Istifadeci Muzakiresi Sefer Azeri Arxiv 2019 - Wikipedia
Xahiş
redaktəSalam müəllim yeni yaradılmış Qüdrət Paşayev səhifəsinə şəkil yükləmək üçün və tekimləşdirmek üçün çox xahiş edirəm bizə kömək edəsiniz və səhifədə düzləşlər aparasız Zahid.Rehim01 (müzakirə) 12:30, 5 yanvar 2019 (UTC)
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Hörmətli Sefer azeri/Arxiv 2019! Sizi Məhəmməd Cahan Pəhləvan məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün Vikipediya:Seçilmiş məqalə namizədləri/Məhəmməd Cahan Pəhləvan səhifəsində keçirilən səsverməyə dəvət edirəm. |
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Hörmətli Sefer azeri/Arxiv 2019! Sizi Quba xanlığı məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün Vikipediya:Laboratoriya/Quba xanlığı səhifəsində keçirilən səsverməyə dəvət edirəm. |
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Səfəvi-Osmanlı müharibəsi (1578-1590) məqaləsinin "Seçilmiş məqalə" statusu alması ilə əlaqədar burada Vikipediya:Laboratoriya/Səfəvi-Osmanlı müharibəsi (1578-1590) keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirəm. |
Hörmətlə:--Maqamedd (müzakirə) 04:48, 31 yanvar 2019 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam Şərəf abidəsi məqaləsinin "Yaxşı məqalə" və ya "Seçilmiş məqalə"yə namizəd göstərilməsi üçün Vikipediya:Laboratoriya/Şərəf abidəsi səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Hörmətlə:--Maqamedd (müzakirə) 17:37, 2 fevral 2019 (UTC)
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Hörmətli Sefer azeri/Arxiv 2019! Sizi Britaniya monarxlarının siyahısı məqaləsinin "Seçilmiş siyahı" statusu alması üçün Vikipediya:Laboratoriya/Britaniya monarxlarının siyahısı səhifəsində keçirilən səsverməyə dəvət edirəm. |
İdarəçi seçkisi
redaktəİdarəçi seçkisi | ||
Salam, Sefer azeri. Sizi mənim idarəçilik statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə,--Toghrul Rahimli (müzakirə) 16:34, 1 mart 2019 (UTC) |
Dəvətnamə
redaktəSalam hörmətli həmkar! Mən sizi Kirpi Sonik məqaləsinin laboratoriya səhifəsində keçirilən səsvermədə iştirak etməyə çağırıram.
--► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 22:45, 9 mart 2019 (UTC) |
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Salam, hörmətli həmkar. Mən sizi Uran (planet) məqaləsinin Seçilmiş məqalə statusu alması üçün Vikipediya:Seçilmiş məqalə namizədləri/Uran (planet) səhifəsində keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. |
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Hörmətli Sefer azeri/Arxiv 2019! Sizi "Azərbaycan Narı" döş nişanı məqaləsinə Silinməyə namizəd səhifələr səhifəsində keçirilən müzakirəyə dəvət edirəm. |
Hörmətlə--Elshad Iman (Elşad İman) (müzakirə) 21:10, 20 may 2019 (UTC)
Sizin üçün bir ulduz!
redaktəİstinad ulduzu | |
Salam hörmətli Sefer azeri. Azərbaycanca Vikipediyaya illərdir verdiyiniz dəyərli töhvələrə və tərəfinizdən yazılan məqalələrdə istinad məsələsinə diqqətinizə görə bu mükafatı sizə təqdim edirəm. Fəaliyyətinizdə uğurlar. Dərin hörmətlə, Turkmen müzakirə 22:08, 27 may 2019 (UTC) |
- Çox sağ olun, minnətdaram. Hörmətlə --sefer azeri 22:11, 27 may 2019 (UTC)
Tərcümə
redaktəSalam. Rusca “Собственное движение” sözünün tərcüməsi nədir?--NMW03 (müzakirə) 21:17, 2 iyun 2019 (UTC)
- Salam. Şəxs hərəkat/hərəkət/fəaliyyət. Məzmuna uyğun olaraq. --sefer azeri 21:25, 2 iyun 2019 (UTC)
- Ulduzlarla bağlı bir şeydir. {{Ulduz2}} şablonunun məzmununda yerləşir.--NMW03 (müzakirə) 21:29, 2 iyun 2019 (UTC)
- Fərdi hərəkət daha uyğun olar o zaman. --sefer azeri 21:31, 2 iyun 2019 (UTC)
- Təşəkkürlər.--NMW03 (müzakirə) 21:39, 2 iyun 2019 (UTC)
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Salam hörmətli həmkar! Mən sizi Üsamə bin Ladenin Abbottabaddakı kompleksi məqaləsinin yaxşı məqalə statusu alması üçün Vikipediya:Laboratoriya/Üsamə bin Ladenin Abbottabaddakı kompleksi səhifəsində keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. |
Sual
redaktəSalam. Fransızcada belə söz var: "Cham". Mən bunu bu cür tərcümə etdim: "Şam". Ən düzgün forması necə olmalıdır? "Ch" birləşməsi "Ş" kimi oxunur səhv etmirəmsə. Birdə cizgi rəsmi olur? Zəhmət olmasa köməklik edərdiniz.--Maqamedd (müzakirə) 03:50, 8 iyun 2019 (UTC)
- Salam. Çam kimi transliterasiya daha düzgündü məncə. cizgi rəsmi anlayışı yoxdu. Hansı sözü elə tərcümə etmisiz? --sefer azeri 09:29, 8 iyun 2019 (UTC)
Hörmətli sefer azeri problemi aradan qaldırdım. Zəhmət olmasa facebook üzərindən sizə yazdığımı cavablandırardınız. Hörmətlə. --Maqamedd (müzakirə) 09:52, 8 iyun 2019 (UTC)
Bürokrat seçkisi
redaktəSalam. Zəhmət olmasa Bürokratlar səhifəsində davam etməkdə olan səsverməyə fəal bir istifadəçi olaraq münasibət bildirərdiniz. Hörmətlə--Baskervill (müzakirə) 09:30, 8 iyun 2019 (UTC)
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Salam hörmətli həmkar! Mən sizi Üsamə bin Ladenin Abbottabaddakı kompleksi məqaləsinin yaxşı məqalə statusu alması üçün Vikipediya:Laboratoriya/Üsamə bin Ladenin Abbottabaddakı kompleksi səhifəsində keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. |
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Olimpiya (Mane) məqaləsinin "Seçilmiş məqalə" statusu alması ilə əlaqədar burada Vikipediya:Laboratoriya/Olimpiya (Mane) keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirəm. |
Hörmətlə:--Maqamedd (müzakirə) 09:52, 8 iyun 2019 (UTC)
Məqalə ilə bağlı
redaktəSalam. Şahbulaq qalası məqaləsini zənginləşdirirəm istəyirəm status alsın. Məqaləyə başqa nə əlavə edə bilərəm? Memarlıq bölməsini daha da genişləndirəcəm. Təklif və iradlarınızı bilmək istərdim.--Maqamedd (müzakirə) 13:47, 9 iyun 2019 (UTC)
Hörmətli Sefer azeri, məscidində qalanın nəzdində olduğu üçün haqqında məlumat olmalıdır. Şuşa qalası məqaləsində özünüz qapılardan məlumat vermişdiz. Məscidin məlumatlarınında olması yaxşı olar.--Maqamedd (müzakirə) 16:23, 9 iyun 2019 (UTC)
məscid qalanın nəzdində deyil. Məscid yerləşən ərazidən qalaya maşınla ən azı yarım saatlıq yoldur. Şahbulaq yaylağı böyük ərazidir və ordakı bütün tikililər qalaya aid deyil.--sefer azeri 16:27, 9 iyun 2019 (UTC)
- Həmçinin Şahbulaq məscidi haqqında ayrıca məqalə olduğuna görə, onun memarlığı haqqında detallı məlumatın Şahbulaq qalası ilə bağlı məqalədə təkrarlanmasına (ümidvaram məqalənin həcminin süni yolla artırılması üçün edilmir bu) ehtiyac olmadığını düşünürəm. --sefer azeri 16:29, 9 iyun 2019 (UTC)
