Istifadeci Muzakiresi Sefer Azeri Arxiv 2009 - Wikipedia
SALAM
redaktəsalam.sizden bir xahis elemek isteyirem.insallah yardım edersiz.mene sekilleri yanasi yerlesdirmeyi öyrətsəniz məmnun olaram.Şah Abbas məscidi məqaləsinə şəkillər yerləşdirdim səliqəsiz alındı.Səfər Azəri.
Salam. Çox asandır. Əvvəlcə yuxarıda yazırsınız "<"gallery">" (dırnaq işarələrini götürüb) sonra alt-alta şəkilləri qeyd edirsiz, indi etdiyiniz kimi. Lap sonda isə yazırsınız "<"/gallery">"( dırnaq işarələrini götürüb) və beləliklə də şəkillər siz düzdüyünüz ardıcıllıqla məqalədə əks olunur. Burda alətlər sandığında "İşarələr" bölməsində 3-cü bənddə ikinci işarədir (səhifəni redaktə edərkən aşağı hissədə) - əziyyət çəkib hər dəfə bu iki sözü yazmamaq üçün elə bir dəfə üstünə tıklayın, yazılacaq səhifədə avtomatik olaraq.
P.S. Bir də yüklədiyiniz fotoların üzərinə "by Sefer Azeri" yazırsınız. Özünüz bilən məsləhətdir, amma məncə buna ehtiyac yoxdur. Bir haldakı öz çəkdiyiniz fotoları burda yerləşdirirsizsə deməli, onları ictimai istifadəyə verirsiniz. Adətən imza müəlliflik hüququ ilə qorunan şəkillərin üzərinə qeyd edilir (məsələn, bizim informasiya agentliklərimizin bir çoxu bu üsuldan istifadə edir). Sadəcə müvafiq etiketi yerləşdirsəz şəkili yükləyəndə onun qeyd bölməsinə, kifayət edir. Hörmətlə:--Sortilegus 13:54, 6 Fevral 2009 (UTC)
Səsvermə
redaktəBurdan səs verməyi yaddan çıxartmayın.--Axan.bulut 17:41, 1 Aprel 2009 (UTC)
Burdan səs verməyi yaddan çıxartmayın.--Axan.bulut 12:47, 18 Aprel 2009 (UTC)
Qaraqoyunlu dövləti
redaktəSalam, əzizim, redaktə edəndə tarixə fikir ver. Hindistanda yaşamış və yaratmış, hökmüranlıq etmiş adamın Qaraqoyunlu dövləti ilə heç bir əlaqəsi yoxdur.
Sonra-məndən Qarşı yatan Qaradağ kitabını alanda, Behbud xan Cavanşirin sənədlərini söz vermişdin necə oldu? Hörmətlə:--Enver62 16:51, 21 May 2009 (UTC)Enver62
Şablon
redaktəSalam.Azərbaycan tarixi şablonu harada yerləşdirilib?Tapa bilmədim. --İstifadəçi:Sefer azeri 15:21, 22 May 2009 (UTC)
Salam. Bu şablondu [1] Hörmətlə:--Sortilegus 19:43, 28 May 2009 (UTC)
Salam
redaktəSalam aleykum.Aratta və Lulubi məqalələrinə Azərbaycan tarixi şablonunu yerləşdirmək istədim məqalə də şablonun içində göründüşDüşündüm yəqin yenə nəyisə düzgün etməmişəm.Bu problemi həll etməyə yardım etsən minnətdar olaram. Hörmətlə:--Sefer azeri 23:21, 4 İyul 2009
Salam. Şablonun özündə problem var. Bu gün-sabah düzəldərəm. Hörmətlə:--Sortilegus 18:37, 4 İyul 2009 (UTC)
Baba Kuhi Bakuvi məqalsində bir parça da şeir yerləşdirdim.Amma çox səliqəsiz-xəttli alındı.Bunu necə düzəldə bilərəm.Bir də Azərbaycan tarixi şablonunu düzəltsən minnətdar olaram.Düzəldəndən sonra zəhmət olmasa mənə də xəbər ver.İşlərində uğurlar. Hörmətlə:--Sefer azeri 23:24, 5 İyul 2009
