Istifadeci Muzakiresi Tar 88 - Wikipedia
Vikipediya | Xoş gəldiniz, Tar 88! |
Tez-tez soruşulan suallar | Salam, Tar 88. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
Məqalə adları | |
qaydaları | |
Vikipediya qaydaları | |
Beş əsas prinsip | |
Stil kitabçası | |
Fayl yüklə | |
Müəlliflik hüquqları | |
Yeni məqalə yarat |
Köhnə adı ilə Febel
redaktəCekli mənim IP ünvanımın blokun aradan qaldırdığın üçün sənə təşəkkür edirəm. Mən "Sirri açılmayan Şekspir" məqaləsini gecə yatmadım, hazırladım. Səhər açıb görəndə ki, onu siliblər sözün doğrusu çox hirsləndim. Birinci dəfə idi ki, mən belə hiss keçirirdim. Yəni birinci dəfə idi ki, zəhmətim qarşılığını belə alırdı. Onun üçün də sənə necə zərər verə bilərəm deyə düşündüm. Əlbəttə ki, indi düşünürəm ki, elədiyim hərəkət viki qaydalarına temamen ziddir. Amma mənim bir növ cahil davranışımı anladığın üçün sənə təşəkkür edirəm. Və mən də bundan sonra Vandalizmə qarşı səninlə birlikdə mübarizə aparacam. Amma səndən artıq dərəcədə xahiş edirəm məqalələrimi silməzdən əvvəl mənə şərh yaz. Məqalə barədə nə çatır, nə çatmır. Həmin səhvləri düzəltməyə çalışacam. Amma əgər həqiqətən ensiklopedik məqalə deyilsə, onu sənə buraxmadan özüm silərəm.
İnanıram ki, mənim fikirlərimi sonuna qədər oxudun. Təşəkkür edirəm.
Yeni adı ilə Tar_88
Hörmətli Tarıyel Bədəlov. Yenidən dönüşünüzə çox sevindim. Fəaliyyətinizdə uğurlar arzu edirəm. Sizin dəsti-xəttinizə bələd olduğum üçün inanıram ki, yaxın vaxtlarda AzVikidə öz çəki olan istifadəçiyə çevriləcəksiniz. Son olaraq xahiş edirəm ki, Xoş gəlmisiniz mesajını diqqətlə oxuyun. Xüsusilə imza atmaq qaydasına diqqət yetirin. -- Cekli829 12:11, 3 aprel 2010 (Cek vaxtı ilə)
88-ə verdiyiniz orden
redaktəMənim bu günə qədər yalnız 1 məqaləm var. Cekli ordeninə layiq olduğumu düşünmürəm. Amma yəqin ki, gələcəyi görmə qabiliyyətinə maliksiniz. Gələcəkdə məqalələrimin Azwikinin inkişafında mühüm rol oynayacağına inanıram. Diqqətinizə görə təşəkkür edirəm. Numerologiya elmi haqqında möhtəşəm məqalə hazırlayacağam. Cekli sənə sualım var: Hazırlayacağım Numerologiya səhifəm hələ yarımçıqdır. Əgər mən onu "səhifəni qeyd et" kimi yaddaşa versəm, yarımçıq olduğu üçün məqaləm silinəcək? Amma mən ona gündə əlavələr edəcəm. --Tar 88 08:46, 3 Aprel 2010 (UTC)
Əgər məqalənin üzərində işi davam etdirirsinizsə, İş gedir şablonunu ora əlavə edin. Numerologiya mənim də maraqlandığım sahədir. -- Cekli829 13:56, 3 aprel 2010 (Cek vaxtı ilə)
Rəqəmlərin magiyası
redaktəCekli bir göz atarsan məqaləyə. Çox böyük bir məqalə şəklinə salacam. İnşallah bəyənərsən.Oxuyandan sonra mənə fikrini yaz.--Tar 88 10:10, 3 Aprel 2010 (UTC)
Rəqəmlərin magiyası əla məqalədir. Təkmilləşdirmə işini tam yekunlaşdırdıqdan sonra onu Seçilmiş məqalə namizədi elan edərik. Sizə Cekli Ordenini əbəs yerə verməmişəm! -- Cekli829 15:20, 3 aprel 2010 (Cek vaxtı ilə)
Məqalə çox maraqlıdır. İntervikiləri əlavə etdim. Rus Vikipediyasında eyni adlı məqalədən bəzi məlumatları da tərcümə edərək daxil etdim. Uğurlar. --Ira 13:24, 3 Aprel 2010 (UTC)
Daxil etdiyiniz məlumatlar mənim məqaləmin davam edən qanunauyğunluğuna aid olmadığı üçün mən onu silmək məcbutiyyətində qaldım. İnterwiki lərə görə təşəkkür. Bir də onu qeyd edim ki, yazdığım məqalə təmamən özümə məxsusdur. Hər hansısa bir wikipediadan köçürmə və ya tərcümə deyil.--Tar 88 13:39, 3 Aprel 2010 (UTC)
Silmisiz, canınız sağ olsun. lakin, bəzi qaydalarla Sizi tanış etmək istəyirəm: Vikipediyada məqalələr birgə yaradılır və burada "mənim məqaləm" ifadəsinin işlənməsi o qədər də düzgün sayılmır. Digər dillərdəki viki-məqalələrdən edilən tərcümələrin silinməsi yaxşı qəbul olunmur. --Ira 13:46, 3 Aprel 2010 (UTC)
Şəkil yükləmək
redaktəCekli sənə sualım var: Mən şəkilləri bazaya necə upload edim ki, mənim şəkillərim silinməsin. Və ya sənə hər hansı bir mövzu üçün şəkil lazım olduqda o şəkli necə upload edirsən. Bu məndə alınmır. İngilis wikipediaçılar mənim şəkillərimi silirlər. Mən o şəkilləri google"dan tapıb sonra onları wikinin bazasına əlavə edirəm. Bu haqda mənə məlumat versən, mənim üçün həqiqətən böyük bir problemi həll etmiş olarsan.--Tar 88 11:44, 3 Aprel 2010 (UTC)
Şəkil yükləmək üçün müəllif hüquqlarını pozmamaq əsas şərtdir. Bu şablonlardan yüklədiyin şəklə uyğun olanını seç və şəkil səhifəsində yerləşdir. -- Cekli829 17:06, 3 aprel 2010 (Cek vaxtı ilə)
Cekli haqlıdır. Müəllif hüquqlarının qorunması əsas şərtdir. az-vikidə məqalələr az olduğundan idarəçilər şəkillərə qarşı o qədər də tələbkar deyillər. Yetər ki, mənbə göstərilsin. Əgər şəkilin bütün Vikipediya bölmələrində qalmasını istəyirsinizsə, onu Commonsa daxil etmək lazımdır. Orada isə tələblər çox sərtdir. Orada şəkil yerləşdirmək istəyirsinizsə, şəklin müəllifinin icazəsi olmalıdır (e-mail vasitəsilə) [1], ya da özünüz şəkil çəkib müəllif yerinə "own work" yazmaq və {{GFDL}} şablonu kifayətdir: [2] --Ira 13:24, 3 Aprel 2010 (UTC)
Köhnə adı ilə Febel
redaktəVago məni başa düşdüyünə görə sənə təşəkkür edirəm. Həqiqətən həmin gün Ceklinin mənim "Sirri açılmayan Şekspir" məqaləmi silməsi məni çox əsəbiləşdirmişdi. Amma sonradan sənin mənə yazdığın xəbərdarlıqdan sonra mən səhvimi başa düşdüm. Son mənim haqqımda yazdığınız şərhləri də oxudum. Dini şəxsiyyətlərlə maraqlandığını sezdim. İnşaalah mən məqalələrimi bu yöndə çox sirli, gizli hamıya məlum olmayan məqalələrimi yerləşdirəcəm. Yeniden sənə mənim geri dönməyimə vəsilə olduğun üçün təşəkkür edirəm. Yeni adımla Tar88
- İstifadəçi səhifəndəki Cekli ordenini sevinc göz yaşları ilə seyr edən --Vago 10:07, 4 Aprel 2010 (UTC)
Rəqəmlərin magiyası
redaktəVago mənim Rəqəmlərin magiyası məqaləmi oxu və qiymət ver. Səncə necə məqalədir. Davam etməyə dəyər. Fikrini mənə yazarsan.--Tar 88 10:57, 3 Aprel 2010 (UTC)
- Bizim üçün yeni olmaqla çox əladır! Sizə müvəffəqiyyətlər arzulayıram! -Vago 10:20, 4 Aprel 2010 (UTC)
Bu məqalə ilə bağlı 2 nöqtəyə diqqət yetirmənizi xahiş edirəm:
- Azərbaycan dilində sıra sayları "1-ci, 2-ci, 3-cü, ...", yaxud "I, II, III,..." kimi yazılır. Bunu məqalədə nəzərə almanızı xahiş edirəm (Bu, türkcədə 1., 2., 3., ... kimi yazılır).
