Istifadeci Muzakiresi Sedef94 - Wikipedia
Vikipediya | Xoş gəldiniz, Sedef94! |
Tez-tez soruşulan suallar | Salam, Sedef94. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
Məqalə adları | |
qaydaları | |
Vikipediya qaydaları | |
Beş əsas prinsip | |
Stil kitabçası | |
Fayl yüklə | |
Müəlliflik hüquqları | |
Yeni məqalə yarat |
— Turkmen müzakirə 11:06, 9 dekabr 2023 (UTC)
Sizin üçün bir ulduz!
redaktəKiçik ulduz | |
Vikipediya icmasına qoşularaq redaktələr etdiyiniz üçün sizi "Kiçik ulduz" ilə təltif edirəm. Uğurlar. Araz Yaquboglu (müzakirə) 10:34, 12 dekabr 2023 (UTC) |
- Minnətdaram. Sedef94 (müzakirə) 10:37, 12 dekabr 2023 (UTC)
Sizin üçün bir ulduz!
redaktəÇalışqanlıq ulduzu | |
Yaratdığınız və təkmilləşdirdiyiniz maraqlı məqalələrə görə sizə bu ulduzu təqdim edirəm. Fəaliyyətinizdə uğurlar! — Toghrul R (m) 10:24, 18 yanvar 2024 (UTC) |
- Diqqətiniz və dəstəyiniz üçün minnətdaram. Sedef94 (müzakirə) 11:15, 18 yanvar 2024 (UTC)
Sizin üçün bir ulduz!
redaktəçi ulduzu | |
Salam hörmətli Sedef94! Azərbaycanca Vikipediyaya verdiyiniz "dəyərli" töhfələrə görə təltif edilirsiniz! Sizə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm və fəaliyyətinizin daimi olacağına ümid edirəm. Uğurlar ! Hörmətlə, Turkmen müzakirə 04:27, 20 fevral 2024 (UTC) |
- Mənə göstərdiyiniz səbrə, səyə və qayğıya görə minnətdaram. Sedef94 (müzakirə) 05:49, 20 fevral 2024 (UTC)
Xahiş
redaktəSalam hörmətli @Sedef94 xanım. Necəsiniz? Sizdən bir xahişim var. Aktyorlar, müğənnilər və digər peşə sahibi olan insanlar haqqında məqalələr yaradarkən əgər mümkündürsə, onların bioqrafiyası haqqında da müəyyən qədər də olsa məlumat verərdiniz zəhmət olmasa. Bu həm də məqalələrinizi daha oxunaqlı və cəlbedici edər. Hörmətlə Tarixçi (müzakirə) 08:11, 13 aprel 2024 (UTC)
- Təşəkkür edirəm. Nəzərə alacam. Sedef94 (müzakirə) 08:44, 13 aprel 2024 (UTC)
Kükü kənd tam orta məktəbi səhifəsinin silinməyə namizəd göstərilməsi
redaktəKonsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Kükü kənd tam orta məktəbi səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.
--► Hörmətlə: SolaVirum 10:26, 27 iyun 2024 (UTC)
Yaratmış olduğunuz Koko (qorilla) məqaləsi qaralama ad fəzasına köçürüldü
redaktəSalam. Sizin yaratmış olduğunuz Koko (qorilla) məqaləsində problemlər aşkarlandığına görə həmin səhifənin məzmunu Qaralama:Koko (qorilla) səhifəsinə, qaralamaya köçürüldü, lütfən üzərində əsaslı düzəlişlər etdikdən sonra məqaləni yayımlanması üçün inzibatçılara müraciət edin. Mövcud halı ilə müəyyən müddət sonra silinəcək, nəzərinizə çatdırıram. Hörmətlə, Gadirmüzakirə 16:52, 4 iyul 2024 (UTC)
- Səhifənin məzmununu silib sil şablonu qoymusunuz. Səhifənin silinməsini istəyirsiniz? Hörmətlə, Gadirmüzakirə 17:09, 4 iyul 2024 (UTC)
- Hörmətli @Gadir. Məqalədə qrammatik səhvlərin olduğunu bilirdim və işim hələ tamamlanmamışdı. Yeganə səhvim "iş gedir" şablonunu qoymamaq idi. Vikipediya gördüyüm hər işim yeni öyrəndiyim bilikləri tətbiq edib möhkəmləndirmək məqsədi daşıyır və təbii ki, səhvlər ola bilər. İnzibatçılar səhvləri göstərib istiqamət vermək əvəzinə, hüquqları əldən alır, məqaləni silinməyə namizəd göstərir və ya qaralama fəzasına atırlar. Vikipediyanın etibarlı resur olaraq qalmasını təmin etmək üçün görüləcək tək tədbir iki saat əvvəl yaradılmış məqalənin qaralama fəzasına köçürmək idi? Məqsəd Vikipediyanın etibarlılığını qorumaqdır, yoxsa yeni istifadəçiləri həvəsdən salıb fəaliyyətlərini dayandırmağa məcbur etmək? Sedef94 (müzakirə) 19:22, 4 iyul 2024 (UTC)
- Bəs niyə silinməsini istəyirdiniz? Hörmətlə, Gadirmüzakirə 20:50, 4 iyul 2024 (UTC)
- 1 saatdan artıq vaxtımı xərclədiyim işin, və nəticə olaraq əməyimin qaralamaya atılması səbəbiylə. Məqalənin silindiyini gördükdən sonra müzakirə səhifəsində yazışmanı saxlamağa ehtiyac görmədim.
