:--Sortilegus 15:49, 11 sentyabr 2011 (UTC)
Şablon:SŞ qoruma/2011-09-D
redaktəŞəkil yoxdur. Zəhmət olmasa yerləşdir. Mən növbədə hansı şəklin olduğunu bilmirəm. Mümkünsə ardıcıllığa əsasən 1 ay qabaqcadan müvafiq şablonları yarat ki, vaxtı gəlib çatanda Ana Səhifədə boşluq əmələ gəlməsin. --►Safir yüzüklü Ceklimesaj 06:21, 13 sentyabr 2011 (UTC)
E-mailiniz
redaktəVikipediya idarəçilərindən və bir neçə aktiv üzdən müsahibə almaq və dərc etmək fikrindəyik, mənə e-mail ünvanınızı yaza bilərsinizmi? Mənim e-mailim: [email protected]
Barışıq layihəsi
redaktəSalam, Proger. Vikipediya:Barışıq layihəsi barədə təklif və rəylərinizi bilmək xoş olardı. Şübhə etmirəm ki, bu layihəyə istənilən münasibətiniz Vikipediyanın inkişafına xidmət göstərəcək. Hörmətlə, →Vago ms 10:44, 19 sentyabr 2011 (UTC)
Salam Hörmətli Proger. Mən yuxarıda adı qeyd edilən məqalə üzərində işləyirəm. Sizdən bir ricam var. Mən oyunun sistem məlumatlarını bəzilərini əlavə etdim. Sizində bu məsələyə göz atmanızı istərdim. Lütfən digər dil versiyalarına baxaraq, əskik olan sistem məlumatlarını əlavə edin. Əgər bunu etsəniz şad olardım.--Baskervill 19:37, 5 noyabr 2011 (UTC)