- "rəqəm"lə "ədəd" ayrı ayrı anlayışlardır. Məqalənin rus variantına baxdım. Bizdə bu anlayışlar bir-birinə qarışdırılıb! --Vago 12:22, 5 Aprel 2010 (UTC)
Köhnə adı ilə Febel
redaktəE-citizen ilk növbədə sənə təşəkkür edirəm. Cekliyə yazdıqlarını oxudum. Sağol ki, məni anladın. Həqiqətən ani hirslə Cekliyə necə zərər vura bilərəm deyə düşündüm. Onun istifadəçi səhifəsini sildim. Bununla da nəyəsə nail olduğumu düşündüm. Amma bu gün çox cahilcə davrandığımı görürəm. Cekliyə də yazdım. Yeniden menim fəaliyyət göstərməm bir növ sənə bağlıdır. Yenidən sənə təşəkkür edirəm və sənin məqalələrini izləyəcəm.
Yeni adımla Tar88
Salam Tar88. Sadəcə səbirli olmaq lazımdır. Hər halda sizdən daha təcrübəli olanlarının daim məsləhətlərini dinləmək lazımdır. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə: --E-citizen 06:45, 5 Aprel 2010 (UTC)
Mündəricat
redaktəCekli, mündəricat neçə sətirdən ibarət ola bilər. Mündəricatın sətirlərinin çoxluğuna dair bir limit tətbiq edilirmi?--Tar 88 11:38, 5 Aprel 2010 (UTC)
Nə qədər varsa, o qədər də ola bilər. -- Cekli829 16:45, 5 aprel 2010 (Cek vaxtı ilə)
Salam. Mənimçün yeni bir mövzuydu. Olduqca maraqlıdır. Amma bu sahədə daha geniş bilgim olmadığından nə qədər zəngin olması və informativliyi haqqında rəy blidirməyəcəm. Amma şəxsən mənimçün olduqca maraqlıdır. İşlərinizdə başarılar diləyiylə --sefer azeri 22:37, 8 Aprel 2010 (UTC)
Rəqəmlərin magiyası
redaktəİra, Rəqəmlərin magiyası məqaləsini bitirdim. Məqaləni necə qiymətləndirirsiniz? Sizin fikirləriniz mənim üçün əhəmiyyətlidir. --Tar 88 13:18, 8 Aprel 2010 (UTC)
Məqaləni çox diqqətlə oxudum və özüm haqqında maraqlı məlumatlar əldə etdim. Təbrik edirəm. Amma bir məsələ, məqalənin tam Vikipediya qaydalarına uyğun olması üçün sona 1-2 mənbə və ya xarici keçid artırın. Ümumiyyətlə, məqalə xoşuma gəldi. Əgər nə vaxtsa məqaləni yaxşı məqalə səsverməsinə çıxarsanız, leyhinə səs verməyə hazıram. Uğurlar. --Ira 18:05, 8 Aprel 2010 (UTC)
Məqaləni bəyənmənizə çox sevindim. Mənim, ümumiyyətlə, wikipediada məqsədim maraqlı məqalələr yazmaqla insanların wikipediadan daha çox istifadə etmələridir. Məqalənin çatışmayan yerlərini də qaydalara uyğun tamamlayacam. Təşəkkürlər, --Tar 88 04:29, 9 Aprel 2010 (UTC) Mənbəni rus dilində daxil edə bilərəmmi?--Tar 88 05:27, 9 Aprel 2010 (UTC)
- Azərbaycan dilində mənbə olmadıqda rus, ingilis və digər populyar dillərdəki mənbələrdən istifadə etmək olar. Uğurlar. --Ira 06:55, 9 Aprel 2010 (UTC)
Əllərinə sağlıq! --Proger 20:37, 9 Aprel 2010 (UTC)
Seçilmiş məqalə
redaktəCekli, Rəqəmlərin magiyası məqaləsinin son redaktələrini etmişəm. Bir çox idarəçilərin fikirlərini məqalə haqqında almışam. Hamısı məqalənin maraqlı olduğunu deyir. Hətta bəziləri məqalə seçilmiş məqalə namizədi olarsa, onun leyhinə səs verəcəklərini söyləyirlər. Siz necə düşünürsünüz? Məqalənin hazır variantı Seçilmiş məqalə namizdəliyinə yararlıdırmı? Nə zaman Seçilmiş məqalə namizədi edəcəksiniz? Təşəkkürlər, --Tar 88 10:21, 9 Aprel 2010 (UTC)
Sizinlə razıyam. Burada səs verə bilərsiniz. -- Cekli829 15:31, 9 aprel 2010 (Cek vaxtı ilə)
Rəqəmlərin magiyası
redaktəSalam, Perviz. Perviz, Rəqəmlərin magiyası məqaləsinin təkmilləşdirmə işini bitirdim. Məqaləni necə qiymətləndirirsən? Şərhlərini yazarsan. Fikirlərin mənim üçün maraqlıdır. Təşəkkürlər, --Tar 88 11:24, 9 Aprel 2010 (UTC)
Salam. Həqiqətən çox maraqlı, geniş məqalədir. Seçilmiş məqalə adına layiq olduğuna görə səs verdim. Növbəti məqalələrdə uğurlar. --PPerviz 12:38, 9 Aprel 2010 (UTC)
Sağol, Pərviz.--Tar 88 12:43, 9 Aprel 2010 (UTC)
Rəqəmlərin magiyası
redaktəHörmətli Tar 88, məqalə diqqətimi çox çəkdiyi üçün diqqətlə oxudum, bəyəndim. Şəxsən düşüncə doğuran məqalələri çox sevirəm. Güman edirəm ki silsiləni davam etdirəcəksiniz. Səsə layiqdir. (əgər məqalənizə aid şablona ehtiyac olsa deyin, tərtibində sizə kömək edə bilərəm) Uğurlar!--MrArifnajafov 15:44, 9 Aprel 2010 (UTC)
Təbriklər
redaktəE-citizen Rəqəmlərin magiyası məqaləsinin təkmilləşdirmə işini bitirmişəm. Məqaləni necə qiymətləndirirsən? Sənin bu məqalə haqqında fikirlərini bilmək istəyirəm.--İstifadəçi:Tar 88 17:40, 9 Aprel 2010 (Azərbaycan vaxtı ilə)
Salam Tar88. Sizi bu məqaləyə görə təbrik edirəm. Ümumi görünüşünə və tələblərə görə diqqət çəkən bir məqalədir. Düzü məqaləni tam olaraq oxuumağa vaxtım olmayıb. Lakin yaxşı məqalə olduğuna şübhə etmirəm. İşi bitirmisiz və məndə bu günləərdə diqqətlə oxumağıma söz verirəm. Hörmətlə: --E-citizen 06:15, 10 Aprel 2010 (UTC)