"Azərbaycan tarixi" şablonundakı problemi İstifadəçi:Wertuose, "Kuhi Bakuvi" məqaləsində dediyiniz problemi İstifadəçi:Eminn həll etmişlər. Hörmətlə:--Sortilegus 13:55, 6 İyul 2009 (UTC)
Babək (Babək Xürrəmdin) haqqında normal bir məqalə yaratdım.Lakin bundan başqa Babək haqqında daha iki məqalə var.Lakin məzmun baxımılndan o qədər də normal deyil bu məqalələr.Siz də baxın məsləhətdirsə onları silin. Hörmətlə:--Sefer azeri 23:24,6 İyul 2009
Baxmışam. Hamısı geniş məqalələrdi. Belə olan halda onları cümlə-cümlə oxuyub lazımi informasiyanı saxlanılan əsas varianta köçürmək lazımdı ki, heç biri itməsin. Sonra da adlar əsas varianta "redirekt" olunmalıdı. Vaxt olanda birləşdirərəm. Hələlik, "təkrarlanan məqalə" şablonu əlavə edək üçünə də, gələcəkdə tapmaq asan olsun. Hörmətlə:--Sortilegus 21:50, 6 İyul 2009 (UTC)
Sxem
redaktəSalam.Bağışlayın ki,yenə rahatsız edirəm.Amma yenə yardımınıza ehtiyacım var.Yaratdığım Artaşesin sınır daşları məqaləsinə sxem qoymaq lazımdı amma necə edəcəyimi bilmirəm.Transkripsiya,oxunuş və Anlam verilən yerləri sxemdə yerləşdirmək lazımdı.Güman edirəm ki,siz kömək edə bilərsiniz. Hörmətlə:--Sefer azeri 22:04,16 İyul 2009
Salam. Xoşdur. İdarəçini burda elə ona görə idarəçi seçirik ki, istifadəçilərə bacardığı qədər kömək etsin. Artaşesin sınır daşları - bu məqaləyə mən bir sxem əlavə etdim. Amma yazıları sxemin içinə nə dərəcədə düzgün yazdığımı bilmirəm. Özünüz baxarsız, səhv varsa düzəliş edərsiz. Bu sxemdən gələcəkdə də istifadə edə bilərsiz. Bir də bir qey yazım - abzası bildirmək üçün ulduz işarəsi qoymağa ehtiyac yoxdur. Əgər hansısa bəndlər sadalanırsa onda bu işarədən istifadə etmək olar. Belədə səhifənin vizual görkəmini korlayır. Bunu da eklə həmin məqalədə düzəldirəm. Baxanda yəqin sizə aydın olacaq. Hörmətlə:--Sortilegus 20:21, 16 İyul 2009 (UTC)
Cümə məscidi
redaktəSalam. Cümə məscidləri üçün bu formada dəqiqləşdirmə səhifəsi yaratsaq necə olar Göy məscid → Göy məscid (Bakı) Göy məscid (Təbriz) Göy məscid (İrəvan) / Cümə məscidi → Cümə məscidi (Dərbənd) (Dərbənd Cümə məscidi) Cümə məscidi (Ordubad) (Ordubad Cümə məscidi) Cümə məscidi (Naxçıvan) (Naxçıvan Cümə məscidi) Hörmətlə: --Sortilegus 19:37, 19 İyul 2009 (UTC)
Musiqi faylı
redaktəSalam.Musiqi fayllarını necə yükləmək lazımdır.OGG formatda olması gərəkdiyini bilirəm amma necə yerləşdirilməlidir səhifəyə onu bilmirəm.Güman etdim ki siz bilərsiniz.Bir də Babək Xürrəmdin haqqında olan məqalələrin lazımsızlarını ləğv edəcək ya da birləşdirəcəkdininz amma baxdım elə bir dəyişiklik yoxdu.Düşündüm ya işlər çoxdu ya da yadınızdan çıxıb.Ona görə dedim yadınıza salım.İşlərininzdə uğurlar.
