Itax - Wikipedia
İtax ət-türki (v. 849, Abbasilər xilafəti) — xəzər əsilli xilafət sərkərdəsi.
İtax | |
---|---|
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 849 |
Vəfat yeri | |
Vətəndaşlığı |
Həyatı
redaktəİtax 815-ci ildə qulam kimi Qafqazdan Abbasilər ordusuna cəlb edilmişdi. Əvvəlcə xəlifənin mətbəxində çalışmışdı. İtax—aşpaz adını da burdan alıb.
İtax ət-Türki sonra Xilafət orusundakı Xəzər qoşun kontingentinin sərkərdəsi oldu.
Xürrəmilərə qarşı xilafət ordusunda sərkərdələrdən biri idi. Qışın axırına doğru Mötəsim Afşinə köməyə daha doqquz min türk muzdlusu göndərir. Bu dəstəyə türk sərkərdələri İtax və Cəfər ibn Dinar başçılıq edirdilər. Xəlifə onlarla Afşinə qoşunun maaşı və təchizatı üçün 30 milyon dirhəm pul da göndərmişdi.[1][2] Babəkin vəziyyəti çətinləşir. Bəzz qalasına yaxınlaşan Afşin öz mövqelərini üç qayada möhkəmləndirir. Qalanı uzun müddət mühasirədə saxlamaq məqsədilə düşərgəsini daşlarla hördürür. Afşinin hücumundan qabaq Babək sərkərdələrindən birinin başçılıq elədiyi dəstəni yaxınlıqdakı dağa göndərir və onlar meşədə gizlənirlər. Afşin öz kəşfiyyatçılarından bu hiyləgər hərəkəti bilib, gecə ikən qoşunlarını üç tərəfdən Babəkin qoşunlarının gizləndiyi meşəyə yeridir, Cəfərə isə qalaya hücuma keçmək əmri verir. Sabahısı gün Babəkin ordusu tamamilə məhv edilir.
İtax ət-Türki 839-cu ildən 844-cü ilədək Yəmənin valisi oldu. 844-cü ildən sonra Misirə başçılıq etdi.
İtax xəlifələrə təsir edirdi. 847-ci ildə xəlifə Vasiq öldükdən sonra, onun oğlu Məhəmmədi xəlifə seçmək istədilər, lakin türk sərəkərdələrindən olan İtax və Vasif bunu rədd edib, xilafət taxtına Vasiqin qardaşı Mütəvəkkili çıxardılar. Beləliklə, xəlifələri türklər təyin etməyə başladı. Abbasilərin mərkəzi hakimiyyətdəki nüfuzu da artıq yoxa çıxmağa başlamış, irsi hüquqları əllərindən alınmışdı. Yeni seçilən xəlifələr türklərin istəyinin ifaçısına çevrilmişdi.
Türklər xəlifələrin həyatını, yaşayıb-yaşamayacağını da həll etməyə başladılar. Onlar artıq heç kəslə hesablaşmırdılar. Abbasilər sülaləsindən daha heç bir kəs xəlifəliyə ya irsi, ya da başqa yolla gələ bilmirdilər. Türklər kimi istəsə idilər onu da seçirdilər, istədikləri xəlifəni də öldürürdülər.[3]
İbn Tabataba yazır ki, xəlifə onların (türklərin-Ə. Ç.) əsiri kimi idi. İstəsəydilər saxlayar, istəsəydilər çıxarar və istəsəydilər öldürərdilər.[4]
İtax ət-Türki əl-Mütəvəkkili (847–861) xəlifə seçənlərdən biri idi. Xəlifə onu hacib ünvanı ilə saraya gətirdi. Səhra sərkərdəsi saray intriqalarına yad idi. Yaltaqlığı bacarmırdı. Sərxoş halda saray əhlinin gözü qabağında xəlifə ilə mübahisə etdi. Xəlifə onu zor-xoş həccə göndərdi. Vəzifəsini digər şanlı bir türk sərkərdəsi olan Vasif ət-Türkiyə verdi.
İtax ət-Türki həcdən qayıdandan sonra zindan köşəsinə atıldı. Xəlifənin göstərişi ilə qidadan məhrum edildi. Böyük sərkərdə 849-cu ildə zindanda acından öldü.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, İtax ət-Türki: Sərxoş türk, yoxsa qüdrətli sərkərdə? "Soy" dərgisi, 2 (35), 2010.
- Ənvər Çingizoğlu, Abbasilər dövründə türklər, Bakı:Mütərcim, 2015, 408 səh.