Salamlar, mən də təbriklərə qoşulub sizə uğurlar diləyirəm. Əlinizə, qəlbinizə sağlıq. Yorulmayasınız! Hörmətlə: --Enver62 14:52, 10 Aprel 2010 (UTC)Enver62
Dizayner
redaktəİstifadəçi səhifəniz yaman gözəlləşib a! :) Təsadüfən dizayner deyilsiniz?! :) --Vago 07:33, 11 Aprel 2010 (UTC)
- Yox, Vago. Dizayner deyiləm. Ancaq görünüşə çox önəm verirəm. Rəng seçimim və zövqümə hər zaman güvənirəm. Düşünürəm ki, wikipediada məqalənin cəlb edici və maraqlı olması üçün ilk növbədə onun görünüş və dizaynına fikir vermək lazımdır. Ancaq, təəssüf ki, bizim məqalələr digər (en. ru. tr.) wikipedialarından dizayn və görünüşünə görə geri qalır. Vago, bu arada, sənə sualım var. Ana səhifədəki "Seçilmiş məqalə" səsvermə nəticəsində yerləşdirilib? Ana səhifədəki məqalələri kim müəyyənləşdirir? Əgər Rəqəmlərin magiyası məqaləsi "Seçilmiş məqalə" statusu alsa, Ana səhifədə yerləşəcəkmi?--Tar 88 14:08, 11 Aprel 2010 (UTC)
- Bildiyimə görə, ara-sıra yaxşı məqalələr səsvermə yolu ilə seçilir və yeri gəldikcə idarəçilər onu Ana səhifəyə yerləşdirir. AzViki səviyyəsində daha doğrusunu idarəçilər bilir. :) --Vago 05:31, 12 Aprel 2010 (UTC)
Astral səyahət
redaktəSalam, İra. Qeyri-adi mövzu başlıqları altında olan məqalələr silsiləmi davam etdirirəm. Astral səyahət məqaləsini necə qiymətləndirirsən. Təbii ki, məqalədə hələ iş gedir. Sadəcə olaraq ilkin fikirlərin mənim üçün maraqlıdır. Təşəkkürlər, --Tar 88 18:45, 12 Aprel 2010 (UTC)
İlk növbədə bu çür maraqlı və dolğun məqalələrə görə təşəkkürümü bildirirəm. Artıq indidən hiss edirəm ki, yenə seçilmiş məqaləyə namizəd hazırlanır. Uğurlar --Ira 18:54, 12 Aprel 2010 (UTC)
Həmişə evində
redaktəSalam, Axan.bulut. Sizin azwikidə fəaliyyətinizlə yaxından tanışam. Mən demək olar ki, təzə-təzə məqalə yazmağa başlamışam. Ancaq yaratdığım ikinci məqalə - "Numerologiya" hal-hazırda Seçilmiş məqalə namizədidir. İstərdim ki, azwikidə təcrübəli bir şəxs kimi məqalə haqqında fikir bildirəsiniz. Təşəkkürlər,--Tar 88 11:54, 14 Aprel 2010 (UTC)
- salam və sağ ol ,Tar 88,azvikiyə Xoş gəlmisiniz!,maraqlı məqalələr yaradıbsan,mən Numerologiya və Qiyamət anbarı barədə ilk dəfə burada rast gəlmişəm.Numerologiya barədə zatən məlumat yoxumdur.amma məqalə vikipediya qanunlarına uyğundır.azvikinin sizi kimin istifadəçilərə ehtiyacə var!--Axan.bulut 16:39, 14 Aprel 2010 (UTC)
Numerologiya
redaktəSortilegus, məqalədə şəxsi psixomatrisin qurulması qaydası əks olunub. Məncə, 1-ci sinifə getməyən uşaq o hesablamaları özü edə bilər. Mən nümunəni verməyə də bilərdim. Onun üçün nümunə verdim ki, hesablama daha aydın və anlaşıqlı olsun. Məqaləni "falçılıq" adlandırmaq və aşağı səviyyədə kimi göstərməniz həqiqətən mənim acığıma gəldi. Numerologiya elmi haqqında məlumatınız inanıram ki, yox idi. Məlumatınız olmayan elm barəsində necə şərh gətirə bilirsiniz. Və məqaləni "falçılıq" adlandırırsınız. Bu sözlə sizin səviyyənizi mən çox rahatlıqla yəqin etdim. Bu sizə axrıncı yazımdır. Bir daha sizinlə dialoq qurmayacam.--Tar 88 18:31, 14 Aprel 2010 (UTC)
Seçki
redaktəHörmətli Tar 88. İnsanların maraq dairələri müxtəlifdir. Çalışın münasibət qurmaq istədiyiniz insanlardakı bu xüsusiyyətləri nəzərə alasınız. Məsələn, Mrarifnajafovun "ruh" məsələsinə münasibətini bilmək istəyirsiniz. Nəticə nə oldu: İnciklik. Belə məsələləri mühüm hesab edirsinizsə, elektron poçtla da həll edə bilərsiniz. İstəyirsiniz ki, aktiv istifadəçilər hamısı məqalənizə münasibət bildirsin. Məqalənin hamının xoşuna gəldiyinə əmin olmaq istəyirsiniz. Məncə bu istəklərin içərisində bir şeyi unutmaq lazım deyil: "Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz." (Bəqərə surəsi, 216)
Bizim yazdığımız hər bir ismarıcı 4-5 idarəçi noqtə-vergülünə qədər oxumaq məcburiyyətindədirlər. Bu yaxınlara qədər mən də buna diqqət yetirməmişdim. Artıq bu məsələni Sortilegus diliylə söyləyib lap utandırdı məni (yəqin ismarıcın uzanmasını bu dəfə də bağışlayar :)) Siz yazdığınızı yazın, "Balıq bilməsə də, Xaliq bilər". Müvəffəqiyyətlər arzusu ilə, --Vago 05:18, 15 Aprel 2010 (UTC)
Gündəlik hadisələr
redaktəİra, Salam. İra, gündəlik baş verən müasir hadisələri wikipediada necə və hansı qaydada redaktə etmək olar. Məsələn, 16 aprel 2010-cu ildə Avstriyada təyyarə qəzaya uğradı. Mən bunu hara yazım? Məni haqda məlumatlandırsan sevinərəm. Təşəkkürlər, cavabını gözləyirəm--Tar 88 16:17, 16 Aprel 2010 (UTC)
Salam. Başqa dillərdəki vikilərdə bu xəbərləri əsasən wikinews bölmələrinə daxil edirlər. Azərbaycan dilindəki VikiXəbər hələ ki, fəaliyyət göstərmir. Odur ki, ensiklopedik hadisələr, tanınmış insanların vəfatı və s. haqqında xəbərləri uyğun məqalələrə daxil edə bilərsiniz. Məsələn, 2010