Hörmətlə:--Sefer azeri 23:03,12 Avqust 2009
Salam. Musiqi faylları eynən şəkil kimi səhifəyə yerləşdirilir. Yəni məsələn belə [[Şəkil:Dantenin Yubileyi (1978)-13.ogg]]. Sadəcə bizdə viki yarananda sistem fayllarının tərcüməsində səhvlər olub, ona görə bu belədir. Gələcəkdə bot yaradıb burda bütün "Şəkil" sözlərini "Fayl" ilə əvəz etmək lazım gələcək. Hələliksə yuxarıdakı nümunədən istifadə edib ogg fayllarını səhifəyə əlavə edə bilərsiz. Babək Xürrəmidin məqaləsini Babək Xürrəmdinə birləşdirdim. Mətn demək olar ki, eyniydi. Qalıb Babək Hürrəmi ilə Babək Xürrəmdini birləşdirmək. Bunların mətnləri bir qədər fərqlidir. Ona görə cümlə-cümlə oxuyub birləşdirmək lazımdır. Vaxt olan kimi birləşdirəcəm. Hörmətlə:--Sortilegus 20:50, 12 Avqust 2009 (UTC)
Salam.OGG formatda Azərbaycan SSr in himnini yüklədim amma Sorry, your system does not appear to have any supported player software. Please download a player. kimi yazı gəldi.Yəni fayl yükləndi Amma dinləmək mümkün olmadı.Deyəsən nəsə problem var,ya da yenə nəyisə düz eləməmişəm.Babək Xürrəmdin məqaləsini mən yaratmışam.Mən kifayət qədər mənbə göstərə bilərəm.Məqaləni dəyişməyə ehtiyac yoxdu məncə.O ki qaldı Babək Hürrəmi səhifəsinə bu yazı hansısa bədii əsərdən bir parçadı mənə elə gəlir.Eyni problem Xətai ilə bağlı da var.Yəni bir adam haqqında daha çox məqalə var.Hamısı da yarımçıq.Bunlar böyük şəxslədir anlayıram ki,bir çoxlarımız xalqımızın bu böyük oğullarını tanıtmaq arzusundadır,Amma belə pərakəndəlik və qarışıqlıq xaricdən olan ziyarətçilərimizi də yanılda bilər.
Hörmətlə:--Sefer azeri 22:03,13 Avqust 2009
Salam. O formatda olan faylları dinləmək üçün xüsusi proqram lazımdır. Sistem də sizdən həmin proqramı yükləməyinizi istəyir. Sözün düzü mən bir müddət əvvəl elə bir proqram yükləmişdim kompüterimə. Sonr komp format olunduğuna görə silindi. İndi hansı saytdan yüklədiyim dəqiq yadımda deyil. Öyrənib sizə də məlumat verərəm. Babəklə Xətai haqqındakı məqalələrdə məlumatların silinməsi ilə mən də razı deyiləm. Sadəcə artıq olan cümlələri, bədii mətni bir qədər ixtisar etmək, sonra isə məqalələri birləşdirmək