- Noyabr ayından istifadəçiyəm Vikipediya icmasına heç bir ziyankarlıq etməmişəm. Yargılamadan infaz etməsəniz kaş. Sedef94 (müzakirə) 20:58, 4 iyul 2024 (UTC)
- Qaralama ad fəzasına köçürülmə addımı SSK-nın M2 kriteriyasına əsasən atılmışdır. Ümid edirəm, fəaliyyətinizdə başqa belə hallar yoxdur. Hörmətlə, Gadirmüzakirə 21:59, 4 iyul 2024 (UTC)
- Aydındır. Növbəti işlərimdə işi yekunlaşdırana qədər "iş gedir" şablonu ilə işləyib, bu kimi halların təkrarlanmasına yol verməyəcəm. Sedef94 (müzakirə) 22:18, 4 iyul 2024 (UTC)
- Qaralama ad fəzasına köçürülmə addımı SSK-nın M2 kriteriyasına əsasən atılmışdır. Ümid edirəm, fəaliyyətinizdə başqa belə hallar yoxdur. Hörmətlə, Gadirmüzakirə 21:59, 4 iyul 2024 (UTC)
- > İnzibatçılar səhvləri göstərib istiqamət vermək əvəzinə, hüquqları əldən alır
@Sedef94, sizdən hüququ mən almışam. Hüquq istifadəçiyə mükafat olaraq verilmir ki, geri alınanda minnət qoyulsun. Fəaliyyətinizdə problem aşkarlandı, hüquq alındı. İndi görürəm ki @Turkmen bərpa edib. Deyəsən yenə alınmalı olacaq hüquq. Nemoralis (müzakirə) 22:06, 4 iyul 2024 (UTC)- şablonların düzgün istifadəsi ilə bağlı qeyd etdiyiniz səhvlərimin üzərində işləmişəm. Hələ də öyrənirəm sözsüz ki.... Amma şablonları düzgün istifadə edirəm artıq. Sedef94 (müzakirə) 22:14, 4 iyul 2024 (UTC)
- Bəs niyə silinməsini istəyirdiniz? Hörmətlə, Gadirmüzakirə 20:50, 4 iyul 2024 (UTC)
- Hörmətli @Gadir. Məqalədə qrammatik səhvlərin olduğunu bilirdim və işim hələ tamamlanmamışdı. Yeganə səhvim "iş gedir" şablonunu qoymamaq idi. Vikipediya gördüyüm hər işim yeni öyrəndiyim bilikləri tətbiq edib möhkəmləndirmək məqsədi daşıyır və təbii ki, səhvlər ola bilər. İnzibatçılar səhvləri göstərib istiqamət vermək əvəzinə, hüquqları əldən alır, məqaləni silinməyə namizəd göstərir və ya qaralama fəzasına atırlar. Vikipediyanın etibarlı resur olaraq qalmasını təmin etmək üçün görüləcək tək tədbir iki saat əvvəl yaradılmış məqalənin qaralama fəzasına köçürmək idi? Məqsəd Vikipediyanın etibarlılığını qorumaqdır, yoxsa yeni istifadəçiləri həvəsdən salıb fəaliyyətlərini dayandırmağa məcbur etmək? Sedef94 (müzakirə) 19:22, 4 iyul 2024 (UTC)