Bir məsələ barədə də demək istərdim: Burada bəzi istifadəçilər sizin onlara müraciət edərək fikirlərini bilmək istəmənizdən inciyirlər. Onlar müəyyən mənada haqlıdırlar. (Mənə hər zaman müraciət edə bilərsiniz, incimərəm, əksinə şadam). Bu cür məsələlər Vikipediyada başqa cür həll edilir. Məqalə haqqında istifadəçi səhifələrində deyil, məqalənin öz müzakirə səhifəsində yazmaq lazımdır. Odur ki, məqalə haqqında fikir öyrənmək istəyirsinizsə, bu barədə məqalənin müzakirə səhifəsinə yazın. Arzu edən hər kəs fikir bildirəcək. Uğurlar. --Ira 16:39, 16 Aprel 2010 (UTC)
Tar, fikir eləmə. Zaman keçdikcə hər şey düzələcək. yalnız səbr lazımdır. Burada məni də çox adam başa düşmür. Bəzən mənə elə gəlir ki, idarəçi olmasaydım məni çoxdan blokladardılar. :) --Ira 16:49, 16 Aprel 2010 (UTC)
VikiXəbər
redaktəCekli829 ilə məsləhətləşməyi tövsiyə edirəm. --Vago 14:35, 19 Aprel 2010 (UTC)
Ana səhifə
redaktəSalam, İra. İlk növbədə onu qeyd etmək istərdim ki, Sortilegus ha istədiki mənim yatadığım məqalə seçilmiş olmasın, amma ilahi ədalət buna yol vermədi. Nəticədə mənim yaratdığım ikinci məqaləm Vikipediyanın seçilmiş məqaləsi oldu. Halbuki, burada bir çoxları (sizi çıxmaq şərtilə) aylardır məqalə yazırlar bir dənə də olsun ortaya çıxartmağa, namizəd irəli sürməyə məqalələri yoxdur. İkincisi də, İra vikipediyaya gəldiyim gündən mənə dəstək olduğuna, mənə stimul verdiyinizə görə sizə təşəkkür edirəm. Sortilegus mənim verdiyim səsin üzərindən xətt çəkib. Onsuz da o, daim mənim həvəsimi öldürüb. İra, sizə sualım var. Ana səhifədəki seçilmiş məqaləni kim müəyyənləşdirir? Məncə, artıq Ana səhifədəki məqaləni dəyişdirməyi vaxtı çatıb. Viki qaydalarına görə ana səhifədəki məqalə gündəlik dəyişməlidir. Təklif edirəm ki, "Numerologiya" məqaləsini Ana səhifədə Seçilmiş məqalə olaraq yerləşdirəsiniz. Düşünürəm ki, Numerologiya məqaləsi hamı üçün maraqlı olacaq və viki istifadəçilərinin sayı artacaq. Monotonluqdan qaçmaq lazımdır. Aylardır bir məqalə Ana səhifədə artıq köhnəlib, istər-istəməz insanlar üçün maraqsızlaşır. Təklifimi nəzərə almanızı xahiş edirəm.--Tar 88 09:46, 21 Aprel 2010 (UTC)
- Salam. İncimə, amma bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm. Burada səsvermə o qədər demokratikdir ki, istədi-istəmədi söhbəti olmur. Uzağı 2-3 nəfər kiməsə tərəfkeşdik edə bilər. Çox olub ki, bir məsələdə tam əks mövqedən çıxış edənlər, digər məsələdə birgə "vuruşublar". Vikipediyanın da ən üstün cəhəti budur. Məqalənin ortaya çıxmasına qaldıqda, hər kəsin öz iş prinsipi var: Biri günlərlə-həftələrlə bir məqalə üzərində işləyir, o birilər günün 10-18 saatını başqalarının yaratdıqları minlərlə məqalələri redaktə etməklə məşğuldu. Məncə ikincilərin əməyi daha önəmli və çətindir. İkinci məsələyə gəldikdə isə, mən Vikipediyaya, ilk növbədə isə Azərbaycana xeyir verə biləcək hər kəsə dəstək olmağa hazıram. Amma şəxsi ambisiyalara söykənmiş fəaliyyət gördükdə dözmürəm.
- Ana səhifədə isə məqalənin dəyişdirilməsi fikri ilə tam razıyam. Amma hal-hazlrda 2 yaxşı məqalə var. Onlardan hansının ilk olaraq Ana səhifəyə qoyulmasında mən çətinlik çəkirəm. Məndən olsa birinci Ürək haqqında məqaləni qoyardım. Odur ki, sən o biri idarəçilərlə də məsləhətləş. Hər halda məsləhətli don gen olar. Uğurlar. --Ira 11:50, 21 Aprel 2010 (UTC)
Tar, İnsan ürəyi məqaləsini Ana səhifəyə köçürdüm. Allah qoysa Nömrələr haqqında məqalə də orada olacaq. Vikipediyada ilk gündən fəal olman təqdirəlayiqdir. Təşəkkürlər. --Ira 12:26, 21 Aprel 2010 (UTC)
- İra, bir həftədən sonra yerləşdirə bilərsən? Təşəkkürlər,--Tar 88 12:30, 21 Aprel 2010 (UTC)
Problem yoxdur. --Ira 12:37, 21 Aprel 2010 (UTC)
Təbrik
redaktəSalam, Tar 88! Numeralogiya məqaləsinin seçilmiş məqalə stratusunu alması münasibətilə təbrik edirəm!--Vago 12:41, 21 Aprel 2010 (UTC)
İdarəçi
redaktəİra, kənd meydanındakı təklifimi vikipediada hara yazmalıyam? Bu arada görürəm ki, səni təkliyiblər. Bu da bizim idarəçilərin "gentleman"liyi. Cəmi bir idarəçi xanımımız var. Nə isə.--Tar 88 10:13, 22 Aprel 2010 (UTC)
Gentlemen bir az ağır mövzudur, ona toxunmayaq :)) O ki, qaldı təklənməyə, Vikipediyada əvvəl-axır demokratiya qalib gəlir. Odur ki, əgər kimsə o idarəçinin mənə qarşı kobud davranmasında haqq görürsə və mənim tərəfimdən müzakirə zamanı kimə isə kobudluğun əvəzi olmasını hesab edirsə, qoy kənd meydanında o idarəçinin nədə haqlı olmasını yazsın.