lazımdır. Bunu da hər bir istifadəçi edə bilər. Yəni məqalələri birləşdirmək və ya lazımsız hissələri ixtisar etmək sırf idarəçilərin səlahiyyətinə daxil olan iş deyil. O fikrinizlə tam razıyam ki, belə şəxslər haqqında bizim vikidə gərək tam dolğun və zəngin məqalə olsun. Xüsusilə də belə məqalələrə mənbələrin artırılması çox vacibdir. Çünki digər vikilərdə onlar haqqında məqalələr yaradılanda burdakı mənbələrə də istinad edilir. Hörmətlə:--Sortilegus 18:56, 13 Avqust 2009 (UTC)
Qədim türk dövlətləri
redaktəSalam. Bəlkə Kateqoriya:Qədim türk dövlətləri və Kateqoriya:Tarixi türk dövlətləri kateqoriyalarını birləşdirək?--Sortilegus 16:29, 31 Avqust 2009 (UTC)
Salam.Hə yaxşı olar belə kateqoriya olduğunu bilmirdim.Demək olar ki, eyni mövzudur.Bir də bizdə Dövlətlər şablonu yoxdu deyəsən onu kim yarada bilər?Sak çarlığı məqaləsinə yerləşdirdiyim tipdə yaratmaq mümkündür mü? Hörmətlə:--Sefer azeri 22:42, 31 Avqust 2009 (UTC)
Burda "Dövlət" şablonu var. Amma onu daha çox müasir dövlətlərə dair işlətmək düzgün olar. Mən bilən tarixi dövlətlərlə də bağlı şablon olmalıdır. Araşdırıb taparam. --Sortilegus 18:34, 31 Avqust 2009 (UTC)
Salam.Demişdiniz Tarixi dövlətlər şablonu olmalıdı.Amma mən tapa bilmədim.Əgər yoxdursa bunu kim yarada bilərsə ondan xahiş etmək lazımdı ki yaratsın.Siz necə düşünürsünüz? Hörmətlə:--Sefer azeri 16:56, 04 Sentyabr 2009 (UTC)
Salam. Var. Bu şablondu Şablon:İnfoqutu Tarixi dövlət. Qacarlar, Ağqoyunlular məqalələrində işlədilib. Amma nəsə problem var şablonda, düzəlişlər edib sonra məqalələrə əlavə etsək daha yaxşı olar. Hörmətlə:--Sortilegus 12:03, 4 Sentyabr 2009 (UTC)
İdarəçi seçkisi
redaktəSalam Sefer azeri. Vikipediyada yeni idarəçi seçkisi keçirilir. Bu səhifədə → Vikipediya:İdarəçilər səsvermədə iştirak edə və səs verə bilərsiz. Hörmətlə:--Sortilegus 18:39, 11 Sentyabr 2009 (UTC)
Babək
redaktəSalam.Babək Xürrəmdin,Babək Hürrəmi və Xürrəmilər hərəkatı məqalələri dəyişdiriliərək yerinə hamısında eyni yazı yerləşdirilib.Deyəsən kimsə özünü reklam etmək istəyib.Bunun qarşısını necə almaq olar,məqalələri yenidən bərpa eliyim?