Sefer azeri Adım Məhəmməddir. Əgər inanmırsızsa sosial şəbəkədə sizə yazmışam. İzah edim sizə. Məqalənin həcminin artırılması üçün heç bir şey etməmişəm olduğu kimi yazmışam. Mən elə bilmişdim ki, məscid qalanın nəzdindədir. Məlumatınız və redaktələrin üçün təşəkkür edirəm. Hörmətlə.--Maqamedd (müzakirə) 16:33, 9 iyun 2019 (UTC)
Personaj adı
redaktəSalam. Necəsiniz? Sizə bir sualım olacaqdı. Bu personajın adını necə tərcümə etmək olar? Lüğətə baxdm, tərcüməsi yoxdur. Dolayı yolla rus dilidən tərcümə etdim, nəticədə yalnız Dəlisov alındı, lakin belə bir personaj (Daredevil) onsuz da mövcuddur. Bu personajın adını tərcümə etməkdə mənə kömək edə bilərsiniz? --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 22:41, 14 iyun 2019 (UTC)
- Salam. Skruboll (Marvel Comics) kimi yazmaq olar məncə. Hörmətlə --sefer azeri 09:14, 15 iyun 2019 (UTC)
İdarəçi seçkisi
redaktəİdarəçi seçkisi | ||
Salam, Sefer azeri. Sizi mənim idarəçilik statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€ ⚔ (hail sithis!) 12:05, 17 iyun 2019 (UTC) |
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Hörmətli fahişə məqaləsinin status alması ilə əlaqədar burada Vikipediya:Laboratoriya/Hörmətli fahişə keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirəm. |
Hörmətlə:--Maqamedd (müzakirə) 11:25, 18 iyun 2019 (UTC)
Məqalə
redaktəSalam. Mümkündüsə vaxtınız olanda bu məqaləni bizim vikidə zənginləşdirə bilərsiz? Hörmətlə.--Maqamedd (müzakirə) 18:10, 23 iyun 2019 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Esme üçün – məhəbbət və səfalətlə məqaləsinin status alması ilə əlaqədar burada Vikipediya:Laboratoriya/Esme üçün – məhəbbət və səfalətlə keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirəm. |
Hörmətlə:--Maqamedd (müzakirə) 10:29, 25 iyun 2019 (UTC)
Sual
redaktəSalam. "Collectibles" sözü Azərbaycan dilinə necə tərcümə olunur?--Maqamedd (müzakirə) 09:01, 29 iyun 2019 (UTC)
- Salam. Kolleksiya üçün, Kolleksiya edilə bilən kimi tərcümə etmək olar. --sefer azeri 10:09, 29 iyun 2019 (UTC)
Sual
redaktəSalam. Sevil operası məqaləsini zənginləşdirirəm, qarşıma belə bir məsələ çıxdı. Ruvikidə operanın 4 pərdə olduğunu yazıblar, 2 kitabdanda istinad qoyublar. Bizim monoqrafiyalarda isə 3 pərdə olduğunu yazıblar. Saytlarda bu cür yazıb, çox güman ki monoqrafiyalara əsaslanıblar. Sevil operası 3 pərdəlidir və ya 4 ? Mümkündürsə yardım edərdiz.--Maqamedd (müzakirə) 15:40, 4 iyul 2019 (UTC)
- Salam. Hazırda Akademik Opera və Balet teatrında gedən redaktədə opera iki pərdəlidir. Mən şəxsən həmin variantı izləmişəm. Bəstəkarın orijinal redaktəsinin neçə pərdəli olmasını dəqiqləşdirib sizə xəbər verərəm, bu günlərdə kitabxanaya gedəcəm. Məqalə üzərində işlədiyinizə görə də minnətdarlğım bildirirəm. --sefer azeri 17:12, 4 iyul 2019 (UTC)
Obyektiv cavabınız üçün təşəkkür edirəm. Operaya bir neçə dəfə redaktələr edilib, ona görə hal-hazırkı variantı 2 pərdəlidir. Məsələn mən Aslan Aslanovun 1980-cı ildə yazdığı məqaləsini oxudum. Belə yazıb ki Cabbarlının əsəri 4 pərdəli olsa da, Əmirov onu 3 pərdəyə uyğunlaşdırmışdı. Yəqin ki ruslar da Cabbarlının əsərinə əsaslanaraq 4 pərdəli yazıblar.--Maqamedd (müzakirə) 17:17, 4 iyul 2019 (UTC)
Səfər bəy mənə məqalənin şəkil mövzusunda bir də struktur bölməsində kömək edə bilərsiz? Şəkil çox az var. Mümkündürsə köməklik edərdiz. Struktur bölməsini mən tam dəqiq bilmirəm, sizin Min bir gecə (balet) məqalənizi oxudum. Ordaki struktur bölməsi Sevil opera məqaləsində də tətbiq olunmalıdır yəqin ki. Mümkündüsə kömək edərdiz.--Maqamedd (müzakirə) 05:53, 5 iyul 2019 (UTC)
- Maqamedd yuxarıdakı müraciətinizlə bağlı müvafiq məqalənin müzakirə səhifəsində sizə cavab verdim. Məqalənin məzmunu üzərində işinizi tamamladıqdan sonra xəbər edin, çalışaram mümkün qədər strukturun təkmilləşdirilməsində və vizual tərtibatda kömək edim. Hörmətlə --sefer azeri 13:35, 5 iyul 2019 (UTC)
Çox sağ olun, minnətdaram!--Maqamedd (müzakirə) 14:19, 5 iyul 2019 (UTC)
- Maqamedd hesab edirəm ki, yüklədiyiniz audio fayllar çox keyfiyyətsizdir, icazənizlə onları daha keyfiyyətli variantla əvəz etmək istərdim. Hörmətlə --sefer azeri 13:08, 6 iyul 2019 (UTC)
- Hörmətli Səfər bəy buyurun, icazə sizindir. Vizualda baxardınız mümkündürsə.--Maqamedd (müzakirə) 13:11, 6 iyul 2019 (UTC)
- Sefer azeri mümkündüsə Tafta obrazının kim olduğunu Obrazlar bölməsində qeyd edərdiniz. Hörmətlə.--Maqamedd (müzakirə) 15:09, 6 iyul 2019 (UTC)
- Sefer azeri Opera 90-cı illərdə neçə dəfə tamaşaya qoyulub? Mən biləni belə olmalıdı: 1953, 1955, 1959 (iki dəfə), 1959 (Moskva), 1964, 1998. 1970-də ekranlaşdırılıb. Deyəsən 79-80-ci ildə də bir dəfə tamaşaya qoyulub. R.Zöhrabov və A.Aslanov 1980-ci il məqalələrində bu cür qeyd edirlər.--Maqamedd (müzakirə) 08:36, 7 iyul 2019 (UTC)
- Salam. Bu haqqda dəqiq məlumatım yoxdur. --sefer azeri 08:51, 7 iyul 2019 (UTC)
- Səfər bəy bu şəklin hansı əsərin tamaşası ilə bağlı olduğu barədə məlumatınız var?--Maqamedd (müzakirə) 13:01, 7 iyul 2019 (UTC)
- Səhv etmirəmsə Min bir gecə baletinin Moskvada səhnələşdirməsindən olan fotodur. Əmirov haqqında sənədli filmə baxa bilərsiz dəqiqləşdirmək üçün. Hörmətlə --sefer azeri 13:17, 7 iyul 2019 (UTC)
- Hörmətli Səfər bəy məqalədə mənimlə birgə çəkdiyiniz zəhməti, musiqilərin tapılmasını, təkmilləşdirmələr aparmağınızı nəzərə alıb laboratoriyada sizin də adınızı qeyd etdim. Mümkündürsə məqalənin son vizual görüntüsünə baxardınız. Hörmətlə.--Maqamedd (müzakirə) 16:40, 7 iyul 2019 (UTC)
- Təşəkkür edirəm. Belə bir mövzuda yazdığınıza görə minnətdarlığımı bildirirəm. Məqalə yaxşı alınıb məncə.--sefer azeri 16:52, 7 iyul 2019 (UTC)
- Sefer azeri mən təşəkkür edirəm. İstəsəz Fikrət Əmirovun digər məşhur əsərlərini də bir yerdə zənginləşdirə bilərik. Hörmətlə.--Maqamedd (müzakirə) 17:42, 7 iyul 2019 (UTC)
- Yaxşı olar.)--sefer azeri 18:58, 7 iyul 2019 (UTC)
- Zəhmət olmasa mənə fb-da cavab verin. Adım Mehemmed Mutellimovdur.--Maqamedd (müzakirə) 19:06, 7 iyul 2019 (UTC)
- Yaxşı olar.)--sefer azeri 18:58, 7 iyul 2019 (UTC)