Tar, məni dəstəklədiyinə görə çox sağ ol. Bilirəm ki, onun bu cür rəftarına dözmədin ona görə kənd meydanında müzakirəyə çıxartdın. Amma aza-vikidə istehsa, təqir və rişğəndə görə bloklamaqla bağlı qaydalar hələ tam işlənməyib. Mən indi o qaydalar üzərində işləyirəm. Daha sonra bu qaydaların qəbul olunması barədə səsvermə keçirərik. Bir daha təşəkkürlər. --Ira 11:47, 22 Aprel 2010 (UTC)
Seçilmiş şəkil
redaktəİra, Ana səhifədəki Seçilmiş şəkli hansı qaydalara görə dəyişirsiniz? Yəni, seçilmiş şəkil namizədliyə çıxarılır və səs verilir, yoxsa başqa bir prosedur var. Məndə bir maraqlı şəkil var. Onu namizəd elan etmək istəyirəm. Mənə bu haqda yardımcı olsan sevinərəm.--Tar 88 12:09, 22 Aprel 2010 (UTC)
Dəqiq qayda yoxdur. Şəkli idarəçilərdən birinə təqdim et. Şəkil həqiqətən yaxşıdırsa, Ana səhifədəki şəkil çoxdankıdırsa idarəçi on Ana səhifəyə qoya bilər. Kənd meydanında da müzakirə etmək olar.
Sortilegus Yardımçı səhifələr yaratmaq fikrində idi [3]. Yaradandan sonra orada müzakirədən sonra şəkillər qoyulacaq. --Ira 12:20, 22 Aprel 2010 (UTC)
Bir şəkil mənim çox xoşuma gəlir: [4]. Seçilmiş şəkil üçün pis deyil. Nə deyirsən? Haçnsa bu şəkli Ana səhifədə görmək istərdim. --Ira 18:12, 22 Aprel 2010 (UTC)
Vikixəbər
redaktəSalam, Cekli. Başqa dillərdə vikixəbərlər mövcuddur. Lakin bizim vikipediada vikixəbərlər səhifəsi mövcud deyil. Belə bir səhifə yaratmaq, onu dizayn etmək istəyirəm. Vikixəbər səhifəsi yaratsam, onu qeyri-ensiklopedik məqalə kimi mi qiymətləndirəcəksiniz? Xəbərlərin təbii ki, alt bölmələri mövcud olacaq. İqtisadiyyat, siyasət, idman və s. Bu fikrimi dəyərləndirsəniz, sevinərəm. Təşəkkürlər, --Tar 88 14:42, 19 Aprel 2010 (UTC)
Güman edirəm ki, ilin sonuna kimi bu layihənin açılmasını gerçəkləşdirə bilərik. -- Cekli829 12:31, 23 aprel 2010 (Cek vaxtı ilə)
Ağ zanbaq
redaktəTutaq ki, şəkli qoyduq, böyrünə nə yazılacaq? Yadımdan çıxmamış. Əvvəlcə gərək həmin şəkli Ağ zanbaq səhifəsinə yerləşdirək. :) -Vago 14:03, 23 Aprel 2010 (UTC)
Spamminq
redaktəSalam. Müxtəlif istifadəçilərin müzakirə səhifələrində eyni məzmunlu postlar yazmaq spam fəaliyyəti kimi qiymətləndirilir. Əgər hamıya ünvanlanmalı olan sözünüz varsa bunu Kənd meydanında yazın. Wertuose 14:49, 23 Aprel 2010 (UTC)
Salam. Son dövrlərdəki fəaliyyətinizi təqdir edirəm. Xüsusilə ana səhifənin məzmunu və dizaynı ilə bağlı təklifləriniz çox dəyərli təkliflərdir. Bununla belə yuxarıdakı ismarıcı nəzərə almanızı sizdən xahiş edirəm.--Sortilegus 20:17, 27 Aprel 2010 (UTC)
Bilirsinizmi ki
redaktəİra, Ana səhifədəki "Bilirsinizmi ki" bölməsi bəlkə də həftələrdir dəyişilməyib. Yeni mövzu (abidələr) əsasında məqalə ardıcıllığı qurmuşam. İnanıram ki, bəyənərsən və Ana səhifənin bu bölməsini dəyişərsən.
Məqalələr aşağıdakılardır:
--Tar 88 06:03, 24 Aprel 2010 (UTC)
Salam. Siyahını Şablon:Bilirsinizmi (Test) səhifəsinə atdım. Bu səhifənin müzakirə hissəsində hər kəs fikrini yaza bilər. Seçilmiş şəkildə olduğu kimi. --Ira 09:54, 24 Aprel 2010 (UTC)
Ana sehife-test
redaktəİrada, Ana sehife-test səhifəsinə bir nəzər sal. Ana səhifəni bu şablonla əvəz etməyinizi xahiş edirəm. Bu şablon ümumi qəbul edilmiş qaydalara uyğun dizayn edilmişdir.--Tar 88 12:31, 26 Aprel 2010 (UTC)
Salam. Səhifə mənim xoşuma gəldi. Əllərinə sağlıq. Amma qalan istifadəçilərin, ilk növbədə isə idarəçilərin razılığı olmalıdır. Mən bu cür ciddi işi özbaşına edə bilmərəm. Sən bu səhifəni Kənd meydanında müzakirəyə çıxart. Hamı razı olsa ya mən, ya da o biri üç idarəçidən biri səhifəni yerinə qoyacaq. --Ira 15:05, 26 Aprel 2010 (UTC)
- Şablon üzrə profesionallarımız Wertuose ilə MrArifnajafovdur. --Vago 14:09, 27 Aprel 2010 (UTC)
Seçilmiş məqalə
redaktəİra, məncə artıq Numerologiya məqaləsinin Ana səhifəyə yerləşdirilməsinin vaxtı çatıb. Yadındadırsa, keçən həftə mənə söz vermişdin ki, bu həftə Numerologiya məqaləsini Ana səhifəyə yerləşdirəcəksən. Bu xahişimi nəzərə al, təşəkkürlər--Tar 88 15:11, 26 Aprel 2010 (UTC)
Yadımdadır. Amma 1 həftə olmayıb axı. Həmin məqalə Ana səhifəyə 21 apreldə qoyulub. Xahiş edirəm, 2 gün də gözlə. --Ira 15:24, 26 Aprel 2010 (UTC)
- Seçilmiş məqalələri 1 həftədən bir dəyişmək çox, çooox tezdir. Hörmətli həmkarlarım, axı məqalə yoxdur! Keyfiyyətli məqalə çox azdır. Bir az çox olsun... Tar bir az səbr edin ). Qoy tez-tez seçilmiş şəkil və hadisələr dəyişsin. Sadəcə yoxdur məqalə ona görə... Hörmətlə. --Proger 18:08, 26 Aprel 2010 (UTC)
Yerdəyişmə
redaktəalign="left" align="right" align="center" əlavə etməklə və bir də miqyas (style="width:68%;) proporsiyasını gözləməklə yerdəyişmələr apara bilərsiniz. "Ana səhifə-test"in tarixinə baxın - (hh | son) 15:28, 27 Aprel 2010 MrArifnajafov (Müzakirə | Fəaliyyətlər) (2.821 bayt) (əvvəlki halına qaytar) burada istifadə etdiyim kimi. Hörmətlə--MrArifnajafov 15:55, 27 Aprel 2010 (UTC)
- Hörmətli Tar 88 belə halların öhdəsindən siz özünüz də asandlıqla gələ bilərsiniz. Sadəcə tarixçəyə müraciət edib tarixlərə əsasən geri redaktə edə bilərsiniz. Çətin bir iş yoxdur.