Hörmətlə:--sefer azeri 21:32, 12 Sentyabr 2009 (UTC)
Salam. Babək Xürrəmdin məqaləsində etdiyi dəyişiklikləri mən geri qaytardım. Xürrəmilər hərəkatı məqaləsini mən bilən yeni yaradıb. O sırf elmi işdir. Ya ümumiyyətlə silmək, ya da ciddi şəkildə vikiləşdirmək lazımdır. Hər halda bir özün də bax, nəyi geri qaytarmağı vacib sayırsansa geri qaytar. Hörmətlə:--Sortilegus 08:35, 13 Sentyabr 2009 (UTC)
Dəqiqləşdirmə
redaktəSalam. Bir neçə məsələni diqqətinə çatdırmaq istəyirəm. Birincisi, şəkillərin üzərində "by Sefer İbrahim", "By Sefer Azeri" yazanda artıq onlara müəlliflik hüququ iddianı ortaya qoymuş olursan. Ona görə də gələcəkdə idarəçilərdən kimsə belə şəkilləri silməyə başlasa onları qoruyub-saxlamaq mümkün olmayacaq. Ən yaxşısı belə şəkillərin qeyd bölməsində müvafiq şablonu yerləşdirməklə şəkillərin sənə məxsus olduğunu və onları ictimai istifadəyə verdiyini bildirməkdir. Və ya sənə məxsus deyillərsə, mənbəni göstərmək lazımdır. İkincisi, məqalələrə daxili keçidlər verərkən onlardan həddən artıq istifadə etmək lazım deyil. Məsələn, bir məqalədə 30 dəfə "Bakı" yazılıbsa, onların 30-nu da [[Bakı]] etməyə ehtiyac yoxdur. 1 daxili keçid kifayətdir (ad lap birinci dəfə işlənəndə). Və ya məqalə genişdirsə, eyni məqaləyə 2-3 daxili keçid vermək olar ki, (əvvəldə, ortada və sonra) keçid etmək istəyən istifadəçi bir də bunun üçün məqalənin başına qayıtmasın. Üçüncüsü, bu cür daxili keçidlərdən [[Z.Bünyadov]] və s. AzVikidə istifadə olunmur. Belə məqalələr mövcud olmadığından onlar qırmızı keçid kimi göstərilir. Bu halda ya adı bütöv yazmaq lazımdır [[Ziya Bünyadov]], ya da inisialın açıqlamasını bilmirsənsə, sadəcə onu vikiləşdirməmək lazımdır. Məsələn, elə "Z.Bünyadov" olaraq qalsın. Hörmətlə:--Sortilegus 13:32, 4 Oktyabr 2009 (UTC)
Salam.Şəkillərə hansı şablonu yerləşdirməliyəm özüm çəkdiyim şəkillər olduğunu göstərmək üçün?sefer azeri 09:32, 06 Oktyabr 2009 (UTC)
Özün çəkdiyin şəkil olanda bu şablonu {{İM-öz}} "İzahat" pəncərəsinə əlavə edirsən. Ümumiyyətlə, hələlik bizdə mövcud olan şəkil etiketləri burada toplanıb →Vikipediya:Şəkil etiketləri. Düzdür, çoxsu ingilis dilindədir. Bu yaxınlarda tərcümə etməyə çalışacam. Hörmətlə:--Sortilegus 05:36, 6 Oktyabr 2009 (UTC)
Xudafərin körpüləri
redaktəSalam. Siz bu şəkili Şəkil:Xudaferin korpusu.jpg viki sklada da yükləyə bilərdiz [2]. Beləcə bu şəkili bütün dillərdəki vikilərə də qoymaq olar. Sağ olun. --Interfase 21:10, 9 noyabr 2009 (UTC)
Хачдаш
redaktəприкольно у вас история пишется, кроме как в азер-не нигде не говорится что хачкары это албанское достояние, это равносильно тому что сказать русские матрешки скажем так народов прибалтики....хотя что я говорю в азербайджанской вики история Армении начинается с 1928 года, а гарни указывается как азербайджанский памятник...вообщем ваш диагноз только для внутреннего пользования, тк в другие разделы вики вы не можете протащить свою фигню))) как говорится чем бы дитя не тешилось. Ազատ Արծախ --84.54.213.81 22:06, 14 noyabr 2009 (UTC)
- Должен тебя разочаровать, матрешка и вправду не русское изобретение (Матрешка). А история Республики Армения начинается с 1918 года. Видно что ты очень далек от таких вещей, по этому лучше не умничай. --Wertuose 22:24, 14 noyabr 2009 (UTC)
Vikipediyaçıların görüşü
redaktəSalam. Azərbaycan dilində olan Vikipediya istifadəçilərinin 6 dekabr 2009-cu il, saat 16:00-da İçəri şəhərdə ilk görüşü keçiriləcək. Aktiv istifadəçi kimi bu görüşdə iştirakınız faydalı ola bilər. Hörmətlə: Cekli829 16:34, 4 Dekabr 2009 (Cek vaxtı ilə)
Salam
redaktəYenə də yardımınıza ehtiyac var.Mümkündürsə tarixi dövlət şablonunu təmir edərdiniz.Müqəddəs Yelisey kompleksi (Şəki) məqaləsini silmək lazımdır.İndi öyrənmişəm ki bu məbəd əslində elə Kiş məbədidir.Hər iki məqaləni mən yaratmışam.Amma silə bilmədim.Bir də qala,saray,türbə məqalələrinə yerləşdirməyə şablon var? Sefer azeri 22:18, 4 dekabr 2009 (UTC)
Salam. Bizdə şablonlar üzrə mütəxəssis idarəçimiz - Wertuosedur. Mənim şablonların tərtibindən "az-maz" başım çıxır. Amma çalışaram 1-2 günə "Tarixi dövlət" şablonunu bacardığım qədər qaydaya salım. Silinəcək məqaləyə {{sil}} şablonu artırmaq və silinmə səbəbini izah etmək, məsələn, → {{sil|Bu məbəd elə [[Kiş məbədi]]dir}} kifayətdir.