- Sefer azeri mən təşəkkür edirəm. İstəsəz Fikrət Əmirovun digər məşhur əsərlərini də bir yerdə zənginləşdirə bilərik. Hörmətlə.--Maqamedd (müzakirə) 17:42, 7 iyul 2019 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Sevil (opera) məqaləsinin seçilmiş məqalə statusu alması ilə əlaqədar burada Vikipediya:Laboratoriya/Sevil (opera) keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirəm. |
Hörmətlə:--Maqamedd (müzakirə) 04:00, 8 iyul 2019 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Hörümçək-adam 3 (film, 2007) məqaləsinin seçilmiş məqalə statusu alması ilə əlaqədar burada Vikipediya:Laboratoriya/Hörümçək-adam 3 (film, 2007) keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirəm. |
Hörmətlə:--Maqamedd (müzakirə) 09:13, 9 iyul 2019 (UTC)
O olmasın, bu olsun
redaktəSalam. Necəsiniz? O olmasın, bu olsun operettası haqqında olan məqaləni işləyirdim. «Как бы ни был стар, не уступлю тысяче молодых» mahnısı azərbaycanca adı nədir bilmirsiniz? Mən tapa bilmədim. --► Sincerely: A¥×aᚢ ⚔ Zaÿïþzaþ€ 19:52, 9 iyul 2019 (UTC)
- Salam. "Mən nə qədər qoca olsam da, dəyərəm min cavana". Hörmətlə --sefer azeri 21:41, 9 iyul 2019 (UTC)
Məqalə
redaktəSalam. Qaralama səhifəmdə Üzeyir Hacıbəyovun ruvikidən məqaləsini yazıram, mümkündüsə yoxlayardınız səhvləri və s. digər nüansları. Hörmətlə.--Maqamedd (müzakirə) 17:44, 10 iyul 2019 (UTC)
Alan Turinq
redaktəSalam, Alan Turinqin 50 funtun üzərində artıq var. Bunu məqaləyə artıra bilərsiz? --Azerifactory (müzakirə) 23:44, 23 iyul 2019 (UTC)
- Salam. Burda [1] qeyd edilir ki, əskinas 2021-ci ildən dövriyyəyə çıxarılacaq. Commonsda fayl tapa bilmədim. Əgər siz tapmısızsa link verərsiz zəhmət olmasa. Hörmətlə --sefer azeri 05:48, 24 iyul 2019 (UTC)
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Hörmətli Sefer azeri/Arxiv 2019! Sizi Nizami (opera) məqaləsinin "Yaxşı məqalə" statusu alması üçün Vikipediya:Laboratoriya/Nizami (opera) səhifəsində keçirilən səsverməyə dəvət edirəm. |
Sizin üçün bir ulduz!
redaktəHarri Potter ulduzu | |
Hörmətli, Sefer azeri. Bu ulduzu sizə Harri Potter mövzulu məqalələr üstündə çəkdiyiniz əziyyətə və məqalələri seçilmiş məqalə səviyyəsinə gətirdiyinizə görə təqdim edirəm. Ümid edirəm, yaxın zamanda bütün qalan Harri Potter məqalələri də yüksək səviyyədə olar. Fəaliyyətinizdə uğurlar! -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 09:50, 7 avqust 2019 (UTC)
|
Arxivləşdirmə
redaktəSalam, Sefer azeri. Sizdən bir xahişim var, əgər mümkündürsə, müzakirə səhifənizdə arxivləşdirmə aparın. 2016-cı ildən bəri mesajlar qalıb və səhifə çox böyüyüb. Əgər vaxtınız yoxdursa, icazə versəz, bunu sizin üçün mən də edə bilərəm.--Eminn ismarıc 15:58, 10 avqust 2019 (UTC) Eminn, salam. Arxivləşdirməni etsəz çox minnətdar olardım. Hörmətlə --sefer azeri 11:36, 31 avqust 2019 (UTC)
- @Eminn və @Sefer azeri, həqiqətən bu edilsə çox yaxşı olar. Səhifə çox ağırdır. samral müzakirə 15:36, 13 iyul 2023 (UTC)
Netflix şablonu
redaktəSalam! Vaxtınız olanda bu şablonu yeniləmək imkanınız varmı? Şablon sonuncu dəfə 2017-ci ildə yeniləndiyindən "Dəyişdirilmiş karbon" və ya "Seks tərbiyəsi" məqalələrinə əlavə edə bilmirəm. Serialların adlarını siz daha dəqiq tərcümə edərsiz deyə düşündüm.--127-ci yapon imperatoru 13:26, 23 avqust 2019 (UTC)
- White Demon hazırdır. --sefer azeri 11:35, 31 avqust 2019 (UTC)
- Təşəkkür edirəm!--127-ci yapon imperatoru 15:26, 31 avqust 2019 (UTC)
Şəmkir
redaktəSalamlar artıq yorulmayasınız.Lütfən Şəmkirdəndə montage hazırlayın çün azərbaycanın önəmli şəhərlərindəndir ancaq uyğun və yaxşı rəsimi yoxdur.İndi Şəmkir əhalisi 70,000 nəfərdən artıqdır və çox super bir yerə çevirlibdir.Hörmətlə(89.196.163.135 13:20, 28 avqust 2019 (UTC))
- Salam. Hazırlayaram. --sefer azeri 13:33, 28 avqust 2019 (UTC)
Minnətdaram və çox sağolun(91.251.12.195 08:20, 29 avqust 2019 (UTC))
Qeyri-yetkin davranış
redaktəNə müzakirəyə cavab verirsiniz, nə də ki redaktə müharibəsinə son verirsiniz. Belə davranış ancaq sizə olan hörməti məhv edir! --► Hörmətlə: SolaVirum 09:38, 31 avqust 2019 (UTC)
- Solavirum istehzalı "Bütün Commons səhvi, bir dənə Sefer azeri düzdü..." yazısına nə cavab verməyimi gözləyirsiz ki?)) Mənə hörmət edib-etməmək öz işinizdir, əsas odu Vikipediya qaydalarına hörmət edin. Fikrimi bir daha burda təkrar edirəm, məqalədə yerləşdirdiyiniz xəritədə İranın Qərbi Azərbaycan ostanına daxil olan Urmiya, Salmas, Maku, Xoy və Çaldıran əyalətlərinin bir hissəsi Kürdüstan kimi göstərilib. Həmin əyalətlərinin hər biri haqqında müxtəlif dövrlərdə statistik məlumatlar mövcuddur və həmin məlumatlardan görünür ki, o ərazilər heç vaxt məqalədə qeyd etdiyiniz kimi "kürdlərin əhalisinin böyük əksəriyyətini təşkil etdiyi" yerlər olmayıb. Zəhmət olmasa, məqalədə qeyd edilmiş iddianın təsdiqlənməsi üçün ya hər bir əyalətdə kürd əhalisinin say çoxluğu təşkil etdiyi və "kürd mədəniyyətinin, dillərinin və milli kimliyinin tarixən əsaslandığı" ərazilər olduğunu göstərən mənbələr göstərin və konkret sitatları ayırmaqla məqaləyə əlavə edin, ya da heç bir statistik məlumatla təsdiqlənməyən xəritəni məqalədən çıxarın. Sizdən qaydalardan kənar nəsə tələb etmirəm ki?)) Sizi çox gözəl başa düşürəm ki, əziyyət çəkdiyiniz məqalənin status almasını istəyirsiz, lakin məqalənin məzmunun düzgün olması və qaydaların gözlənilməsi də vacibdir. Ümidvaram mövzuya müdaxilə etməyimi şəxsinizə qarşı atılmış addım kimi qiymətləndirmirsiz, mövzuya bələd olduğuma görə müdaxilə etmişəm və yeganə məqsədim məqalədə tərəfsizliyin təmin edilməsidir. Hörmətlə --sefer azeri 10:08, 31 avqust 2019 (UTC)
- Sefer azeri, xəritə CIA tərəfindən tərtib edilib. Buna görə də xəritənin etibarsız olmasını iddia etməyiniz gülməlidir. Hələ o alim haqqında dediyiniz sözlər mövqeyinizin yanlış olmasının səbəbidir. Üstəlik, sırf bir xəritəyə görə bütün məqaləyə tərəfli şablonu qoymaq səhvdir. Əgər müzakirəyə qoşulmursanızsa, məsələ də burada bitir. O şablonu məqaləyə yerləşdirməyin. Yoxsa təəssüf ki, idarəçilərə bu davranışısınızı bildirməli olacam. --► Hörmətlə: SolaVirum 10:42, 31 avqust 2019 (UTC)