Misal : 12:48, 27 Aprel 2010 Tar 88 (Müzakirə | Fəaliyyətlər) (2.757 bayt) (əvvəlki halına qaytar) tarixdəki dəyişikliyi çağırmaqla redaktə və ya (əvvəlki halına qaytar) düyməsini basın. Açılan redaktə səhifəsindəki "səhifəni qeyd edin" düyməsinə basın. Beləliklə qaytarmaq istədiyiniz səhifə geri dönmüş olacaq.Uğurlar--MrArifnajafov 17:05, 27 Aprel 2010 (UTC)
Ana səhifə
redaktəKənd meydanında Ana səhifənin yeni görünüşünü müzakirə edilir. Ana səhifənin yeni versiyasını dizayn etmişəm. Ana səhifənin yeni görünüşü haqqında öz fikrinizi yazın.--Tar 88 16:34, 26 Aprel 2010 (UTC)
Pərviz, Ana səhifə-test səhifəsində Şəkillə başlayan ramkanı yuxarıya qaldıra bilmirəm. Sənin köməyinə ehtiyacım var.--Tar 88 13:27, 27 Aprel 2010 (UTC)
Artıq problem həll olunub deyəsən. Gec oxudum yazını, yəqin ki, saymamazlıq kimi qəbul etməzsən.--PPerviz 18:47, 27 Aprel 2010 (UTC)
Nəhayət
redaktəUzun intizardan sonra Numerologiya məqaləsinin ana səhifəyə yerləşməsi münasibətilə təbrik edirəm. --Vago 08:36, 28 Aprel 2010 (UTC)
Ana Səhifə
redaktəHörmətli Tar. Ana Səhifədə gördüyünüz əvəsiz işlərə görə Sizə təşəkkür edirəm. İndi xahiş edirəm ki, "Tarixdə bu gün" üçün 1 aylıq tədarük görəsiniz ki, idarəçilər onu hər gün yenilə bilsinlər. Bircə bu iş qalıb, məncə. Tezliklə səhifə yenilənsin. Yaşasın Azərbaycan Açıq Ensiklopediyası! ;) --Proger 09:50, 28 Aprel 2010 (UTC)
Tar, bir də. Çox xahiş edirəm "Misir Ərəb Respublikasının cənubunda" kimi cümlələrin əvəzinə "Misir Ərəb Respublikasının cənubunda" yazın. Bu heç bir qaydaları (nə Viki nə də dilimin orfoqrafik qaydalarını) pozmur. Məndən əksinə, hazırda olduğu kimi yazmağım üçün iki inzibatçı müraciət etmişdir. Ancaq müzakirə zamanı bunun nə dilimizin nə də başqa "şeylərin" qaydalarını pozmadığı məlum olmuşdur. Ətraflını mənim müzakirə səhifəmdə tapa bilərsiniz. O üzdən ürəklə bu cür yazın. Zahiri görünüşdən də belə daha yaxşı görsənir. Hörmətlə. --Proger 16:17, 28 Aprel 2010 (UTC)
Məncə belə daha orijinaldır. Hazırki həddindən artıq ingilis dilli vikipediyanı xatırladır. --Proger 15:56, 29 Aprel 2010 (UTC)
Müzakirə
redaktəTar88, nəzərinizə çatdırım ki, boş müzakirə səhifəsi yaratmaqla vikibediyanın reytinqi qalxmır! --Vago 06:34, 3 May 2010 (UTC)
Salam. Yuxarıdakı qeydi nəzər alın.--Sortilegus 15:24, 6 May 2010 (UTC)
Səsvermə
redaktəSəsvermələrin nəticələrini idarəçilərdən biri hesablayır və səsverməni yekunlaşdırır. --Sortilegus 15:24, 6 May 2010 (UTC)
Ana səhifə
redaktəTar həmkar, bəs bu Ana səhifənin axırı nə oldu? Sizdən yeganə istənilən şey "Tarixdə bu gün"-ü aylıq bazasını qurmaq idi. Qurmamısınız? --Proger danış 17:28, 13 May 2010 (UTC)
Seçilmiş məqalə
redaktəSalam. Atropatena məqaləsinin seçilmiş məqalə statusu almasıyla bağlı burda [5] səsvermə keçirilir. Xahiş edirəm səsvermədə iştirak edin. Hörmətlə:--sefer azeri 01:50, 02 İyun 2010 (UTC)
Salam
redaktəHörmətli Tar 88.Sizdən yaşda çox böyük olduğuma görə Sən deyə müraciətimi səmimi qəbul edin.Dünən təsadüfən ” Məscid ” məqaləsinə rast gəldim.Məqaləyə onlarla insan müraciət etcə də, ancaq sən ona məzmun vermisən.Bununla belə onu xeyli dəyişmək istəyirəm.İstəsən sonra fikir mübadiləsi edə bilərik. Sənə uğurlar arzusu ilə --Acategory 06:04, 12 İyun 2010 (UTC)
Hörmətli həmkar
redaktəSizin uzun müddətli fasilə verməyiniz şəxsən məni çox narahat edir. Vikidə faliyyətinizin aramlanması səbəbini bildirsəniz bu narahatçılığa son qoymuş olardınız. Sizin bir daha aktiv fəaliyyətinizi görmək bizləri çox məmnun edərdi. Hörmət və ehtiramla.--MrArifnajafov 12:55, 7 İyul 2010 (UTC)
Translation
redaktəHey! can you please create the Selena (singer) article? en:Selena (The English version) Thank you AJona1992 18:29, 12 İyul 2010 (UTC)
Etimad səsverməsi
redaktəÖz təşəbbüsümlə 22 dekabr 2010 - 3 yanvar 2011 tarixləri arasında keçirilən və hal-hazırda davam edən etimad səsverməsində iştirak edərək mənə etimad göstərməyinizi rica edirəm. Ən azından münasibət bildirməyiniz mənim üçün maraqlı olardı. --Cekli829 13:53, 25 dekabr 2010 (Cek vaxtı ilə)
Səhifədəki müzakirəni diqqətlə oxuyun! Təzyiqə uymayın. Ədalətli olun! --Proger danış 11:18, 25 dekabr 2010 (UTC)
Mənə etimad göstərdiyiniz üçün Sizə çox təşəkkür edirəm! --Cek Li Taran 10:16, 3 yanvar 2011 (UTC)
Yıxılana təpik vuran çox olar
