Istiqlal Marsi - Wikipedia
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
İstiqlal Marşı — Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Respublikasının[1] dövlət himni.
İstiklal Marşı | ||||
---|---|---|---|---|
İstiqlal Marşı | ||||
| ||||
Türkiyə Şimali Kipr Türk Respublikası rəsmi himni |
||||
Bəstəkar | Osman Zəki Üngör | |||
Sözlərin müəllifi | Mehmet Akif Ərsoy | |||
Təsdiqi | 12 mart 1921 | |||
Audio nümunəsi | ||||
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
Qərb Cəbhəsi Komandiri İsmət İnönü dövlət himni üçün şeirin yazılması ilə bağlı xalqa səslənmiş və şeiri məqbul görülən şəxsə 500 türk lirəsi mükafat vəd etmişdir. Yarışmaya 724 şeir təqdim edilmiş, lakin bu şeirlərdən heç biri himn olmaq üçün uyğun hesab edilməmişdir. Bu hadisədən sonra Mehmet Akif Ərsoyun "Bizim Qəhrəman Ordumuz" adlı şeiri parlamentdə oxunmuş və böyük rəğbətlə qarşılanmışdır. 12 mart 1921-ci il tarixli iclasda bu şeir himn olaraq qəbul edilmişdir. Mehmet Akif Ərsoy, müsabiqə mükafatı üçün nəzərdə tutulmuş 500 lirə mükafatı almamış və bu vəzifəni ordu və millət üçün yerinə yetirdiyini dilə gətirmişdir. İstiqlal Marşının bəstəkarı Osmanlı sarayında ilk türk skripkaçı kimi yetişdirilən Osman Zəki Üngör olmuşdur.
İstiqlal marşının çərçivəli şəkili, bütün türk sinif otaqlarının löhvəsi üzərində Türk bayrağı və ölkənin qurucusu olan Atatürkün fotoşəkili ilə birlikdə divardan asılı vəziyyətdə dayanmalıdır. 20 oktyabr 1927-ci ildən bəri bunlarla yanaşı Atatürkün gənclərə ilhamlı xitabının yer aldığı fotoşəkil də yerləşdirilmişdir. On misralı himndən yalnız ilk iki dörd misra oxunur. Dövlət və hərbi tədbirlərdə, eləcə də milli festivallarda, bayramlarda, idman tədbirlərində və məktəb mərasimlərində mütəmadi olaraq eşidilir. 1983–1989-cu illərdə buraxılmış 100 lirəlik əskinaslarının arxasında marşın ilk dörd misrası əks olunmuşdur.
1983-cü ildə, Şimali Kipr Türk Respublikası, Şimali Kipr Konstitusiyasının 2-ci maddəsi əsasında İstiqlal marşını dövlətin rəsmi himni qəbul etmişdir.
Tarixi
redaktəTürk Qurtuluş Savaşının əvvəllərində, İstiqlal Hərbinin milli ruh içərisində əldə edilməsi imkanını təmin etmək məqsədilə Milli Təhsil Nazirliyi Maarif Əvəzi, 1921-də bir söz müsabiqəsi keçirmiş, sözügedən müsabiqəyə ümumilikdə 724 şeir daxil edilmişdir. Qazanan sözə pul mükafatı qoyduğu üçün əvvəlcə yarışmaya qatılmaq istəməyən Burdur millət vəkili Mehmet Akif Ərsoy, Milli Təhsil Nazirliyi maarif Vəkili Həmdullah Sübhi Tanrıövər israrı üzərinə, Ankaradakı Tacəddin Dərgahında yazdığı və İstiqlal Hərbini verəcək olan Türk Ordusuna xitab etdiyi şeirini müsabiqəyə qoymuşdur.
Mətni
redaktəOsmanlı türkcəsi |
Türk dilində (rəsmi) |
Azərbaycan dilində (tərcümə) |
|
|
|
İstinadlar
redaktə- ↑ "KKTC'de yaşanan Türklük kriziyle ilgili bilgi notu, 19 Mart, Hürriyet (gazete), 25 mart 2007,Cüneyt Ülsever". 2015-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-26.
Xarici keçidlər
redaktə- Vocal of the İstiklâl Marşı in Ogg Vorbis Arxivləşdirilib 2011-07-23 at the Wayback Machine
- Dramatic Reading of the text of the İstiklâl Marşı Arxivləşdirilib 2010-06-18 at the Wayback Machine
- İstiklâl Marşı — MIDI version Arxivləşdirilib 2005-10-28 at the Wayback Machine
- İstiklâl Marşı — Instrumental version
- İstiklâl Marşı — Acoustic Guitar version
- İstiklâl Marşı — Electric Guitar version
- İstiklâl Marşı — Baglama version
- İstiklâl Marşı — Guitar Chords in PDF format
- The Original Composition by Ali Rıfat Çağatay