- Solavirum xəritənin SIA tərəfindən tərtib olunması heç də onun düzgün olduğunu göstərmir. CIA istifadə etdiyi mənbələri açıqlamır və heç yerə istinad etmir. O alim haqqında dediyim sözlər VP:EM qaydasında əks olunmuş fikirlərə istinad edir. Əgər məqalədə bircə kəlmə belə tərəfli söz varsa, o zaman istənilən istifadəçi ona tərəflilik şablonu əlavə edə bilər. Hazırda müzakirə edilən məqalənin infoqutusunda isə tərəfli xəritə yerləşdirilib. Əlbəttə ki, məqaləyə tərəflilik şablonu əlavə edilməlidir. Müzakirə dediyiniz söz davasından başqa bir şey deyil, zəhmət olmasa iddianızı göstərən mənbələr əlavə edin və məsələ bununla da bitsin. Əgər mənbə yoxdursa o zaman xəritəni məqalədən çıxarın. İdarəçilərə də məsələ ilə bağlı artıq məlumat vermişəm. Hörmətlə --sefer azeri 11:32, 31 avqust 2019 (UTC)
- Sefer azeri, deyək alim yersizdi, bəs jurnal? Beynəlxalq miqyası jurnalı etibarsız hesab edirsinizsə hələ tərəfli də sizsiniz. Hər yerdə bu xəritə və dediyiniz kimi bunun əsasında tərtib olunmuş xəritələr istifadə olunur. Mənə çatmayan ondadır ki, niyə üçüncü bir şəxs buna fikir bildirmir. Budu idarəçilik? --► Hörmətlə: SolaVirum 11:42, 31 avqust 2019 (UTC)
- Solavirum siz mənbə kimi göstərdiyiniz yeganə məqaləni oxumusuz? Həmin məqalədə Urmiya, Salmas, Maku, Xoy və Çaldıran əyalətlərinin Kürdüstan ərasizi olması, kürd əhalinin üstünlük təşkil etməsi, kürd mədəniyyətinin formalaşdığı ərazi olması göstərilmir axı. Mümkünsə istinad etdiyiniz mənbədən müvafiq sitat gətirin. Hörmətlə --sefer azeri 11:45, 31 avqust 2019 (UTC)
- Sitatın dəxli yoxdur. Xəritə orada qeyd olunub. Əsas budur. Sizə Commons-dan belə müzakirə atmışam. Əgər nəsə bir problem varsa, niyə onlara bildirmisiniz axı?! Niyə ancaq məndən dirəşmisiniz?! --► Hörmətlə: SolaVirum 12:48, 31 avqust 2019 (UTC)
- Solavirum mən global user deyiləm, əsas fəaliyyətim azviki ilə bağlıdır, başqa layihələrdə nə baş verməsi ilə maraqlanmağa nə vaxtım nə həvəsim yoxdur. İstinad kimi göstərdiyiniz məqalədə yuxarıda adı qeyd edilən ərazilərdə kürd əhalinin üstünlük təşkil etməsi ilə bağlı heç bir məlumat yoxdur. Ona görə də həmin məqaləni istinad kimi göstərmək olmaz. --sefer azeri 13:18, 31 avqust 2019 (UTC)
- Əgər maraqlanmırsınızsa, deməli müzakirə burada da bağlanır. Əgər həmin xəritə problemli olaydı aşağıdan yazılardı ki, "fictitous" və ya "disputed"dır. Çox yersiz mübahisə yaradırsınız və ümumi işi pozursunuz. Eldarado, Baskervill, NMW03, Toghrul Rahimli, White Demon, --► Hörmətlə: SolaVirum 13:25, 31 avqust 2019 (UTC)
- @Solavirum,, mövzu ilə bağlı demək olar ki, anlayışım yoxdur, amma burada White Demon ilə razıyam. Vikipediyada internetdə əks olunanlar verilir, lakin neytral və ensiklopedik dildə. — Toghrul Rahimli • M/F 12:13, 1 sentyabr 2019 (UTC)
- Həmçinin, azərbaycanlılar formalaşandan əvvəl həmin şəhərlərdə kürdlər yaşayırdı. Envikidə həmin şəhərlərin məqalələrində də yazılıb. Giriş hissəsində tarixən sözü var. Azərbaycanlılar bir millət olaraq 16-cı əsrdə formalaşıb. Deməli o vaxtdan əvvəl kimsə oralarda yaşayırdı da. Həmçinin, həmin şəhərlərdə əhalinin bir qismi kürddür. --► Hörmətlə: SolaVirum 13:28, 31 avqust 2019 (UTC)
- Əgər maraqlanmırsınızsa, deməli müzakirə burada da bağlanır. Əgər həmin xəritə problemli olaydı aşağıdan yazılardı ki, "fictitous" və ya "disputed"dır. Çox yersiz mübahisə yaradırsınız və ümumi işi pozursunuz. Eldarado, Baskervill, NMW03, Toghrul Rahimli, White Demon, --► Hörmətlə: SolaVirum 13:25, 31 avqust 2019 (UTC)
- Biz vikipediyaçıların işi məlumatların düzgün-səhv olduğunu araşdırmaq deyil. Bizim işimiz eibarlı mənbələrdən olan məlumatların Vikipediyaya yerləşdirməkdir. Artıq səhvdir, düzdür, o bizi maraqlandırmır. Sabah NASA rəsmi saytında məlumat yayımlasa ki, Ay pendirdəndi, biz də Vikipediyada yazmalıyıq ki, Ay pendirdəndir. Bu qədər. CIA tərəfindən yayımlanmış xəritənin də səhv-düzgün olmasının bizə aidiyyatı yoxdur. Etibarlı mənbədirsə, yerləşdirilməsi problem yaratmamalıdır.--127-ci yapon imperatoru 15:31, 31 avqust 2019 (UTC)
- Solavirum, birincisi, hansı məntiqlə yazırsız ki, əgər mən envikidə gedən müzakirə ilə maraqlanmıramsa deməli azvikidə aktiv şəkildə iştirak etdiyim müzakirə də bağlanmalıdı? Sizə kim ixtiyar verir ki, mənim iştirak etdiyim müzakirəni bağlı və ya açıq elan edəsiz? Danışıq tonunuz və tərzinizə fikir verərək, nəzakət qaydalarından kənara çıxmamanızı tələb edirəm. İkincisi, əgər azərbaycanlılar formalaşmamışdan əvvəl həmin ərazidə kürdlər yaşayırdısa, birincisi bu fikrə də mənbə göstərməlisiz, ikincisi isə hansısa ərazidə kürdlərin yaşaması o ərazinin kürdüstan olması anlamına gəlmir. Səsvermə səhifəsində də dediyim kimi, orta əsr ərəb və farsdilli mənbələrində Urmiya, Xoy, Maku və Salmasın Azərbaycan ərazisində yerləşməsi haqqında çoxlu məlumat var. Əgər lazımdırsa həmin məlumatları burda qeyd edə bilərəm. Üçüncüsü, "Envikidə həmin şəhərlərin məqalələrində də yazılıb" iddianıza gəlincə, bilərəkdən və ya bilməyərəkdən məlumat saxtalaşdırmaqla məşğul olursuz. Faktlarla danışsaq envikidə Urmiya məqaləsində yazılır [2]: "The city has been home to various ethnic groups during its history. The population of Urmia in the early Islamic period was Christian." - Şəhər tarix boyunca müxtəlif etnik qruplara ev sahibi olub. Erkən İslam dövründə Urmiya əhalisi xristian idi. According to some sources, the population is mostly made up of Azerbaijanis who live alongside minorities of Kurds, Assyrians and Armenians. - Müxtəlif mənbələrin məlumatına görə əhali əsasən azərbaycanlılardan təşkil olunsa da, onlar kürd, aysor və erməni azlıqları ilə birlikdə yaşayırlar. Xoy haqqında məqalədə isə yazılır [3]: "The peoples of Khoy are Azerbaijanis." - Xoy əhalisi azərbaycanlılardır. Salmas haqqında məqalədə yazılır [4]: The majority of people in Salmas speak Azerbaijani and are adherents of Shia Islam.[18] A minority of the population speaks Kurdish.[19] - Salmas əhalisinin böyük hissəsi azərbaycanlılardır və Şiə İslam ardıcıllarıdırlar. Əhalinin kiçik hissəsi kürddillilərdir. Maku məqaləsində yazılır [5]: According to the 2006 census, the city has a population of 42,500 The language in Maku is Azerbaijani. - 2006-cı il siyahıya almasına görə şəhər 42,500 əhaliyə malikdir. Makuda istifadə edilən dil Azərbaycan dilidir. Yuxarıda qeyd elədiyim məlumatlar və keçidlərdən görünür ki, siz yalan danışaraq envikidə həmin şəhərlərdə azərbaycanlılardan əvvəl kürd əhalinin yaşadığının yazıldığını qeyd edirsiz. Sual yaranır, əgər məqsədiniz hansısa təbliğat aparmaq yox, düzgün məlumat çatdırmaqdırsa, niyə yalan danışırsız ki?