Şirvanşahlar saray kompleksi məqaləsinə memarlıq abidəsi şablonu yerləşdirmək istədim.Nəsə normal alınmadı.Onu qaydaya salmaq mümkündürsə digər uyğun məqalələrə də yerləşdirim.Bir də Şirvanşah I İbrahim haqqında ikinci məqlə İbrahim Xəlilullah da yaradılıb.Şirvanşah I İbrahim məqaləsini mən yaratmışdım.--Sefer azeri 18:19, 8 dekabr 2009 (UTC)
Salam. Şablonu səhifəyə əlavə edəndə onun səhifəsində "İstifadə qaydası" bölməsində nə formada yazılıbsa elə əlavə etmək lazımdır ki, normal görünsün. Burda da bax → Şablon:Memarlıq abidəsi istifadə qaydası göstərilib. O iki məqalədən də birini saxlayıb digərini ona redirect etmək lazımdır. Amma çalışmaq lazımdır ki, redirect edilən məqalədə əsas məqalədə olmayan məlumatlar itirilməsin. Ən çox hansı ad işlənir - onu əsas məqalə kimi saxlayaq gərək. Bax gör ya özün birləşdir, ya da Şablon:Təkrarlanan məqalə şablonu yerləşdirək hər iki məqaləyə vaxt olanda birləşdirərəm. Hörmətlə:--Sortilegus 14:45, 8 dekabr 2009 (UTC)
Yüklədiyin bu fayl "Şirvanşahlar sarayı görünüş.jpeg" Commonsda bu adda var. Başqa üst-üstə düşən şəkillər də var yüklədiyin şəkillər arasında. Təftiş edib siyahısını yazacam.--Sortilegus 19:22, 8 dekabr 2009 (UTC)
Commonsda olan faylı təkrar yükləmişəmsə neyləməliyəm?--Sefer azeri 00:58, 8 dekabr 2009 (UTC)
Öz yüklədiyin şəklə {{sil|dublikat fayl}} formasında "si" şablonu yerləşdir, commonsdakı şəkli səhifəyə əlavə elə.--Sortilegus 15:23, 9 dekabr 2009 (UTC)
Babək
redaktəSalam. Zəhmət olmasa, Babək Xürrəmdin məqaləsindəki son iki dəyişikliyə baxarsan. Zərərli dəyişiklikləri geri qaytaraq, bir də Azərbaycan türkü olması ilə bağlı mənbələr əlavə etmək lazımdır məqaləyə.--Sortilegus 11:04, 17 dekabr 2009 (UTC)
Babək Xürrəmdin
redaktəHi friend. Don't delete something that has reference. see: Vikipediya:Vandalizm Babek is a Persian.علی ویکی 18:24, 17 dekabr 2009 (UTC)
- Salam, məncə bu yazını oxusanız yaxşı olar. "Mən Babəkin türk olduğunun qeyd edildiyi tarixi mənbələrin siyahısını dəqiqləşdirib sizə deyərəm" yazmışsınız, mən bunu kənd meydanında xahiş etmişdim, kim isə cavab yazmadı. Əgər bir tarixçi kimi bunu edə bilsəniz, xahiş edirəm bu Azərbaycan mənbələri olmasın, bunun heç bir əhəmiyyəti yoxdur, başqa mənbələr olmalıdır. Mən yalnız Türkçə Vikipediyada (İran ayın ve ferheng, Dr. Mahmut Rıza İftiharzade cilt 1 s.218) bir mənbə görmüşəm, digərləri də olsa çox yaxşı olar.--Melikov Memmed 10:59, 18 dekabr 2009 (UTC)
- Bu mövzuda mütləq qeyri Azərbaycan mənbələrin də olması vacibdir, bu mənim fikirim deyil, təcrübəm bunu göstərir (əgər özümüz deyib, özümüz eşitmək istəmiriksə!). Bəli Əhməd Kəsrəvinin "Azəri teorisi" şovinist Rza şahın "dəyirmanına su tökdü", ancaq qədim Azərilərin fars olması bir çox ciddi alimlər tərəfindən də qəbul olunmuşdur və Azərbaycanda bunun əksini "sübut edən" əsərlər çap olunsa da başqaları tərəfindən ciddi qəbul olunmamışdır.--Melikov Memmed 12:53, 18 dekabr 2009 (UTC)
- Məncə məsələni "Babəkin etnik mənşəyi" kimi daraltmaq lazım deyil, sadəcə Babəkin Azərbaycan ilə bağlı olduğu hər bir yazı sanballı bir mənbəyə dayansın, bu yetər. Yəni bunu Türk, Rus, İngilis Vikipediyalarında yerləşdirdikdə etiraz edə bilməsinlər, düzü Vikipediyada "tərəfsiz" mənbə göstərməklə ağılasığmaz yalanı da "həqiqət" etmək olur, bundan rusca Vikipediyada ermənilər çox gözəl istihadə edirlər, məncə onlarda bu hansısa bir mərkəzdən idarə olunur, çünki hər yalan üçün onlarda "mənbə" var, Azərbaycanca Vikipediyada isə demək olar ki, mənbə göstərilmir --Melikov Memmed 13:51, 18 dekabr 2009 (UTC)
