Istifadeci Muzakiresi Science2023 - Wikipedia
Vikipediya | Xoş gəldiniz, Science2023! |
Tez-tez soruşulan suallar | Salam, Science2023. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
Məqalə adları | |
qaydaları | |
Vikipediya qaydaları | |
Beş əsas prinsip | |
Stil kitabçası | |
Fayl yüklə | |
Müəlliflik hüquqları | |
Yeni məqalə yarat |
Gadir (müzakirə) 19:15, 8 iyun 2023 (UTC)
Sevda Qasımova
redaktəSalam. Məqaləsini yaratdığınız bu şəxsin artıq məqaləsi var. İkinci dəfə təkrar yaratmağa ehtiyac yoxdur. Əlavələrinizi Sevda Qasımova səhifəsinə edə bilərsiniz. Köməyə ehtiyacınız olarsa, lütfən çəkinməyin. Fəaliyyətinizdə uğurlar! Hörmətlə, Gadir (müzakirə) 19:17, 8 iyun 2023 (UTC)
Hesab
redaktəSalam. Elmaztu istifadəçi hesabı sizə məxsusdur? Gadir (müzakirə) 19:25, 25 iyul 2023 (UTC)
Məzmunun silinməsi
redaktəSalam. Sevda Qasımova səhifəsinin məzmununu silməyinizin səbəbi nədir? Nemoralis (müzakirə) 19:46, 22 fevral 2024 (UTC)
- bu məqalə SNS-ilə silinib. Bərpası üçün namizəd göstərilməlidir Atakhanli (müzakirə) 18:26, 25 mart 2024 (UTC)
Sevda Qasmova
redaktəKukla hesab
redaktəBu istifadəçinin Sevda K ilə eyni şəxs olduğu checkuser vasitəsi ilə təsdiqlənib. Həmçinin bu istifadəçi SNS ilə silinmiş Sevda Qasımova məqaləsini müzakirəsiz yenidən yaradıb. Onu da əlavə edim ki, hər iki istifadəçi Rasim Qasımov məqaləsinin hər iki dil versiyası üzərində işləyib və Science2023 hesabı Emin Qasımov məqaləsini yaradıb işləyib. @Nemoralis, @Atakhanli, nə etməyi təklif edirsiniz? Sura Shukurlu (müzakirə) 18:29, 11 aprel 2024 (UTC)
- Hələ eyni məqalədə redaktə etdiyi üçün istifadəçiyə keçən il bu hesabın ona aid olub-olmadığını soruşmuşam. Bir neçə hesabdan istifadə qadağan deyil (açıqlama verməmiş olsa da, eyni IP istifadə edən fərqli istifadəçilər də ola bilmə ehtimalı var), amma həmin hesablarla səsvermələrdə iştirak edibsə, tədbir görülməlidir. Hörmətlə, Gadirmüzakirə 18:39, 11 aprel 2024 (UTC)
- Sevda K hesabından sui-istifadə halları varsa bütün hesablar bloklanmalıdır. Nemoralis (müzakirə) 19:36, 11 aprel 2024 (UTC)
- Bu məqaləni mən yaratmışam. Məqaləni “Sevda Qasımova” mən özüm silib, əlavələrlə yenidən təqdim etmişəm. Məqalə müzakirədən keçib, hətta bu şəxsin ensiklopedik olduğu qeyd edilib. Mən yaratdığım səhifələrdə bütün verdiyim məlumatların doğru və dəqiq olduğunu linklərlə sübut etmişəm. Məqalə bu yaxınlarda qaralamada olmuşdu. Əlavə linklər qoyulmuşdur və təstiq edilmişdir. İkinci dəfə məqalə qaralamaya qoyulduğda linklər silinib. Hörmətlə, Azər. Science2023 (müzakirə) 09:52, 14 aprel 2024 (UTC)
- Məqaləyə əlavələr etməkdə problem yoxdur. Bizim dediyimiz problem sadəcə birdən çox hesabla redaktələr etməyinizdir. Qaydalara görə bunu etmək üçün yaxşı səbəbiniz yoxdursa qadağandır. Nemoralis (müzakirə) 10:26, 14 aprel 2024 (UTC)
- Mənim bir hesabım var. "Yaxşı səbəb" deyəndə nəyi nəzərdə tutursunuz? Science2023 (müzakirə) 11:01, 14 aprel 2024 (UTC)
- Texniki jurnaldakı qeydlərə əsasən @Sevda K adlı profillə eyni IP ünvandan (yəni eyni şəbəkədən) Vikipediyada redaktələr etmisiniz. Hər iki profil eyni məqalələri işləyib. Sevda K adlı şəxslə hər hansısa bir əlaqəniz var? Nemoralis (müzakirə) 15:15, 14 aprel 2024 (UTC)
- Əlbətdə, əlaqəm var. Bildiyiniz kimi, hər hansı bir şəxsdən məqalə yazanda yanlışlıqlar olmamaq üçün mütləq o şəxslə əlaqə yaradıb, məlumatlandırıldıqdan sonra məqaləni yazırsan. Mənə lazım olan məlumatları ondan alıram, dəqiqləşdirdikdən sonra məqaləyə əlavə edirəm. Mənim verdiyim məlumatların hər birinə istinad var. Biz bir ərazidə yerləşirik. IP adres eyni ola bilər. Burda bir qəbahət iş yoxdur. Əsas odur ki, dəqiq məlumat və düzğün istinadlar olsun. Science2023 (müzakirə) 16:14, 14 aprel 2024 (UTC)