- White Demon, birincisi Mərkəzi Kəşfiyyat İdarəsi tarixlə məşğul olan, tarix araşdıran və ya hansısa elmi nüfuzu olan orqan deyil ki, həmin orqanın yazırladığı xəritə tarixi ərazi ilə bağlı məqalədə həlledici elmi nüfuzlu mənbə kimi qəbul edilsin. İkincisi, haqqında müzakirə gedən xəritə üçün göstərilən yeganə mənbə Texas-Ostin Universitetinin saytıdır, saytda xəritənin CIA tərəfindən hazırlanması haqqında heç bir məlumat yoxdur. CIA-nın saytında həmin xəritəni tapa bilmədim, varsa lütfən link verin mən də baxım. Üçüncüsü, hətta xəritə CIA tərəfindən hazırlanmış olsa belə, xəritənin izahında 1992-ci ildə "Kurdish-inhabited area, by CIA (1992)" - CIA tərəfindən hazırlaznmış kürdlərin yaşadğı ərazilər (1992) qeyd edilib, yəni burda da tarixi Kürdüstan ərazisindən yox, 1992-ci ildə kürdlərin məslunlaşdığı (say çoxluğundan bəhs edilmir) ərazidən bəhs edilir. Azvikidəki Kürdüstan məqaləsinin girişində isə yazılır: kürdlərin əhalisinin böyük əksəriyyətini təşkil etdiyi, kürd mədəniyyətinin, dillərinin və milli kimliyinin tarixən əsaslandığı coğrafi-mədəni vilayət. 1992-ci ildə kürdlərin yaşadığı ərazini göstərən xəritənin "kürd mədəniyyətinin, dillərinin və milli kimliyinin tarixən əsaslandığı coğrafi-mədəni vilayət" kimi göstərilməsi nə qədər düzgündür (üstəlik heç də həmin ərazilərin hər yerində, məsələn, Qərbi Azərbaycanda) kürd əhalinin iddia edildiyi kimi say üstünlüyünə malik olmadığını da nəzərə almaqla)? Mən konkret olaraq mənbələr təqdim edirəm: Konqres Kitabxanasının Federal Araşdırmalar Diviziyası alimlərinin ortaq işi olan əsərin 121-ci səhifəsində Qərbi Azərbaycan ərazisində əhalinin böyük hissəsinin azərbaycanlılar olduğu yazılır. İran mərkəzi mədəniyyət şurasının məlumatına əsasən isə Qərbi Azərbaycan ərazisində əhalinin 76.2 faizi azərbaycanlılar, yalnız 21.7 faizi kürdlərdir.[1] Bu məlumatlar əlimizdə olduğu halda heç bir mənbəsi olmayan xəritəyə istinadən Qərbi Azərbaycanın böyük bir hissəsinin "kürdlərin əhalisinin böyük əksəriyyətini təşkil etdiyi, kürd mədəniyyətinin, dillərinin və milli kimliyinin tarixən əsaslandığı coğrafi-mədəni vilayət" kimi təqdim edilməsi saxtalaşdırma deyil mi? O cür xəritələrdən nə qədər istəsəz hazırlayıb yükləmək olar commonsa. Yaxın Şərq üzrə mütəxəssis olan Helen Metzin Konqres Kitabxanası tərəfindən çap edilmiş araşdırmasında da türkdilli əhalinin Qərbi Azərbaycanda çoxluq təşkil etdiyi yazılır. [2] Həmçinin "Avropa dilləri Ensiklopediyası"nın 21-ci səhifəsində də azərbaycanlıların Qərbi Azərbaycanda çoxluq təşkil etmələri qeyd edilir. Professor Brenda Şafferin "Borders and Brethren: Iran and the Challenge of Azerbaijani Identity" elmi araşdırmasının birinci səhifəsindəcə azərbaycanlıların kompakt yaşadığı tarixi ərazilər sadalanarkən İranın Qərbi Azərbaycan ərazisi də qeyd edilir. Bu qədər akademik mənbə CIA tərəfindən hazırlanması heç bir mənbə ilə göstərilməyən xəritənin saxta olmasını düşünməyə imkan vermirmi? Hörmətlə --sefer azeri 20:29, 31 avqust 2019 (UTC)
- Təklif edirəm ki, xəritəni məqalədən çıxaraq və daha düzgün xəritə yerləşdirilənə qədər məqalədə xəritə olmasın.--127-ci yapon imperatoru 12:22, 1 sentyabr 2019 (UTC)
- White Demon mənim təklifim də odur. Hörmətlə --sefer azeri 13:45, 1 sentyabr 2019 (UTC)
- White Demon təklif etmişdim ki, Commons-dan başqa xəritə seçsin, amma bunu rədd etdi. Commons-da xəritələrin faktiki olmalarına çox diqqət yetilir. Faktiki olmayanların əksəriyyəti silinir. Bu xəritədən Viki layihələrdə 2003-cü ildən bəri istifadə olunur. Görün neçə vikidə var bu. Burada silindi, bəs oralarda? Dünya azvikidən ibarət deyil və biz birtərəfli fəaliyyət göstərməməliyik. Bir neçə ay əvvəl yekunlaşmış RFC də bunun sübutdur. Əgər həmkar haqqlı olduğunu düşünürsə, buyursun həmin xəritənin müzakirəsinə, şikayət etsin. Orada desə ki, CIA etibarlı deyil, hamımız nəticəyə şahid olarıq. Dediyim kimi ... əgər bunu etmək istəmirsə, deməli müzakirə sona çatıb. Toghrul Rahimli hələ mən də onu deyirəm. --► Hörmətlə: SolaVirum 13:54, 1 sentyabr 2019 (UTC)
- Sefer azeri "Kurds inhabit mostly Oshnaviyeh, Sardasht, Mahabad, Piranshahr and Bukan counties."[3] Kurdistan Province and Kermanshah Province[4][5]
- Sefer azeri buna da nəzər yetirin. --► Hörmətlə: SolaVirum 13:59, 1 sentyabr 2019 (UTC)
- Solavirum əgər mən müzakirəni davam etdirirəmsə sizin sona çatıb deməyə haqqınız yoxdur, məni commonsda hansı xəritələrin olması və ya başqa dillərdə nə yazılması yox, azvikidə düzgün məlumat verilməsi maraqlandırır. CIA adıyla təqdim edilən xəritənin CIA tərəfindən hazırlanmasına aid bir dənə də mənbə göstərilməyib. White Demon yuxarıda da qeyd etdiyim kimi sizin təklifinizi tamamilə qəbul edirəm, xəritə ya daha düzgün xəritə ilə əvəz edilsin, ya da məqalədə xəritə yerləşdirilməsin. Həmçinin səsverməyə çıxarılmış məqalənin bu şəkildə redaktəyə bağlanması da qayda pozuntusudur. Dünən məqalənin bir hissəsini oxumuşam və xeyli səhvlər gözümə dəyib. Məqaləni açın ki, redaktə edə bilək. Hörmətlə --sefer azeri 14:04, 1 sentyabr 2019 (UTC)
