Ivan Ceparinov - Wikipedia
Ivan Ceparinov - Wikipedia - Haqqında Məlumat
İvan Çeparinov (bolq. Иван Чепаринов, 26 noyabr 1986) — bolqar şahmatçı, qrosmeyster (2004), üç dəfə Bolqarıstan Çempionatının qalibi (2004, 2005, 2012).
İvan Çeparinov | |
---|---|
bolq. Иван Чепаринов | |
Ölkə | Bolqarıstan |
Doğum tarixi | |
Doğum yeri |
Asenovqrad Bolqarıstan |
Titulu | Qrosmeyster (2004) |
Son reytinqi | 2689 (yanvar 2017) |
Maksimal reytinqi | 2713 (yanvar 2008) |
FİDE nömrəsi | 2905540 |
Vikianbarda əlaqəli mediafayllar |
2006-cı ilin oktyabrında Çeparinov Hoogeveen Essent Open turnirində 9 oyundan 7 xal ilə birinci yeri paylaşmışdı.
2007-ci ilin aprelində Malmödə keçirilmiş Sigeman & Co turnirində eyni xalla qalib gəlmişdir. O, eyni zamanda 2007-ci ildə Drezdendə keçirilən Avropa Çempionatında birinci yeri alti nəfərlə bölüşdürmüş, əlavə göstəricilərlə Vladislav Tkaçev qalib gəlmişdi.
2010-cu ilin iyun ayında o, 2904 performansı ilə Ruy Lopez Masters turnirinin qalibi olmuşdur.
2014-cü ildə Çeparinov Cəbəllüttariq beynəlxalq şahmat festivalının birincisi oldu.
Xarici keçidlər
redaktə- Ivan Cheparinov. Chess-DB.com Arxivləşdirilib 2016-09-08 at the Wayback Machine (ing.)
- Ivan Cheparinov. 365chess.com (ing.)
- Ivan Cheparinov. fide.com (ing.)
- Ivan Cheparinov. chessgames.com (ing.)