- Sizinlə tam razıyam, ancaq bizim bədbəxçiliyimizdən Vikipediya da bu cür təbliğat üçün çox geniş imkan açır--Melikov Memmed 14:35, 18 dekabr 2009 (UTC)
- Məncə məsələni "Babəkin etnik mənşəyi" kimi daraltmaq lazım deyil, sadəcə Babəkin Azərbaycan ilə bağlı olduğu hər bir yazı sanballı bir mənbəyə dayansın, bu yetər. Yəni bunu Türk, Rus, İngilis Vikipediyalarında yerləşdirdikdə etiraz edə bilməsinlər, düzü Vikipediyada "tərəfsiz" mənbə göstərməklə ağılasığmaz yalanı da "həqiqət" etmək olur, bundan rusca Vikipediyada ermənilər çox gözəl istihadə edirlər, məncə onlarda bu hansısa bir mərkəzdən idarə olunur, çünki hər yalan üçün onlarda "mənbə" var, Azərbaycanca Vikipediyada isə demək olar ki, mənbə göstərilmir --Melikov Memmed 13:51, 18 dekabr 2009 (UTC)
- Bu mövzuda mütləq qeyri Azərbaycan mənbələrin də olması vacibdir, bu mənim fikirim deyil, təcrübəm bunu göstərir (əgər özümüz deyib, özümüz eşitmək istəmiriksə!). Bəli Əhməd Kəsrəvinin "Azəri teorisi" şovinist Rza şahın "dəyirmanına su tökdü", ancaq qədim Azərilərin fars olması bir çox ciddi alimlər tərəfindən də qəbul olunmuşdur və Azərbaycanda bunun əksini "sübut edən" əsərlər çap olunsa da başqaları tərəfindən ciddi qəbul olunmamışdır.--Melikov Memmed 12:53, 18 dekabr 2009 (UTC)
Salam.Alban xaç daşları məqaləsində olan başa dillərdə hissəsindən keçid edəndə xaçkarlar haqqında olan informasiya gəlir.Mümükündürsə bacardığınız qədər başqa dillərdə də Alban xaç daşları haqqında informasiya yerləşdirərdiniz.Mənim dil bilgim olmadığı üçün bunu edə bilmirəm.Və ya bunu edə biləcək istifadəçilər tanıyırsınızsa onlardan da xahiş etmək olar.Bir də başqa dillərdə olan xaçkar məqlələrində Cuğa xaç daşları və digər alban xaç daş nümunələri xaçkar kimi təqdim olunur və onların şəkilləri xaçkar nümunəsi kimi göstərilir.Bunların qarşısını necəsə almaq mümkündürsə onu da edək.Mən də bacardığım qədər Azərbaycan türkcəsində informasiya yerləşdirdim.Köməkləşib bunu digər dillərdə də yaya bilsək yaxşı olar.Məncə mədəniyyətimizə sahib çıxmağın vaxtıdır artıq.--Sefer azeri 16:42, 18 dekabr 2009 (UTC)
Problemdən xəbərim var. Yaxşı olar ki, bizim burda fəal olan və əcnəbi dilləri bilən istifadəçilərimiz aktivlik göstərsinlər. Mən çalışaram rus dilinə tərcümə edim məqaləni. Amma mənə əsasən rus dilindən Azərbaycan dilinə tərcümə etmək daha asandır. Əksinə tərcüməyə çox vaxt sərf etməli oluram və müəyyən qrammatik səhvlər olur təcümələrimdə. Hər halda rus dilinə tərcümə məsələsini mən çalışaram yaxın 1 ayda həll edim. Paralel şəkildə, məncə, türk dilinə tərcümə olunsa yaxşı olar. 2-3 əcnəbi dildə Vikipediyada "Alban xaç daşları" məqaləsi yaradıb sən deyən şəkilləri ora yerləşdirək ki gərək, sonra xaçkarlarla müqayisəli şəkildə ermənilərin həmin abidələri özününküləşdirdiklərini sübut etməyə çalışaq. Ümumiyyətlə, mən bu ilin əvvəlində təklif etmişdim ki, bu cür 15-20 həssas məqalənin ən azı ingilis, alman, fransız, rus, türk dillərinə tərcümə edilməsi və həmin Vikipediyalarda yerləşdirilməsi vacibdir. Təəssüflər olsun ki, hələ bu bizim imkanımız xaricindədir. Mən 1-2 həftəyə çalışacam həmin Vikilərdə fəal olan və Azərbaycan dilini bilən istifadəçilərin siyahısını tərtib edim. AzVikidə müzakirə açaq və onları bu müzakirəyə dəvət edək. Müəyyənləşdirək ki, kimlər hansı məqalələri bu dillərə tərcümə edə bilər. Hörmətlə:--Sortilegus 19:20, 18 dekabr 2009 (UTC)