- Solavirum [Oshnaviyeh County|Oshnaviyeh]], Sardasht, Mahabad, Piranshahr and Bukan şəhristanları Urmiyadan cənubda Kürdüstan ostanı ilə sərhəddə yerləşirlər və həmin ərazilərdə kürd əhali üstünlük təşkil edir. Mən həmin ərazilərin yox, Urmiya gölünün qərb sahili və şimal hissəsinin xəritədə göstərilməsinə qarşıyam. Əlimizdə həmin ərazilərinin demoqrafik göstəriciləri və onlarla mənbələr var. Bütün mənbələrdə Urmiya, Xoy, Maku və Salmasda aşağı-yuxarı 70 faiz əhalinin türkdillilər olduğu qeyd edilir. Yuxarıda o qədər mənbələr göstərmişəm. Siz isə hansısa "leviy" xəritələri təklif edirsiz bir-birinin ardınca. Süni təbliğat aparmaqda məqsədiniz nədir ki? --sefer azeri 14:10, 1 sentyabr 2019 (UTC)
- Solavirum əgər mən müzakirəni davam etdirirəmsə sizin sona çatıb deməyə haqqınız yoxdur, məni commonsda hansı xəritələrin olması və ya başqa dillərdə nə yazılması yox, azvikidə düzgün məlumat verilməsi maraqlandırır. CIA adıyla təqdim edilən xəritənin CIA tərəfindən hazırlanmasına aid bir dənə də mənbə göstərilməyib. White Demon yuxarıda da qeyd etdiyim kimi sizin təklifinizi tamamilə qəbul edirəm, xəritə ya daha düzgün xəritə ilə əvəz edilsin, ya da məqalədə xəritə yerləşdirilməsin. Həmçinin səsverməyə çıxarılmış məqalənin bu şəkildə redaktəyə bağlanması da qayda pozuntusudur. Dünən məqalənin bir hissəsini oxumuşam və xeyli səhvlər gözümə dəyib. Məqaləni açın ki, redaktə edə bilək. Hörmətlə --sefer azeri 14:04, 1 sentyabr 2019 (UTC)
- Sefer azeri, görünür sizi narahat edən "kürdlərin əhalisinin böyük əksəriyyətini təşkil etdiyi" cümləsidir. Siz bu cümləni səhv başa düşmüsünüz. Kürdüstanda sadəcə kürdlər yaşamır. Necə ki, Azərbaycanda ancaq türklər yaşamır. Buna baxmayaraq, Azərbaycanda əhalinin böyük əksəriyyətini türklər təşkil edir. Bu o demək deyil ki, orada qeyri-türklər yaşamır. Burada da elədir. "Süni təbliğat aparmaqda məqsədiniz nədir ki?" Lol. Bilirdim ki, nə vaxtsa məni vətən xainliyi ilə ittiham edəcəksiniz. Burada nə kürd, nə də ki erməni təbliğatı aparılır. Mən burada envikidən (ən etibarlı viki) götürülmüş xəritəni, mətni müdafiə edirəm. "məni commonsda hansı xəritələrin olması və ya başqa dillərdə nə yazılması yox, azvikidə düzgün məlumat verilməsi maraqlandırır" sitatı isə məsələni həll etmək istəmədiyinizi göstərir. Bu mövzunu kökündən həll etmək lazımdır. Ha, deyək ki, daha yaxşı bir xəritə var, buyurun. Mən Kürdüstan məqaləsində kürdlərin etnik xəritəsinin göstərilməsinə qarşıyam. Axı burada kürdlərdən bəhs edilmir. Vilayətdən gedir söhbət. *Kürd*üstan toponimindəki kürd adı sizi niyə belə qıcıqlandırır ki? --► Hörmətlə: SolaVirum 14:14, 1 sentyabr 2019 (UTC)
- Solavirum istifadə etdiyiniz xəritənin izahını oxuyun zəhmət olmasa. Siz tarixi Kürdüstan ərazisi haqqında məqalə yaradırsız. Əsas şablona yerləşdirdiyiniz xəritə isə guya (heç bir mənbədə xəritənin CIA tərəfindən hazırlanması yazılmayıb) CIA tərəfindən hazırlanmış kürdlərin yaşadığı ərazilər göstərilib. Həmçinin həmin xəritədə hansı ərazidə kürdlərin nə qədər yaşadığı göstərilməyib. Bu isə xəritəni qeyri-dəqiq və yararsız edir. Bəli, məni preambulada qeyd etdiyiniz "kürdlərin əhalisinin böyük əksəriyyətini təşkil etdiyi" ifadəsi narahat edir, dəfələrlə bunu sizə yazmışam. Urmiya, Xoy, Salmas və Makuda kürd əhali üstünlük təşkil etmir, həmin şəhərlərin ərazisi kürd xalqının və kürd mədəniyyətinin tarixən formalaşdığı areala daxil deyil. Əgər əksini iddia edirsinizsə mənbə göstərin. Mən fikirlərimi isbat edən mənbələri yuxarıda qeyd etmişəm. --sefer azeri 14:30, 1 sentyabr 2019 (UTC)
- Sefer azeri, bəzi xəritələrə baxıram ki, kürdlərin şimal-qərbi İranda yaşadıqları ərazilər burada göstəriləndən azdır, amma təəssüf ki, ümumi bir Kürdüstan xəritəsi tapa bilmirəm. Məqaləyə mütləq bir xəritə yerləşdirmək lazımdır axı. Nə edək? --► Hörmətlə: SolaVirum 14:34, 1 sentyabr 2019 (UTC)
- P.S. Azərbaycan Sovet Ensiklopediyasının 6-cı cildindəki Kürdüstan məqaləsinin buna çox uyğun olacağını düşünürəm, ancaq internetdə və ya Wayback Machine-də heç bir PDF tapa bilmirəm... --► Hörmətlə: SolaVirum 14:35, 1 sentyabr 2019 (UTC)
- Solavirum envikidə yüzlərlə məqalə var ki, heç bir şəkli olmasa da status alıb. Saxta məlumat yayan və ya mövzuya uyğun olmayan xəritə və şəkilləri istifadə etməkdənsə məqalənin şəkilsiz olması daha yaxşıdı. Hörmətlə --sefer azeri 14:37, 1 sentyabr 2019 (UTC)
- Sefer azeri, məsələ statusluq deyil. Axı bu coğrafi vilayətdir. Hansısa bir coğrafi ünsürü xəritə olmadan göstərmək nə dərəcədə doğrudur? Necə olur ki, heç bir yerdə münasib xəritə yoxdur? --► Hörmətlə: SolaVirum 14:47, 1 sentyabr 2019 (UTC)
- Bu xəritəni crop edib yerləşdirmək olar. --► Hörmətlə: SolaVirum 14:48, 1 sentyabr 2019 (UTC)
- White Demon, zəhmət olmazsa, bloku qaldırın. Zənnimcə 1986-cı ildə CIA tərəfindən tərtib edilmiş xəritə daha uyğundur. --► Hörmətlə: SolaVirum 14:57, 1 sentyabr 2019 (UTC)
- Solavirum, özünüz yazmısız ki, Kürdüstan "Zaqros dağlarının şimal-qərbini və Tavr dağlarının şərqini əhatə edir." Baxın görün qeyd etdiyiniz ərazi xəritədəki əraziyə nə qədər uyğundur. Sizin təklif etdiyiniz xəritələr kürdlərin müasir dövrdə yaşadığı (çoxluq təşkil etdiyi yox) əraziləri göstərir və tarixi Kürdüstan ərazisindən xeyli böyük sahəyə malikdir. --sefer azeri 15:28, 1 sentyabr 2019 (UTC)
- White Demon, zəhmət olmazsa, bloku qaldırın. Zənnimcə 1986-cı ildə CIA tərəfindən tərtib edilmiş xəritə daha uyğundur. --► Hörmətlə: SolaVirum 14:57, 1 sentyabr 2019 (UTC)
- Sefer azeri daha uyğun bir xəritə varsa, buyurun göstərin. Ən azından mən produktiv bir şey edirəm... --► Hörmətlə: SolaVirum 15:45, 1 sentyabr 2019 (UTC)