redaktəSalam, qardaşım. Bilirəm 6 aydır ki, deyirsiniz görəsən Tar 88 hardadır. Hərbi xidmətdəyəm. Hal-hazırda bayram məzuniyyəti ilə əlaqədar sizinlə yazışma imkanı əldə etmişəm. Mən gedəli, oxuduğum qədəriylə vikipediyada dəyişikliklər olub. Cekli sənin burada topa tutmaqlarına heç cürə anlam verə bilmirəm. Çox danışmaq yox işləmək lazımdır. Sənin heç kimin etimad səs verməsinə ehtiyacın olmadığını düşünürəm. Sənə etimad səsverməsi lazımdırsa, mən sənə 100 səsimi verirəm. Yəqin ki, xatırlayırsan vikipediyada ilk davam səninlə olmuşdu. Hətta sən məni bloklamışdın, amma sonradan insafa gəlib (yəni, məqaləmi çox bəyənib) mənim İP ünvanımı diriltmişdin. Cekli mənə dair nəisə müraciətin olsa, əlimdən gələn bir şey varsa, daim kömək etməyə hazıram. Hörmətlə, əsgər --Tar 88 07:30, 28 dekabr 2010 (UTC)
Xoş sözlərinizə görə təşəkkür edirəm. Amma narahat olmayın. Yıxılmamışam. Necə ki, Azərbaycan Əsgəri ayıq və sayıqdır, mən də eləcə ayıq və sayıqam. Heç bir qara piar məni yıxa bilməz. Vikipediyada işləmək 2003-2004-cü illərdə hərbi xidmətdə olduğum müddət qədər maraqlıdır. Sizə hərbi xidməti uğurla başa vurmağı arzu edirəm. İnanıram ki, hərbi xidmətdən sonra AzVikidə fəaliyyətinizi müvəffəqiyyətlə davam etdirəcəksiniz. Və idarəçiliyə real namizədlərdən biri olacaqsınız. Mən bu istiqamətdə Sizdən şəxsi köməyimi və dəstəyimi qətiyyən əsirgəməyəcəyəm. Və Siz də idarəçi olacaqsınız! Uğurlar! --Cekli829 12:09, 28 dekabr 2010 (Cek vaxtı ilə)
Bayram məzuniyyətinizi daha mənalı etmək üçün bu səhifədə səs verin! --Cekli829 12:11, 28 dekabr 2010 (Cek vaxtı ilə)
Sizin müzakirənizə qarışdığım üçün çox-çox üzr istəyirəm. Amma Özü yıxılan ağlamaz Heç kim heç kimi topa tutmur, sadəcə olaraq təhqirlər, yalanlar baş alıb gedir. Heç kimdə bu hərəkətlərə görə məsuliyyət daşımır. Tar 88, sinin əsgər olmağınıza çox təsirləndim, çünki mən də hal-hazırda əsgər anasıyam: İstifadəçi:Interfase. O da mənə telefonla eyni sözləri dedi: "Anam, mən sənə 100 səsimi verirəm, mən bilirəm ki, sən həqiqəti bütün dostluq, tanışlıq, qohumluq münasibətlərindən üstün tutursan...Yeni il bayramı üçün evə gəlib səni dəstəkləyəcəm..." --Irada 08:16, 28 dekabr 2010 (UTC)
AzVikidə daha bir yenilik və yaxud da istisna
redaktəİradə xanım bilsəydim səsvermə müddətini 30 dekabra qədər müəyyən edərdim:))) Amma yenə də heç bir problem yoxdur. Mən Sizə İstifadəçi:Interfasein parolundan istifadə edərək onun yerinə səs vermək hüququ verirəm. Çünki onun mövqeyini dəqiq bilə-bilə, onun hərbi xidmətdə olduğunu bilə-bilə ondan səs istəmişəm. Və ona görə də Sizə tam səlahiyyət verirəm. Onun mənim əleyhimə səs verməsində heç bir problem görmürəm. Sizə verdiyim səlahiyyətin qeyri-qanuni olduğunu bilərək və buna görə hətta məni Sizin və yaxud da ki, digər istifadəçilərin ittiham edəcəyinin mümkünlüyünü bilərək, mən yenə də Sizə bu səlahiyyəti verirəm. Siz oğlunuzun yerinə onun parolundan səs verə bilərsiniz. Əgər onun parolunu bilmirsinizsə (mən bilirəm ki, Siz bilirsiniz), o zaman öz istifadəçi adınızla Sizə İstifadəçi:Interfasein yerinə səs vermək hüququ verirəm. Əgər 1 gün ərzində İstifadəçi:Interfasein adı səs verənlər siyahısında görsənməsə, o zaman özüm onu edəcəyəm. Özüm İstifadəçi:Interfasein əvəzinə öz əleyhimə səs verəcəyəm. Bir şərtim də var. Sizə İstifadəçi:Interfase adı ilə lehimə və yaxud da bitərəf səs vermək hüququ vermirəm! Mən Sizə İstifadəçi:Interfase adı ilə yalnız və yalnız əleyhimə səs vermək hüququ verirəm! --Cekli829 13:02, 28 dekabr 2010 (Cek vaxtı ilə)
Qayıtdım
redaktəSalam, Vago. Axır ki, uzun bir zamandan sonra ilk redaktəmi etmək qismət oldu. Sən mənə yaxın olan istifadəçilərdənsən. Mən vikipediyada ilk fəaliyyətə başlayanda mənə çox dəstək çıxmısan. Ən çox oxunan məqalələrdən olan Numerologiya hansı ki mən bu məqaləni yazdıqdan sonra seçilmiş məqalə statusunu almışdı, elə o zamanda dəstək çıxanlardan biri də sən olmusan. Düz bir il bundan öncəki hadisələr birdən yadıma düşdü. Nə isə......... Mən əsgərlik xidmətindəydim. Vətənimin hava sərhədlərini qoruyurdum. Bu arada Eurovision qaliblərinin də təyyarələrini, onların müşahidə və mühafizəsini Almaniyadan Azərbaycana kimi şəxsən özüm yerüstü super gücə malik texnikalarla həyata keçirdim, bir sözlə bu şərəfə nail oldum. Sizin vikidə etdiyiniz yeniliklərlə tanış oldum. Həmişə tələb etdiyim Ana səhifənin dizaynında dəyişikliklər, ümumiyyətlə saytın özündə dəyişikliklər xoşuma gəldi. İdarəçilərdə dəyişiklik olub. Yenilər gəlib. Artıq mən də vikidəki fəaliyyətimə start verirəm. — Bu imzasız yazı Tar 88 (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
- Salam, Tar88. Çox maraqlıdır ki, bu gün Sizin haqqınızda düşünmüşəm ) Sizin Vikipediyaya dönüşünüz həqiqətən məni sevindirdi. Elə mənim də bir anlıq Sizinlə bağlı əvvəlki xatirələrim canlandı. Maraqlı tarix idi. Şükür Allaha ki, əsgərliyə gedənə kimi hər şey yaxşı sonluqla bitdi.