Etnik kimlik
redaktəSalam son yaratdığınız məqalələr əladı.Ancaq xarici yazıçı və şairlərin etnik mənsubiyyətini göstərsəniz də Azərbaycan sənətkarlarına gəldikdə bunu göstərmirsiniz.Məncə həm məqalələrin içində,həm də kateqoriya olaraq bunu da qeyd etsəniz yaxşı olar.Uğurlar--Sefer azeri 09:43, 20 dekabr 2009 (UTC)
- Salam. Azərbaycanlılarla bağlı bütün kateqoriyalar Kateqoriya:Azərbaycanlılar - da toplanıb. Azərbaycan türkü olan şairlər, yazıçılar, başqa peşə və sənət sahibləri haqqında olan məqalələr bu kateqoriyadadır. Burda sırf etnik mənsubiyyət göstərilib. Yəni şəxs bu kateqoriyaya daxil edilibsə, deməli, Azərbaycan türküdür. Hörmətlə:--Sortilegus 21:24, 20 dekabr 2009 (UTC)
Səsvermə
redaktəSalam burada və burada keçirilən səsvermələrdə iştirak edə və səs verə bilərsiniz. Hörmətlə:--Sortilegus 16:13, 23 dekabr 2009 (UTC)
REKLAMLAR
redaktəƏli Məmmədli məqaləsinə bax.Yenə millət özünü reklam edir deyəsən.--Sefer azeri 20:51, 23 dekabr 2009 (UTC)
Hə, sən deyəndir:) Sadəcə belə yeni istifadəçilərə pillə-pillə Vikipediyanın prinsiplərini izah etmək lazımdır. Dərhal xəbərdarlıq etməklə, fəaliyyətini məhdudlaşdırmaqla onları burdan uzaqlaşdırmış ola bilərik. İstifadəçinin fəaliyyətini mən nəzarətdə saxlayaram.--Sortilegus 16:58, 23 dekabr 2009 (UTC)
Galery
redaktəİngilis Wikipediasında qalereyada şəkillər 4-4 yox,6-6 düzülür və bu daha səliqəli və yaxşı görünür.Bunu bizdə də eləmək olar mı.Olarsa necə.Bir də təklif eliyirəm,şablonlarda istifadə olunan şəkillər Azərbaycana aid olsun mümkün qədər.Yazıçı və Şair qaralama şablonlarında olduğu kimi.Azərbaycanda olmayan şeylər üçün xarici şəkillərdən istifadə olunsun.Məsələn nəyə görə memarlıq ya da arxeologiya ya da musiqiçi qaralama şablonlarında Azərbaycanla bağlı bir şeylər olmasın.Bunlar bizdə yoxdu məgər.gətirib Baxı qoymuşuq ora. --Sefer azeri 22:17, 23 dekabr 2009 (UTC)
Birinci problemi baxaram digər vikilər necə həll ediblər. Məncə, yanbayan 6 şəkil də çox olar. Şəxs qaralama şablonlarına gəlincə - mümkün qədər çalışmaq lazımdır ki, şablonda adam şəkli olmasın. Məsələn, futbolçu, boksçu, güləşçi qaralama şablonlarındakı kimi. O problemi də çalışarıq həll edək.--Sortilegus 18:49, 23 dekabr 2009 (UTC)
Mən təkcə şəxs şablonların nəzərdə tutmurdumÜmumiyyətlə bizim şablaonlarda hansısa Azərbaycanı əks etdirən şeylər olsa yaxşı olar.Məsələn ermənilər arxeologiya şablonuna Karmir Blurun,memarlıq şablonuna isə Gərni məbədinin şəklini qoyublar.Bir də məndə Nadir şahın əla bir şəkli var.nternetdə heç yerdə yoxdu hələ.Amma niyəsə sayta yerləşdirə bilmirəm.Yekləyirəm ağ bir şey gəlir.O nədən ola bilər.--Sefer azeri 23:11, 23 dekabr 2009 (UTC)
Şəklin adında dəyişiklik elə. Formatı jpg-dir? Adına rəqəm artır - Məsələn, "Nadir şah ƏfşarXX.jpg". Bir də şəklin lisenziyalaşdırılmasına fikir ver. Çox sayda lisensiyasız şəkil yükləmə. --Sortilegus 19:55, 23 dekabr 2009 (UTC)