- SolavirumBritannika və İranika da daxil olmaqla bütün mənbələr Kürdüstanı Zaqroş dağlarının şimal-qərbi və Tavr dağlarının şərqi kimi təsvir edir. Yuxarıda yerləşdirdiyim xəritədə Zaqroş və Tavr dağlarının yerləşməsini və həmin dağlar arasındakı ərazini qeyd eləmişəm. Mənbələrin təsvir etdiyi Kürdüstan ərazisinə heç İranın Kürdüstan ostanı da daxil deyil. Sizin istifadə etdiyiniz xəritə müasir dövrdə kürd əhalinin az-çox yayıldırğı areal göstərilib və xəritənin sərhədləri kürdlərin irredent Kürdüstan ideyasına uyğundur. Tarixi Kürdüstan sərhəddi isə uyğun deyil. Sirakossa Universitetinin nəşr etdiyi bu məqaləni oxuyun vaxtınız olsa. KÜrd məsələsində xəritələrlə necə spekulyasiya edildiyi və saxta təbliğat üçün xəritələrin necə istifadə olunması yaxşı izah edilib. Hörmətlə --sefer azeri 19:02, 1 sentyabr 2019 (UTC)
- Sefer azeri, nə edək o zaman? Tövsiyyəniz nədir? --► Hörmətlə: SolaVirum 19:35, 1 sentyabr 2019 (UTC)
- Bütün məqalə həmin ərazi əsasında yaradılıb. Məqalənin giriş hissəsində bunun irredentist bir termin olduğunu qeyd etmək olar. Əslində, elə bir şablon da yerləşdirmişəm alt hissədə. Məqalədə orijinal tədqiqat yoxdur. Hamısı digər vikilərdən tərcümə olunub. --► Hörmətlə: SolaVirum 19:36, 1 sentyabr 2019 (UTC)
- Məqaləni mühafizədən çıxarmaq istəmirəm, çünki burada yekun fikir əldə etməmiş mühafizədən açsam, redaktə müharibəsinin başlayacağını bilirəm. Sefer azeri, sizin qeyd etdiyiniz əraziyə İranın heç bir ərazisi daxil deyilsə, onda məqalədəki "İran" bölməsi necə olacaq?--127-ci yapon imperatoru 10:46, 2 sentyabr 2019 (UTC)
- White Demon Qərbi Azərbaycan ostanının Urmiyadan cəubdakı şəhristanları və Kürdüstan ostanında kürd əhali üstünlük təşkil edir. Hələ ki, qeyd elədiyiniz hissələri oxumamışam, ona görə fikir bildirə bilmirəm. Ancaq girişdə gördüyüm problemi yazmışdım. Bu qədər problemləri olan məqalənin tələm-tələsik səsverməyə çıxarılmasının nə anlamı var, onu da başa düşmürəm. Hörmətlə --sefer azeri 07:24, 3 sentyabr 2019 (UTC)
İstinadlar
- ↑ General Culture Council of Islamic Republic of Iran for West Azerbaijan province: فهرست نویسی پیش از انتشار کتابخانه ملی جمهوری اسلامی ایران * شماره کتابشناسه ملّی:۲۸۹۰۶۹۰ *عنوان و نام پدیدآورنده:طرح بررسی و سنجش شاخص های فرهنگ عمومی کشور(شاخص های غیرثبتی){گزارش}:گزارش های پیشرفت طرح ها وکلان شهرها/به سفارش شورای فرهنگ عمومی کشور؛مدیر طرح و مسئول سیاست گذاری:منصور واعظی؛اجرا:شرکت پژوهشگران خبره پارس *بهاء:۱۰۰۰۰۰ ریال-شابک:۷-۶۸-۶۶۲۷-۶۰۰-۹۷۸ *وضعیت نشر:تهران-موسسه انتشارات کتاب نشر ۱۳۹۱ *وضعیت ظاهری:۲۹۵ ص:جدول(بخش رنگی)،نمودار(بخش رنگی)*یادداشت:عنوان دیگر:طرح و بررسی و سنجش شاخص های فرهنگ عمومی کشور(شاخص های غیرثبتی) سال ۱۳۸۹ *توصیفگر:شاخص های غیرثبتی+شاخص های فرهنگی+گزارش های پیشرفت طرح ها و کلان شهرها *توصیفگر:ایران ۳۸۶۲۸۹ *تهران۱۹۹۰۶۶ /مشهد۲۹۲۳۴۱ /اصفهان ۱۷۰۰۱۷/تبریز۱۸۴۸۱/کرج ۲۷۸۲۵۲/شیراز۲۵۱۷۰۳/اهواز۱۷۶۴۰۳/قم۲۷۰۸۷۷ *شناسنامه افزوده:واعظی،منصور،۱۳۳۳-۷۳۵۰۶۸ *شناسنامه افزوده:شرکت پژوهشگران خبره پارس /شورای فرهنگ عمومی *مرکز پخش:خیابان ولیعصر،زرتشت غربی،خیابان کامبیز،بخش طباطبایی رفیعی،پلاک۱۸،تلفن:۷-۸۸۹۷۸۴۱۵ *لیتوگرافی،چاپ وصحافی:سازمان چاپ و انتشارات اوقاف , (German)Titel: Der Plan um Untersuchungen und Auswertungen der Indikatoren der generellen Kultur des Landes, ISBN 978-600-6627-68-7, Jahr der Veröffentlichung: 2012, Verlag: Ketabe Nashr
- ↑ Turkic speakers make up as much as 25 percent of Iran's total population. They are concentrated in northwestern Iran, where they form the overwhelming majority of the population of East Azarbaijan and a majority of West Azarbaijan.
- ↑ General Culture Council of Islamic Republic of Iran for West Azerbaijan province: فهرست نویسی پیش از انتشار کتابخانه ملی جمهوری اسلامی ایران * شماره کتابشناسه ملّی:۲۸۹۰۶۹۰ *عنوان و نام پدیدآورنده:طرح بررسی و سنجش شاخص های فرهنگ عمومی کشور(شاخص های غیرثبتی){گزارش}:گزارش های پیشرفت طرح ها وکلان شهرها/به سفارش شورای فرهنگ عمومی کشور؛مدیر طرح و مسئول سیاست گذاری:منصور واعظی؛اجرا:شرکت پژوهشگران خبره پارس *بهاء:۱۰۰۰۰۰ ریال-شابک:۷-۶۸-۶۶۲۷-۶۰۰-۹۷۸ *وضعیت نشر:تهران-موسسه انتشارات کتاب نشر ۱۳۹۱ *وضعیت ظاهری:۲۹۵ ص:جدول(بخش رنگی)،نمودار(بخش رنگی)*یادداشت:عنوان دیگر:طرح و بررسی و سنجش شاخص های فرهنگ عمومی کشور(شاخص های غیرثبتی) سال ۱۳۸۹ *توصیفگر:شاخص های غیرثبتی+شاخص های فرهنگی+گزارش های پیشرفت طرح ها و کلان شهرها *توصیفگر:ایران ۳۸۶۲۸۹ *تهران۱۹۹۰۶۶ /مشهد۲۹۲۳۴۱ /اصفهان ۱۷۰۰۱۷/تبریز۱۸۴۸۱/کرج ۲۷۸۲۵۲/شیراز۲۵۱۷۰۳/اهواز۱۷۶۴۰۳/قم۲۷۰۸۷۷ *شناسنامه افزوده:واعظی،منصور،۱۳۳۳-۷۳۵۰۶۸ *شناسنامه افزوده:شرکت پژوهشگران خبره پارس /شورای فرهنگ عمومی *مرکز پخش:خیابان ولیعصر،زرتشت غربی،خیابان کامبیز،بخش طباطبایی رفیعی،پلاک۱۸،تلفن:۷-۸۸۹۷۸۴۱۵ *لیتوگرافی،چاپ وصحافی:سازمان چاپ و انتشارات اوقاف , (German)Titel: Der Plan um Untersuchungen und Auswertungen der Indikatoren der generellen Kultur des Landes, ISBN 978-600-6627-68-7, Jahr der Veröffentlichung: 2012, Verlag: Ketabe Nashr |language=Persian
- ↑ Federal Research Division, 2004, Iran: A Country Study, Kessinger Publishing, ISBN 1-4191-2670-9, ISBN 978-1-4191-2670-3, p. 121, "The Kurdish area of Iran includes most of West Azerbaijan."
- ↑ William Eagleton, 1988, An Introduction to Kurdish Rugs and Other Weavings, University of California, Scorpion, 144 pages. ISBN 0-905906-50-0, ISBN 978-0-905906-50-8. "Iranian Kurdistan is relatively narrow where it touches the Soviet border in the north and is hemmed in on the east by the Azerbaijani Turks. Extending south along the border west of Lake Urmia is the tribal territory."