- Dediyiniz kimi, idarəçilərdən mənimlə birlikdə MrArifnajafov da istefa edib. Buna baxmayaraq 9 idarəçimiz var. İnşallah növbəti idarəçilərdən biri də Siz olarsınız! Sizə bundan sonrakı işlərinizdə də müvəffəqiyyətlər arzulayıram. Hörmətlə, →VagoMüzakirə 15:11, 12 iyul 2011 (UTC)
- Vago, sən niyə idarəçilikdən istefa verdin? — Bu imzasız yazı Tar 88 (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
- Olan şeylərdir. )→VagoMüzakirə 15:30, 12 iyul 2011 (UTC)
- Olan şeyin bir səbəbi olmalıdı. Düzünü de qardaşım. Səni kim küsdürdü?--Tar 88 15:33, 12 iyul 2011 (UTC)
- Yox əşşi heç kimdən küsməmişəm. ) →VagoMüzakirə 15:36, 12 iyul 2011 (UTC)
- Vago, sən indi adi istifadəçisən, yoxsa...--Tar 88 15:40, 12 iyul 2011 (UTC)
- Eynilə Sizin kimi ...→VagoMüzakirə 15:42, 12 iyul 2011 (UTC)
- Vago, sən indi adi istifadəçisən, yoxsa...--Tar 88 15:40, 12 iyul 2011 (UTC)
- Yox əşşi heç kimdən küsməmişəm. ) →VagoMüzakirə 15:36, 12 iyul 2011 (UTC)
- Olan şeyin bir səbəbi olmalıdı. Düzünü de qardaşım. Səni kim küsdürdü?--Tar 88 15:33, 12 iyul 2011 (UTC)
- Olan şeylərdir. )→VagoMüzakirə 15:30, 12 iyul 2011 (UTC)
- Vago, sən niyə idarəçilikdən istefa verdin? — Bu imzasız yazı Tar 88 (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
Öz evinizə çox-çox xoş gəlmisiniz. --Ebrahimi-amir 15:42, 12 iyul 2011 (UTC)
Ebrahim, siz erebsiniz?--Tar 88 15:49, 12 iyul 2011 (UTC)
AzVikidə Ərəb nə gəzir? Ərəb deyiləm, Ərəb əlifbasıla çalışan Güneyliyəm. --Ebrahimi-amir 16:14, 12 iyul 2011 (UTC)
Salam
redaktəDeyəsən siz məni kimsə ilə səhv salmısınız.Mən bir il əvvəl vikidə olmamışam.Heç sizə dəstək belə çıxmamışamRızayeva Leyla 15:29, 12 iyul 2011 (UTC)Rızayeva Leyla
Salam
redaktəSalam. Sizi yenidən aramızda görmək çox xoşdur. Sizin fəaliyyətinizi izləmişəm, sizin məqalələrdə keyfiyyət göstəricilərdən biri budur ki, məqalələr Vikipediya qaydalarına uyğun yaradılıb və redakətə edilib. Bundan sonra da bu cür məqalələr gözləyirik, sizə uğurlar.--Fuad Sultan 20:55, 12 iyul 2011 (UTC)
Xoş gördük
redaktəBiz deyəsən tanış deyilik. Mən vikidə fəaliyyətə yeni başlamışam. Hər-halda Sizə uğurlar diləyirəm. Habib Muradov 21:02, 12 iyul 2011 (UTC)
Qayıtdım
redaktəSalam, Sefer azeri. Axır ki, uzun bir zamandan sonra ilk redaktəmi etmək qismət oldu. Sən mənə yaxın olan idarəçilərdənsən. Mən vikipediyada ilk fəaliyyətə başlayanda mənə çox dəstək çıxmısan. Ən çox oxunan məqalələrdən olan Numerologiya hansı ki mən bu məqaləni yazdıqdan sonra seçilmiş məqalə statusunu almışdı, elə o zamanda dəstək çıxanlardan biri də sən olmusan. Düz bir il bundan öncəki hadisələr birdən yadıma düşdü. Nə isə......... Mən əsgərlik xidmətindəydim. Vətənimin hava sərhədlərini qoruyurdum. Bu arada Eurovision qaliblərinin də təyyarələrini, onların müşahidə və mühafizəsini Almaniyadan Azərbaycana kimi şəxsən özüm yerüstü super gücə malik texnikalarla həyata keçirdim, bir sözlə bu şərəfə nail oldum. Sizin vikidə etdiyiniz yeniliklərlə tanış oldum. Həmişə tələb etdiyim Ana səhifənin dizaynında dəyişikliklər, ümumiyyətlə saytın özündə dəyişikliklər xoşuma gəldi. İdarəçilərdə dəyişiklik olub. Yenilər gəlib. Artıq mən də vikidəki fəaliyyətimə start verirəm.--Tar 88 15:18, 12 iyul 2011 (UTC)
- Salam. Sizi yenidən aramızda görməyimə çox şadam. İnşallah fəaliyyətini əvvəlki səviyyəyə çatdırar və vikimizə dəyərli töfhələr verərsiz. Hərbi xidmətinizi şərəflə başa vurmanız da məni sevindirdi. İşlərinizdə uğurlar arzusu ilə sefer 23:00 12 iyul 2011 (UTC)
Taleyin açarı
redaktəƏgər xarakterini və hansı tip insanlara aid olduğunu bilmək istəyirsənsə, Numerologiya məqaləsini oxu!!!--Tar 88 06:59, 17 iyul 2011 (UTC)
- Salam, Tar 88. Sizi bir daha öz sıralarımızda görməyimə çox şad oldum. Hərbi xidməti uğurla başa vurmanız münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bütün işləri beləcə uğurla başa vurasınız. Azvikidə fəaliyyətiniz zamanı sizə yeni-yeni zirvələri fəth etmənizi arzu edirəm. Hörmətlə: --Sultan11 07:41, 17 iyul 2011 (UTC)
Fayl statusu Şəkil:Bonetop.jpg
redaktəHörmətli istifadəçi! Sizin yüklədiyiniz faylın Şəkil:Bonetop.jpg yoxlanılması zamanı bəzi problemlər aşkarlanmışdır. Diqqət edin ki, hər bir faylın təsviri onun müəllifi, mənbə və lisenziya şablonunu da həmçinin əhatə etməlidir (ətraflı bax: "Şəklin istifadə qaydası"). Əgər Siz bunu necə etməyi bilmirsinizsə, bununla bağlı Kənd Meydanında sual verə bilərsiniz. Əgər göstərilən faylın statusu 7 sutka ərzində göstərilməsə, idarəçilər onu silməyə məcbur olacaqlar. O üzdən faylın statusunun aydınlaşdırılması üçün vaxt itirməyin. -- ■ Sultan mesaj 16:45, 25 iyul 2013 (UTC)