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Hörmətli Sefer azeri/Arxiv 2019! Sizi Əlincə qalası məqaləsinin "Seçilmiş məqalə" statusu alması üçün Vikipediya:Laboratoriya/Əlincə qalası səhifəsində keçirilən səsverməyə dəvət edirəm. |
Community Insights Survey
redaktəShare your experience in this survey
Hi Sefer azeri/Arxiv 2019,
The Wikimedia Foundation is asking for your feedback in a survey about your experience with Vikipediya and Wikimedia. The purpose of this survey is to learn how well the Foundation is supporting your work on wiki and how we can change or improve things in the future. The opinions you share will directly affect the current and future work of the Wikimedia Foundation.
Please take 15 to 25 minutes to give your feedback through this survey. It is available in various languages.
This survey is hosted by a third-party and governed by this privacy statement (in English).
Find more information about this project. Email us if you have any questions, or if you don't want to receive future messages about taking this survey.
Sincerely,
Community Insights Survey
redaktəShare your experience in this survey
Hi Sefer azeri/Arxiv 2019,
The Wikimedia Foundation is asking for your feedback in a survey about your experience with Vikipediya and Wikimedia. The purpose of this survey is to learn how well the Foundation is supporting your work on wiki and how we can change or improve things in the future. The opinions you share will directly affect the current and future work of the Wikimedia Foundation.
Please take 15 to 25 minutes to give your feedback through this survey. It is available in various languages.
This survey is hosted by a third-party and governed by this privacy statement (in English).
Find more information about this project. Email us if you have any questions, or if you don't want to receive future messages about taking this survey.
Sincerely,
Community Insights Survey
redaktəShare your experience in this survey
Hi Sefer azeri/Arxiv 2019,
The Wikimedia Foundation is asking for your feedback in a survey about your experience with Vikipediya and Wikimedia. The purpose of this survey is to learn how well the Foundation is supporting your work on wiki and how we can change or improve things in the future. The opinions you share will directly affect the current and future work of the Wikimedia Foundation.
Please take 15 to 25 minutes to give your feedback through this survey. It is available in various languages.
This survey is hosted by a third-party and governed by this privacy statement (in English).
Find more information about this project. Email us if you have any questions, or if you don't want to receive future messages about taking this survey.
Sincerely,
Yeni kitab
redaktəSalam. Silinməyə namizəd edə biləcəyiniz yeni bir kitab məqaləsi yaratmışam. --samral müzakirə 13:15, 7 sentyabr 2019 (UTC)
- Salam hörmətli Samral, bu cümlənizlə istifadəçini ələ salır və vikipediyanın azərbaycanca dil bölməsinin Nəzakət qaydalarını pozursunuz. Ümid edirəm ki, bu kimi halları bir daha təkrarlamayacaqsınız. Hörmətlə --eldarado ✉ 13:20, 7 sentyabr 2019 (UTC)
Şeytan məqaləsi
redaktəSalam. Sefer azeri, məncə Şeytan məqaləsinin adını "Satan" etmək lazımdır ki, bu məqalə ilə, yəni İslamdakı Şeytan anlayışı ilə qarışdırılmasın. Bir də mövzumuza birbaşa aidiyyatı olmasa da, zəhmət olmasa, müzakirə səhifənizi arxivləşdirərdiz, çünki sizin müzakirə səhifənizə daxil olanda ki, yeni mövzu açaq səhifə gec yüklənir həddən artıq çox başlıq, cümlə filan olduğu üçün, yeni mövzunu sonda yaddaşa vuranda da, yenə gec gedir yaddaşa və s.--samral müzakirə 11:09, 16 sentyabr 2019 (UTC)
- Sefer azeri ???--samral müzakirə 20:17, 16 oktyabr 2019 (UTC)
- Samral Azərbaycan dilində Satan və ya Satana formasında işlədilməsinin şahidi olmamışam. İnsan adı olmadığına görə, düşünürəm ki, digər folklor personajları ilə bağlı daha əvvəl sizinlə müzakirə etdiyimiz qaydanı burda tətbiq etməmək olar. Məqalə daha çox ümumiləşdirici xarakter daşıyır və ayrıca başlıqda İslamdakı Şeytan anlayışı ilə də bağlı məlumat vermişəm. Yuxarıda keçid verdiyiniz məqaləni işləmək istəyirsinizsə onu "İslamda Şeytan" adlandırmaq olar. Eyni şəkildə digər adlandırma formaları Azərbaycanda tanınmayan və Azərbaycan dilində istifadə edilməyən personajlar üçün də (Adəm, Nuh və sair) Nuh və İslamda Nuh adlandırmasının istifadə edilməsi doğrudur məncə. Siz nə fikirləşirsiz bu haqqda? Hörmətlə --sefer azeri 06:41, 17 oktyabr 2019 (UTC)
Reminder: Community Insights Survey
redaktəShare your experience in this survey
Hi Sefer azeri/Arxiv 2019,
A couple of weeks ago, we invited you to take the Community Insights Survey. It is the Wikimedia Foundation’s annual survey of our global communities. We want to learn how well we support your work on wiki. We are 10% towards our goal for participation. If you have not already taken the survey, you can help us reach our goal! Your voice matters to us.
Please take 15 to 25 minutes to give your feedback through this survey. It is available in various languages.
This survey is hosted by a third-party and governed by this privacy statement (in English).
Find more information about this project. Email us if you have any questions, or if you don't want to receive future messages about taking this survey.
Sincerely,
Reminder: Community Insights Survey
redaktəShare your experience in this survey
Hi Sefer azeri/Arxiv 2019,
There are only a few weeks left to take the Community Insights Survey! We are 30% towards our goal for participation. If you have not already taken the survey, you can help us reach our goal! With this poll, the Wikimedia Foundation gathers feedback on how well we support your work on wiki. It only takes 15-25 minutes to complete, and it has a direct impact on the support we provide.
Please take 15 to 25 minutes to give your feedback through this survey. It is available in various languages.
This survey is hosted by a third-party and governed by this privacy statement (in English).
Find more information about this project. Email us if you have any questions, or if you don't want to receive future messages about taking this survey.
Sincerely,
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Salam. Mən sizi Əhalisinə görə meqapolislərin siyahısı məqaləsinin Seçilmiş siyahı statusu alması üçün Vikipediya:Laboratoriya/Əhalisinə görə meqapolislərin siyahısı səhifəsində keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Diqqətiniz üçün təşəkkür edirəm! |
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Salam. Mən sizi Əhalisinə görə meqapolislərin siyahısı məqaləsinin Seçilmiş siyahı statusu alması üçün Vikipediya:Seçilmiş siyahı namizədləri/Əhalisinə görə meqapolislərin siyahısı səhifəsində keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Diqqətiniz üçün təşəkkür edirəm! |
Motsart ayı
redaktəSalam Sefer azeri, zəhmət olmasa Motsart ayı planının hazırlanmasında qeyd etdiyiniz dəstəyi göstərəsiniz. Hörmətlə--eldarado ✉ 12:49, 10 noyabr 2019 (UTC)
- Salam, Eldarado. Böyük məmnuniyyətlə. Hörmətlə --sefer azeri 12:54, 10 noyabr 2019 (UTC)
- Eldarado, hazırdı. Hörmətlə--sefer azeri 21:00, 11 noyabr 2019 (UTC)
- Təşəkkürlər bəy, əlinizə sağlıq. Motsart ayını fevral ayına təyin etdik. Xeyirli uğurlu olsun :) --eldarado ✉ 21:19, 11 noyabr 2019 (UTC)
- Eldarado, hazırdı. Hörmətlə--sefer azeri 21:00, 11 noyabr 2019 (UTC)
Yeni dövr yoxsa ən yeni dövr?
redaktəSalam Sefer azeri. Almaniyanın birləşdirilməsi (1871) məqaləsini Seçilmiş məqalələr səhifəsinə əlavə edərkən tərəddüddə qaldım. Belə ki, məqalənin yeni dövr tarixinə, yaxud ən yeni dövr tarixinə aid olmasını dəqiqləşdirə bilmirəm. Zəhmət olmasa kömək edə bilərsiniz?--Turkmen müzakirə 21:42, 14 yanvar 2020 (UTC)
- Salam. Yeni dövrdü, ən yeni dövr deyil. Hörmətlə --sefer azeri 05:21, 15 yanvar 2020 (UTC)